Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Gah dövlətlərin daxili işlərinə qarışır, gah da separatizmə dəstək verir. |
Bu ölkə hətta casus şəbəkəsi yaratmaqdan da çəkinmir. |
Rəsmi Parisin konkret olaraq Azərbaycanla bağlı siyasəti də bunları təsdiqləyir. |
Cənubi Qafqazda Ermənistanı birtərəfli qaydada dəstəkləməsi, onu silahlandırması, revanşistləri qızışdırması da Fransanın bu çirkin siyasətin tərkib hissəsidir. |
Məhz prezident Emmanuel Makronun hakimiyyəti dövründə anti-Azərbaycan, anti-Türkiyə mövqe pik həddə çatıb. |
Xüsusilə, onun idarəçiliyi dövründə müstəqil ölkələrin ərazisində casus fəaliyyəti qurulub. |
Azərbaycandakı casus şəbəkəsinin ifşasından sonra indi də hədəf Türkiyədir. |
Yayılan məlumatlara görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Fransanın ölkədəki casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. |
Onların suriyaəsilli olduqları qeyd edilib. |
MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib. |
Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. |
Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta informasiyalar toplayıb Fransa kəşfiyyatına ötürüblər. |
Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq ediblər. |
Məlumata görə, şəbəkənin izlənməsi prosesi səkkiz aya yaxın davam edib. |
Xatırladaq ki, ötən il dekabrın 21-də Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə məlumat yayılmışdı. |
Hadisələrin məntiqi ardıcıllığı olaraq, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı, səfirliyin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan olundu, onlardan 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edil... |
Həmin gün Emmanuel Makron Nazirlər Şurasının iclası zamanı DGSE rəhbəri Bernar Emyeni qalmaqallı şəkildə vəzifədən azad etdi. |
İstefaya səbəb kimi DGSE-nin Afrikadakı ciddi uğursuzluqları fonunda Bakıdakı hadisənin son damla olması ehtimalı göstərilir. |
Makron Bernar Emyenin yerinə xarici kəşfiyyat xidmətinə öz dostu, Fransa əks-kəşfiyyatının (DGSI) rəhbəri Nikola Lerneri təyin etdi. |
Bəs Makron hökumətinin Azərbaycan, indi də Türkiyədə casus şəbəkəsi yaratmaq istəyi arxasında nələr gizlənir? |
Əvvəla, bunun əsas səbəblərindən biri Türkiyə ilə Fransa arasında uzun illərdir davam edən mürəkkəb münasibətlərdir. |
Bu ölkədə erməni lobbisi güclü mövqeyə malikdir və hakimiyyətə gəlmək istəyən qüvvələr də bu lobbidən yararlanırlar. |
Qondarma erməni soyqırımının ən yüksək səviyyədə tanınması da bundan qaynaqlanır. |
Fransa eyni zamanda erməni terrorçuları üçün mərkəz rolunu da oynayıb. |
Məhz bu ölkədə yerləşib, terror əməliyyatları həyata keçirmək üçün təlimlərdə iştirak ediblər. |
Digər tərəfdən, Fransanın türkofobiya siyasəti tək ermənilərlə bağlı deyil. |
Parislə Ankara arasında gərginliyin kökü həm də beynəlxalq məsələlərlə bağlıdır. |
Aralıq dənizində möhkəmlənmək uğrunda iki ölkə arasında uzun illərdir mübarizə gedir. |
Fransa bölgədə Yunanıstanla sıx münasibətlər qurur, yunan ordusunu silahlandırır. |
Rəsmi Paris indi də siyasətini Ermənistanda həyata keçirir. |
Fransa həm də Türkiyənin İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatından sonra ərazi bütövlüyünü təmin edən Azərbaycana dəstəyi ilə də barışa bilmir. |
Bir sözlə, Paris bölgədən sıxışdırılıb çıxarılması ilə barışmaq istəmir. |
Onu da qeyd edək ki, Fransa anti-Türkiyə siyasətində Yunanıstan və yunan Kiprinin timsalında özünə müttəfiqlər də tapıb. |
Yelisey sarayı bu yaxınlarda Avropa İttifaqının vəsaitləri hesabına Ukraynaya Türkiyənin TB-2 pilotsuz təyyarələri və artilleriya mərmilərinin alınması üçün maliyyəni bloklayıb. |
Mənbələr Fransanın öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinin tədarükü üçün pəncərə açmaq istəmədiyini, Yunanıstanın isə vergi ödəyicilərinin pullarının Türkiyənin müdafiə sənayesinə getməsini istəmədiyini bildirib. |
Qeyd edilir ki, bütün bunlar Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında baş verib. |
Hər iki ölkə NATO üzvü olsa da, Fransa NATO-nun Aralıq dənizində həyata keçirilən birgə təlimlərində Ankaranın iştirakına etiraz etmişdi. |
O ki qaldı Türkiyədə Fransa casus şəbəkəsinin faş olmasına, bu, Parisin regionda destruktiv fəaliyyətini sübut edən növbəti faktdır. |
Və bu, baş verən ilk fakt deyil. |
Bir müddət əvvəl Azərbaycanda casus şəbəkəsinin üstünün açılması bunun əyani sübutudur. |
Ankaranın cavab tədbirləri, çox güman ki, sərt olacaq. |
Ola bilsin bu mövqe diplomatik münasibətlərdə, eləcə də digər məsələlərdə özünü göstərəcək. |
İstənilən halda bu, Fransa ilə münasibətlərə təsirsiz ötüşməyəcək. |
Beləliklə, Fransanın növbəti çirkin və qərəzli fəaliyyətinin üstü Türkiyədə açılıb. |
Casus şəbəkələrinin faş olmasını Fransanın son çırpıntısı da adlandırmaq mümkündür. |
Sadəcə, ümid etmək olar ki, heç olmasa, Makrondan sonra hakimiyyətə gələcək qüvvələr bu yarıtmaz siyasətə son qoyacaqlar. |
