Search is not available for this dataset
text
stringlengths
10
518k
“Ana olmağı elə də çox istəmirdim” sözlərimi mənə xatırlatmayın.
Hazır olmadıqda belə, avtomatik olaraq uşaq anası ola bilərəm”, - deyə Qonca Vuslateri əlavə edib.
“Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür”.
O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur.
T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib:""“Bu, müəyyən zaman tələb edir.
Bu işlə sığorta şirkəti məşğuldur.
Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq.
Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
Azərbaycanın iqtisadiyyatı 2003-cü ildən bu yana xeyli inkişaf edib.
Rəqəmlərə nəzər yetirdikdə nəticənin təsəvvürəgəlməz dərəcədəki böyüklüyü görünür.
Təbii ki, iqtisadiyyatın inkişaf etməsi əhalinin sosial rifah səviyyəsinə də müsbət mənada böyük təsir göstərib.
Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxış edərkən bir sıra rəqəmlər səsləndirib.
Dövlət başçısı qeyd edib ki, sosial sahədə görülmüş işlər də göz qabağındadır.
Belə ki, 2003-cü ildə Azərbaycanda minimum əməkhaqqı doqquz manat idisə, indi bu rəqəm 345 manatdır.
Lakin Prezident bildirir ki, bu da yetərli deyil.
Deməli, İlham Əliyev göstərir ki, növbəti illərdə də sosial sahədə böyük işlər davam etdiriləcək.
Onu da xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə ölkədə minimum pensiya 20 manat idi.İndi isə bu rəqəm 280 manatdır.
Orta pensiya hazırda 500, orta əməkhaqqı isə 940 manat təşkil edir.
Bütün bunlar İlham Əliyevin məqsədyönlü siyasətinin nəticələridir.
Bununla belə, Prezident qarşıya yeni vəzifələr qoyur.
Məsələn, İlham Əliyevin andiçmədəki bu sitatı diqqət çəkir:""“Biz, əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik.
Yoxsulluq Azərbaycanda beş faiz səviyyəsindədir.
2003-cü ildə təxminən 50 faiz idi.İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun.
Müstəqillik dövründə əhalimiz üç milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün.
Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq.
Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil.
Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq.
Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır.
O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpa olunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək”.
Dövlət başçısı bununla bəyan edir ki, Azərbaycanda əhalinin rifah səviyyəsi daim diqqət mərkəzindədir.
İşsizlik probleminin həlli isə aidiyyəti qurumlar qarşısında prioritet olmalıdır.
İlham Əliyev qarşıya tapşırıq qoyur ki, 10 minlərlə yeni iş yeri yaradılmalıdır.
Qısası, işsizliklə əlaqədar hüquqi və faktiki problemlər mütləq şəkildə aradan qaldırılmalıdır.
Bu, cənab Prezidentin qarşıya qoyduğu mühüm vəzifələrdəndir.
Sosial sahədə vacib məsələlərdən biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir.
İlham Əliyev bildirib:""“Deyə bilərəm ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilib.
Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”.
Görünən budur ki, Azərbaycan apardığı müstəqil siyasətlə bundan sonra da istədiyi nəticələri əldə edəcək.
Bu işdə İlham Əliyev liderdir, yol xəritəsi təqdim edəndir.
Müstəqil siyasətin bəhrəsini bu gün biz də dadırıq.
Torpaqlarımız işğaldan azad edilib, Azərbaycan suverenliyini təmin edib.
Prezidentin dediyi kimi, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.
Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ ölkə gündəmini zəbt edib.
Məsələ ilə bağlı ATV-nin “Rəngarəng səhər” proqramının canlı efirinə qoşulan idmançının anası Sahilə Zeynallı oğlunun saxlanılmasını sosial şəbəkələrdən gördüyünü bildirib:""“Xalq Kamilin arxasındadır.
Mən inanıram ki, tezliklə oğlum vətənə qayıdacaq”.
Rusiyada “Nam pişut iz Yaninı” “Telegram” kanalının müəllifi, hərbi müxbir Andrey Morozov (“Murz” təxəllüsü ilə də tanınırdı) intihar edib.
O, özünün kanalında bununla bağlı intihar məktubu qoyub.
