Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub. |
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. |
M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib. |
Rusiyanın Əməkdar artisti, “Avroviziya 2008” beynəlxalq mahnı müsabiqəsinin qalibi Dima Bilan Bakıda konsert verəcək. |
Oxu.Az xəbər verir ki, konsert oktyabrın 16-da Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq. |
Xatırladaq ki, bu, ifaçının Azərbaycanın paytaxtına ilk səfəri deyil. |
Qeyd edək ki, rusiyalı sənətçi karyerası ərzində bir çox musiqi mükafatlarına layiq görülüb, onun Azərbaycanda da kifayət qədər pərəstişkarı var. |
Konsertdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“22 fevral - Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. |
Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında İslam həmrəyliyi, qardaşlıq, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm veririk. |
Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. |
Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk. |
Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi, həm ikitərəfli əsasda, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin bundan sonra da uğurla davam etdirilməsi istiqamətində birgə səylər göstərəcəyik. |
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”. |
“Odessa Rusiyanın tərkibində olmalıdır, çünki orada ruslar yaşayır və rusca danışırlar”. |
Bu bəyanatla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib. |
Biz Odessanın Rusiyanın tərkibində olmasını gözləyirdik. |
Hətta bu şəhərin tarixi, orada yaşayan insanlar, danışdıqları dil də bunu göstərir ki, Odessa bizim rus şəhərimizdir”, - deyə Medvedev Rusiya mətbuatına müsahibəsində bildirib. |
“Volvo” avtomobil brendinin Azərbaycandakı rəsmi dileri “Volvo Car Azərbaycan” “Volvo Cars” tətbiqinin Azərbaycanda istifadəyə verildiyini elan edib. |
“Volvo Cars” tətbiqi davamlılıq və təhlükəsizliyə üstünlük verərkən maksimum komfort üçün hazırlanmış hərtərəfli funksiyalar təklif edir və bununla da sürücülük təcrübəsində standartları yüksəldir. |
Müştərilərə öz səyahətlərini problemsiz idarə etmək azadlığı təklif etmək məqsədilə bir sıra intuitiv parametrləri də dəstəkləyir. |
Tətbiqin mərkəzində sürücülük təcrübəsinin hər aspektinə cavab vermək üçün diqqətlə hazırlanmış idarəetmə toplusu var. |
Müştərilər seçilmiş avtomobil parametrləri üzərində misli görünməmiş bir idarə əldə edərək “Volvo” avtomobilinin onların seçimlərinə və istəklərinə asanlıqla uyğunlaşmasını təmin edir. |
İstər “Volvo” brendinin tam elektrik və ya qoşulan hibrid modelləri üçün doldurma prosesini idarə etmək, qoşulma səviyyələrini və ya elektrik istehlakını izləmək olsun istifadəçilər hər zaman məlumatlı qalıb nəzarət edə bilirlər. |
Əlavə olaraq proqram istifadəçilərini yolda təhlükəsizliyi qorumaqda dəstək kimi xidmət edir. |
Müştərilər real vaxt rejimində monitorinq vasitəsilə öz avtomobillərinin statusundan xəbərdar ola, lazım olduqda fasiləsiz əlaqə və yardımı təmin edə bilərlər. |
Fövqəladə hallar zamanı yolkənarı yardıma ani çıxış, gözlənilməz çətinliklərin öhdəsindən asanlıqla gəlmək üçün operativ dəstək təmin etməklə tam arxayınlıq təklif edir. |
Qızmar aylarda tətbiq boğanaq istidən xilaskar rolunu da oynayır. |
Daxili iqlim nəzarətlərini qurmaq və əvvəlcədən soyutma taymerlərini uzaqdan aktivləşdirmək imkanı ilə istifadəçilər səyahətə çıxmazdan əvvəl özlərini narahatlıqdan qoruyaraq mükəmməl mühitə daxil ola bilirlər. |
Yola düşməzdən əvvəl proqram vasitəsilə kondisioneri işə salmaqla müştərilərin həm rahatlığı, həm də rifahını artıraraq səyahət üçün mükəmməl başlanğıc təmin edir. |
Əslində, “Volvo Cars” tətbiqi brendin innovasiyalara və müştəriyönümlü dizayna sadiqliyini təcəssüm etdirərək ənənəvi sərhədləri aşır. |
