Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bölgədə xarici qüvvələrin olması səbəbindən İrəvanla Tehran arasında ciddi gərginlik yaranıb və bu, İran Prezidenti İbrahim Rəisinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla bu yaxınlarda keçirdiyi görüşdə dediyi kimi, nəinki vəziyyəti həll etmir, əksinə, daha böyük problem yaradır. |
Ermənistanın “Qraparak” qəzeti, öz növbəsində, qeyd edir ki, baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin İrana səfəri gərgin atmosferdə keçib, belə ki, Tehran Ermənistanın Qərblə yaxınlaşmasından narazılığını bildirib. |
Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə (Almaniya) erməni icmasının nümayəndələri ilə görüşdə Ermənistanla İran arasında hər şeyin o qədər də sadə olmadığını bildirib. |
Bunun fonunda İranın quru sərhədlərini bağlamağı planlaşdırdığı barədə məlumatlar diqqəti cəlb edib. |
Bu açıqlama ilə İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri çıxış edib. |
Tanınmış rusiyalı şərqşünas, siyasi elmlər namizədi Roland Bicamov vəziyyəti Oxu.Az-a şərh edib:""- Alınan məlumatlardan söhbətin İranın hansı sərhədləri bağlamağı planlaşdırdığı tam aydın deyil. |
Ermənistan, Pakistan və digər ölkələrlə sərhədlər? |
Amma hər halda Ermənistanla İran arasında münasibətlərin əvvəlki kimi olmadığı bəllidir. |
Nikol Paşinyanın komandası Ermənistanın region və dünya ölkələri ilə münasibətlərini yenidən tənzimləyir. |
Amma Ermənistanın Fransanın yanında deyil, Cənubi Qafqazda yerləşməsini nəzərə almır. |
Ermənistan-İran münasibətlərinin pisləşməsi və bu ölkələr arasında gərginlik mənim üçün qəfil olmadı, bunu gözləyirdim. |
Bölgəyə tələsən və Ermənistan administrasiyasına dəstək verən həmin dövlətlərin hərbi-strateji məqsədlərindən biri də İran, Türkiyə və Cənubi Qafqaz ölkələrinə təsir etmək üçün əlverişli tramplin yaratmaqdır. |
Yeri gəlmişkən, “Qraparak” nəşri də yazır ki, iranlılar guya Ermənistan ərazisində İran hərbi bazasının yaradılmasını təklif ediblər. |
Bu, doğru ola bilər, amma çox güman ki, biz ya İranın mahir trolluğu ilə üz-üzəyik, ya da çox güman ki, erməni tərəfi (Qərbdəki - red.) |
böyük tərəfdaşlarına siqnallar göndərir ki, baxın, Tehran bizə hərbi baza yaratmağı təklif etdi, amma biz imtina etdik. |
İstənilən halda hazırkı vəziyyət proqnozlaşdırılabilən idi.Ermənistan Qərbə getməyə çalışır, lakin onun “ayaqları” Cənubi Qafqazdadır. |
Qeyd edək ki, Paşinyan komandasının bəzi hərəkətləri haqlıdır, çünki ölkədə iqtisadi fəallıq artıb. |
Bununla belə, xarici siyasət məsələlərində Nikol Paşinyan hakimiyyətinin Qərbə xidmətkarlığı (nökərçiliyi, yarınmaqlığı - red.) |
gələcək üçün yaxşı heç nə vəd etmir. |
Coğrafi baxımdan Cənubi Qafqazdan uzaq olan oyunçuların regionun işlərinə qarışmaları İran, Türkiyə, Rusiya və Azərbaycanın xoşuna gəlmir. |
Qərb hərbi bazasının yaradılması ilə bağlı (Ermənistanda - red.) |
əsaslı fərziyyələr yaranarsa, məsələlər təhlükəli inkişafa çata bilər. |
Rusiya hələ də Ermənistanın təhlükəsizliyini təmin edir, Rusiya sərhədçiləri Ermənistanda xidmət edirlər. |
Bununla belə, Ermənistan cəmiyyətində Rusiyadan bir növ əsassız inciklik var. |
Amma Moskva yad ərazidə kiməsə görə özünü oda atmağa borclu deyildi. |
Üstəlik, əgər Paşinyanın komandası Rusiya Federasiyası ilə açıq-aşkar düşmənçilik edirsə. |
Rusiya tərəfi yamanlığa yaxşılıq limitini tükədib. |
Ermənistan Rusiya üçün dost ölkə sayıla bilməz. |
Bəli, Ermənistanda Rusiya hərbi bazası, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti var ki, o da İrəvanın Zvartnots hava limanında fəaliyyət göstərir. |
Ancaq mənə elə gəlir ki, buna baxmayaraq, Rusiyanın səbri gec-tez tükənə bilər. |
- Belə çıxır ki, Ermənistanın İranla, İrəvanın Moskva ilə münasibətləri bir-birinə bağlı olan şeylərdir? |
Buraya NATO üzvü və ABŞ-nin tərəfdaşı kimi görünən Türkiyəni də əlavə etməliyik. |
Amma Rəcəb Tayyib Ərdoğan keçən il Türkiyədə keçirilən prezident seçkisində uduzsaydı, o zaman Türkiyənin yeni rəhbərliyi tamamilə amerikapərəst olardı və biz ölkənin xarici siyasət kursunda tam dəyişikliyin şahidi olardıq. |
