Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Xatırladaq ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında qan laxtalanmasından (tromb) vəfat edib. |
Mənbə:“Mediazona” “Telegram” kanalı |
Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib. |
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasını rəsmi “Facebook” səhifəsi məlumat yayıb. |
Qeyd edək ki, Qubad Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. |
Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib. |
Xətai Rayon Məhkəməsində Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimata baxılıb. |
Bununla bağlı Qafqazinfo.az məlumat yayıb. |
Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. |
Hakim Rəfail Sadıqovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, Ə.Əhmədovun tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib. |
Ə.Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçiriləcək, psixi xəstəliyinin olub-olmaması haqda rəy veriləcək. |
15:08"Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. |
APA-nın əldə etdiyi xəbərə görə, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır. |
Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. |
Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq. |
Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq. |
Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb. |
Bu gün - fevralın 22-də Fransa Ermənistana yeni silah partiyası göndərəcək. |
Məlumata görə, Fransa tərəfi İrəvana 250 kilometr məsafədə rəqibin təyyarələrini aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlər göndərəcək. |
Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur. |
Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. |
Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. |
Bu gün səhər saatlarında Qəbələ rayonunun Aydınqışlaq kəndindəki taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib. |
APA xəbər verir ki, meyitin müayinəsi zamanı onun boyun damarının kəsildiyi müəyyən olunub. |
Şəxsin intihar etdiyi ehtimal olunur. |
Həmçinin, Tural Abdurahmanovun son üç-dörd il ərzində alkoqol asılılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir. |
Tural Abdurahmanov kənddə qəssab işləyib. |
Bildirilir ki, o, bu gün səhər saatlarında ailə üzvləri ilə vidalaşaraq bıçaq götürüb və yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb. |
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır. |
Facemark.az 16 mart tarixində “Baku Marriott Boulevard Hotel”də keçiriləcək Vergi və Mühasibatlıq Zirvəsinin təşkilatçıları ilə müsahibə hazırlayıb. |
Həmin müsahibəni təqdim edirik:""“Good Finans” şirkətinin direktoru Vüsal Səlimov"- Vüsal bəy, ölkəmizdə demək olar ki, hər sahə ilə bağlı müxtəlif forum və konfranslar keçirilir. |
Vergi və Mühasibatlıq Zirvəsini fərqləndirən amillər sizcə, nələrdir? |
- Bu zirvənin əsas üstünlüyü elmtutumlu olması və işlərə, suallara praktiki yanaşmadır. |
İştirakçılar sərbəst şəkildə sualları bol vaxtdan istifadə edərək ünvanlaya və cavab ala bilərlər. |
Eyni zamanda, zirvədə təsadüfi spiker yoxdur və hər bir spiker tam diqqətlə seçilir. |
Buna görə də peşəkarlardan bilik və təcrübə əldə etmək xeyli asanlaşır. |
- Zirvə zamanı neçə panel və spiker nəzərdə tutulub? |
Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? |
Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək? |