Texnologiyanı sürücülük təcrübəsi ilə qüsursuz şəkildə birləşdirərək istifadəçilərə hər addımda davamlılığı və təhlükəsizliyi müdafiə edərkən yüksək performansı inamla qəbul etməyə imkan verir. |
“Volvo Cars” tətbiqini indi həm “App Store”, həm də “Google Play Store”dan ödənişsiz şəkildə yükləmək mümkündür. |
“Volvo Car Azərbaycan”ın təsisçisi və “Volvo” avtomobil brendinin rəsmi dileri - “Aral Auto” haqqında:""“Aral Group” şirkətinə məxsus “Aral Auto” 2022-ci ildə Bakı şəhərində təsis edilib və həmin ilin aprelində “Volvo Group”un elan etdiyi rəqabətli tenderdə qalib elan olunub. |
“Aral Auto” 2023-cü ildən etibarən “Volvo” şirkətinin rəsmi dileri kimi Babək prospekti, 61C. |
ünvanındakı avtosalonunda fəaliyyətə başlayıb. |
Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində debüt edəcək. |
Oxu.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu millimiz 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununda İsveçrənin qonağı olacaq. |
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. |
I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək. |
Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək. |
Beyləqanda erkən nikahın qarşısı alınıb. |
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. |
O bildirib ki, vətəndaş şikayəti əsasında Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumat araşdırılıb:""“Məlum olub ki, 16 yaşlı qızla 37 yaşlı Tərtər rayonu Sarıcalı kənd sakini Həsən (şərti ad) adlı şəxslə aralarında kiçik nişan mərasimi təşkil olunub. |
Məsələ ilə bağlı azyaşlı və onun valideynləri dərhal Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb. |
Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşının iştirakı ilə baş tutan görüşdə həm azyaşlı, həm də valideynləri ilə ayrı-ayrılıqda söhbət aparılıb. |
Azyaşlı və valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq, onlara xəbərdarlıq olunub. |
Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər. |
Valideyinlərin izahatları alınıb. |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Beyləqan Rayon İcra Hakimiyyətindən verilən məlumata görə azyaşlının ailəsi İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin nəzarətində saxlanılmaqla, təhsilinə cəlb olunması üçün tədbirlərə başlanılıb”. |
14:56"Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar paylaşılıb. |
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan iddialar televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb. |
Hətta qızın anası televiziya ilə əlaqə saxlayaraq vəziyyəti izah edib, toyun olmadığını və qızını elçi gələn ailənin 42 yox, 27 yaşlı oğluna verdiyini deyib. |
Sosial şəbəkələrdə yayılan fotolarda isə həmin şəxsin 27 yaşlı birinə bənzəmədiyi iddia edilir. |
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb. |
Onun sözlərinə görə, gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub:""“Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər. |
Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”. |
“Ermənistan hakimiyyəti Rusiyanın hərbi mövcudluğunu regiondan sıxışdırıb çıxarmaq üçün əlindən gələni edəcək”. |
Bu sözləri erməni politoloq Beniamin Matevosyan deyib. |
“Rusiya qoşunlarının mövcudluğuna qarşı bəyanatların verilməsi təsadüfi deyil. |
Rusiya sərhədçilərinin qərargahı önündə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır və bu, böyük siyasətin bir hissəsidir ki, məqsədi Rusiyanın regionda təsirindən qurtulmaqdır”, - deyə ekspert bildirib. |
Politoloq avropalı müşahidəçilərin ölkədəki varlığı kontekstində Ermənistanın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. |
Eyni zamanda, o, baş nazir Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata istinad edərək bildirib ki, missiyanın vəzifələrinə digər məsələlərlə yanaşı, Rusiya və İran qoşunlarının hərəkətlərinə nəzarət də daxildir. |
