Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.
“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək.
Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Stansiyaya əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək.
Axşam gur saat vaxtından sonra zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.
“Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində etdiyi çıxışı proqram xarakterlidir.
Başladığımız yeni dövrdə ölkəmizin inkişafının əsas vektorlarını səsləndirməklə, dövlət və cəmiyyət qarşısında yeni vəzifələr müəyyənləşdirdi”.
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, dövlət başçımız ilk növbədə son 20 ildə keçdiyimiz çətin və uğurlu bir yol haqqında danışdı:""“Dövlət başçımızın 20 illik hakimiyyətinin əsas məqsədi ərazilərimizin erməni işğalından azad olunmasına və suverənliyin bərpasına hesablanmışdı.
Keçən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlət başçımız xalqa verdiyi bütün vədlərinə əməl etməklə böyük bir dövrü başa çatdırmış oldu.
İndi başladığımız dövrdə yeni tələblər və baxışlar ortaya qoyulmalı idi.
Bu yeni tələblər və vəzifələr daha güclü Azərbaycanın yaranmasına xidmət edəcək”.
Deputat qeyd edib ki, dövlət başçımızın növbəti dövrdə qarşımıza qoyduğu əsas hədəfləri qısa olaraq aşağıdakı kimi sadalaya bilərik:""“Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, hərb sənayesinin inkişaf etdirilməsi əsas hədəflərdəndir.
Sərhədlərimizi daha güclü qorumaqla ölkəmizi xarici risklərdən sığortalamalıyıq.
Gənc nəslin vətənpərvərlik və milli ənənələr ruhunda tərbiyə olunması şərtdir.
Bununla yanaşı ölkədə milli birlik və həmrəyliyi daha da möhkəmləndirmək üçün dövlət siyasətini genişləndirmək gərəkdir.
Bizim milli-mənəvi dəyərlərimiz sarsılmaz gücə malikdir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinin genişləndirilməsi əsas hədəflərə daxildir.
Böyük Qayıdışa dair Dövlət Proqramını uğurla davam etdirərək 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz ata yurdlarına qaytarılacaq”.
A.Badamov iqtisadiyyatımızın yeni dövrün tələblərinə uyğun inkişaf etdirməyin qarşıya qoyulan əsas hədəflərdən olduğunu vurğulayıb.
“Əhalinin sosial rifahının yaxşılaşmasına dair atılan addımlar davam etdiriləcək.
Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi daha da gücləndiriləcək, bu kateqoriyadan olan insanlara diqqət və qayğı artırılacaq.
Texnoloji inkişafın sürətləndirilməsi gözlənilir.
Bunun üçün on minlərlə müasir biliklərə yiyələnmiş mütəxəssislər yetişdirmək lazımdır.
COP29-u yüksək səviyyədə keçirmək və ölkəmizin bərpa olunan enerji sektorunu inkişaf etdirməliyik.
Beynəlxalq nəqliyyat logistik imkanlarımızı genişləndirməklə Azərbaycanı bu sahədə regional mərkəzə çevirəcəyik.
Türk Dövlətlər Birliyinin güclənməsinə və dünya siyasətində rolunun artırılmasına töhfə verəcək addımlar atacağıq.
Beynəlxalq siyasətdə ölkəmizin zəfərini həzm edə bilməyənlərə qarşı adekvat cavab vermək siyasətini davam etdirmək, müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan dövlətlərə beynəlxalq səviyyədə dəstək verməliyik.
Regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə dair tədbirləri davam etdirməliyik.
Dövlət başçımızın andiçmə mərasimində müəyyənləşdirdiyi bu istiqamətlər yeni dövrdə hər birimizin yol xəritəsidir.
Bu yeni dövrdə dövlət başçımızın rəhbərliyi altında ölkəmizin dünyada söz sahibi olan daha güclü Azərbaycan kimi özünü təsdiq edəcəyinə heç kim şübhə edə bilməz”, - deyə A.Badamov əlavə edib.
“Qrip zamanı bakterial fəsadların olması klinik və laborator qiymətləndirildikdən sonra xəstəyə antibiotik təyin etmək olar, lakin bunun nə vaxt, hansı dərmanın, hansı dozada və neçə müddət təyin edilməsi yalnız həkim-mütəxəssisin göstərişi əsasında olmalıdır”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, əgər qripli xəstədə bakterial ağırlaşma yoxdursa, antibiotikin işlədilməsi nəinki mənasızdır, həm də zərərlidir:""“İmmun sistemi normal olan qripə yoluxmuş xəstələrin böyük əksəriyyəti fəsad olmadan da özü-özünə sağalır.