Fransanın iflasının əsasında, sözsüz ki, Makronun yürütdüyü düşünülməmiş və yanlış siyasət dayanır. |
Makron hakimiyyətdə olduğu müddət ərzində Fransanın dünyada mənafelərinə, nüfuzuna çox ciddi zərbələr vurulub. |
Artıq dünyada beynəlxalq qanunvericiliyi pozan, işğala, separatizmə dəstək verən, müstəmləkəçi, neokolonialist siyasət aparan, müharibələrə, qarşıdurmalara təhrik edən ölkə olaraq tanınır. |
Bir daha aydın olur ki, Fransa geosiyasi və geoiqtisadi maraqlara malik olduğu ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirmək üçün casus şəbəkələrindən geniş istifadə etməyə çalışır. |
Xüsusən, Cənubi Qafqazda və Türkiyə kimi ölkələrdə bu amildən yararlanmaq cəhdi təəccüb doğurmur. |
Digər bir məsələ də ondan ibarətdir ki, Fransanın casus şəbəkəsinin ard-arda ifşa olunması bu ölkənin xüsusi xidmət orqanlarının da artıq zəiflədiyini nümayiş etdirir. |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. |
İdarədən Oxu.Az-a verilən məlumata görə, müraciətdə deyilir:""“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, fevralın 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda güclü külək əsəcəyi gözlənilir. |
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir. |
Yağışlı, qarlı havalarda avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına, eləcə də mövsümə uyğun təchizatına nəzarət etməlidirlər. |
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər. |
Piyadalardan isə ehtiyatlı olmaları, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamaları, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmələri xahiş olunur”. |
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı qaldırdığı məhkəmə prosesi bu gün sona çatıb. |
Oxu.Az xəbər verir ki, həkim Zaur Orucov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məhkəmədə qalib gəlib. |
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı həkim Zaur Orucov ilə əlaqə saxlayıb. |
O, dəstək olan hər kəsə təşəkkürünü bildirib:""“Dəstək olan, maraqlanan hər kəsə minnətdaram. |
Bütün məhkəmə prosesini düzgün şəkildə işıqlandırıblar. |
Sentyabrdan bəri məhkəmə və ekspertiza prosesi gedir. |
Çünki işdə konkret təhqir olunan şəxs yox idi.148-ci maddə ilə, yəni təhqiretmə ilə məni ittiham etdilər. |
6 ay müddətində kimi təhqir etdiyim soruşdum demədilər. |
Su ilə iki ilə yaxındır problem var idi.Bir dəfə 1 ay su olmadı. |
Lakin sonradan təhqir etdiyimi dedilər. |
Hətta video şəklində təhqir etdiyimi bildirdilər. |
Orada heç nə yox idi.6 ay stress yaşadım. |
Xatırladaq ki, ötən il avqust ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı məhkəmə iddiası qaldıraraq, onun 6 ay müddətinə həbsə məhkum edilməsini istəyib. |
Zaur Orucovun təhqir edildiyi iddia olunurdu. |
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin, strukturunun və işçilərinin say həddi təsdiq edilib. |
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. |
Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib. |
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür. |
Qurumun strukturuna QSC-nin aparatı, “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi, eləcə də Təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər daxildir. |
Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq. |
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. |
Bildirilib ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. |
Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
“Biz Fransaya iki günlük işgüzar səfərlə gəldik”. |
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində paylaşım edib. |
Paşinyan həyat yoldaşı ilə Fransa paytaxtı Parisə gəlişini əks etdirən görüntülər yayımlayıb. |
O, həmçinin səfərin gündəliyini də açıqlayıb. |
“Bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşüm var. |
Həmçinin Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüm olacaq. |
Səfər zamanı Fransanın Baş naziri Qabriel Atal, Paris meri Ann İdalqo və digər tərəfdaşlarla görüşlər nəzərdə tutulub”, - deyə Paşinyan bildirib. |
Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib. |
President.az xəbər verir ki, müraciətdə deyilir:""“Hörmətli Zirvə Toplantısının iştirakçıları,"Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram. |
Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər ... |
Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. |
Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir. |
Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. |
İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. |
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. |
Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir. |
Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. |
Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır. |
Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.