Search is not available for this dataset
text
stringlengths
10
518k
Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox (6,2 faiz) artıb.
Qiyməti 40-80 manat olan menyuların qiyməti 5,8 faiz yüksəlib.
Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4,9 faiz artım qeydə alınıb.
Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb.
Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyasının hələ də aktiv olması ilə əlaqələndirilir.
Ərzaq məhsulları üzrə illik inflyasiya 2,5 faiz olub.
Bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq.
Bildirildi ki, sifarişləri əvvəlki kimi deyil.
Nəzərə alsaq ki, martın 11-də Ramazan ayı başlayır və toy edənlərin sayı tamamilə azalacaq.
Demək ki, sahibkarların böhranla üzləşməsi daha da kəskinləşəcək.
Niyə toy biznesi böhranla üzləşib?
İqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda qlobal böhran, inflyasiyanın son illərlə müqayisədə daha yüksək səviyyədə olması və koronavirus (COVID-19) pandemiyasının təsirləri restoran, xüsusilə toy biznesinə mənfi təsir edib:"""“Pandemiya toy biznesinə elə bir zərbə vurdu ki, göstərici...
İnsanlar da toyun formatında fərqlilik edirlər.
Fikrimcə, yaxın 10-15 ildə Azərbaycanın öyrəşdiyi toy formatı dəyişəcək”.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin çökməsinin müxtəlif səbəbləri var:""“Belə ki, ən əsas səbəb son dövrlərdə nikahların sayının azalmasıdır.
2023-cü ildə 54 min nikah qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 15 faiz azalma deməkdir.
Nəticədə bu xidmətlərə tələb aşağı düşür.
Digər məsələ inflyasiyadır ki, iaşə xidməti qiymətlərini artırır.
Çünki inflyasiyanın ən çox hiss olunduğu seqment ərzaq məhsullarıdır.
Bu da iaşə xidmətlərində maya dəyərinin formalaşmasında əsas rol oynayır.
İnsanların da bu xidmətlərdən istifadə imkanları azalır”.
Ekspert bildirib ki, rəqabət və dəbdəbənin artırılması, böyük investisiyalar edilməsi və qaytarılması məqsədilə daha böyük mənfəət normalarının tətbiqi qiymətlərin yüksək olmasına gətirib çıxarır:""“Bu da əhalinin gəlirlərinə münasibətdə adekvat deyil.
Belə olduğu təqdirdə daha qənaətcil seçim edirlər.
Məsələn, 2015-ci ildə devalvasiyadan sonra vətəndaşlar mühərrik həcmi daha az olan maşınlar seçdilər.
Koronavirus (COVID-19) pandemiyasından sonra nikah ənənələrində fasilə yaranması və insanların savadlılıq səviyyəsi artdıqca, bu kimi məqsədlərə çox pul xərcləməyin düzgün olmadığını anlayırlar və bu xidmətlərdən imtina edirlər”.
R.Həsənov əlavə edib ki, azərbaycanlı investorlar daha effektiv sahələrə yatırım etməlidir:""“Ölkəmizdə bu sahəyə yatırım dünyanın heç yerində görünməyən qədər böyükdür.
Əlavə dəyər yaradan sahələrə investisiya edilməsi daha uyğun olardı.
Məsələn, növbəti dövrlərdə mənzil şəraitinin yaxşılaşdırılması kimi məqsədlərə investisiya qoymaq daha yaxşı olardı”.
“ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir”.
Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov əlavə edib ki, bu bəyanatlar Rusiya prezidentinin nüfuzuna hər hansı zərər vura bilməz.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini təhqir edib.
“Qarabağ” mütləq şəkildə ancaq qələbə üçün meydana çıxmalıdır.
Funksioner bugünkü matçda ölkə çempionuna uğurlar arzulayıb:""“Qarabağ” bunu bizə dəfələrlə göstərib və sübut edib ki, adlı-sanlı komandalara qarşı nəinki başabaş mübarizə apara, hətta rəqibi böyük hesabla üstələyə də bilər.
Artıq bir neçə dəfə bunu görmüşük.
Düşünürük ki, bu axşam da buna şahidlik edəcəyik”.
“Qarabağ” səfər qarşılaşmasında hər bir azərbaycanlını növbəti dəfə sevindirmişdi.
Fürsətdən istifadə edərək, klubu, futbolçuları, məşqçi heyətini, rəhbərliyi, azarkeşləri ilk matçdakı qələbəyə görə təbrik edirəm.
Lakin pley-off iki görüşdən ibarətdir və ilk qarşılaşma mərhələni adlamaq üçün işin 50 faizidir.
Bu o deməkdir ki, birinci nəticəyə əsaslanaraq arxayınlaşmaq olmaz”, - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək.
Portuqaliyadakı görüşdə “Qarabağ” rəqibini 4:2 hesabı ilə üstələyib.
“Karbon qazının azaldılması və yaşıl enerjinin inkişafı istiqamətində səylər artırılmalıdır”.
Oxu.Az bildirir ki, bunu Qətər parlamentinin sədr müavini Hamda Hassan Al-Sulaiti Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı bildirib.
O deyib ki, regionun bir çox ölkəsi 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qarşıya qoyulmuş 17 arzulanan məqsədə çatmaqda çətinlik çəkir.
“Asiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə həmin dövrə qədər nail ola bilməyəcəyi gözlənilir.
2030-cu ilə qədər inkişaf hədəflərinin yalnız 11 faizi reallaşacaq.
Su, artan işsizlik problemləri, sənaye durğunluğu var.
Təmiz enerjinin təmin edilməsi sahəsində əməkdaşlıq etməliyik”, - deyə o əlavə edib.
Ağdamda dörd il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.
APA-nın yerli bürosu xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.
Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nərgiz Şikar qızı Nəcəfova olduğu bildirilir.
Verilən məlumata görə, onu atası, Şikar Süleyman oğlu Nəcəfov dörd il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib.
Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.
13:34"Ağdamda dörd il əvvəl öldürülən qızın meyitinin axtarışlarına başlanılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Şikar Süleyman oğlu Nəcəfov qızının qətlində şübhəli bilinir.
Onun qızı, 2000-ci il təvəllüdlü Nübar Nəcəfovanı dörd il əvvəl qətlə yetirərək evinin həyətyanı sahəsində basdırdığı deyilir.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.
Faktla bağlı araşdırma aparılır.
Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün baş verib.
Belə ki, oğlan və qız sevgili olublar.
Oğlanın bacıları qıza onun başqa sevgilisinin olduğunu deyib və qardaşlarından uzaq durmağı tələb ediblər.
Mübahisə baş verib və bacılar qızı döyüblər.
Hətta bacılar özləri ilə oğlanın digər sevgilisini də gətiriblər.
Onlar şagirdə bildiriblər ki, onu dərsləri bitəndən sonra “başa salacaqlar”.
Məktəb direktorunun təhsil ocağında olmadığı, şagirdlərlə maraqlanmadığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
“Prezident İlham Əliyev andiçmə mərasimində ölkədə bütün sahələri əhatə edən və gələcək inkişaf istiqamətində fəaliyyət imperativlərini özündə ifadə edən çıxış etdi.
Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycana 20 illik rəhbərlik etdiyi dövrdə ölkənin imicini müsbət istiqamətdə inkişaf etdirdi”.
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, İlham Əliyevin Azərbaycana rəhbərlik etməzdən əvvəlki dövrdə ölkənin ümumdaxili məhsulu 7,2 milyard manat təşkil edirdisə, ötən 20 il ərzində bu göstərici 10 dəfədən çox artıb:"""“Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə güclənib, hərbi əməkdaşlıq xüsusi diqqətdə saxlanılıb.
Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində xüsusi, kompleks addımlar atılıb.
Ölkə başçısı çıxışı zamanı onu da vurğulayıb ki, o, 2003-cü ildə ölkə başçısı seçiləndə, eləcə də növbəti seçkilərdə də ölkə əhalisinə verdiyi söz – Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində əlindən gələni edəcəyi olub.
20 il ərzində Prezident İlham Əliyev həm siyasi, həm iqtisadi, həm hərbi sahələrdə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində tutarlı, təsirli addımlar atdı.
Həqiqətən də onun apardığı düzgün siyasi gedişlər nəticəsində torpaqlarımız işğaldan azad edildi.
Bütün istiqamətlərdə ölkə başçısının atdığı addımlar bizi addım-addım Qarabağımıza yaxınlaşdırdı.
Bütün beynəlxalq platformalarda ölkə başçısı özü də vurğulamışdı ki, sərgilədiyi mövqe birmənalıdır - Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq, Ermənistana konstruktiv yola gəlməsi və könüllü şəkildə Azərbaycan torpaqlarını işğaldan azad etmələri üçün onlara təzyiq edilməlidir.
Lakin prezidentimizin sərgilədiyi mövqeyə düzgün reaksiya nümayiş etdirilmirdi.
Bu da Ermənistanı özünü tam cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir, daha geniş təxribatlara sövq edirdi.
Bu baxımdan Azərbaycan Ermənistanın daha geniş təxribatlarının qarşısını almaq, ərazilərimizin işğaldan azad edilməsi istiqamətində 44 günlük əməliyyatlara başladı.
İşğalçı Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edildi”.
E.Mirbəşiroğlu bildirib ki, ölkə başçısı tribunadan verdiyi təsirli mesaj ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinin beynəlxalq əhəmiyyətinin süni şəkildə şişirdilməsini diqqətə çatdırıb:""“Məsələdə maraqlı olan tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə ...
Lakin Prezident İlham Əliyev bunun qəbuledilməzliyini və bunun Azərbaycanla Ermənistan arasındakı məsələ olduğunu önə çəkib.
Həqiqətən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini özlərinin fəaliyyətinin əsas prioritetinə çevirən maraqlı dairələr Cənubi Qafqaz regionunda öz geosiyasi və təhlükəli maraqlarından çıxış edirlər.
Ölkə başçısı açıq şəkildə bütün bunları gördüyünü və bu halların qarşısını almaq iradəsində olduğunu diqqətə çatdırdı.
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və bütün əraziləri boyunca suverenliyini etibarlı, dönməz şəkildə təmin etdikdən sonra öz milli tarixinin yeni mərhələsinə qədəm qoyub.
Prezident onu da vurğuladı ki, geridə qoyduğumuz mərhələdə biz əsas məqsədimizə - torpaqlarımızın azadlığına, suverenliyimizin bərpasına nail olduq.
Yeni tarixi mərhələdə Azərbaycanın qarşısında yeni məqsədlər var.
Ölkəmiz xüsusilə də xarici siyasi oriyentirlərini müəyyən edib.
Bundan başqa, Azərbaycan üçün arzuolunan və ən uğurlu platformanın Türk Dövlətləri Təşkilatının olduğu da vurğulanıb.
Ümumilikdə yeni mərhələdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində təsirli rolunun artırılması da başlıca məqsədlərimizdən biridir.
Hesab edirəm ki, Azərbaycan xalqının böyük dəstəyi ilə növbəti səlahiyyət müddətinədək prezident seçilməklə İlham Əliyev ölkəmizə daha geniş siyasi, iqtisadi uğurlar üfüqi açacaq”.
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.
Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyev 9 il 6 ay, Əjdər Kərimov və digərləri 8 il, Gültəkin Sadıqova 6 il müddətinə azadlıqdan məhrum ediliblər.