Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Rusiyanın Voronej şəhərində yeni doğulmuş oğlunu pəncərədən atan 17 yaşlı qıza qarşı cinayət işi açılıb. |
Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. |
17 yaşlı qız diri, normal körpə dünyaya gətirib və dərhal ondan xilas olmaq qərarına gəlib. |
Gənc ana çox düşünmədən körpəsini dördüncü mərtəbədən yerə atıb. |
İki gün sonra yerli sakinlər evin həyətində dəhşətli mənzərə ilə rastlaşıblar və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıblar. |
O vaxta qədər həkimlər baş, döş qəfəsi və qarın nahiyəsindən ciddi xəsarət alan yeni doğulmuş oğlan uşağına artıq kömək edə bilməyiblər. |
Müstəntiqlər şübhəlini, eləcə də onun qohumlarını və qonşularını dindirəcək, baş verənlərin səbəblərini müəyyənləşdirəcəklər. |
Cəlilabad rayonunda parklarından birindən naməlum şəxslər tərəfindən gül dibçəkləri oğurlanıb. |
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində dibçəkləri oğurlayan iki nəfər saxlanılıb. |
Həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlar hərəkətlərindən peşman olduqlarını bildiriblər. |
“Bank Respublika”nın Sabirabad filialının əməkdaşı Rail Hüseynovun məhkəmə prosesi başa çatıb. |
“Qafqazinfo”nun məlumatına görə, o, sözügedən bankda korporativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışarkən əmanətçilərin 158 min 969 manatı mənimsəməkdə ittiham olunub. |
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, 2022-ci ilin əvvəllərindən “TikTok”da “azrail.313” adlı səhifə açıb. |
Bu zaman Rail göndərilən hədiyyələrin nağdlaşdırıla biləcəyini öyrənib. |
Bundan başqa, ona pul qoyulmaqla alınan virtual hədiyyənin dəyəri olan pulu 2 ay ərzində geri qaytara biləcəyi də məlum olub. |
Belə ki, hədiyyə alınandan 2 ay ərzində qeyd edilən sosial şəbəkəyə müraciət edib həmin hədiyyənin səhvən alındığı bildirilib pulun geri qaytarılması xahiş edilir, bundan sonra həmin hədiyyənin dəyəri tam şəkildə istifadəçiyə qaytarılır. |
Belə olan halda, istifadəçi həm hədiyyəyə xərclədiyi, həm də ayrı-ayrı istifadəçilərdən aldığı hədiyyənin pulunu alır. |
O, bu formada daha çox qazanc əldə edəcəyini düşünüb, hətta qeyd etdiyi prosesi bir neçə dəfə az məbləğlərlə yoxlayıb və uğurlu olub. |
Bundan sonra o, daha böyük məbləğlərlə bu işi görmək qərarına gəlib. |
Müştəriləri seçərkən o, depozit hesabını yeni açmış və bitmə müddətinə müəyyən qədər qalmış müştəriləri seçib. |
Bu məqsədlə, o, bankda əməliyyatlar zamanı istifadə edilən və bütün müştərilərin məlumatları qeyd edilmiş “Sfera proqram”ında qeyd edilən 8 şəxsin depozit müqavilələrini xitam verib. |
Əslində isə qaydalara əsasən, belə xitam üçün vətəndaşın müvafiq müraciəti olduqdan sonra, onun müqaviləsinə “Sfera proqram” təminatında xitam verilir. |
Həmçinin xitamdan sonra avtomatik xitam ərizəsi çap edilir və həmin vətəndaşa imzalatdırılaraq iş qovluğuna qoyulur. |
O, həmin şəxslərin müqavilələrini xitam edəndən sonra ərizələrini özündə saxlayıb ki, onlar banka müraciət edəndə onlara imzalatdırsın. |
Rail 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb “TikTok” sosial şəbəkəsində hədiyyələr alıb. |
Qeyd olunan şəxslərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər. |
Sonradan o, pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. |
Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından alması olub. |
O, belə bir qaydanın olduğunu əvvəlcədən bilməyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. |
Bundan sonra, o, götürdüyü pul vəsaitini də geri qoya bilməyib. |
Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən o, işdən çıxarılıb. |
Etdiyi bu əməl nəticəsində işlədiyi banka təxminən ittihamda göstərilən miqdarda - 158.969,0 manat ziyan dəyib. |
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib. |
Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə arxiv görüntülərini paylaşıb. |
Oxu.Az xəbər verir ki, sənətçi illər əvvəl konserti zamanı çəkilən görüntülərinə bunları yazıb:"“Təəssüf olsun ki, bəzi meyxana həvəskarları, hətta bəzi meyxanaçılar bu sənəti o qədər dar çərçivədə dərk edirlər ki, vaxtilə bu hadisələrin realda baş verdiyini hələ də ağılları həzm edə bilmir. |
Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir acıdır”. |
Rinoseptoplastika (burun çəpərinin korreksiyası) obstruktiv yuxu apnoesi olan insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər. |
Bu barədə rusiyalı plastik və rekonstruktiv cərrah Andrey Yenin danışıb. |
Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün epizodik dayanması deməkdir. |
Bu vəziyyət çox vaxt xoruldama ilə müşayiət olunur. |
Yeninin qeyd etdiyi kimi, bu hal ürək-damar xəstəlikləri riskini artırır. |
Belə ki, bunu sübut edən tədqiqatlardan biri xoruldayan insanların qanında iltihab markerləri və ürək-damar xəstəliklərinə meyilli olduqlarını aşkar edib. |
“Bu gün rinoseptoplastika bütün sistemlərin və orqanların toxumalarının yüksək dərəcədə oksigenləşməsi səbəbindən ömrün uzunluğuna təsir edən funksional bir əməliyyatdır, çünki oksigen bütün sistemlərin işləməsi üçün yanacaqdır”, - Yenin vurğulayıb. |
