Search is not available for this dataset
text
stringlengths
10
518k
N.Paşinyanın yeni konstitusiyanın qəbulu ilə bağlı təşəbbüsünü də buna səbəb olaraq göstərirlər.
Ancaq baş nazirin istefa tələbi ilə aksiya ilk dəfə keçirilmir.
2020-ci il noyabrın 7-də, dekabrın 5-də də N.Paşinyan qarşısında şərtlər qoyulub.
Bildirilib ki, o, bunlara əməl etməzsə, istefaya getməli olacaq.
O vaxt bu aksiyalara daşnaklar rəhbərlik edirdi.
2021, 2022 və 2023-cü illərdə də Ermənistanda mahiyyəti hələ də qeyri-müəyyən olan müxalifət baş nazirin və komandasının istefasını tələb edib.
Ancaq bu qüvvələr tələblərini əsaslandırmaqda çətinlik çəkib.
Onlar daha çox “Nikol istefa versin, qalan işləri biz görərik” deyiblər.
Belələri Ermənistanın inkişafı, gələcəyi ilə bağlı atılacaq konkret addımlardan bəhs etməyiblər.
Fevralın 20-də keçirilən aksiyada baş nazirin istefası ilə əlaqədar 100 əsasın olması iddiasına baxmayaraq, onlar reallığı əks etdirmir.
Bu “revanşistlər” Nikol Paşinyanın saxtakarlığına yardım edirlər.
Çünki onun yeni konstitusiya və dövlət quruculuğu ilə bağlı addım atmasını gecikdirməsinə əsas verirlər.
Belə təəssürat yaranır ki, Paşinyan reallıqdan doğan bütün şərtlərə əməl etməyə hazırdır, ancaq ona “miatsum”lar mane olur.
Ötən 4 ildə keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan, Artur Vanetsyan və başqaları Paşinyanın istefasına dəfələrlə cəhd göstəriblər.
Ancaq nəticə onun xeyrinə olub.
Ermənistanda hazırda müxalifət konsepsiyasız qüvvələrdən ibarətdir.
Onlar əsasən bu iddiaları irəli sürürlər - Rusiya ilə münasibətlərinin qorunması, Azərbaycan, Türkiyəyə əsassız iddialar, Qərbi tənqid etmək, Nikol Paşinyana istefa.
Baş nazir isə məsələyə daha fundamental yanaşana oxşayır.
Əsas məsələ Ermənistan konstitusiyasının yenidən yazılması, gerb, himnin dəyişməsi, tarix dərslərində dəyişikliyin edilməsi və sairdən ibarətdir.
Bütün bu faktlar indiki şəraitdə N.Paşinyanın istefaya getməsinin mümkün olmadığını təsdiqləyir.
Bu, həm də onu göstərir ki, Ermənistan cəmiyyəti boş-boş ideyalardan doyub, yorulub.
N.Paşinyanın yalan vədləri ilə birlikdə qalmasının başlıca səbəblərindən biri də budur.
Baş naziri və komandası həm də ona görə istefa vermir, yaxud vəzifədən getmir ki, ona alternativ hələ formalaşmayıb.
Hökumət başçısı verdiyi vədlərə əməl etməzsə, alternativin formalaşmasını tezləşdirəcək.
Fevralın 23-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər satışa çıxarılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər.
Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.
Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.
Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28 227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.
2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb.
2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tütor vəzifəsində başlayıb.
2014-cü ildən Naxçıvan Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir.
2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
O, 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxuyub.
N.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.
O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan və Böyük Britaniya arasında COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb.
Azərbaycan rəsmisi iki ölkə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
O, qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl” iqtisadiyyata keçid istiqamətində təşəbbüsləri stimullaşdırmaqla yanaşı, Azərbaycanın bəşəri problemlərin həllinə verdiyi önəmin göstəricisidir.
Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi Milli Prioritetinə uyğun olaraq bərpa olunan enerji mənbələrindən səmərəli istifadə məqsədilə böyük layihələr həyata keçirilir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilib və bu istiqamətdə işlər görülür.
Nazir müavini bildirib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi ilə yanaşı, dövlət başçısının irəli sürdüyü minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün mühüm platforma rolunu oynaya bi...
M.Toombs ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini vurğulayaraq Birləşmiş Krallığın COP-la bağlı təcrübəsini bölüşməyə hazır olduğunu ifadə edib.
“Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz təməl üzərində qurulub.
Bu əlaqələri hər iki ölkənin dövlət başçıları daha da möhkəmləndirirlər”.
Onun sözlərinə görə, İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə edib:""“Keçən il yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın da ilk rəsmi səfərini Azərbaycana etməsi bu bağın sarsılmaz olduğunu bir daha təsdiqləyib.
Biz prezidentlərimizin regional və digər məsələlərlə bağlı siyasətlərində həmrəy olduqlarını görürük.
Hər iki lider regionda sülhü bərpa etmək və regional əməkdaşlığı gücləndirmək məramlarını nümayiş etdirir”.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi baxımdan da əməkdaşlığın inkişafı məsələsinə toxunan politoloqun fikrincə, bu əlaqələr həm də Avropada enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir:""“Azərbaycanın Avropaya 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qaz çatdırmaq hədəfi var.
Bu çərçivədə Türkiyənin transfer rolu oynaması da iki qardaş ölkənin enerji dəhlizi ilə əlaqədar əməkdaşlığının daha da gücləndirilməsini labüd edir.