Lakin türk xalqı hazırkı dövlət başçısını vəzifəsində saxlamaq qərarına gəlib. |
Əhalinin əksəriyyəti Paşinyanı dəstəkləyir, çünki onlar əvvəlki hakimiyyətin qayıtmasını istəmirlər (20 il ərzində, 2018-ci ilə qədər Ermənistanda qondarma “Qarabağ klanı”nın nümayəndələri hakimiyyətdə olublar - red.). |
Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın və Paşinyanın imzaladığı digər sənədlərin müddəalarına əməl etməli, kommunikasiyaları açmalıdır. |
Əvəzində Paşinyan Avropanı gəzib “köhnə qitə”nin liderləri ilə şəkil çəkdirdi, bəzi anlaşılmaz danışıqlar apardı və aparır, demaqogiya, populizm səviyyəsində qəribə bəyanatlar verir. |
Lakin bu baxımdan cənab Paşinyan proqnozlaşdırılandır. |
Magistral yolların birində sürücü hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. |
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. |
Belə ki, “Mercedes” markalı 90-SS-270 nömrəli avtomobilin sürücüsü hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısında dəfələrlə kəskin əyləcdən istifadə edərək həm özünün, həm də hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradıb. |
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 50.6.3-cü maddəsinə görə, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. |
Videonu təqdim edirik:""Əzizə İsmayılova |
Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V.-nin yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub. |
Baş Prokurorluqdan Oxu.Az-a verilən xəbərə görə, həmin faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır:""“Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib. |
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub. |
Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə şillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur”. |
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadə Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışının fəaliyyət proqramı kimi qəbul edilməli olduğunu bildirib. |
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışı zamanı bir çox vacib məsələlərə toxunub:""“İlk növbədə qeyd edək ki, bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi.Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu vəzifənin öhdəsindən uğurla gəldi. |
Azərbaycan xalqı bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. |
Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik”. |
Ə.Ağazadə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirildiyini söyləyib:""“Seçkidə göstərilən həmrəylik cəmiyyətimizin möhkəmliyini təcəssüm etdirdi və biz bir daha əmin olduq ki, öz lideri ətrafında birləşən xalqımızın iradəsinə he... |
Növbəti illərdə qarşımızda duran əsas vəzifələrə toxunan Ə.Ağazadənin fikrincə, əsas məsələlərdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir:""“Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. |
İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. |
Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”. |
Deputat vurğulayıb ki, bundan sonra Azərbaycana qarşı ideoloji təxribatlar nəinki istisna deyil, hətta qaçılmazdır və getdikcə artan xətlə davam edəcək:""“Bizim işimizə kölgə salmaq, diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq istəyənlər olacaq. |
Bu səbəbdən də belə məsələlərin qarşısını vaxtında almaq üçün elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar. |
Burada əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. |
Bu məsələyə çox ciddi yanaşmalıyıq. |
Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. |
Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıq, dəyərdir. |
Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi xalqımız və dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biridir”. |
Bir neçə gün əvvəl “Speedtest Global Index”in apardığı araşdırmalara görə, 2024-cü ilin yanvarında Azərbaycan mobil internetin sürətinə görə (46,88 Mbit/s) 144 ölkə arasında 59-cu yerdə qərarlaşıb. |
