Search is not available for this dataset
text
stringlengths
10
518k
O, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunub, bir müddət əvvəl azadlığa çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Yol Polisi (DYP) bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.
Bu barədə DYP-dən məlumat yayılıb.
Bildirilib ki, bu gün “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur:""“Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə d...
Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus mar...
“Köhnə Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Bakıdan Qubaya gediş hissəsinin təqribən 45%-də təmir işləri aparılıb”.
APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ilin yay aylarında son yekun işləri görüləcək və yol tam təmirli halda istismara veriləcək.
“Regional və beynəlxalq qurum olaraq mühüm çağırışlar nöqtəsindəyik.
Əminəm ki, Azərbaycan Respublikasının Milli Məclisinin sədrliyi ilə Asiya Parlament Assambleyası (APA) qarşıdakı iki ildə çiçəklənəcək və uğur qazanacaq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu APA-nın Baş katibi Məhəmməd Rza Məcidi Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında deyib.
O, Azərbaycanın sədrliyini dəstəklədiyini, bunun üçün sarsılmaz öhdəliklərini ortaya qoyacaqlarına söz verib.
“Dünya indi çətin mərhələdən keçir.
Bu mənada Asiyada da vacib tarixi fürsət yaranıb”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, Asiya mədəniyyətin beşiyidir.
“Biz parlament diplomatiyası ilə Asiyada əməkdaşlığı gücləndirməkdə maraqlıyıq.
Türkiyə “Yenidən Asiya” siyasəti ilə Asiya qitəsində əməkdaşlığa böyük önəm veririk”, - deyə o bildirib.
Numan Kurtulmuş qeyd edib ki, beynəlxalq münasibətləri və xarici siyasəti münaqişələrin həllinə yönləndirmək vacibdir.
“Əgər münaqişələrin həllinə səylər göstərilməsə, qorxuram ki, dünyada daha böyük problemlər yaransın”, - deyə o əlavə edib.
O deyib ki, Rusiya-Ukrayna münaqişəsi həll edilməsə dünya daha böyük eskalasiyalara şahidlik edə bilər:""“Bu gün Rusiya-Ukrayna müharibəsi az qala kollektiv Qərblə Rusiyanın müharibəsi halına gəlib.
İkinci bir münaqişə isə İsrail-Fələstin müharibəsidir.
Fələstinlilər haqsızlığa məruz qalırlar”.
“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir və gələn ilin mart ayına qədər yekunlaşdırılacaq.
“Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”, - Saleh Məmmədov qeyd edib.
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına (APA) sədrliyi iki il müddətinə öz üzərinə götürür.
Oxu.Az bildirir ki, bununla əlaqədar APA-nın Bakıda keçirilən 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O sədrliyin Türkiyədən Azərbaycana təhvil verildiyini bildirib.
Xətai rayonu ərazisində dibinə metlax döşənən ağaca baxış keçirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra hakimiyyətinin və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən ağacın dibi metlaxdan təmizlənib, müvafiq aqrotexniki qulluq olunub.
11:24"Paytaxtda ağaca qarşı amansız rəftar sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Oxu.Az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin metronun “Həzi Aslanov” stansiyası yaxınlığında, Xudu Məmmədov küçəsi 103 ünvanında yerləşən restoranlardan birinin qarşısında çəkildiyi qeyd edilib.
Belə ki, beşmərtəbəli binanın hündürlüyünə bərabər olan şam ağacının dibinə metlax döşənərək ağacın inkişafının qarşısı alınıb.
Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri aidiyyəti qurumların tədbir görməsi, ağacların bu cür amansız rəftara məruz qalmaması üçün sahibkarlara xəbərdarlıq edilməsinin önəmli olduğunu bildiriblər.
Həmin görüntüləri təqdim edirik:"""Könül Cəfərli
Dünya futbolunun ən tanınmış simalarından olan Ronaldinyo Türkiyənin “Survivor” yarışmasında iştirak edib.
Dominikan Respublikasında keçirilən və Acun İlıcalının aparıcılığını etdiyi “Survivor-2024 All Star”a qonaq qismində gələn Ronaldinyo ayaq voleybolunda bacarığını nümayiş etdirib.
Acun İlıcalı və keçmiş futbolçu Sercan Yıldırımla eyni meydançanı paylaşan braziliyalı ulduz sosial mediada gündəm olub.
