Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Oxu.Az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli cənab Baş nazir,"BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. |
Sizə möhkəm can sağlığı və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. |
Bu il AÇG tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin müqaviləsinin” 30 illiyi ilə əlamətdardır. |
Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan hökuməti və SOCAR ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq. |
Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. |
Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik”. |
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev də Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. |
Məktubda deyilir:""“Çox hörmətli Əli Hidayət oğlu! |
Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin. |
Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək. |
Çox hörmətli Əli Hidayət oğlu, Sizə cansalığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbüslərin icrasında uğurlar arzulayıram”. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən axşamdan etibarən Kiyevdə hava həyəcan siqnalları eşidilsə də, hücum qeydə alınmayıb:""“Donetsk, Xerson və Xarkov vilayətlərinə əvvəlki günlərdə olduğu kimi, hücumlar dayanmadan davam edib. |
Ötən gecə 20-dən çox İran istehsalı olan dronlardan, “S-300” tipli və digər qanadlı raketlərdən əsasən Xarkov vilayəti hədəf götürülüb. |
Xarkov vilayəti ilin əvvəlindən etibarən hər keçən həftə daha çox şiddətli hücuma məruz qalır”. |
Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri müharibə dövründə əsasən müdafiə strategiyasını seçib:""“Bu, silah çatışmazlığının yaranması fonunda baş verib. |
Buna baxmayaraq, Krım istiqamətində, o cümlədən Rusiyanın daxilində bir neçə ərazilərə havadan zərbələr endirməyə cəhd edirlər. |
Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının verdiyi məlumata görə, daha bir Rusiya Ordusuna məxsus “Su-35” tipli hərbi təyyarə Ukrayna Ordusu tərəfindən məhv edilib”. |
Həmçinin bildirilib ki, Belarus Respublikasında keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidentinin verdiyi proqnoz və açıqlamalar Ukrayna ictimaiyyətində gərgin müzakirələrə səbəb olub:""“Belə ki, Aleksandr Lukaşenkonun dediyinə görə, Belarus ərazisinə Polşa və Ukraynadan ciddi təxribatlar gözlənilir. |
Həmin təxribatlara cavab tədbirləri görüləcəyi proqnozu verilib”. |
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları iki ədəd “Tula” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. |
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. |
Bakıda Yaponiyanın Milli Günü - İmperator Əlahəzrət Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbul keçirilib. |
20:06"Bakıda Yaponiyanın Milli Günü - İmperator Əlahəzrət Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbul keçirilir. |
Qeyd edək ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe, fəxri qonaq qismində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər. |
Finlandiyada respirator sinsitial virus (RSV) epidemiyası tüğyan edir. |
Xəstəlik əsasən azyaşlı uşaqlar və körpələri əhatə edir. |
Bu barədə yerli mətbuat Mərkəzi Finlandiya bölgəsindəki xəstəxananın həkimi Eva Aaltonenə istinadən xəbər verir. |
Yanvar ayında uşaq şöbələri və təcili yardım şöbələri xəstələrlə dolu olub. |
Aaltonenin sözlərinə görə, virus hazırda bütün ölkədə geniş yayılıb, lakin xəstələrin sayı son bir neçə həftə ərzində dəyişməz olaraq qalıb. |
“RSV-yə yoluxma sayı dəyişir, lakin indiki epidemiya keçən ildəkindən daha güclü görünür. |
Xəstəliyə daha çox yoluxma halları müşahidə olunur və virus keçən qışdan daha aqressiv görünür”, - deyə həkim qeyd edib. |
Virus uşaqlarda bronxiolitə - kiçik bronxların və ətrafdakı ağciyər toxumasının iltihabına səbəb ola bilər. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”. |
Ermənistan Təhlükəsizlik Şurasının katibindən vacib açıqlama. |
Ermənistanın tələbi ilə Moskvada saxlanılan Kamil Zeynallı azadlığa çıxdı. |
Vəkili idmançının həbsdən buraxılmasının detallarını açıqladı. |
Döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirdi. |
Türkiyə daha bir uğura imza atdı. |
Ana 10 yaşlı oğlunun başını daşla yardı. |
Ağstafada baş verən hadisə ilə bağlı araşdırma başladı. |
Mingəçevirdə küçələrə axan qanlı su sakinləri çıxılmaz vəziyyətə saldı. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49% artım müşahidə edilib və 452 milyon ABŞ dolları təşkil edib. |
