Search is not available for this dataset
text
stringlengths
10
518k
Qardaşının sol tərəfində dayanmış Qorxmaz maşınından götürdüyü taxta parçası İlşadın başına zərbə endirən kimi dava başladı.
İlşad yerə yıxılan kimi Ramil onun qarnına sağ əlindəki bıçaqla zərbələr vurdu.
Yasin arxadan Ramilə yaxınlaşıb bıçaqla sağ ayağından iki dəfə zərbə endirdi.
Uzanıqlı vəziyyətdə olan İlşad Rahibin zərbələrindən yayınmağa çalışırdı.
Fərid Rahibin ünvanına nalayiq ifadələr işlədib, ona doğru bıçaq zərbəsi atıb.
Lakin Rahib zərbədən yayınıb və Fəridə xəsarətlər yetirməyə başlayıb.
Daha sonra Rahib, Ramil və Qorxmaz maşınlarına əyləşib, ordan uzaqlaşdılar.
Fərid yerdə uzanıqlı vəziyyətdə qalmışdı, sinəsindən qan axırdı.
Təcili Tibbi Yardım avtomaşının gəlməsini gözləmədən, onu və İlşadı taksi ilə xəstəxanaya yola saldıq”.
Məhkəmə iclasında Rahib və Ramil Lətifovlar itthimlar üzrə özlərini təqsirli bilməyiblər, Qorxmaz Lətifov özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban Əliyeva bildirib ki, Lətifovlardan şikayətçidir və onlara ağır cəza verilməsini istəyir.
Zərərçəkmiş İlşad Əliyev bildirib ki, təqsirləndirilən şəxslərlə onun arasında barışıq olmayıb, onlara qanuna müvafiq cəza verilməsini xahiş edib.
Zərərçəkmiş Yasin Əliyev və Səxavət Quliyev bildiriblər ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur.
Məhkəmə qənaətə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Rahib Lətifovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməyib.
İman Abdullayev"Məhkəmə Rahib Lətifovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 145.2.6-cı (qanunsuz azadlıqdan məhrum etmə, silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), Ramil və Qorxmaz Lətifovun CM-nin...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Lətifov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Xuliqanlıqda təqsirli bilinən Ramil və Qorxmaz Lətifovlara iki il şərti cəza verilib və onlar məhkəmə zalında, həbsdən azad ediliblər.
Zaqatalada “Qazel” qatarla toqquşub.
APA-nı məlumatına görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, “Qazel” markalı yük maşını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub.
Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.
E.Abbasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar.
Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.
O əlavə edib ki, “Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır”.
Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək.
O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb.
Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik.
52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib:“İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir.
Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik.
Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq.
Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq.
Mərhələ keçməklə uğurun davamını gətirə bilərik.
Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik.
Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik.
“Braqa”nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır”.
O, komandanın qarşısına yüksək tələb qoyduqlarını bildirib:“Çox keyfiyyətli futbolçularımız var.
Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədirlər.
Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm.
Qarşımızda çox güclü rəqib var.
Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır”.
Çalışdırıcı Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür:“Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi.“Qarabağ”ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı.
İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz.
“Qarabağ” həm güclü komandadır, həm də individual cəhətdən yaxşı oyunçuları var.
Etiraf etmək lazımdır ki, orada “Qarabağ” üstün idi. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik.
Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq”.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq.
Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
Yaponiyalı aktyor və rejissor Hideo Sakaki karyerasına yeni başlayan gənc aktrisaya təcavüz etməkdə ittiham olunaraq həbs edilib.
Qızın dediyinə görə, Sakaki 2016-cı ildə Tokioda bir mənzildə ona hücum edib.
Polis rejissorun 2015-ci ildən bəri tanıdığı aktrisaya karyera yüksəlişi vəd edərək, peşəkar mövqeyindən istifadə etməyi təklif edib.
2022-ci ilin sentyabrında qadın baş verənləri polisə danışıb, 2023-cü ilin iyununda isə özünə qarşı cinayətlə bağlı rəsmi açıqlama verib.
Hideo Sakaki ittihamları yalan adlandırıb.
Bundan əvvəl bir neçə başqa aktrisa onu oxşar əməllərdə günahlandırıb, bundan sonra rejissorun həyat yoldaşı, müğənni İzumi boşanmaq üçün məhkəməyə müraciət edib və onun “Bal ayı” filminin premyerası ləğv edilib.
Şəmkir şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtomobil qəzası nəticəsində xəsarət alan 1960-cı il təvəllüdlü E.Şabanov və 1990-cı il təvəllüdlü S.Həsənli xəstəxanaya aparılıblar.
Onların vəziyyəti qənaətbəxş və normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Almaniya və Avstriyadan olan mühəndislər qrupu peyk resurslarından istifadə etməklə Ayda yolların tikintisi üçün innovativ üsul hazırlayıblar.
Qeyd olunur ki, Ayın tədqiqi zamanı yaranan əsas problemlərdən biri onun səthindəki tozdur ki, bu da astronavtların hərəkətinə və avadanlıqların normal işləməsinə mane ola bilər.