“Əgər bu, onların məqsədidirsə, onda aydındır ki, Rusiya niyə onların mövcudluğuna qarşıdır. |
Onlar kimi və ya nəyi Ermənistan vasitəsilə daşımaq istəyirlər ki, Rusiya qoşunlarından bu qədər qorxurlar?”, - deyə Beniamin Matevosyan qeyd edib. |
Digər tərəfdən, İranın mənfi reaksiyası da gərginlik yaradır. |
Onun fikrincə, Ermənistan demək olar ki, bütün qonşuları ilə münasibətləri korlamaq riski daşıyır. |
Bakıda maşından 4 min manatlıq saat oğurlanıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Xətai rayonu ərazisində BMW markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub. |
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elşad Şirinov müəyyən olunaraq saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Naxçıvan şəhər Heydər Əliyev prospektində qadınla kişi arasında şəxsi münaqişə zəminində mübahisə baş verib. |
Həmin görüntüləri təqdim edirik: |
“Vəsiyyətini yerinə yetirmək borcumuzdur”. |
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının kiçik oğlu Elay Balakişiyev deyib. |
O, yazıçının fevral ayının 5-də insult keçirdiyini qeyd edib:""“Dərhal xəstəxanaya yerləşdirdik. |
O gündən dünənə qədər komada idi.Müalicə ilə bağlı hər şey oldu. |
Saat 6-da zəng edib dedilər ki, atanız müalicələrə cavab vermir. |
Vəsiyyəti var idi.Anasının və qardaşının yanında dəfn olunsun. |
Onun vəsiyyətini yerinə yetiririk. |
Şamaxıda anasının və qardaşının qəbrinin yanında dəfn olunacaq. |
Sabah üç mərasimi keçiriləcək”. |
“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər - Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb. |
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb. |
General B.Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub. |
Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. |
Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür. |
Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqda vəsatəti təmin etməyib. |
N.Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələlik baxılmamış saxlanılıb. |
Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək. |
Proses fevralın 28-i davam edəcək. |
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ.Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. |
“Azerconnect” şirkəti növbəti dəfə nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət seçilib. |
Şirkət 2024-cü ildə yenidən bu sertifikata layiq görülməklə fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, eləcə də öz əməkdaşları üçün layiqli iş şəraiti təmin etməyə sadiqliyini nümayiş etdirib. |
“Azerconnect” şirkəti “Top Employer Institute” tərəfindən iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirilib və mükafata layiq görülüb. |
“Ardıcıl ikinci ildir ki, bu nüfuzlu mükafata layiq görülməkdən qürur duyuruq. |
Ən qabaqcıl insan kapitalı təcrübələrini fəaliyyətimizə inteqrasiya etməklə biz şirkətimizdə mükəmməlliyi təşviq etməyə davam edirik”, - deyə “Azerconnect” şirkətinin baş direktoru Emil Məsimov bildirib. |
“İşçilərin rifahına, peşəkar inkişafına, inklüzivliyinə önəm verən iş yeri mədəniyyətinin yaradılmasına istiqamətlənən töhfələrimizin nəticəsi olaraq şirkətimizin “Top Employer Institute” tərəfindən yenidən Azərbaycanın ən yaxşı işəgötürəni olaraq seçilməsinin şahidi olduğum üçün çox sevinirəm. |
“Azerconnect” şirkətinin ruhlandırıcı iş yeri kimi inkişaf etdirilməsi, hər bir əməkdaşın karyera inkişafı və rifahının yüksəldilməsinə həsr olunmuş ən yaxşı layihələrin və fəaliyyətlərin beynəlxalq dəyərlərə uyğun qiymətləndirilməsi qürurverici haldır”, - deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə baş müdiri Mə... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.