O bildirib ki, bu göstərici qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır:""“Bu mənada “Azərbaycan və Yaponiya arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş” layihəsi ilə bağlı müzakirələrin sona çatdırılması sərmayə qoyuluşlarının artırılmasına mühüm töhfə verəcək”. |
Nazir müavini onu da əlavə edib ki, bu gün iki ölkə arasında qeyri-neft sektoru və xidmətlər sahəsində də əlaqələrin artırılması üçün imkanlar mövcuddur:""“Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsulların Yaponiya bazarına ixracının təşviqi, yapon şirkətlərinin bu sənaye zonalarında investisiya layihələrinə ... |
Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanovaya məxsus, ümumi sahəsi 132 kvadratmetr olan dördotaqdan ibarət fərdi yaşayış evində baş verib. |
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. |
Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır. |
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur. |
Faktla bağlı araşdırma aparılır. |
Atom silahının icadından bu yana Yer kürəsi dəfələrlə alt-üst olma təhlükəsinin bir addımlığında olub. |
Necə deyərlər, xoşbəxt təsadüf nəticəsində sivilizasiya hələ də davam edir. |
1965-ci ildə Yaponiya sahillərində ağlasığmaz hadisə baş verir. |
“Duqlas A 4” hücumçu təyyarəsi onu aparan gəminin göyərtəsindən suya düşür. |
Təyyarədə isə nüvə bombası var idi.Nə təyyarəni, nə onun pilotunu, nə də bombanı tapmaq mümkün olur və həmin nüvə bombası yarım əsrdən çoxdur ki, okeanın dibindədir. |
Bu, ABŞ-nin gözlənilmədən itirdiyi 6 nüvə silahından biridir. |
Bu, belə qəbildən olan hadisələrdən sonuncusu deyil. |
Pentaqonun hesabatlarında daha bir hadisə qeydə alınıb. |
1968-ci il yanvarın 21-də Qrenlandiya üzərindən uçarkən, B 52 təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nüvə bombası yanğın zamanı yanır. |
Təyyarənin düşdüyü və yanğının baş verdiyi ərazidə 4 ay ərzində zəhərli maddələrdən təmizləmə işləri aparılıb. |
Bəşəriyyət üçün təhlükə olan nüvə silahı ilə imtahan bununla bitmir. |
Ən səs-küylü hadisələrdən biri 1980-ci ilin sentyabrında baş verir. |
Arkanzas ştatındakı nüvə şaxtasında qitələrarası ballistik nüvə silahını təcrübədən keçirirdilər. |
Raket artıq yanacaqla təchiz olunmuşdu və buraxılışa hazır vəziyyətdə idi.""Raketin başlığı doqquz meqaton həcmində olan hidrogen bombasından ibarət idi.Təhlükə yaradan hadisə şaxtada təmir işləri görən ustanın əlindəki açar başlığının qopub raketi zədələməsi ilə başlayır. |
Açarın başlığı 24 metr aşağı düşərək raketin yanacaq olan hissəsində dəlik açır. |
Tez odlanan raket yanacağı bütün şaxtaya yayılmağa başlayır. |
Raket kompleksinin işçilərini və yerli camaatı hadisə yerindən təxliyə edirlər. |
Şaxtada yalnız hərbi personal işini davam etdirərək vəziyyətdən çıxış yolları axtarmağa başlayır. |
8 saatdan sonra şaxta alovlanmağa başlayır və partlayış baş verir. |
Bir nəfər həlak olur, 21 nəfər isə yaralanır. |
Şaxtanın 740 ton ağırlığında olan qapısı partlayış nəticəsində 60 metr hündürə uçur. |
Bu fakt partlayışın miqyasını təsəvvür etməyə imkan verir və əlbəttə ki, insanı dəhşətə gətirir. |
Raketin nüvə başlığı xoşbəxtlikdən işə düşmür. |
Belə qorxunc hadisələrdən biri də 1983-cü ilin 26 sentyabrında baş verib. |
Sovet peyki qitələrarası nüvə raketinin atılması barədə siqnal verir. |
Protokola görə, ABŞ tərəfindən atılan istənilən raketə reaksiya verilməli və cavab raketi atılmalı idi. |
Bu isə müharibə demək idi.Amma növbətçi zabit Stanislav Petrov bu siqnalın doğruluğuna şübhə edir. |
Çünki Birləşmiş Ştatlar nüvə silahını işə salacaqdısa, bu yalnız bir raket olmayacaqdı. |
Bir az sonra daha dörd raketin atılması barədə siqnal gəlir. |
Stanislav Petrov bu siqnalın da yanlış olduğuna qərar verir və o həqiqətən də haqlı idi.Siqnal yanlış imiş. |
Bu qərar milyonlarla insanın həyatını xilas etmişdi. |
Peyk sistemi günəş şüalarının buludlarda əks olunmasını nüvə raketinin atılmasına bənzətmişdi. |
Bu hadisədən sonra S.Petrov istefaya göndərilir. |
Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında: |
“Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik”. |
27 yaşlı hücumçu ilk görüşdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib:“İlk oyunda məğlub olmuşduq. |
Brumanın dönməsi komanda üçün sevindirici haldır. |
Həm qol vurmağı, həm assist etməyi bacarır. |
Ümid edirəm ki, Bruma sabah mənə bir assist edəcək”. |
O, rəhbərliyin komandadan qələbə tələb etməsinə münasibət bildirib:“Bunu oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. |
Amma biz buna motivasiya kimi baxırıq”. |
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. |
Yuxunun keyfiyyətinə mənfi təsir göstərən bir sıra məşhur yemək vərdişləri var. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.