- Zirvədə 3 panel və 15-dən çox spiker nəzərdə tutulub. |
Əsasən yerli böyük şirkətlərdən və bizneslərdən spikerlər dəvət edilib. |
- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz? |
- İlk tövsiyəm odur ki, əvvəlcədən suallar hazırlasınlar. |
Çay və yemək fasilələrində də spikerlərə yaxınlaşıb suallarını ünvanlaya bilərlər. |
Digər tərəfdən, dövlət orqanlarından dəvət edilən spikerlərlə görüş fürsəti bu vaxta qədər cavabını tapmaqda çətinlik çəkdikləri sualların cavablarını almaq üçün əsil tapıntıdır. |
“Good Finance” şirkətinin vergi konsultantı Teymur Əşrəf"- Vergi və Mühasibatlıq Zirvəsinin yerli şirkətlərə və ümumilikdə biznes mühitinə nə kimi faydaları olacaq? |
- Ötənilki tədbirin təhlili göstərdi ki, zirvədə əhatə olunmuş mövzular təkcə maliyyə-mühasibat istiqamətində yox, bütövlükdə idarəetmə sahəsində aktuallıq daşıyır. |
İstər özəl, istərsə də dövlət sektorunu təmsil edən ekspertlər vacib məqamlara toxunmuş, çıxışlar, sual-cavab formatında irəli sürülmüş bir sıra tezislər ənənəvi və sosial media platformalarında geniş müzakirələrə səbəb olub. |
Eyni yanaşmanın builki tədbirdə də təkrarlanması və daha əhatəli olması gözlənilir. |
Çünki biznes proseslərin dinamikliyi fonunda maliyyə-mühasibat sektorunun daxilində də yeni yanaşmalar təzahür edir, üstəlik bu proses qanunvericilikdə olan dəyişiklikləri də paralelində gətirir. |
- Bu il zirvənin sloqanı “Düzgün hesab” seçilib. |
- Tədbirin “Düzgün hesab” sloqanı ilə keçirilməsinə gəldikdə isə, biznesin inkişafı və risklərinin minimuma endirilməsi hərtərəfli ölçüb-biçməkdən, yəni düzgün hesab edə bilməkdən keçir. |
Biznesin daxilində “Düzgün hesab” edənlər isə mühasiblər və maliyyəçilərdir. |
- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz? |
- Tədbir iştirakçılarını maraqlı məzmunla yanaşı əla ünsiyyət və şəbəkələşmə gözləyir. |
Əmin olsunlar ki, tədbirin xoş təəssüratını uzun müddət unuda bilməyəcəklər. |
Vergi və Mühasibatlıq Zirvəsinin layihə koordinatoru Nərmin Nuriyeva"- “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə artıq II dəfədir Vergi və Mühasibatlıq Zirvəsi keçirilir. |
Keçən ilki tədbir öz möhtəşəmliyi ilə yadda qalmışdı. |
Bu il tədbirdə bizi hansı yeniliklər gözləyir? |
- Bəli, ötən il olduğu kimi bu il də Vergi və Mühasibatlıq Zirvəsinə maraq olduqca böyükdür. |
VMZ2023 ölkəmizdə istər format, istərsə də təşkilatçılıq baxımından müsbət istiqamətdə fərqlənən layihələrdən biri oldu. |
Digər təcrübələrimizdən yola çıxaraq, həmçinin yeni təkmilləşdirmələr apararaq Vergi və Mühasibatlıq Zirvəsi 2024 üçün hazırlıq işlərinə başlamışıq. |
Qeyd etmək istərdim ki, yaxın günlərdə VMZ2023-ün moderator və spikerlərinin çıxışlarından hazırlanmış icmal kitabça da oxuculara təqdim olunacaq. |
- Hazırda təşkilati işlər hansı mərhələdədir? |
Ümumiyyətlə tədbirə maraq VMZ2023-lə müqayisədə nə dərəcədədir? |
- Təşkilati işlərə yanvar ayının ilk həftəsindən başlamışıq, hazırlıq sürətlə davam edir. |
Tədbir günündən sonrakı müddətdə də işlərimiz davam edəcəkdir. |
Vergi və Mühasibatlıq Zirvəsi 2024-ə maraq ötən il ilə müqayisədə deyərdim ki daha çoxdur. |
- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz? |
- Vergi və Mühasibatlıq Zirvəsi 2024-ün panellərindən biri Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə həsr olunub. |
Mənim fikrimcə, qeyd olunan mövzu bu sahədə çalışan, həmçinin sahəyə maraqlı olan şəxslər üçün gündəm təşkil edir. |
