Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əraziyə polis əməkdaşları cəlb ediliblər. |
Faktla bağlı araşdırma aparılır. |
“21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”. |
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb. |
Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyi... |
Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır. |
Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”. |
Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. |
APA xəbər verir ki, qəza Mir Cəlal və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində qeydə alınıb. |
Qəza “Audi”, KIA və “Toyota” markalı avtomobillərinin iştirakı ilə baş verib. |
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. |
Avtomobillərə ciddi ziyan dəyib. |
Qəzaya uğrayan avtomobillər yoldan götürülərək aidiyyəti üzrə təhvil verilib. |
Əraziyə polis əməkdaşları cəlb ediliblər. |
Hadisənin təfərrüatı araşdırılır. |
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən VAZ-2106 markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanları olmadan idarə etdiyi üçün saxlan... |
Həmin nəqliyyat vasitəsini etibarnaməsiz, sürücülük hüququ olmadan idarə rayon sakini Ruslan Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. |
Müayinənin nəticəsinə əsasən, R.Əliyevin narkotik vasitədən istifadə etdiyi məlum olub. |
Bundan əlavə, VAZ-21063 markalı avtomobillə hərəkətdə olarkən Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılmış digər sürücü, rayon sakini Ruslan İbrahimovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. |
Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. |
Məhkəmənin qərarı ilə R.Əliyev 15 gün müddətində inzibati qaydada həbs edilib, R.İbrahimov barəsində isə digər inzibati tənbeh tədbiri seçilib. |
Ali Məhkəmədə Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib. |
Sumqayıt Apellyasiya Məhkəməsi Azad Rəşidzadənin şikayətini təmin etməyib. |
İttiham aktına əsasən, Şamaxı rayon sakini, 1971-ci il təvəllüdlü Azad Əli oğlu Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı, 1967-ci il təvəllüdlü Azər Əli oğlu Rəşidovu güllələyib. |
Nəticədə ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib. |
Bundan başqa, hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə Əlişah qızı İbadovaya da atəş açıb. |
Güllə qadının qolunu yaralayıb. |
Daha sonra M.İbadova Şamaxı Rayon Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. |
Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. |
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 29, 120-ci (qəsdən adamöldürməyə cəhd) maddələri ilə ittiham olunub. |
Növbəti (2024/2025) tədris ili üçün qeydiyyatı açıq elan etmiş “LANDAU School” tədris prosesinə bir neçə yeniliyi əlavə edib. |
Hər bir şagirdi özünü daim inkişaf etdirməsi üçün həvəsləndirmək və istiqamətləndirmək məqsədinə əsaslanaraq məktəb növbəti tədris ilindən etibarən ÖDƏNİŞSİZ Uzadılmış Gün və “LANDAU” Təqaüd Proqramlarının tətbiqinə başlayacaq. |
Bütün bölmələr (Azərbaycan, ingilis, rus bölmələri) üzrə ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş, Uzadılmış Gün Proqramının valideynlər üçün müsbət tərəfləri:- Şagirdlər ev tapşırıqlarını artıq məktəbdə icra edəcəkləri üçün evdə dərs hazırlamaqlarına ehtiyac qalmayacaq;"- Şagirdlər evdə valideynləri ilə daha səm... |
Qeyd etdiyimiz kimi, bu proqram tamamilə ödənişsizdir və cari təhsil haqqına daxil olan xidmətdir. |
Bununla yanaşı, artıq hər il “LANDAU School”da 100 şagird “LANDAU” Təqaüd Proqramı çərçivəsində 20%-dək təqaüdlü təhsil alma imkanı da əldə edəcək. |
LANDAU Təqaüd Proqramı müvafiq tədris göstəricilərinə və imtahan nəticələrinə əsasən təyin olunacaq. |
Bəs “LANDAU School”un əlavə nə kimi üstünlükləri var? |
- Yüksək təhlükəsiz şərait;"- Riyaziyyat fənninə metodiki üstünlük (həftədə 8 dərs);"- İngilisdilli mühit;"- Beynəlxalq bilik olimpiadalarına xüsusi hazırlıq; - Aparıcı xarici universitetlərə 100% qəbul şansı;"- 13 illik Britaniya tədris proqramının 11 il ərzində başa çatdırılması;"- Tədris proqramı sonunda şagirdin sə... |
Daha ətraflı məlumat əldə etmək üçün *1908 nömrəsinə zəng edə bilərsiniz. |
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, mərhum Əziz Əbdüləzizin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
İttiham aktınа əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. |
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. |
Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib. |
Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. |
Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb. |
Ə.Əbdüləziz isə ittihamı qəbul etməyib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib və bir qədər sonra saxlanıldığı cəzaçəkmə müəssisəsində vəfat edib. |
Bakı Apellyasiya Məhkəməsində mərhum təqsirləndirilən şəxs iki dələduzluq epizodu üzrə (300.000 və 25.000 manat məbləğlərində) təqsirli bilinib. |
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycanın mərhum televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir. |
Çinin Quançjou şəhərində yük gəmisi magistral körpüyə çırpılıb və körpünün bir hissəsini dağıdıb. |
Qeyd olunur ki, hadisə vaxtı körpü üzərində olan bir neçə avtomobil suya düşüb. |
Hələlik insan itkisi barədə məlumat verilmir. |
Hadisə yerinə dalğıclar cəlb edilib. |
Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən İsmət Qədirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. |
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, hadisə 2022-ci il oktyabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. |
Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində həmyaşıdı olan İlkin Qurbanlını bıçaqlayaraq qətlə yetirib. |
İsmət Qədirova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. |
“Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa Prezidenti Emmanuel Makronun bu haqda danışması “ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur”. |
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. |
Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. |
“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - bəyanatda vurğulanıb. |
Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 kvadratmetr olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 kvadratmetr olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən altı nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. |
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sevinc Bağırova və onun bacısı Bağçagül Əliyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. |
Belə ki, Sevinc Bağırovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay müddətinə, Bağçagül Əliyevanın isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il müddətinə artırılıb. |
İttihama görə, Sevinc Bağırova bacısı Bağçagül Əliyeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı, zərərçəkmiş Vəsilə Bağırovanın yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı ümumilikdə 81 953 manat pulu 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayı... |
Daha sonra hər iki bacı zərərçəkmişin şikayəti əsasında saxlanılıb və onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. |
Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş internet üzərindən məhdudlaşdırılıb. |
APA-nın əldə etdiyi məlumata görə, buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır. |
Xankəndidə xeyli silah-sursat aşkarlanıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində iki ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. |
Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak e... |
Bu gün Şamaxının Cümə məscidində Xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq. |
12:09"Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi başa çatıb. |
Oxu.Az xəbər verir ki, mərhumun Bakıdakı evində baş tutan vida mərasimində onun ailə üzvləri və yaxınları, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, nazirliyinin digər nümayəndələri iştirak ediblər. |
11:07"Ötən gün vəfat edən Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilir. |
Oxu.Az xəbər verir ki, mərhumun Bakıdakı evində baş tutan vida mərasimində onun ailə üzvləri və yaxınları, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, nazirliyinin digər nümayəndələri iştirak edirlər. |
Xatırladaq ki, Xalq yazıçısı vəsiyyətinə uyğun olaraq Şamaxı rayonunda anasının yanında dəfn olunacaq. |
09:40"Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasiminin yeri açıqlanıb. |
Bu barədə Oxu.Az-a ailəsindən məlumat verilib. |
O qeyd edib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:""“Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. |
Vida mərasimi isə onun Bakıdakı evində olacaq”. |
Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.