“Murz” intihar qeydində özünə qəsd etməyinin səbəblərini açıqlayıb.
Bundan başqa o, daşınmaz əmlakının satışından əldə edilən pulu dronlarla təchiz etmək üçün komandasına verilməsini istəyib.
Qeyd edək ki, A.Morozovun çıxışları səbəbilə Rusiya Müdafiə Nazirliyi ilə münasibətlərinin kəskin olduğu bildirilirdi.
“Rusiya qanunvericiliyinə əsasən, Kamil Zeynallı bir ay müddətində təcridxanaya yerləşdirilməli və Ermənistan bu müddətdə bütün sənədləri Rusiya Baş Prokurorluğuna təqdim etməlidir.
Daha sonra onun Ermənistana verilib-verilməməsi məsələsinə baxılacaq”.
Bunu Rusiyada yaşayan azərbaycanəsilli hüquqşünas Elman Paşayev fitnes məşqçisi Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
E.Paşayev bildirib ki, beynəlxalq konvensiyaya görə, saxlanılan şəxsi beynəlxalq axtarışa düşmən ölkə veribsə, o, həmin ölkəyə ekstradisiya edilməməlidir:""“Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.
Ona görə də Rusiya onu heç cür Ermənistana verə bilməz”.
Hüquqşünas onu da bildirib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərinə götürməyə hazırdır.
Əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü, azərbaycanlı aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadənin müəllifi olduğu kitabları artıq Çexiyada da əldə etmək mümkün olacaq.
Belə ki, Çexiyada məşhur olan kitab mağazalardan birində Bəhram Bağırzadənin “Azərbaycanın xristian kilsələri”, “Bakı”, “Şuşa” və “Praqa” adlı dörd kitabı satışa çıxarılıb.
Müsahibələrinin birində Bəhram Bağırzadə özü də qeyd edib ki, dünya səviyyəsinə çıxmaq üçün yaxşı, keyfiyyətli kitablar çap etdirməyə başlayıb.
“Mən yaradıcı olmaq, uşaqlar üçün gözəl tərtibatda çap etdirmək, onları Boloniya Kitab Sərgisinə aparmaq, orada olmaq və iştirak etmək istəyirəm.
Əgər Allah nəsib etsə, “Bəhram dayının yanında” adlı kiçik uşaq kitab mağazası açmaq istəyirəm”, - deyə aktyor qeyd edib.
Qeyd edək ki, Bəhram Bağırzadə 120-dən çox uşaq kitabının müəllifidir.
Tanınmış aktyorun kitablarına gəlincə, onların sayəsində gənc oxucular təkcə Azərbaycan haqqında deyil, həm də dünyanın digər ölkələri haqqında çoxlu yeni və informativ məlumatlar öyrənirlər.
Hidrometeoroloji şəbəkənin bərpası üzrə işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay (Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Kircələnçay, Quruçay) üzərində 11 avtomat hidroloji stansiya yaradılıb və həmin stansiyalardan mütəmadi...
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov “Qarabağ bölgəsində su kanalizasiya infrastrukturunun yenidən qurulması” adlı tədbirdə çıxışı zamanı bildirib.
Rəis müavini qeyd edib ki, “İşğaldan azad edilmiş ərazilərdə meteoroloji müşahidələrin öyrənilməsi” layihəsi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş beş avtomat meteoroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada daxil olan məlum...
“Proqramın icrası çərçivəsində bir dəst dopler hava radarının və bir dəst aeroloji stansiyanın quraşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə tədqiqat işləri aparılıb.
Həmin stansiyaların 2024-cü ildə quraşdırılması nəzərdə tutulur.
Bu stansiyaların fəaliyyət göstərməsi regionun iqlim şəraitinin qiymətləndirilməsinə, əldə olunan məlumatların kəmiyyət və keyfiyyətinin, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin alınmasına və həmin ərazilərdə fəaliyyəti nəzərdə tutulan sahələrdə drometeoroloji xidmət səviyyəsinin artırılmasına imkan verir”...
Hindistan polisi Nyu-Delhiyə doğru yürüş etməyi planlaşdıran fermerlərə qarşı gözyaşardıcı qazla atəş açıb.
Hadisə Pəncab və Haryana ştatlarının sərhədindəki magistral yolda baş verib.
Polis fermerlərin yürüşünü dayandırmaq üçün yüksək səs çıxaran uzaqmənzilli akustik cihazlardan da istifadə edir.
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
13:44"Hindistanda fermer və kəndli həmkarlar ittifaqları mərkəzi hökumət rəsmiləri ilə danışıqların razılığa gəlməməsindən sonra Nyu-Delhidə etiraz yürüşünü bərpa edəcəklərini açıqlayıb.
Məlumata görə, fermerlər polis hasarlarını dağıtmaq üçün istifadə edəcəkləri 1,2 min traktor, həmçinin buldozerlərlə paytaxta yürüş etməyə hazırdırlar.
Etirazçılar iddia edirlər ki, onlar təxminən 100 min insan toplaya biliblər, onların əsas qüvvələri Nyu-Delhidən təxminən 200 km aralıda, Pəncab və Haryana ştatlarının sərhədindəki Şambhu kəndində yerləşir.
Etiraz yürüşü fevralın 13-də başlayıb.
Bütün bu müddət ərzində hakimiyyət fermerləri etirazı dayandırmağa inandırmağa çalışsa da, onlar hökuməti razılığa gəlmək istəməməkdə ittiham edirlər.
Nyu-Delhinin də daxil olduğu Delhi Milli Paytaxt Bölgəsində polis etirazçıların şəhərə daxil olmasına icazə verməyəcəklərini bildirib.
Fermerlərin traktorlarının Nyu-Delhiyə girməsinin qarşısını almaq üçün Delhiyə gedən yol boyunca çoxsaylı beton maneələr, tikanlı məftillər və mismar zolaqları çəkilib.
Metropolisə bütün əsas giriş nöqtələri metal və beton baryerlərlə bağlanıb.
“Son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə halları geniş vüsət alıb”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
“Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.
Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir”, - məlumatda qeyd edilib.
İspaniyanın Valyadolid şəhərində naməlum şəxs şərab zavoduna girərək müəssisəyə külli miqdarda zərər vurub.
Belə ki, hücum edən şəxs içərisində yüksəkkeyfiyyətli şərab olan üç çəni boşaldıb.
Nəticədə 60 min litr (80 min şüşə) məhsul axıb.
Dəyən zərərin təxminən 2,5 milyon avroya bərabər olduğu ehtimal edilir.
Zavod rəhbərliyi bunu rəqiblərinin qisası ola biləcəyini deyirlər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları yoxlamaya başlayıblar.
Zavoda quraşdırılmış müşahidə kamerası baş verənləri anbaan qeydə alıb.
Kubra Məhərrəmova yazır...""Kimə nə deyirsən, qayıdır ki, telefon çıxaranın evi yıxılsın.
Vallah bu smartfonları, yüksəksürətli interneti üzünə bir kitabı belə oxuya bilməyənlərin bir-birinə “şir” atması üçün icad etmədilər.
Onların məqsədi qat-qat yüksək və ali idi.Hətta elm, texnologiya bir az da inkişaf etdi, artıq süni intellekt əsrindəyik.
Sadəcə bütün bunların mahiyyətini dərk etməyənlər, bütün bu inkişafdan düzgün yararlana bilməyənlər sürətlə uçuruma doğru yuvarlanırlar.
Xülasə, bizdə dəbdir axı öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmağı...Hər dəfə gündəmi silkələyən bir hadisə baş verən kimi millət başlayır müəllimi, telefonu, interneti, məktəbi təhqir etməyə.
Bir dəfə demir ki, “bəlkə elə birinci özümdən başlayım?”"Bir neçə gündür Dilarənin azyaşlı qızın başına yumurta vurması, saçını kəsməsi, alnına təhqiredici söz yazması, işə polisin qarışması, məktəb direktorunun məsələyə “zarafat” kimi yanaşması ölkə gündəmini yerindən oynadıb.
Hətta mediaya məlumat da sızdı ki, guya (bu bir iddiadır) məsələdən daha əvvəl xəbər tutan polis bu videonun ictimailəşməməsi üçün Dilarənin valideynlərindən söz alıb.