Antibiotik insanın immun sistemini zəiflədir, orqanlara toksik təsir göstərir, düzgün istifadə olunmadıqda isə mikrob dirəncliyinə yol açır”.
Təyyar Eyvazov qeyd edib ki, qrip viruslar tərəfindən törədilir və antibiotiklər virusa deyil, yalnız bakteriyalara təsir göstərir.
Hollivud aktrisası Şeron Stoun Berlin Beynəlxalq Film Festivalının qonağı olub.
Qırmızı xalçada 65 yaşlı Şeron Stoun fiqurunu vurğulayan qayışlı uzun ağ libasda görünüb.
Məşhur görünüşünü qara papaq, uzun əlcək, boyunbağı, gözəl klaç və hündürdaban ayaqqabı ilə tamamlayıb.
Aktrisa yenilənmiş saç rəngi ilə hər kəsin diqqətini çəkib.
Şeron Stounun bu yeni saç rəngi müxtəlif sosial şəbəkələrdə tənqidlərə tuş gəlib.
“Onun alın tərəfdən saçları tökülür.
Saçlarını yan tərəfə daramalıdır”, “Sarışın olsa, daha yaxşı olardı”, “Mən Şeron Stounun geyimini bəyənirəm, amma saçının rəngini yox”, “Saçları yaşlı xanıma bənzəyir, rəngi qorxuncdur”, “Şeron gözəl qadındır, amma mən onun platin sarışın saçlarını daha çox bəyənirəm”, - deyə internet istifadəçiləri şərhlərdə yazıblar.
Son vaxtlar cəmiyyətdə depressiya, psixi problemlər səbəbindən törədilən cinayətlər müşahidə edilir.
Bu və digər neqativ halların artması cəmiyyətdə narahatlıq doğuran məqamlardan biridir.
İnsanlar aqressiv xarakterli fərdləri psixi problem yaşayan şəxslərdən seçməkdə çətinlik çəkirlər.
Daha doğrusu, heç kim öz doğmasının psixi problemləri ola biləcəyini özünə yaxın buraxmır və zamanında müalicə almasına köməklik göstərmir.
Bu isə ağır faciələrə yol açır.
Dünya Səhiyyə Təşkilatının psixoloji sağlamlıqla bağlı müxtəlif dövrlərdə yayımladığı faktlar arasında maraqlı rəqəmlər diqqət çəkir.
Belə ki, həmin məlumatlara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20%-i psixi pozuntular və ya problemlər yaşayır.
Ölkəmizə gəlincə, bu yaxınlarda bir ailənin beş üzvünün amansızlıqla qətlə yetirilməsi cəmiyyətdə çox ciddi izlər buraxıb.
Hadisənin psixi durumu yerində olmayan oğul tərəfindən törədilməsi barədə məlumatlar isə durumu bir qədər də qəlizləşdirir.
İnsanlar axşam saatlarında taksi sifariş etməyə qorxur, yaşadıqları binalara axşam saatlarında tək daxil olmağa ehtiyat edirlər.
Bununla necə mübarizə aparılmalıdır?
Bir ailənin faciəsi bütün cəmiyyətin gündəlik həyatını alt-üst etməli idimi?
Oxu.Az mövzu ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasının direktoru Orxan Cəfərovun fikirlərini öyrənib.
Onunla müsahibəni təqdim edirik:"""- Ölkədə psixi problemləri olan insanların zaman-zaman hansısa bədbəxt hadisələr, cinayətlər zamanı ortaya çıxmaları acınacaqlı haldır.
Bununla düzgün mübarizə metodları varmı?
Onların hansısa faciəyə səbəb olmasının qarşısını almaq üçün çıxış yolları yoxdurmu?
- Ölkədə psixi pozuntudan əziyyət çəkən şəxslərə psixiatriya yardımının göstərilməsi qaydaları Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanunu ilə tənzimlənir.
Bu qanun ölkə ərazisində psixiatriya yardımı alan, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur.
Psixi pozuntudan əziyyət çəkən şəxslər yaşayış yeri üzrə psixonevroloji dispanserlər, poliklinikalarda psixiatriya kabinetləri, psixiatriya xəstəxanalarına müraciət edərək müayinə və müalicə olunurlar.
Psixi pozuntusu olan şəxsdə ruhi pozuntuların olmasını ilk növbədə yaxın qohumları və valideynlər aşkar etdikdə ilkin səhiyyə sistemi və ya psixiatriya müəssisələrinə məhz həmin şəxslər müraciət etməlidirlər.
Psixi pozuntusu olan şəxsə ambulator psixiatriya yardımı tibbi göstərişlərdən asılı olaraq, məsləhət-müalicə yardımı və ya dispanser müşahidəsi şəklində göstərilir.
Psixiatriya yardımı psixi pozuntusu olan şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmayan şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir.
- Son üç il ərzində ölkədə ən çox hansı psixi diaqnoz üstünlük təşkil edir?
- Qeyd etdiyiniz müddət ərzində ölkədə ən çox yayılan psixi pozuntular sırasında “anadangəlmə kəmağıllılıq” diaqnozu üstünlük təşkil edir.
- Psixi problemləri olduğu təsdiqlənən şəxslərdən neçəsi vəziyyətinə uyğun olaraq stasionar və ambulator müalicədə saxlanılır?
- Könüllü surətdə müraciət edən pasiyentlər psixi vəziyyətindən asılı olaraq həm stasionar, həm də ambulator qaydada müalicə ala bilərlər.
Məcburi stasionar və ambulator xidmət yalnız məhkəmə qərarı ilə həyata keçirilir.
- Nə qədər insanın ailə üzvü məsuliyyəti öz üzərinə götürməklə iltizam yazaraq psixi problemli yaxınını xəstəxanadan götürmək üçün müraciət edir?
Bu halların neçəsi təmin edilir və hansı şərtlərlə?
- Könüllü müalicəyə qəbul edilən şəxslər “Psixiatriya yardımı haqqında” Qanuna görə, özünün və ya yaxınlarının ərizəsi əsasında evə yazılırlar.
- Ümumiyyətlə, psixi pozuntular nədən yaranır?
- Psixi pozuntuların yaranmasında bir çox səbəblər - irsi, psixoloji travmalar, nevroloji və digər xəstəliklərdən əmələ gələn psixi pozuntular, baş beyin travmaları və digər faktorlar rol oynayır.
- Bir sıra elm adamları düşünürlər ki, dünyada hər bir ölkənin əhalisinin bir faizi şizofrendir.
Təhlükəli məqam isə şizofreniyanı təsdiqləyəcək, onu kəskinləşdirəcək hadisələr baş verənədək insanların özlərini normal hiss etmələridir.
Buna münasibət bildirməyinizi rica edirəm.
- Şizofreniyadan əziyyət çəkən pasiyentlərin psixi vəziyyətinin kəskinləşməsinə səbəb dərmanların müntəzəm qəbul edilməməsi, yanaşı zərərli vərdişlərin olması (narkotik və alkoqol), eyni zamanda, münbit ictimai mühitin olmamasıdır.
- Cəmiyyətə çağırış etmiş olsaydınız, hansı tövsiyələri verərdiniz?
- Şəxslərdə kiçik bir psixi pozuntu hiss etdikdə dərhal mütəxəssisə, həkim-psixiatra müraciət etmək lazımdır.
Pasiyentlərin şikayətlərinə, narahatlıqlarına biganə qalmaq lazım deyil, zamanında aparılan müalicə böyük bir faciənin qarşısını ala bilər.
Bakıda Asiya Parlament Assambleyasının (APA-nın) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.
O, qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb, APA-nın qlobal problemlərin həllində mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb və Azərbaycanın 2024-2025-ci illər üzrə APA-ya uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib.
İclasda APA Baş katibinin müavini Kia Tabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
APA-nın baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə layihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib.
Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkəmizin APA-ya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.
Sonra APA-nın 14-cü Plenar İclasının gündəliyi müzakirə olunub.
Tədbirdə İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.
İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə, nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.
15:52"Bakıda fevralın 21-də Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.
İclasın gündəliyinə APA-nın Bürosunun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsinin dinlənilməsi, APA-nın Baş katibinin çıxışı, 2024-cü il üçün APA-nın vitse-prezidentlərinin seçilməsi və təsdiq edilməsi, Assambleyanın 14-cü plenar sessiyasının gündəliyinin təsdiqlənməsi kimi məsələlər daxildir.
İclasda, həmçinin APA-nın İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələlər və Siyasi məsələlər üzrə daimi komitələrinin tərkibləri təsdiqlənəcək.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.
Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.
Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.