Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Düşmənin istifadə etdiyi PDM-lərin, ZTR-lərin, tankların, topların qarşısına yalnız o gücdə silahlarla çıxılmalıydı. |
Bir saat çəkmədi ki, 200-ə yaxın şəhid verdik. |
Qərara aldıq ki, qadınları meşəyə çıxaraq. |
Ermənilər qadına, uşağa baxmadan hər kəsi güllələyirdilər. |
- Uşaqlıqda qəribə bir hiss vardı məndə, istəyirdim ki, əsir düşüm, mənə işgəncə versələr də, heç nəyi boynuma almayım...""Xocalıda həmin vaxt güclü qar yağmışdı. |
Amma qanın rəngindən qıpqırmızı idi.Qaçıb qurtula bilmədik. |
Dağın döşünə çatanda gülləbarana tuş gəldik. |
Bəzilərini öldürdülər, bəzilərini də əsir götürdülər. |
Məni PDM-lə vurdular, sonra da ailəm, iki yaş yarımlıq əkiz oğlanlarımla birgə əsir aldılar. |
Olmazın işgəncələr verdilər bizə. |
Ermənilər öləcəyimi düşünüb məni diri-diri ocağa atıblar. |
Amma əynimdə buşlat, ayağımda da çəkmə vardı. |
Paltarlarımın yanıq qoxusunu duyan digər azərbaycanlı əsirlər məni alovun içindən çəkib çıxarıblar. |
Döyülməkdən huşum özümdə olmayıb, nə yandığımın, nə də xilasımın fərqində olmuşam. |
Səhər soyuğun təsirindən ayılmışam. |
Əynimdəkiləri soruşanda başıma gələnləri danışıblar...""Hər gün döyürdülər, qan içində olurdum. |
Bədənim donurdu, qalxa bilmirdim. |
Uşaqlarımı gətirib, soruşdular ki, sənindir? |
Adamların uşağını gətirib öldürməklə qorxudur, başqalarının haqqında məlumat almağa çalışırdılar. |
Mən, onsuz da, satmayacaqdım heç kimi, uşağı qurban edərdim, amma heç nə deməzdim. |
O halda idim ki, övladım məndən qorxdu, tanımadı, erməninin ayağından yapışdı. |
Uşağımın başını kəssəydilər də, deməyəcəkdim. |
- Düşmən nələri öyrənmək istəyirdi? |
- Yolları, silahın olub-olmadığını, harada gizlətdiyimizi. |
Axtarılan adamların siyahısını qarşıma qoyurdular ki, tanıyırsan? |
O zülmlərə necə qatlaşdım, bilmirəm. |
Çənəmi, qollarımı, ayaq barmaqlarımı qırdılar. |
Axırda gətirib ağzıma silah saldılar ki, danışım, adamları satım. |
Əsirlikdə olanda olmazın vəhşiliklər gördük. |
Ermənilər adamların ürəyini sağ ikən çıxarırdılar. |
Bir gündə on nəfərin başını kəsirdilər. |
Erməni qadınlar gəlib deyirdilər ki, qurban aparıram. |
Başları qadınlar özləri kəsirdilər. |
Deyirdilər ki, oğluma oxşayır, qurban kəsirəm. |
İnsan doğramaqdan həzz alırdılar. |
Adamların gözlərini çıxarırdılar. |
- Neçə gün əsirlikdə qaldınız? |
Öldüyümü sanıb morqa atmışdılar. |
İki gün sonra demişdilər ki, gəlib meyiti aparsınlar. |
Anam üzümü açdırıb, deyib, sağdır. |
Mənim beyin sümüyüm qırılıb, içəri girib. |
Bütün bədənim iflic olmasın deyə həmin sümüyü çıxarıb yerinə bərpa etmədilər. |
Müalicə üçün Almaniyaya da getdim. |
Ombam çat vermiş, sinir zədələnmişdi. |
- Hər il bu günü necə qarşılayırsınız? |
Bizim dövrümüzdə belə deyildi, indiki kimi birlik olsaydı, düşməni əliyalın Ermənistana qədər qovardıq. |
Amma alnımızda sanki qara ləkə ilə gəzirdik. |
- 2020-ci ildə müharibə başlayanda hansı hissləri keçirdiniz? |
- Vətən müharibəsi başlayanda mən də kəşfiyyatçı kimi orduya yazıldım. |
Oğlanlarımın hər ikisi Xocalıya qayıtmaq istəyir. |
Onlar Xocalıdan çıxanda ağılları kəsmirdi, torpağa sevgini onlarda mən yaratmışam. |
Beş nəfər sənə analıq edə bilər, amma uğrunda ölmək üçün Vətən bir dənədir. |
Analar yaşasınlar deyə Vətən üçün canını verirsən. |
İmanın yoxdursa, Vətəni sevə bilməzsən. |
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid |
Danimarka hökuməti Ukraynaya təxminən 250 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edib. |
Bu barədə Danimarka Baş naziri Mette Frederiksen məlumat verib. |
Nazir vurğulayıb ki, Danimarka Ukraynanı ən çox dəstəkləyən ölkələrdən biridir. |
“Danimarka Ukraynaya daha bir yardım paketini qəbul etdi. |
Danimarka Ukraynaya dəstəyinin sarsılmaz olduğuna dair çox açıq siqnal göndərir”, - deyə o qeyd edib. |
Frederiksen bildirib ki, Ukraynaya yeni yardım paketi baha başa gələcək. |
“Ukrayna qarşıdakı on il ərzində Danimarkanın dəstəyinə arxalana bilər. |
Eyni şey bir sıra digər ölkələrə də aiddir. |
Azadlığın öz qiyməti var”, - deyə baş nazir vurğulayıb. |
Öz növbəsində Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, yeni yardım paketinin dəyəri 1,7 milyard Danimarka kronu (təxminən 247 milyon dollar) təşkil edir. |
O qeyd edib ki, təşəbbüs digər müttəfiqlərlə, o cümlədən Niderland və Çexiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. |
Nazir onu da əlavə edib ki, hərbi dəstək üçün ilkin maliyyə 2028-ci ilə qədər ayrılıb. |
Bundan əlavə, Poulsen nəzərə çatdırıb ki, F-16 qırıcılarının ilk Danimarka partiyası bu yay Ukraynaya çatdırılacaq. |
Bununla belə, nazir dəqiq tarix bildirməyib. |
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh prosesinə əngəl olan əsas qüvvədir, Azərbaycana qarşı total hücumda öndə gedənlərin sırasında olub, qarayaxma kampaniyasında aktivlik göstərir, ən böyük üzvü Fransanın diktəsi ilə birtərəfli qaydada Ermənistanı dəstəkləyir. |
Azərbaycanla şərti sərhədə yaxın əraziyə mülki missiya yerləşdirməsi də çirkin kampaniyanın tərkib hissəsidir. |
Missiya mütəmadi olaraq ziddiyyətli davranır, Ermənistanın törətdiyi təxribatlara reaksiya verməyir, əvəzində Bakını günahlandırır və bu siyasətini dəyişmir. |
İrəvan da ittifaqın missiyasını özünün təhlükəsizlik çətiri kimi görür. |
Baş nazir Nikol Paşinyan hökuməti dəfələrlə Brüsselin patronajlığı ilə Azərbaycanla şərti sərhəddə təxribatlar törədib, gərginlik yaradıb. |
Aİ missiyası isə susqun şəkildə bu təxribatları kənardan izləyib. |
İrəvan Avropa İttifaqı missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. |
Yeri gəlmişkən, fevralın 20-də bədnam missiya Ermənistandakı fəaliyyətinin ildönümü ilə bağlı brifinq keçirib. |
Missiyanın rəhbəri Markus Ritter 365 gün ərzində 1 720 patrul fəaliyyəti apardıqlarını xüsusi vurğulayıb. |
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos isə iddia edib ki, missiya bölgədə sülhün qorunub-saxlanılmasında mühüm rol oynayıb və bu, onun əsas prinsipidir. |
Diplomat rəsmi Bakının missiyanın fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidlərə gəldikdə, bunların əsassız olduğunu iddia etməyə çalışıb. |
V.Maraqos son gərginliyə, daha dəqiq ifadə etsək, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgərinin yaralanmasına hələ də reaksiya verməyib, bunun üstündən keçib, əvəzində Bakının cavab tədbirlərini özünəməxsus şəkildə şərh etməyə çalışıb. |
Tədbir Aİ missiyasının birillik fəaliyyəti ilə bağlı olsa da, bu il sülh prosesi üçün konkret hansı addımlar atılmasına toxunulmayıb. |
Düzdür, yaddaqalan hadisələr olub. |
Məsələn, mütəmadi olaraq şərti sərhədə yaxınlaşaraq selfi çəkdirib, binoklla qarşı tərəfə baxıblar. |
Yeri gəlmişkən, missiyanın brifinqindən ortaya bir çox məsələlər də çıxıb. |
Məsələn, tədbirdə səslənən fikirlər arasında daha çox diqqəti cəlb edən Rusiyanın sərt formada ittiham olunmasıdır. |
Missiya rəhbəri qəzəblə bildirib ki, Rusiya Aİ missiyasının müşahidəçilərini Zəngəzur vilayətinin (Sünik) Nerkin And yaşayış məntəqəsinə buraxmayıb. |
Məhz həmin ərazidə şərti sərhəddə təxribat törədən dörd erməni silahlısı məhv edilib. |
Bu narazılığı Aİ missiya rəhbəri ilə yanaşı, brifinqdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qruqoryan də səsləndirib:“Yalnız Rusiya həmin əraziyə giriş imkanlarına malikdir. |
Lakin Rusiya insidentin qarşısını ala bilməyib”. |
Onun digər ittihamı isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı olub. |
Aİ-nin missiyasının tərifini göylərə qaldırıb, Moskvanın himayəsi ilə yaradılan hərbi qurumu isə regionda sabitləşdirici rol oynaya bilməməkdə günahlandırıb. |
TŞ sədri sonda ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda ittifaqın missiyasının tərkibində quruma daxil olan bütün ölkələrin nümayəndələrini görməyə müvəffəq olacaqlar. |
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel də bəyan etmişdi ki, təmsil etdiyi təşkilat Ermənistandakı mülki missiyasının sayını artırır. |
Məlumata görə, Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirəcək, oradakı əməkdaşlarının sayını 138 nəfərdən 209-a çatdıracaq. |
Qeyd edək ki, Ermənistanın KTMT-dən çıxması məsələsi ölkədə ən çox müzakirə olunan məsələlər sırasındadır. |
Rəsmi İrəvan bunu Azərbaycanla müharibədə tərəfsiz qalması ilə əlaqələndirir. |
Beləliklə, brifinqi Ermənistan və Aİ-nin Rusiyaya qarşı total hücumuna rəsmən start verilməsi də adlandırmaq olar. |
Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. |
Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.