Bu problemi həll etmək üçün Avropa Kosmik Agentliyinin “PAVER” layihəsi çərçivəsində Ayın səthinin döşənməsinə əsaslanan innovativ strategiya təklif edilib.
Qazax şəhərində intihar hadisəsi qeydə alınıb.
İntiharın səbəbləri hələ məlum deyil.
Qazax şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.
Şəhərin Əliağa Şıxlinski küçəsində 1983-cü il təvəllüdlü B.Osmanov intihar edib.
İntiharın səbəbləri hələ məlum deyil.
Hər iki faktla bağlı araşdırma aparılır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilər və havadarları tərəfindən əhalisi pərən-pərən salınan, ərazisi isə parçalanan Hamamlı rayonu haqqında süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” adlı süjetdə indiki Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığı, ermənilərin Azərbaycan ərazilərinə kütləvi köçürülməsi nəticəsində azərbaycanlıların daim etnik təmizləməyə məruz qaldığı bildirilir.
Qeyd olunub ki, Qərbi Azərbaycanın Pəmbək mahalında yerləşən Hamamlı ərazisi 1801-cı ildə Çar Rusiyası tərəfindən işğal edilib:“1828-ci ildə Hamamlı da daxil olmaqla İrəvan xanlığı Çar Rusiyasına birləşdirilib.
XIX əsrdə yeni yaradılan inzibati ərazi bölgüsünə əsasən Hamamlı İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə verilib.
1918-ci ilin noyabrında indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra Hamamlı Loru-Pəmbək qəzasına daxil edilib.
Hamamlı 1921-ci il fevralın 11-də Sovet Ermənistanına birləşdirilib və 1937-ci ilə kimi Qarakilsə rayonunun tərkibində olub.
1937-ci il dekabrın 31-də inzibati mərkəzi Hamamlı olmaqla, eyni adlı rayon yaradılıb.
1949-cu ildə rayonun adı dəyişdirilərək Spitak qoyulub”.
Diqqətə çatdırılıb ki, keçmişdə bu ərazidə azərbaycanlıların yaşadığı Qursalı, Saral, Qızılörən, Qaral, Tapalı, Qotur, Nalbənd, Cacur, Parım, Avdıbəy, Ağbulaq, Sarıhart kimi 24 kənd mövcud olub:""“Bu yaşayış məskənlərinə XIX əsrin ortalarından xaricdən gəlmə ermənilər yerləşdirilib və azərbaycanlılar tədricən sıxışdırı...
Onlardan bəziləri 1918-1920-ci illərdə ermənilər tərəfindən məhv edilib, digərlərinin əhalisi isə SSRİ dövründə Azərbaycana köçürülüb.
1988-ci il deportasiyasına qədər yalnız Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayıb.
Son deportasiya zamanı 1988-ci il dekabrın 5-də daşnak terror qrupu Hamamlıda insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktları törədib, azərbaycanlı olduqlarına görə 87 uşağı vəhşi üsullarla qətlə yetirib.
Sonrakı mərhələdə Hamamlı rayonu üzrə 23 tarixi yer adları dəyişdirilib.
Nəhayət, 1995-ci il noyabrın 7-də Hamamlı, yəni Spitak rayonu ləğv edilərək Loru mərzliyinin inzibati ərazisinə daxil edilib”.
Sonda vurğulanıb ki, ta qədimdən XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinə qədər oğuz türklərinin yaşayış məskəni olan Hamamlı rayonu da ermənilərin siyasi oyunlarının qurbanı olub:""“Əminik ki, zaman-zaman ermənilərin fiziki və mənəvi terroru, təcavüzü ilə üzləşən soydaşlarımız bu tarixi gerçəkliyi he...
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Mənzil bazarında aylardır durğunluq yaşanır.
Satışa təklif olunan mənzillər çox olsa da, alanlar azdır.
Əmlak satışı üzrə videobloger Tural Əfəndi deyib ki, vətəndaşların daşınmaz əmlaka yatırım kimi baxması qiymətləri bahalaşdırıb.
Onun sözlərinə görə, bu gün ev alanların böyük əksəriyyəti bir neçə mənzili olan insanlardır.
Onlar da bu mənzilləri ya kirayə vermək üçün, ya da gələcəkdə satmaq üçün nəzərdə tutublar.
T.Əfəndinin sözlərinə görə, təmirli mənzillər təmirsizlərə nisbətən daha tez satıldığından satışa daha çox hazır mənzillər təklif olunur.
Lakin bu hal satışa təsir etmir.
Çünki təmirli mənzillərə də alıcı tapılmır.
Bir zamanlar dəbdəbənin simvoluna çevrilmiş milyonlarla manat qiyməti olan bahalı bağ evlərinin satışı da aylardır dayanıb.
Əmlak satışı üzrə videobloger deyir ki, qarşıdakı aylardan bazarda canlanma gözlənilir.
Çünki adətən yazın gəlişi ilə bazardakı durğunluq aradan qalxır.
Ətraflı “Xəzər Xəbər”in süjetində: