Search is not available for this dataset
text
stringlengths
10
518k
İlk vaxtlardan etibarən vasitəçilik iddiasında olan əsas siyasi mərkəzlərdən biri Avropa İttifaqıdır (Aİ).
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə görüş olub.
Brüssel rəsmiləri hazırda da israrla özlərinin vasitəçiliyini təklif edir, Cənubi Qafqazda sülhdə maraqlı olduqlarını deyirlər.
Amma təşkilat ötən müddət ərzində ciddi nəticəyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə edilən irəliləyişlər yalnız ikitərəfli təmaslar və Azərbaycanın səyləri fonunda olub.
Aİ isə bu müddət ərzində uğursuz görüşlər keçirib, qərəzli bəyanatlar verib, Ermənistana "vəkillik" etməyə çalışıb.
Beləliklə, Brüsselin səmimiliyi sual altına düşüb.
Fevralın 20-də Ş.Mişellə N.Paşinyan arasında telefon danışığı olub.
Tərəflər bölgədəki durumu müzakirə ediblər.
Ş.Mişel görüşlə bağlı özünün sosial şəbəkə hesabında yazıb ki, Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur.
İrəvanla Bakı arasında əlaqələrin normallaşması və regionda əməkdaşlıq mühitinin təmin olunması üçün tarixi şərait yaranıb.
Bir çox əngəl artıq aradan qalxıb.
Ən əsası, Azərbaycan ərazi bütövlüyünü təmin edib.
Bu o deməkdir ki, indi sülh heç vaxt olmadığı qədər yaxındır.
Sözsüz, Aİ kifayət qədər təsir gücünə malik qurumdur.
Təşkilat daxilində həm Azərbaycan, həm də Ermənistanla normal münasibətləri olan dövlətlər var.
Bu iki amili nəzərə alsaq, deməliyik ki, Brüssel üçün ötən üç il ərzində sülhə nail olmaq, ən azından ciddi irəliləyiş əldə etmək o qədər də çətin olmamalı idi.Amma nəinki bu müşahidə olunmur, həm də zaman-zaman İrəvanın destruktiv mövqeyinin şahidi oluruq.
Məsələn, Azərbaycanın təkidli çağırışlarına baxmayaraq, Ermənistan hələ də minalı ərazilərin dəqiq xəritəsini Bakıya təhvil verməyib.
Həmçinin fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması, həmçinin Azərbaycan-Ermənistan şərti...
Aİ niyə bu təxribatların qarşısını almır?
Nə üçün ötən günlər ərzində Brüsselin heç bir rəsmisi İrəvana “gözün üstündə qaşın var” deməyib?!
Axı sabotajlar regionda gərginlik yaratmaqla birbaşa olaraq sülh prosesinə zərbə vurur.
Doğrudanmı, təşkilat Ermənistan qarşısında aciz qalıb?
Əgər belədirsə, Aİ öz gücünü, fəaliyyətinin effektivliyini şübhə altına alır.
Yox, belə deyilsə, onda Brüssel səmimi deyil.
Yeri gəlmişkən, adətən üçüncü aktorlar vasitəçilik prosesində ancaq öz maraqlarını nəzərə alırlar.
Görünür, bu, Aİ üçün də istisna deyil.
Brüssel Cənubi Qafqazda möhkəmlənmək üçün vasitəçilik iddiası ilə çıxış edir və mütəmadi olaraq Ermənistandan yararlanır.
Aİ-nin ayrı-ayrı rəsmilərinin, o cümlədən Fransa generallarının müntəzəm olaraq Ermənistana səfərləri, binoklla Azərbaycan ərazilərini müşahidəsi etməsi də onu deməyə əsas verir ki, Ş.Mişelin və digər Aİ rəsmilərinin əməlləri ilə sözləri arasında 180 dərəcə fərq var.
Bu isə o deməkdir ki, Aİ Cənubi Qafqaz “meydanında” tamamilə “ofsaytda” qala bilər.
“Mən istəmirəm bizim qızımız atasız yaşasın”.
Bu sözləri MTV-nin efirində yayımlanan verilişlərin birində dünən Rusiyada saxlanılan Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay Zeynallı deyib.
O, hadisəni gecə saatlarında elə Kamilin özündən öyrəndiyini deyib.
“Gecə saat 3 idi, Kamil zəng etdi və hadisəni dedi.
Sahilə artıq böyük qızdır, mən ona hər şeyi izah etmişəm.
Mən dövlətimizdən, prezidentimizdən Kamilə kömək etmələrini xahiş edirəm”, - deyə müğənni qeyd edib.
Qeyd edək ki, Kamil Zeynallı 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub.
Onların bu münasibətdən bir qızı var.
Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə dövri olaraq rəy sorğuları keçirir.
Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, 2024-cü ilin fevral ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına insanların 78,2%-i “bəli, dəstəkləyirəm”, 19,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib.
Respondentlərin 2,3%-i cavab verməkdə çətinlik çəkib.
Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdimetmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.
Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, respondentlər arasında yaş artdıqca sülh müqaviləsinə müsbət münasibətdə artım qeydə alınır.
Ali təhsillilər arasında müsbət mövqe orta təhsillilərlə müqayisədə daha çox üstünlük təşkil edir.
Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
“Real Madrid” ingiltərəli yarımmüdafiəçi Cud Bellinqemlə mövcud müqaviləyə yenidən baxılması üzərində işə başlayıb.
Məlumata görə, bu, Karlo Ançelottinin komandasında ən çox maaş alan oyunçu ola biləcək PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin gözlənilən transferi ilə bağlıdır.
Xatırladaq ki, daha əvvəl İspaniya komandasının Mbappe ilə 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi.
Mbappenin “Real Madrid”lə müqaviləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Bir gün əvvəl Kilian PSJ rəhbərliyi ilə görüşüb və ona müqaviləni uzatmaq üçün yeni təkliflər verməməyi xahiş edib, çünki o, artıq “Real”la müqavilə imzalayıb.
Bir müddət öncə İrana səfər edən ABŞ-li pornoulduz Uitni Rayt iranlıları parlament seçkisində səs verməyə çağırıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, Uitni Rayt özünün “Instagram” hesabında paylaşım edib.
Adrian Bardie adlı iranlı istifadəçi onun son paylaşımına reaksiya verib.
“İran hökumətindən pul aldıqdan sonra İrana gələrək “hicab yaxşıdır” deməyinə görə sənə yazığım gəlir.
Əgər iranlı olsa idin, indi edam edilmişdin.
Təəssüf olsun ki, İran hökumətinin xalqa etdiyi qətliamı özün görmədin və demədin”, - deyə Adrian Bardie bildirib.
“Martın 1-də parlament seçkisində səs verməyi unutma!” - deyə pornoulduz istifadəçiyə cavab yazıb.
Ukrayna daha bir şəhərini - Avdeyevkanı - Rusiya qoşunları qarşısında müdafiə edə bilmədikdən sonra cəbhədə daha ağır durumun sancılarını yaşayır.
Artıq Ukraynanı Qərbdən verilən təhlükəsizlik vədləri sakitləşdirmir.
Hətta 60-cı Münhen Təhlükəsizlik Konfransında Prezident Volodimir Zelenskinin çıxışları və görüşləri belə, Ukrayna üçün fəlakətli nəticələrə hazırlıq ssenarisini təqdim edir.
Münhen Təhlükəsizlik Konfransında Zelenskinin:“Ukrayna tək qalsa, Rusiya bizi məhv edəcək.
Əgər indi hərəkətə keçməsək, Rusiya qarşıdakı bir neçə ili təkcə Ukrayna üçün deyil, həm də başqalarını fəlakətə çevirməyə nail olacaq”, - deməsi özü çox şeyi izah edir.
Qısası, Rusiya-Ukrayna müharibəsində Kiyevin düşüncə dinamikası zəifləyir, çünki ölkənin getdikcə azalan hərbi resursları Rusiyanın yaratdığı istehkam xətlərini yarmağa imkan vermir.
Ona görə ki, silahsız və silahlı ukraynalılar böyük itkilər verməyə hazır olan Rusiya qüvvələrinə qarşı xətti saxlamaq üçün tələb olunan resurslara malik deyillər.
Yayda Ukraynanın başlatdığı əks-hücum əməliyyatlarının kor nəticəsi bu deyiləni aydın təsvir etməyə yol açır.
Əslində, Ukrayna həm siyasi iradədə, həm də hərbi müstəvidə dirənmə göstərir, yəni bu müqavimət olmasaydı, Rusiya qoşunları çoxdan başqa-başqa şəhərləri tutmuşdu.
Amma Ukraynanın müqaviməti artıq əvvəlki səviyyədə deyil və getdikcə Qərbdən silah trafikində xəsislik edilməsi Kiyevin cəbhədəki vəziyyətini ağır sınağa çəkir.
Hazırda Ukrayna ABŞ Konqresindən əlavə yardımların təsdiqlənməsinin intizarını çəkir, hərçənd ki, ABŞ-də prezident seçkisi dövrü Kiyevi bir qədər arxa planda tutur.
