Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Kadrlarda musiqiçilərimiz tərəfindən Azərbaycan muğamının ifası əks olunub. |
Fevral ayının son günlərini yaşayırıq. |
Təbii ki, yerləşdiyimiz iqlim qurşağında hələ ki təzə meyvənin yetişdiyi vaxt deyil. |
Amma qışın oğlan çağında da Bakı əhalisini təzə meyvə ilə təəccübləndirmək mümkün deyil - dükan-bazarlarda sanki bir saat öncə ağacdan yığılmış kimi görünən meyvələr az deyil. |
Maraqlı olanı - piştaxtaları bəzəyən bu meyvələr arasında özünü də, adını da tanımadığımız nümunələrin günü-gündən çoxalmasıdır. |
Ekzotik meyvələr haradan gətirilir, niyə gətirilir, nəyə yarayır, neçəyə satılır - bu suallara cavab tapmaq üçün Oxu.Az-ın əməkdaşları əhali arasında sərfəli alış-veriş məkanlarından biri kimi tanınan “Yaşıl bazar”a baş çəkiblər. |
Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklikdir. |
Birbaşa ekzotik meyvələr satılan hissəyə keçirik. |
Ekzotik meyvələrin əksəriyyəti soyuducularda, qablaşdırılmış şəkildə saxlanılır. |
Meyvələrin heç birinin üzərində qiyməti qeyd olunmayıb. |
Satıcılar daimi müştərilərinin olduqlarını bildirirlər:""“Ekzotik meyvələr həm çəki, həm də dənə ilə satılır. |
Bəziləri bunların bahalı olduğunu düşünürlər. |
Amma bahalıq alıcıları qorxutmamalıdır. |
Hamısının dadı çox möhtəşəmdir. |
Bunların tərkibindəki vitamin kompleksi yerli meyvələrdən fərqlənir. |
Bir dəfə alan yenə almaq istəyir. |
Alıcılıq qabiliyyəti də normaldır. |
Hətta əvvəlki illərə nisbətən qaydasındadır. |
Ekzotik meyvələrin saxlanma şəraiti ilə maraqlanırıq. |
Öyrənirik ki, bunlar, əsasən, Afrika, Amerika, Asiya ölkələrindən gətirilir. |
Bu səbəbdən də soyuducuda, yaxud soyuq quru yerdə bir ay saxlamaq mümkündür. |
Satıcılar deyirlər ki, Braziliyadan gətirilən meyvələrə maraq daha çoxdur. |
Adları bizə tanış olmayan ekzotik meyvələrlə yanaşı, öyrəşdiyimiz qarpız, yemiş, gilas, alça da piştaxtaları bəzəyir. |
Satıcılar qarpız və yemişə daha çox tələbat olduğunu vurğulayırlar. |
Meyvələrin qiymətləri ilə maraqlanırıq. |
Deyirlər ki, pitaya (“dragon fruit” - red.) |
Fərqli rəng çalarları olsa da, hamısının dadı eynidir. |
Manqonun kiloqramı 30 manatadır. |
Karanbula ulduz formasındadır, şirin alça dadını xatırladır. |
Lunğanın (“əjdaha gözü” - red.) |
Satıcılar meyvələrin xüsusiyyətlərindən də danışırlar. |
Məsələn, bildirirlər ki, marakuyyanı yeyən insanlarda ehtiras hissi artır:""“Kiloqramı 35 manatdır. |
Satıcı Ramin Seyidov deyir ki, yeddi ildir, ekzotik meyvələrin satışı ilə məşğuldur:"""“Meyvələri Tailanddan, İndoneziyadan, Türkiyədən, Dubaydan gətiririk. |
Yerli meyvələrin mövsümü olmadığına görə hazırda müştərilərimiz ekzotik meyvə alırlar ki, ağız dadları dəyişsin. |
Alıcılıq qabiliyyəti son üç ildə çoxalıb. |
Manqonun kiloqramı bizdə 60 manata, rambutan və liçinin kiloqramı 50 manatadır. |
Liçinin bir dənəsi bir manatadır. |
Pitayanın isə içi qırmızı olanının ədədi 10 manata, içi ağ olanın - 12 manatadır”. |
Ramin Seyidov quanabananın xərçəng xəstələrində immunitet yaratdığını qeyd edir:""“Quanabananın kiloqramı 70 manatdır. |
Faydaları çoxdur:iştahanı artırır, onkoloji xəstəliyin birbaşa dərmanıdır, immuniteti gücləndirir, xəstəliklərin qarşısını alır. |
Amma bunun üçün daim ondan yemək lazımdır. |
Meyvəni kəsəndən sonra üzərini bağlamalısan ki, daxilinə hava keçib xarab etməsin, həmçinin, soyuducuda saxlamaq lazımdır. |
Bunun şirəsi də ayrı gəlir, litri 50 manatadır”. |
R.Seyidov mövsümü olmayan meyvələrdən də danışır:""“Qış ayları olsa da, yay meyvələrini tapmaq mümkündür. |
Gilasın kiloqramı 50 manatadır, yayda yediyimiz gilasdan fərqlənmir. |
Böyürtkənin 150 qramı 12 manatadır. |
Kokos Dubaydan gəlir, bir ədədi 10 manatadır”. |
Ümid edək ki, insanlarımız ekzotik meyvələri xəstəliklərini sağaltmaq ümidi ilə yox, sadəcə, hərdən ağız dadını dəyişmək üçün axtarsınlar. |
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid |
Prezident İlham Əliyev “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. |
Bu barədə President.az xəbər verir. |
Sərəncamda qeyd olunur ki, Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. |
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. |
Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. |
Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilib ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə i... |
Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir. |
Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. |
XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilib, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınıb. |
Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılıb. |
Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. |
XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır. |
Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir. |
Azərbaycan Respublikasının Nazirlər Kabineti qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər gör... |
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. |
Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. |
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb. |
Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib. |
Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. |
Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. |
Həmin vaxt Ə.Əhmədova şizofrenəbənzər pozuntu diaqnozu təyin edilib. |
Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. |
“Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əməkhaqqı artımları ilə bağlıdır. |
Artımların sertifikasiya nəticələrinə, yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir”. |
Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib. |
O bildirib ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub:""“Bu il təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142,8 milyon manat artırılaraq, 4 milyard 549 milyon manata çatdırılıb. |
Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. |
Əməkhaqqı artımları baxımdan digər mühüm məqam bu il büdcədən 93,6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. |
Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22,6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. |
Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. |
Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur. |
Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. |
Diferensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. |
Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin”. |
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. |
Bu barədə APA-nın sorğusuna cavab olaraq ARKİ-dən məlumat verilib. |
“Konfransda sədrlik postuna digər namizədlərin olması istisna deyil”, - sorğuya cavabda deyilir. |
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı 5 mart tarixində keçiriləcək. |
AKİ-nin namizədi isə hazırda İttifaqın sədri olan Xalq artisti Rasim Balayevdir. |
14:20"Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub. |
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, konfrans martın 5-də keçiriləcək. |
“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, - deyə katib qeyd edib. |
Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir:""“Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. |
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”. |
Polşada fermerlərin keçirdiyi aksiyada ölkənin NATO-dan çıxması tələbi də səsləndirilib. |
Yürüş iştirakçıları əllərində “NATO-ya yox”, “Bu bizim müharibəmiz deyil” yazılı plakatlar tutublar. |
Xatırladaq ki, Polşada artıq bir neçə gündür ki, fermerlər Ukrayna məhsullarını boykot etməkdə davam edirlər. |
Polşada fermerlər, Avropa İttifaqının Ukraynadan ucuz idxalı dayandırmaq üçün kifayət qədər iş görməməsindən şikayət edirlər. |
Onların fikrincə, bu da yerli istehsalın azalmasına gətirib çıxarır. |
Buna görə də Ukrayna yük maşını sürücülərinin 27 üzv ölkədə işləmək üçün icazə alması tələbinin yenidən tətbiq edilməsini istəyirlər. |
Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanmasından, ərazi bütövlüyünü təmin etməsindən, bir sözlə erməni işğalına son qoymasından sonra Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh prosesi gündəmə gəldi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.