Rəqəmsal dünya bu gün həyatımızın bir parçasıdır. |
Geniş auditoriyaya əlçatanlılıq yaradan rəqəmsal vasitələrdən, xüsusən də yeniyetmə yaşında olanların düzgün istifadə etməmələri isə acı reallıqdır. |
Bəs problemin həllini harada və necə axtaraq? |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb. |
Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir. |
Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir. |
Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir. |
İşğaldan azad olunan Laçın rayonundan yeni görüntülər yayılıb. |
Oxu.Az xəbər verir ki, bu barədə kadrlar İTV-nin efirində yayımlanıb. |
Dronla çəkilən kadrlarda ecazkar Laçının gecə görüntülərini seyr etmək mümkündür. |
Həmin görüntüləri təqdim edirik: |
2023-cü ildə Ermənistanda daşınmaz əmlak sahibi olan Türkiyə və Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. |
Bu barədə erməni KİV ölkənin Kadastr Komitəsinə istinadən məlumat yayıb. |
Statistikaya görə, ötən il Türkiyə vətəndaşları İrəvandan üç mənzil alıblar. |
2022-ci ildə isə bu göstərici 11 olub. |
Azərbaycan vətəndaşlarına gəldikdə isə ötən il Ermənistanda daşınmaz əmlak alan olmasa da, 2022-ci ildə iki azərbaycanlı orada mənzil sahibi olub. |
Məlumatda həmçinin sahib olduqları əmlakları satanların da statistikası dərc edilib. |
Belə ki, 2023-cü ildə türkiyəlilər İrəvanda çoxmənzilli yaşayış binasında iki ev və Ararat rayonunda bir torpaq sahəsi satıblar. |
Azərbaycanlılar isə bir mənzil satıblar. |
Kadastr Komitəsinin məlumatına görə, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar. |
“ABŞ dövlət katibi Antoni Blinken hesab edir ki, İrəvan və Bakı arasında sülh əlçatandır”. |
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib. |
Onun sözlərinə görə, Blinken bunu Münhendə Azərbaycan və Ermənistan liderləri ilə görüşdə müzakirə edib:""“Biz sülhün əldə edilməsi üçün ABŞ-nin yardım və dəstəyini təklif etməyə davam edəcəyik”, - deyə o bildirib. |
“Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina “Aurus” markalı avtomobil hədiyyə etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”. |
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib. |
“BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən KXDR-ə nəqliyyat vasitələrinin tədarükünə qadağa qoymağı tələb edir. |
Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, - diplomat bildirib. |
Qeyd edək ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Putinin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirib. |
Prezidentin mətbuat katibi Dmitri Peskov KXDR rəhbərinin “Aurus” markalı avtomobil aldığını təsdiqləyib. |
ABŞ hökuməti “LockBit ransomware” virusundan istifadə edərək kiberhücumlarda iştirak edənlərin tutulmasına kömək edə biləcək hər hansı məlumat üçün 15 milyon dollar mükafat təyin edib. |
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb. |
Dövlət Departamenti vurğulayıb ki, bu böyük mükafat qrupdakı əsas fiqurların şəxsiyyəti və yeri, həmçinin bu virusdan istifadə edərək həyata keçirilən kiberhücumlar haqqında məlumat üçün təklif edilir. |
Açıqlamada qeyd olunur ki, 2020-ci ilin yanvarından “LockBit” qrupunun hakerləri həm ABŞ-də, həm də xaricdə iki mindən çox kiberhücum həyata keçiriblər. |
Bu hücumlar məxfi məlumatların sızması və məhv edilməsi də daxil olmaqla ciddi problemlərlə nəticələnib. |
Ötən gün Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı anası ilə telefonla danışıb. |
Oxu.Az xəbər verir ki, Kamil Zeynallı anasına təyyarədə olduğunu bildirib. |
“Telefonu indi açdım, ilk sənə zəng etdim. |
Qızım Sahiləyə də zəng edəcəyəm”, - o bildirib. |
Qeyd edək ki, Kamil Zeynallının Moskvada saxlanılması Ermənistan tərəfindən axtarışa verilməsi ilə əlaqədar idi.""Baku TV görüntüləri təqdim edir: |
Ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb. |
⚡️ Kamil Zeynallını gətirən təyyarə səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. |
Oxu.Az-ın məlumatına görə, onu gətirən təyyarə səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. |
Baku TV Kamil Zeynallının evində olub, reportaj hazırlayıb: |
Venesuelanın Bolivar ştatında qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəninin çökməsi nəticəsində 24 nəfər ölüb. |
Məlumata görə, hadisə zamanı Bulyaloka mədənində 200 nəfərin olduğu bildirilir. |
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər. |
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könül Qəhrəmanova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib. |
Evdə kirayənişin kimi yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azad... |
Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə buraxılıblar. |
Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri olduğu bildirilir. |
Faktla bağlı araşdırma aparılır. |
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. |
APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. |
İdarəetməni itirən “Toyota Prius” markalı avtomobilin sürücüsü maşını avtobus dayanacağına çırpıb. |
Hadisə zamanı yol kənarındakı ağac yerindən qopub, avtobus dayanacağı və zibil qutusu sıradan çıxıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.