Yəni Rusiyanın Ukraynadakı irəliləyişlərini ABŞ Konqresinin yeni silahların tədarükə dəstəyini uzun müddət gecikdirməsi ilə əlaqələndirmək çətin olmamalıdır.
Baş verən iki hadisə isə Ukrayna siyasi elitası üçün əhvali-ruhiyyəni pisləşdirir.
Onlardan birincisi ABŞ-də Respublikaçılar Partiyasının prezidentliyə lider namizədi Donald Trampın bəyanatıdır.
Cənab Trampın seçki kampaniyası zamanı müdafiə üçün kifayət qədər pul ödəməyən NATO müttəfiqlərini Rusiyanın önünə atmaq haqqındakı dedikləri Trans-Atlantik məkana nəzəri şokdur.
İkincisi, Rusiyanın kosmosda istifadə üçün nüvə silahı hazırlamaq planlarına dair informasiya məkanına sızan məlumatlar qorxuları artırır.
Bunlar ABŞ-dən Ukraynaya sönükləşən dəstəyin müşayiətində geosiyasi əsəbləri tarıma çəkir.
Həmin “əsəb sistemi” Qərbdə Rusiya ilə əlaqədar tempini yüksəldən dörd qorxu səbəbi ilə korlanır.
Birinci qorxu budur ki, Rusiya Qərbin ən sərt sanksiyalarına rəğmən, iqtisadiyyatını sabitləşdirib və müdafiə, kosmik sənaye sahələrində aktivlərini genişləndirir.
Narahatlıq yaradan ikinci səbəb Rusiyanın Ukraynada istədiyini aldıqdan sonra eskalasiya ssenarilərinin Moskvanın liderliyi altında genişlənəcəyi həyəcanıdır.
Üçüncüsü, Avropanın özünü müdafiə etmək üçün hərbi sənaye potensialının yetərli olmaması və siyasi iradənin haçalanması faktı problemləri artırır.
Halbuki, Avropa müdafiə sənayesi istehsalını sürətləndirir və xərcləri artırır.
Ancaq Avropa ölkələrinin ABŞ-nin qüdrətini əvəzləmək imkanı yoxdur.
Avropa İttifaqında Fransanın ordu gücü, o cümlədən donanması, nüvə silahları çoxdan Rusiya üçün çəkindirmə aktı olmalı idi.Avropa İttifaqının üzvü olmayan Böyük Britaniyanın da qüdrəti nədənsə Rusiyaya o qədər təsir göstərmir.
Dördüncüsü, ABŞ Konqresi Ukraynaya yeni yardım paketini təsdiqləmədikcə Rusiya Ukraynada qazanc əldə etməyə davam edə bilər.
Cari tabloda Qərbdə bu mövqe az qala kollektiv fikir kimi nəzərə çarpır.
PROQNOZLAR:""Yaxın zamanlarda Ukraynanın Rusiyanın müdafiə xətlərini yarmaq üçün əks-hücuma keçəcəyi gözlənilmir.
ABŞ-də seçki kampaniyasının qızışdırdığı rəqabət ritorikası fonunda Vaşinqtonun Ukraynanı arxa planda saxlayacağı istisna deyil.
Ukraynaya yeni yardım təsdiq edilsə belə, texniki prosedurlar tədarükü gecikdirəcək və bu müddətdə Ukrayna əraziləri Rusiyanın intensiv raket zərbələrinə tuş gələ bilər.
“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı danışıqlar çoxdan aparılırdı”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, universitetin yaradılması hər iki dövlət başçısının istəyi ilə olub:“Artıq yeni tədris ilində universitetə tələbə qəbulu həyata keçiriləcək”.
Nicat Məmmədli qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin tədris binası Bakıda yerləşəcək.
Universitetin inzibati, maliyyə məsələləri Azərbaycan tərəfindən həll olunacaq:""“Hazırda mühəndislik, texnoloji ixtisaslar olacaq.
Gələcəkdə də digər fakültə və ixtisasların açılması proqnozlaşdırılır.
Burada sadəcə bir vahid universitet deyil, Türkiyə və Azərbaycanda olan digər universitetlərin birgə təhsil və tədqiqatının tamamilə yeni modeli olacaq.
Tədris türk və ingilis dilində olacaq”.
O qeyd edib ki, universitetdə nə qədər tələbənin təhsil alması hələlik bilinmir.
Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu” MMC-nin ev oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Oxu.Az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.