Onlar tədbirə qatılaraq bu və digər mövzular üzrə müzakirələrə qoşula, həmçinin onları maraqlandıran suallara cavab tapa bilərlər. |
Tədbirimiz “networking” və əlaqələrin möhkəmləndirilməsi üçün olduqca böyük platforma rolunu oynayır. |
İnanırıq ki, iştirakçılarımıza bu istiqamətdən də faydalı olacağıq. |
“O, hələlik “Dinamo”da öz potensialını açmayıb”. |
Oxu.Az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç Xorvatiya təmsilçisi “Dinamo”nun formasını geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli barədə danışarkən deyib. |
Azərbaycan yığmasının da şərəfini qoruyan 32 yaşlı yarımmüdafiəçi Zaqreb təmsilçisinin zəngin tarixçəsinin olduğunu xatırladıb:“Orada da Mahirlə görüşmüşük. |
Bu komandada oynadığı üçün məmnundur”. |
Qeyd edək ki, Xorvatiyada anadan olan Filip Ozobiç 2023-cü ilin yayından “Neftçi”nin formasını geyinir. |
Xaçmaz rayonunda intihar hadisəsi baş verib. |
“Unikal”ın məlumatına görə, rayonun Maqsudkənd kənd sakini, 1993-ci il təvəllüdlü Yusif Qəhrəman oğlu Qəhrəmanov özünü asaraq intihar edib. |
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. |
Hadisə ilə bağlı araşdırma aparılır. |
“Fransa Azərbaycanı törətmədiyi cinayətlərdə ittiham etməklə Cənubi Qafqaz regionunda hələ də əlavə gərginlik yaradır”. |
“Makronun Qarabağ ermənilərinin qayıtması məsələsi ilə bağlı açıqlamalarını izah etmək çətindir, çünki hətta Ermənistan da bu mövzuya toxunmağı dayandırıb. |
Bir çox avropalı siyasətçi üçün bu mövzu gündəmdən çıxsa da, Fransa regionda bütün səviyyələrdə əlavə gərginlik yaratmaqda davam edir”, - o vurğulayıb. |
F.Hüseynəliyev qeyd edib ki, Fransanı Azərbaycan ərazilərinin 30 ildən çox işğal altında qalması narahat etmirdi:""“Amma bu ölkə Qarabağ ermənilərinin hüquqlarını ciddi şəkildə müdafiə edir, Azərbaycanı qeyri-mütənasib güc tətbiqində ittiham edir, eyni zamanda sərhəddə ilk atəşi kimin açdığına məhəl qoymur”. |
“Fransa liderinin birtərəfli mövqeyinin şahidi oluruq. |
Parisin qlobal məqsədi Cənubi Qafqazda mövqelərini gücləndirməkdir. |
Lakin bunu Azərbaycanda həyata keçirə bilməyəcək. |
Bu ölkə Gürcüstanda da bu istiqamətdə ciddi uğur qazanmayacaq. |
Bu mənada, Fransanın güclü təsirinin olduğu təkcə Ermənistandır”, - İnformasiya agentliyinin direktoru əlavə edib. |
Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlıdır, çünki Bakı ilə İrəvan arasında sülh sazişi imzalanarsa, Ermənistanı müdafiə etmək üçün əlavə oyunçulara ehtiyacı qalmayacaq:""“Azərbaycanla sülh sazişinin imzalanması Ermənistana Türkiyə ilə münasibətlər qurmaq üçün yeni imkanlar açacaq, re... |
Ermənistanın onu müdafiə edəcək əlavə qüvvələrə, xarici oyunçulara ehtiyacı olmayacaq. |
Buna görə də Fransa hazırda sülh sazişinin imzalanmasının vaxtını mümkün qədər gecikdirməyə çalışır”. |
“Microsoft” şirkəti “Windows 11 23H2” əməliyyat sisteminin yeni mərhələsinin başlandığını elan edib. |
“Windows 11”in köhnə versiyaları ilə işləyən uyğun cihazlar avtomatik olaraq yeni versiyaya yenilənəcək. |
Şirkət qeyd edir ki, yeniləmə dəstəyi başa çatmış və ya dayanmaq üzrə olan “Windows 11” kompüterlərinin təhlükəsizliyini və funksionallığını təkmilləşdirmək üçün nəzərdə tutulub. |
Beləliklə, yeniləmə “Windows 11 21H2 və 22H2” sistemli kompüter istifadəçilərinə təsir edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.