Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycan millisinin futbolçusu Mahir Emreli məşqlərə başlayıb. |
Oxu.Az xəbər verir ki, Xorvatiyanın “Dinamo” klubunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib. |
26 yaşlı ön xətt oyunçusu özü də məşqdən şəkil paylaşıb. |
Onun UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq. |
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi. |
Bakının Nərimanov rayonunda qadın avtomobil qəzası zamanı ölüb. |
Piyada almış olduğu xəsarətlərlə bağlı yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölüb. |
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır. |
Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib. |
Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur:""“Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. |
Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır”. |
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda xizəkli texnikalarla taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər. |
Döyüş qrupları şəklində şərti düşmənin dayaq məntəqəsinə qəfil pusqu keçirilib, həmlə obyektində və onun cinahlarında aşkar edilmiş canlı qüvvə məhv edilib, təminat yolları bağlanıb və dəstək üçün gələn digər qüvvələrin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. |
Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qar... |
Fevralın 21-də Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinə start verilib. |
Oxu.Az bildirir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən bir sıra tədbirlər fevralın 24-dək davam edəcək. |
Azərbaycan mədəniyyət nümunələrinin təqdimatına həsr edilən tədbir şəhərin təkcə alış-veriş yeri deyil, həm də mədəniyyət mərkəzi sayılan məşhur “Souq Vaqif” (Souq Waqif) bazarında keçirilir. |
Mədəniyyət evlərindən birinin həyətində “Azərxalça” ASC-nin sərgisi və Azərbaycan musiqisini təqdimatına həsr edilən konsert olub. |
Məhz burada, Dohanın ən rəngarəng görməli yerlərindən birində yerli əhaliyə Azərbaycan mədəniyyətinin mühüm atributlarını - xalqımızın adət-ənənələrini, tarixini, milli musiqisini, rəqslərini qoruyub-saxlayan xalçalar təqdim olunub. |
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qətər Mədəniyyət Nazirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. |
“Azərxalça”nın nümayəndəsi, korporativ satış meneceri Asim İbadovun Oxu.Az-a verdiyi məlumata görə, sərgidə yun və ipəkdən hazırlanmış 14 xalça nümayiş etdirilir. |
“Milli sənətimizi daha çox insana göstərmək üçün özümüzlə ənənəvi və müasir xalçaları gətirmişik”, - deyə o qeyd edib. |
Konsert proqramı çərçivəsində Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, eləcə də Dövlət Rəqs Ansamblının solistləri çıxış ediblər. |
Tədbirdə xalq mahnıları ilə yanaşı, “Naz eləmə”, “Ağ çiçəyim” rəqsləri də ifa edilib. |
Orkestrin direktoru Elçin Abbasov saytımıza açıqlamasında Azərbaycan mədəniyyətinin xaricdə təmsil olunmasının vacibliyini vurğulayıb. |
“Azərbaycan mədəniyyətinin təbliği təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da vacibdir. |
Üstəlik, qonşu Ermənistan tərəfindən saxtakarlığın yayıldığı belə çətin bir zamanda musiqi alətlərimizi dünyaya tanıtmaq, qədim tariximizi, adət-ənənələrimizi sənət vasitəsilə göstərmək xüsusilə vacibdir”, - Elçin Abbasov bildirib. |
Öz növbəsində, Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov Oxu.Az-la söhbətində etiraf edib ki, xarici ölkələrdə edilən çıxışlar sənətçiləri həvəsləndirir. |
“Mədəniyyətimizi təmsil etmək, Azərbaycan musiqisini, rəqsini əcnəbilərə tanıtmaq bizim üçün çox dəyərlidir. |
Onların heyranlığını görəndə həmişə sevinirik”, - deyə o əlavə edib. |
Qətər Mədəniyyət Nazirliyinin Mədəniyyət və İncəsənət Departamentinin direktoru Məryəm Yassin Əl-Həmmadi Oxu.Az-a müsahibəsində qeyd edib ki, hər bir ölkənin mədəniyyəti fərqlidir, lakin bu, həm də birləşdirici amildir. |
“Bizim mədəniyyətimizdə və Azərbaycan mədəniyyətində xalçalar xüsusi yer tutur. |
Ona görə də Qətərdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində belə bir tədbirin keçirilməsi diqqətəlayiq haldır”, - o vurğulayıb. |
İlon Mask 2023-cü ildə məmurlarla süni intellekt məsələlərini müzakirə etmək üçün gizli şəkildə Ağ Evə səfər edib. |
Maskın Ağ Evə ziyarətinin sentyabrın 13-də baş tutduğu qeyd edilir. |
Ağ Ev bu xəbərləri təsdiqləyib. |
Bildirilib ki, bu, Maskın Co Baydenin prezidentliyi dövründə Ağ Evə yeganə səfəri olub, lakin sahibkar liderlə görüşməyib. |
Həmçinin bəzi mənbələr Barak Obama və Donald Trampın prezidentlikləri dövründə milyarderin bir neçə dəfə Ağ Evi ziyarət etdiyini yazıblar. |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha altı yaşayış məntəqəsinin layihələndirilməsinə başlayır. |
Oxu.Az bu barədə Fonda istinadən xəbər verir. |
Məlumata görə, layihələndirmə işləri Tərtər rayonunun Umudlu qəsəbəsi, Şuşa rayonunun Malıbəyli və Turşsu qəsəbələri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocavənd rayonunun Xocavənd kəndi və Xocalı şəhərini əhatə edəcək. |
Qətərin paytaxtı Dohada yerləşən nəhəng “Mall of Qatar” ticarət mərkəzini ötən gecə Azərbaycan musiqisi sədaları titrədib. |
Ticarət mərkəzinin mərkəzindəki dairəvi səhnədə “Natiq” ritm qrupu və “Mirvari” rəqs ansamblı möhtəşəm şou nümayiş etdiriblər. |
Oxu.Az xəbər verir ki, ticarət mərkəzinə gələnlərin hamısı nağara və digər Azərbaycan alətlərinin sədaları altında bir yerə toplaşıb. |
Ritmlərimizə, başgicəlləndirici rəqslərimizə məftun olan tamaşaçılar Azərbaycan incəsənət ustalarını ucadan alqışlayıblar. |
Geniş konsert proqramı milli rəqsimiz olan “Yallı” ilə başa çatıb. |
Ansamblın solistləri tamaşaçılarla birlikdə səhnənin ətrafında rəqs etməyə başlayıblar. |
Qeyd edək ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub. |
Bir sıra tədbirlər fevralın 24-dək davam edəcək. |
Ali Məhkəmədə iki qardaşı bıçaqlamaqda ittiham olunan Azər Zeynalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Azər Zeynalov 17 il müddətinə azadlıqdan məhrum edilib. |
Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 15 ilə endirilib. |
İttihama görə, təqsirləndirilən şəxs hadisəni quldurluq məqsədilə törədib. |
O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. |
Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb. |
Yaralı qardaşlar xəstəxanaya yerləşdiriliblər, onların həyatını xilas etmək mümkün olub. |
Təqsirləndirilən Azər Zeynalova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. |
İranda 2022-ci il ümumxalq etirazlarında repressiv rejim tərəfindən öldürülən yeniyetmə Nika Şahkərəmi ilə bağlı yeni faktlar üzə çıxıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. |
Məlumata görə, molla rejiminə qarşı fəaliyyət göstərən “Əlinin ədaləti” adlı haker qrupu yeniyetmə qıza ölümündən öncə İran rejiminin mühafizə orqanı qüvvələri tərəfindən təcavüz edildiyini açıqlayıb. |
Bununla bağlı sözügedən haker qrupu İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatının “Çox məxfi” hesabatını internetdə paylaşıb. |
Daha bir amerikalı məhbus azotdan istifadə edilərək edam edilə bilər. |
Məlumata görə, Alabama Baş Prokurorluğu 1999-cu ildə üç nəfəri öldürən 59 yaşlı Alan Yucin Millerə qarşı hökmün icrasının bu üsulla həyata keçirilməsi üçün Ali Məhkəməyə müraciət edib. |
Qeyd olunur ki, hüquq müdafiəçiləri bu edam növü ilə bağlı konsensusa gələ bilmirlər. |
Təmiz azotla edam edilən ilk məhbus Kennet Smitdə qeydə alınan tutmalar və qıcolmalar onlarda tərəddüd yaradıb. |
Artıq ölüm cəzasına məhkum edilmiş məhbuslar da eksperimental üsulu qadağan etmək üçün müraciət ediblər. |
“İnsanlar üzərində aparılan ilk təcrübənin nəticələri alınıb. |
Onlar göstərir ki, azotla boğulma, gözlənildiyi kimi, tez və ağrısız edam üsulu deyil, əksinə, əzablıdır”, - deyə ərizədə bildirilir. |
Bu səbəbdən Millerin cəzasının icra tarixi ətrafında qızğın müzakirələr gedir. |
Xatırladaq ki, azot qazından istifadə etməklə tarixdə ilk edam 2024-cü il yanvarın 25-də ABŞ-də baş tutub. |
Sifarişlə qadın öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yucin Smit bu üsulla öldürülüb. |
Daha sonra Alabama ştatının İslah Departamentinin komissarı Con Hamm jurnalistlərə bildirib ki, məhkum edam zamanı nəfəsini tutmağa çalışıb və mübarizə aparıb. |
Hammın sözlərinə görə, azot təxminən 15 dəqiqə ərzində Smitin bədəninə daxil olub. |
Alabama ştatının baş prokuroru Stiv Marşal isə edamın təxminən 30 dəqiqə çəkdiyini bildirib. |
Qeyd edək ki, bu edam növü BMT-nin narazılığına səbəb olub. |
Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı hadisəni pisləyib və bunu qeyri-insani rəftar, işgəncə kimi təsnif edib. |
Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilir. |
Oxu.Az bildirir ki, sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub. |
Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir. |
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. |
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək. |
Daha çox şəkil burada:PhotoStock.az |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihənin icrası davam etdirilir. |
Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini əhatə edir. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib. |
Bildirilib ki, ümumilikdə 3300 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb. |
13 məntəqədə isə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. |
Hazırda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır. |
Bu işlərə Azərbaycan prospektindən başlanılıb. |
AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə mikromobillik vasitələri üçün yollara daxil olmamağa çağırış edib. |
11:01"Paytaxtda velosiped zolaqlarına nəqliyyat vasitələrinin girişini məhdudlaşdırmaq məqsədilə xüsusi baryerlər quraşdırılır. |
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Azərbaycan prospektində salınan velosiped zolaqlarından gedir. |
Bu baryerlərin velosipedçilərin təhlükəsizliyi baxımından önəmli olduğu bildirilir. |
Həmin görüntüləri təqdim edirik:"""Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli |
Bakının Nərimanov rayonunda narkotiklə bağlı saxlanılan şəxs ölüb. |
APA xəbər verir ki, barəsində narkotik cinayətlərinə görə 3 aylıq həbs qətimkan tədbiri seçilən 36 yaşlı Azər Namiz oğlu Ağalarova məntəqədə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.