Məlumatda qeyd olunub ki, Azərbaycan ötən ayla müqayisədə mobil internetin sürətinə görə mövqeyini qoruyub. |
Yanvarda Azərbaycan sabit genişzolaqlı internetə çıxışın orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb. |
Bu, əvvəlki ayla müqayisədə üç pillə geridir. |
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (302,38 Mbit/s), sonuncu yeri isə Şərqi Timor (144-cü yer, 3,75 Mbit/s) tutub. |
Niyə ölkəmizdə mobil internetin sürəti azalıb? |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkələrdə internetin sürəti ilə bağlı əsas göstərici həmin ölkələrin illik orta hesabla internet sürətindəki fərqdən ibarətdir:""“Speedtest Gl... |
Bu, illik sürətin 34 faiz artımı deməkdir. |
Araşdırmada qeyd edilən sıralamalar ölkələrdə istifadəçilərin bir qismi tərəfindən aparılan testlərin nümunəsinə əsaslanır. |
Sözügedən nümunə ölçüsünün dəyişməsi sıralamaya təsir edən amillərdəndir. |
Eyni zamanda, internet sürəti zəif olan, amma kiçik ərazisi fiber-optik kabellərlə əhatə edilən ölkələr belə, yüksəksürətli internet xidməti təqdim etdikdə reytinqlərdə yuxarı pillələrə keçə bilər. |
Faktiki olaraq, sürət eyni qaldıqda və ya artdıqda digər ölkələrdə olan test aktivliyindən asılı olaraq pillələrdə enmə baş verə bilir və sıralamada yerdəyişməyə səbəb olur”. |
Fevralın 17-də Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin son görüntülərini yayıb. |
Dronla çəkilmiş görüntüləri Rusiya mətbuatı dərc edib. |
Videoda şəhərin şiddətli döyüşlərdən sonra xarabalığa çevrildiyini görmək mümkündür. |
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib. |
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar. |
Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər. |
Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir. |
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. |
Fevralın 21-də Yeni Kaledoniyanın paytaxtı Numeada Fransanın daxili işlər naziri Jerald Darmanin və dənizaşırı ərazilərə məsul nazir Mari Quvenonun səfərinə etiraz olaraq aksiya keçirilib, aksiya zamanı yenidən Azərbaycan bayrağı dalğalandırılıb. |
APA xəbər verir ki, aksiyanın başlıca məqsədi Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada siyasi tarazlığı dəyişmək üçün yerli səsvermə prosedurunda etmək istədiyi dəyişikliklərə qarşı yönəlib. |
Məlumat üçün bildirək ki, Yeni Kaledoniya sakinləri bir neçə seçici siyahısına bölünürlər. |
Müəyyən şərtlərə - məsələn, Paris sakini 10 ildən artıq müddət ərzində Yeni Kaledoniyada yaşasa belə - cavab verməyən Fransa vətəndaşları Yeni Kaledoniyanın gələcək taleyi və əyalət seçkisində iştirak edə bilmir. |
Fransa hökuməti hazırda dəyişiklik etməklə həmin insanlara sözügedən hüququ vermək istəyir və bununla da müstəqillik uğrunda mübarizə aparan fəalların üstünlüyünə son qoymaq məqsədi daşıyır. |
Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma baş verib. |
Polis gözyaşardıcı qazdan istifadə edib. |
Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən Qvadelupa, Fransız Qvianası, Martinik və Fransız Polineziyasının siyasi hərəkat və partiyaları BTQ-nin təşəbbüsü ilə Yeni Kaledoniyada bu gün keçirilmiş etiraz aksiyası ilə əlaqədar dəstəkverici bəyanatla çıxış ediblər. |
Ötən aylarda hamilə olduğunu bəyan edən məşhur türkiyəli aktrisa Qonca Vuslateri körpəsinin atasının kim olduğunu açıqlayıb. |
Ceyda Düvencinin aparıcılığını etdiyi “Bambaşka söhbetler” proqrama qatılan Vuslateri körpənin atasının dövlət məmuru olduğunu bildirib. |
“Leventlə münasibətimiz başlayanda başqa sektordan olan bir insanla birlikdə olmağın rahatlığını yaşadım. |
Dövlət məmurudur, mənim həyatımdan və sektorumdan uzaqdır. |
Mənim işimin şou-biznes tərəfi var, bir az təhrikedicidir. |
Sevgilimlə heç bir ortaq cəhətimiz yoxdur”, - deyə aktrisa qeyd edib. |
İşə gedib-gəlirəm, ətrafımda sakitlikdir. |
Qadın olduğum üçün uşaq dünyaya gətirmək kimi bir imkanım var zatən...Əvvəla, təəccüblənmələrə bir son verim. |
Yəni belə bir şey adətən baş verə bilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.