Daha əvvəl iki dəfə FIFA-nın “Dünyada ilin futbolçusu” və “Qızıl Top” mükafatını qazanan Ronaldinyo türk iştirakçılarla görüşdən məmnun olduğunu deyib.
“Burada olmaqdan çox xoşbəxtəm.
Hər zaman gələ bilərəm”, - deyə o qeyd edib.
Ronaldinyonun oyunda qazandığı xallar tamaşaçıları heyran qoyub.
Acun İlıcalı Ronaldinyo ilə bir neçə ildir görüşdüklərini bildirib.
Ona təklif etdim və “Survivorda ayaq voleybolu oynayaq, nə deyirsən?” dedim.
Dərhal razılaşdı”, - deyə İlıcalı qeyd edib.
Hollivud ulduzu Tom Kruz Rusiya Dövlət Dumasının altıncı və yeddinci çağırışlarda deputat olan Rinat Xayrovun qızı Elsinadan ayrılıb.
Bu barədə aktyora yaxın mənbələr xəbər veriblər.
Bildirilir ki, Kruz keçmiş sevgilisi ilə dost qalmaq istəyir.
Onlar hazırda Londonda eyni binada yaşayırlar.
Mənbələr iddia edirlər ki, Kruz və Xayrova arasındakı münasibətlər sadəcə özünü tükədib.
Qeyd edək ki, Tom Kruz və Elsina Xayrovanın münasibəti barədə ilk dəfə ötən ilin dekabrında KİV-də məlumat yayılıb.
Lakin Dövlət Dumasının keçmiş deputatı Rinat Xayrov bu xəbərləri tamamilə cəfəngiyyat adlandırıb.
Bununla belə cari ilin fevral ayında Tom və Elsinanın dostlar arasında romantik münasibətlərini gizlətmədikləri barədə mediada xəbər yayılıb.
“Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına (APA) mühüm çərçivə kimi baxır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
“Parlamentlərimizi bir araya gətirməklə ölkələrimizin səylərini ümumi məqsədlər üçün daha da səfərbər edirik.
Eyni zamanda, bu məqsədlərə nail olmaq üçün parlament bu işə öz töhfəsini verir”, - deyə o əlavə edib.
O bildirib ki, APA parlamentlərarası dialoqu dərinləşdirməklə əlaqədar birgə istəyi əks etdirir:""“İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək”.
Sədr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən də danışıb.
O deyib ki, normallaşma üçün Ermənistan konstitusiyasını dəyişməli və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.
S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır:""“Üç ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür”, - Sahibə Qafarova bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonunda ananın 16 yaşlı qızını evdən qovması barədə yayılan xəbərlərlə bağlı daha bir açıqlama verib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, komitə tərəfindən Qaradağ rayonunun, Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəb ilə əlaqə saxlanılıb:""“Məktəb rəhbərliyi tərəfindən uşağın anası təhsil ocağına dəvət olunub.
O bildirib ki, qızını evdən qovmayıb, rəfiqəsigildə qalıb.
Məktəbdə bərbər kursunda təhsil alan yeniyetmə də evdən qovulması məsələsini təkzib edib”.
T.Mərdanoğlu qeyd edib ki, məsələni komitə nəzarətdə saxlayır.
Qeyd edək ki, ötən gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan qızı anasının evdə qovduğunu və bu səbəbdən müxtəlif ünvanlarda gecələməli olduğu barədə paylaşım edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də məsələ barədə araşdırma aparıldığı bildirilmişdi.
“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
“Qafqazinfo”nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda şahidlər ifadə veriblər.
Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır.
İttihama görə, D.Quliyev cinayətin təşkilatçısıdır.
Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o, isə qətli dostu Samir Quliyevə icra etdirib.
Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb.
Bundan sonra mütəmadi olaraq müalicə alıb:“Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi.
Axşam telefon zəngi vasitəsilə hadisəni polisə etiraf edib”.
G.Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib.
İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdiyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb:""“Atamın ölümündən sonra dayım bizə atalıq etdi.
İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi.
Onu işlədiyi universitetdə oxutdu.
Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı.
İki il əvvəl mənə zəng etdi, krediti olduğu üçün borca pul istədi.
Qumara görə sonralar dayım da ona pul verməyib”.
Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib.
Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər.
Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.
Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib.
Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş.
Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib.
Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb:“Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib.
Deyib ki, tavana görə 4 min manat lazımdır.
Dayısı pul vermədiyi üçün polisə etiraf edib”.
Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb.
Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib.
İttihama görə, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib.