Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Birinci versiyanın dəstəyi 2023-cü ilin oktyabrında başa çatıb, ikinci versiya isə bu ilin oktyabr ayına kimi dəstəklənəcək. |
Bundan sonra “Microsoft” onlar üçün yeniləmələri buraxmayacaq. |
“Microsoft” “Windows 11 23H2”ə yeniləmək üçün ən uyğun cihazları müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir. |
Bu, yeniləmə ilə bağlı potensial problemlərin qarşısını alacaq. |
Beləliklə, yeniləmə zamanı yeni əməliyyat sistemini quraşdırmaqda çətinlik çəkən qurğular lap axırda yenilənəcək. |
COP26-nın prezidenti Ser Alok Şarma ilə görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 üzrə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. |
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə videokonfrans formatında görüşüb. |
İqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. |
Ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, “yaşıl” enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verilib. |
Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırılıb. |
Birləşmiş Krallığın COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub. |
Ser Alok Şarma Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrin səmərəli tərəfdaşlıq etdiyini bildirib. |
COP-la bağlı şəxsi təcrübəsini və COP29-un əsas gözləntilərindən olan maliyyələşmə ilə bağlı fikirlərini bölüşüb. |
Görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq və COP29 birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb. |
16:02"Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib. |
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. |
“S.A.Şarma ilə videokonfrans formatında keçirdiyimiz görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 tədbiri üzrə təşkilati məsələlər və birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq”, - deyə o qeyd edib. |
#BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (#COP26) prezidenti Ser Alok Şarma (@AlokSharma_RDG) ilə videokonfrans formatında keçirdiyimiz görüşdə #enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, #COP29 (@COP29_AZ) tədbiri… pic.twitter.com/F2kZB9TZxr |
“Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb. |
Bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb. |
Məlumatda bildirilir ki, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. |
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. |
Hazırda iş üzrə istintaq davam etdirilir. |
Almaniyanın Bavariya regionunun paytaxtında yekunlaşan 60-cı Münhen Təhlükəsizlik Konfransı bir sıra fərqli amillərlə tarixin səhifələrində qalacaq. |
Budəfəki konfransın əsas özəlliyi ondan ibarətdir ki, Azərbaycandan olan nümayəndə heyəti Münhendə ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş bir ölkəni təmsil edirdi. |
Azərbaycan siyasətçilərinin Münhen Təhlükəsizlik Konfransının yüksək tribunasından, kuluarlarında çıxış edərək dünya ictimaiyyətinin vicdanını oyatmaq, gözləntilərimizin anlaşılması, ədalətin bərpası ümidi ilə etdikləri çıxışlar artıq geridə qaldı. |
Əvvəlki bütün illərdə Azərbaycan dünyanın güclü dövlətlərini vicdanlı olmağa dəvət edib. |
Yeri gəlmişkən, bu elə həmin o güclərdir ki, uzun illər boyu heç bir cəza almadan pozulan beynəlxalq hüququ tərtib etməklə öyünürdülər. |
Bu dəfə Azərbaycan Respublikasının “bir nömrəli təyyarəsi” Münhenə beynəlxalq hüququn bərqərar edilməsinə kənardan kömək almadan, tam müstəqil şəkildə nail olan qalib komandanı aparmışdı. |
Yəqin ki, məhz elə bu xüsus indiki konfransın daha bir özəlliyini - qalib Prezidentlə görüş üçün yaranan uzun növbəni - izah edir. |
Daha ətraflı Caliber.az-ın yeni süjetində: |
“İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə mütləq şəkildə qarşıya qoyulan məsələlərin həllinə nail olacağına söz vermişdi. |
Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib. |
Onun sözlərinə görə, İlham Əliyev illər əvvəl verdiyi vədləri yerinə yetirib:""“Dövlət başçısı işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarının tam bərpa olunacağına söz vermişdi və hamısı reallaşıb. |
O, torpaqlarımız işğal altında olan zaman xarici dövlətlərin dəstəklədikləri ermənilərə qarşı apardığı mübarizədən alnıaçıq şəkildə çıxıb, öz sözünü deyib”. |
Deputat əlavə edib ki, Prezident məqsədlərin reallaşması üçün fəaliyyət göstərib:""“İlham Əliyev yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti ilə qısa müddətdə xalq arasında böyük rəğbət qazandı. |
Prezidentin siyasətində əsas xətt həmişə xalqın rifahı, ərazi bütövlüyü olub. |
Bu istiqamətdə də ciddi işlər görülüb”. |
O qeyd edib ki, fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı qalib olan dövlət başçısı andiçmə mərasimində keçilən yola nəzər salıb:""“Beynəlxalq münasibətlərin inkişafı, torpaqlarımızın azad olunması, ailə dəyərləri və digər proseslərdə qarşıya qoyulan məsələlərin həllini tapdığını qey... |
“Böyük Qayıdış” üçün işğaldan azad olunan yerlərdəki infrastrukturun bərpasına da nail olunub. |
Bu gündən sonra da bu proseslərdə İ.Əliyevin dəst-xətti olacaq. |
Bu gün biz Prezidentin bir lider kimi xalq tərəfindən necə qarşılandığının şahidiyik. |
Ermənistan-Azərbaycan münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalı idi və belə də oldu. |
Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməzdi və prezidentin rolu bu məsələdə danılmazdır. |
İlham Əliyev Azərbaycanın dünyada önəminin artmasına, böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu. |
Azərbaycan dinamik inkişaf yolu keçdi və tarixi nailiyyətlər əldə etdi”. |
Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı xalqın səsinin və etibarının mütləq çoxluğu ilə (92,12 faiz) İlham Əliyev yenidən dövlət başçısı seçilib. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub. |
Qeyd edək ki, L.Lətifova 5 il həmin qurumun ictimaiyyətlə əlaqələr sahəsində çalışıb. |
Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Bundan başqa, dövlət başçısının digər sərəncamı ilə, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. |
Prezident İlham Əliyev Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən aşağıdakı şəxslər təltif ediliblər:""3-cü dərəcəli “Əmək” ordeni ilə"Azadəliyev Azadəli Kəlbəli oğlu"Əkbərov Mübariz Hilal oğlu"Qocayev Əvəz İlyas oğlu"Mirzəbəyov Əhməd Əzizxan oğlu"Süleymanov Şahin Şahbaz oğlu"“Tər... |
Fil Dişi Sahilinin qalib olduğu Afrika Millətlər Kubokuna ötən həftə yekun vurulub. |
Milli komandalarında mübarizə aparan futbolçular turnirdən sonra formasını geyindikləri komandalarına qayıdıblar. |
Bir çox afrikalı futbolçunun çıxış etdiyi İtaliya A Seriyası hazırda malyariya kimi böyük bir böhranla üz-üzədir. |
Belə ki, turnirdə mübarizə apardıqdan sonra qayıdan bəzi futbolçularda yüksək hərarət, titrəmə və ishal kimi simptomlar müşahidə olunub və dərhal xəstəxanaya yerləşdiriliblər. |
“Fiorentina”nın 26 yaşlı Fil dişindən olan hücumçusu Kristian Kouame malyariya əlamətləri ortaya çıxdıqdan sonra analiz verib. |
Malyariya olduğu təsdiqlənən oyunçunun xəstəxanada müalicəsinə başlanılıb. |
“Roma”da oynayan Evan Ndicka Afrika Millətlər Kubokundan sonra tam müayinədən keçib və heç bir problem yaşamayıb, lakin son bir neçə gün sonra yüksək hərarət səbəbindən huşunu itirib. |
Eyni zamanda “Fiorentina”dan Kristian Kouamenin malyariyaya tutulduğunun bilindiyi gün Zambiyadan da faciəli xəbər gəlib. |
Qadınlardan ibarət milli komandanın 24 yaşlı futbolçusu Norin Betani malyariya şübhəsi ilə aparıldığı xəstəxanada dünyasını dəyişib. |
İtaliyada bir çox komandada afrikalı futbolçuların olduğunu nəzərə alsaq, malyariya kabusunun digər komandalara da keçmə ehtimalı yüksək olaraq qiymətləndirilir. |
Prezident İlham Əliyev Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. |
Xatırladaq ki, 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur. |
Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. |
Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. |
Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. |
Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir. |
“Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inaqurasiya mərasimindəki çıxışı ilə ölkəmizin yeni dövr üzrə prioritetlərini, o cümlədən yeni hədəflərinin istiqamət və sərhədlərini aydın formada müəyyən etdi”. |
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. |
O bildirib ki, yeni dövrdə ilk növbədə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməklə davam ediləcək:""“Bu da çox təbiidir. |
Çünki Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəmizin nəticəsi olaraq İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz Fransanın timsalında bir sıra güclərin riyakar mahiyyətinin üzə çıxdığının şahidi oluruq. |
Güclü ordu quruculuğu bu baxımdan yeni dövrdə bütün mümkün təhdidlərin zərərsizləşdirilməsinin əsas qarantlarından biridir. |
Müdafiə sənayesinin inkişafına gəlincə, Prezident İlham Əliyev bu prosesə konseptual şəkildə yanaşır. |
Milli müdafiə sənayesinin güclənməsi həm də suverenliyin elementidir və dövlət başçısının da qeyd etdiyi kimi, bununla özümüzü həm daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı ... |
Deputat vurğulayıb ki, Prezident inaqurasiya mərasimində digər hədəf kimi sərhəd təhlükəsizliyinin gücləndirilməsini müəyyən edib:""“Səbəb isə kifayət qədər aydındır, tarixi çıxışda da qeyd olunduğu kimi, bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq. |
Əlbəttə, müzəffər Ali Baş Komandanın özü də vurğuladı ki, bu gün biz Azərbaycan üçün təhdid görmürük, lakin unutmamalıyıq ki, ideoloji risklər sərhəd tanımır. |
Bu mənada, dövlət başçısı sərhədlərimizin möhkəmləndirilməsinə həm də ideoloji risklərdən qorunma imkanı kimi baxır. |
Bu baxımdan Prezidentin hədəfi odur ki, yeni epoxada ailə və məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik və effektiv metodlarla realizə edilsin. |
Yeni dövrdə xarici siyasət kursu da müəyyən dəyişiklikləri ehtiva edəcək. |
İlk növbədə, Azərbaycan artıq ikili standartlarla hesablaşmaq, beynəlxalq hüquq subyektlərinin riyakarlığına və selektiv siyasətinə dözmək niyyətində deyil. |
Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. |
Eyni zamanda, Azərbaycan xarici siyasət kursunda türk dünyasının çəkisini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. |
Müzəffər Ali Baş Komandanın təbirincə desək, böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali kimi vacib elementləri birləşdirən Türk Dövlətləri Təşkilatı həm də bir soydan, kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir”. |
“Həmçinin, yeni dövrdə Azərbaycan xarici siyasət vektorlarını genişləndirmək, daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətindədir. |
Daha dəqiq desək, Zəfər qazanmış, reallıqlar yaratmış lider dövlət olaraq biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmağı yox, lider qlobal subyektlərdən biri kimi iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizədə, dünyanı narahat edən problemlərin həllind... |
Ermənistanla münasibətlərə gəlincə, Bakı bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum görmür”, - deyə B.Məhərrəmov əlavə edib. |
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbayc... |
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. |
Sərəncama əsasən, tədbirlə əlaqədar yaradılmış Təşkilat Komitəsinə yeni üzvlər əlavə ediliblər:""Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri"Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri"Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin ... |
Bundan başqa, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Təşkilat Komitəsi üzvlüyündən çıxarılıb. |
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib. |
Dövlət başçısının digər sərəncamı ilə, S.Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. |
Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdirib. |
O, 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.