Yəni, Azərbaycanla Türkiyənin ümumi ticarət dövriyyəsinin keçən il 7,5 milyard dollar səviyyəsinə çatması və yaxın gələcəkdə 15 milyard dolları hədəfləməsi iqtisadi əməkdaşlığımızın da qüdrətinin göstəricisidir.
Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP-ın imkanlarının artırılması böyük əhəmiyyət kəsb edir”.
F.Aznevi qeyd edib ki, Ermənistanın Qərbin maşası rolunu oynayaraq hələ də qarşısındakı öhdəlikləri yerinə yetirməməsi Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığının daha da gücləndirilməsi zərurətini yaradır:""“Bu səbəbdən Türkiyə sərhədlərini hələ də Ermənistana açmır.
Əlbəttə ki, dövlətimiz Azərbaycanın maraqlarını nəzərə alaraq bu addımı atır.
Bundan əlavə, Ermənistanın Türkiyə ilə həll edilməmiş olan problemləri var.
Sərhədlərin açılması üçün Ermənistan beynəlxalq hüquqla təsdiqlənmiş 1921-ci il qəbul edilən Moskva və Qars müqavilələri ilə rəsmi olaraq razılaşdığını elan etməlidir.
1915-ci ildə iddia etdiyi qondarma erməni soyqırımı ilə Türkiyədən haqsız, hüquqsuz təzminat tələbindən vaz keçməlidir.
Tarixi hadisələr sübut edir ki, Türkiyə və Azərbaycan Ermənistan iftiralarına yalnız birgə mübarizə aparmaqla bu problemi aradan qaldıra bilir.
Bunun üçün də iki qardaş ölkə arasında hərbi əməkdaşlıq ildən-ilə daha da qüdrətlənir.
Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü öhdəlikləri hələ də tam olaraq yerinə yetirməyib.
Bütün bu tələb və öhdəliklərinə əməl etdikdən sonra həm Türkiyə, həm də Azərbaycan tərəfindən Ermənistan üçün də əlverişli olan vacib addımların çox sürətlə atılacağı aşkardır”.
ABŞ-nin Florida ştatında bədbəxt hadisə baş verib.
5-7 yaşlarında olduğu güman edilən qız sahildə 5-6 fut dərinlikdə xəndək qazıb.
Lakin xəndək çöküb və qızı “udub”, yanındakı 7 yaşlı oğlan uşağı isə sinəsinə qədər xəndəyə düşüb.
Xilasedicilər və yerli sakinlər dərhal yardım etməyə çalışsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb.
Oğlanın vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
“Bu ağlasığmaz qəza idi”, - deyə Pompano-Biç çimərliyinin Yanğından Xilasetmə Xidmətinin nümayəndəsi Sandra Kinq bildirib.
Kinqin sözlərinə görə, xilasedicilər qızın yanına çatanda onun nəfəsi artıq dayanmış olub.
“Biz onun nəbzini qaytarmağa çalışmaq üçün bütün həyat qurtaran üsullardan istifadə etdik, lakin heç cür qaytara bilmədik”, - deyə o əlavə edib.
Qızcığazın qumun altında nə qədər qaldığı qeyri-müəyyən olaraq qalır.
Bununla bağlı yayılan videoda xilasetmə xidməti işçilərinin sağ qalan oğlan uşağını qum çuxurundan çıxararaq təcili apardıqlarını əks etdirlən kadrlar yer alıb.
Uşaqların yerli sakinlər, yoxsa çimərliyə gələn turistlər olduğu məlum deyil.
Hazırda ölən uşağın yaşı ilə əlaqədar onun şəxsiyyəti açıqlanmır.
Hadisə ilə bağlı araşdırma davam edir.
Yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq.
Qeyd olunub ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.
“2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır.
2023/2024-ci tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət attestasiyasından azaddır.
Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq”, - nazirlikdən bildirilib.
Qurumdan həmçinin qeyd olunub ki, hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.
Gürcüstanda fəaliyyət göstərən 50-dən çox Qeyri-Hökumət Təşkilatı və 10-dan çox ölkənin ictimai-siyasi və din xadimləri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan tərəfindən Xocalıda xalqımıza qarşı törədilənlərin soyqırımı aktı kimi qəbul edilməsidir:""“Biz hər zaman bölgədə sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq.
İnsanlığa qarşı törədilən qətliamların əleyhinə olaraq, eyni zamanda Ermənistana bölgədə sülhün bərqərar olması üçün çağırış edirik”.
Vətəndaşların küçə və evlərin quş zılı ilə çirklənməsinə görə şikayətlərindən yorulan Limburq şəhərinin hakimiyyət orqanları orada yaşayan göyərçinləri məhv etməklə onların sayını azaltmaq qərarına gəliblər.
Lakin meriyanın iş planları qalmaqala səbəb olub, heyvan hüquqlarının müdafiəçiləri bu qərara qarşı çıxıblar.
Onlar quşlardan əl çəkilməsini tələb ediblər və göyərçinlərin müdafiəsi üçün imza toplamağa başlayıblar.
Heyvan hüquqlarının müdafiəçiləri “Auqsburq modeli”nin tətbiqini təklif edirlər.
Bu layihəyə əsasən, quşları öldürmək əvəzinə, müvəqqəti olaraq xüsusi otaqlarda saxlanılır, yumurtaları saxtaları ilə əvəzlənir.
Bu doğum nəzarəti yavaş-yavaş quşların sayını azaldacaq.
Referendum iyunun 9-na planlaşdırılıb.
Fransa bu gün dünyanın müxtəlif ölkələrində sabitliyə təhlükə kimi görünür.