Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmin görüntüləri təqdim edirik:""⚠️🛑 Maştağada 1 saylı internat tipli tam orta məktəbdə uşağa şiddət.
Bakı Şəhər Baş Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır və yekunları barədə məlumat veriləcək.
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mağazaların birindən 18 460 manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Ramiz İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu xəbəri böyük sevinclə qarşıladım.
İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur.
Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir.
Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm”.
20:28"Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası adından səmimi təbriklərimi çatdırıram.
Diplomatik münasibətlərinin qurulmasının 32-ci ildönümünü qeyd edən ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrinin Zati-alinizin dəstəyi ilə daha da möhkəmlənəcəyinə əminəm.
Ölkələrimizin parlamentlərarası münasibətləri davamlı şəkildə inkişaf edir.
1998-ci ildə əsası qoyulmuş Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının keçən il 25-ci ildönümü qeyd edilmişdir.
Dostluq Liqasının əsası qoyulduğu gündən sədr olaraq ölkələrimizin əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməmişəm.
Keçən il ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərimə görə Zati-alinizin məni “Dostluq” ordeni ilə təltif etməsi şəxsim üçün çox böyük şərəfdir.
Azərbaycan-Yaponiya dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam.
Zati-alinizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edir, Sizinlə görüşə biləcəyimiz günü səbirsizliklə gözləyirəm”.
19:30"Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.
Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir”.
18:54"İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:""“Cənab Prezident.
Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uğurlar arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında münasibətləri səciyyələndirən dostluq ruhu Sizin rəhbərliyinizlə müdafiə sahəsində, eləcə də ortaq strateji maraq kəsb edən digər sahələrdə əməkdaşlığın inkişafı naminə daha da yüksəlməkdə davam edəcək.
Bunlar hazırkı beynəlxalq mənzərəni və xüsusilə də Avro-Asiya regionunu xarakterizə edən sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə ikitərəfli münasibətlərimizi gücləndirmək üçün zəruri əsaslardır.
Sizinlə tezliklə görüşmək ümidi ilə fürsətdən istifadə edərək, Sizə ən səmimi salamlarımı çatdırıram”.
18:19"Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.
Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır.
Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.
Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm”.
16:53"Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az-ın məlumatına görə, məktubda deyilir:""“Prezident seçkisində qazandığınız qələbə münasibətilə Sizi Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf, xalqınıza firavanlıq arzulayıram.
Əminəm ki, biz etibarlı dostluq münasibətlərimizi həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyələrdə qarşılıqlı maraqlarımız naminə inkişaf etdirəcəyik.
Mən ilk növbədə iqtisadiyyat, turizm və enerji sahələrində kommunikasiyanı intensivləşdirməyə, əməkdaşlığı gücləndirməyə töhfələr verməyə hazıram.
Ölkənizin uğurlarının davamlı olmasını arzulayır, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyimi bildirirəm.
Ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm”.
16:02"Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizin bu qələbəniz Azərbaycan xalqı tərəfindən siyasi rəhbərliyinizin, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, həmvətənlərinizin firavanlığını daha da yaxşılaşdırmaq istiqamətində səylərinizin dəstəklənməsinin bariz sübutudur.
Sizin liderliyiniz və səyləriniz Azərbaycan Respublikasının hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Təşkilatımız Sizin təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində bizimlə münasibətlərin möhkəmlənməsinə şəxsi töhfələrinizi yüksək qiymətləndirir.
İnanıram ki, dəstəyiniz və əməkdaşlığınız davamlı olacaqdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
13:47"Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:""“Tarixi hadisə - yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.
Surinam Respublikası ikitərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün səylərimizi artırmağı səbirsizliklə gözləyir.
Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a ev sahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımi tədbirləri görür.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bundan başqa, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo da dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İndoneziya Respublikası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.
Bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə göstərdiyi dərin hörmətin və sarsılmaz etimadın təsdiqidir.
Tam əminliklə bildirirəm ki, Sizin möhtəşəm liderliyiniz və zəngin təcrübəniz ölkənizi daha böyük tərəqqiyə doğru aparacaqdır.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz xalqlarımız arasında otuz ildən artıq inkişaf edən ikitərəfli əlaqələrin dərinləşməsinin şahidi ola biləcəyik.
Məmnuniyyətlə qeyd edirəm ki, xalqlarımızın rifahı naminə bizim müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı səylərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.
Zati-alinizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və tərəqqi arzulayaraq, ən yüksək ehtiramımı qəbul etməyinizı xahiş edirəm”.
11:05"Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir.
Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.
Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Son zamanlar ölkədə uşaqlar və böyüklər arasında qrip simptomlu xəstəlik yayılıb.
Qış fəsli başlayandan xəstəlik sürətlə yayılır və həftələrlə davam edir.
Tibb sahəsi üzrə mütəxəssislər yüksək hərarət, öskürək, boğaz ağrısı, burun axması, bəzi hallarda isə ishal və əzələ ağrısı ilə müşayiət olunan xəstəliyin qrip və ya digər mövsümi viruslar olduğunu bildirirlər.
Həkimlər qripdən və ağırlaşmalardan qorunmaq üçün qrip əleyhinə vaksin olunmağı tövsiyə edirlər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yanvar ayında yaydığı məlumata görə, 2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.
Bildirilib ki, qrip əleyhinə aktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Ölkədə hər il qrip əleyhinə vaksinasiya aparılır.
Maraqlıdır ki, həmin vaksinin tətbiq edildiyi şəxslər respirator virusların hamısından azad ola bilərlər, yoxsa hər virusun öz peyvəndi vurulmalıdır?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Bizim.media-ya açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, qrip peyvəndi digər respirator viruslardan qorumur:"""“Kəskin respirator virus infeksiyaları çoxdur, bunların arasında qrip virusu daha təhlükəli kimi epidemiya və pandemiyalara səbəb ola bilir.
Qripin ağır fəsadları baş verərsə, ölüm halları inkişaf edə bilər.
Digər respirator virus infeksiyaları daha mülayim keçir, ağır hallar az təsadüf olunur.
Hər il ÜST növbəti epidemioloji mövsümdə hansı qrip ştamlarının dövr edəcəyini proqnozlaşdırır və bunlara uyğun vaksin hazırlanır.
Hazırda ölkəmizə gətirilmiş qrip əleyhinə vaksin dörd komponentli olub tərkibində A qripi və B qripi ştamları var.
Həmin peyvənd yalnız tərkibindəki qrip ştamlarından qoruyuculuq yaradır.
Digər respirator viruslara görə peyvəndləmə aparılmır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qripin tez-tez mutasiyaya uğradığını qeyd edib:"""“Qrip RNT daşıyıcı olan virusdur və bunun hər il yeni forması meydana gəlir.
Qrip vaksini də əvvəlki illərin bir neçə formasına qarşı olan vaksindir.
Bu vaksin immun sistemini stimullaşdırır, yoluxucu xəstəliklərə qarşı orqanizmin dözümlülüyünü artırır.
Hətta qrip olduqda belə onu yüngülləşdirir.
Yəni vaksinin effektivliyi çoxdur.
Sadəcə olaraq, qrip tez-tez mutasiya edən virus olduğuna görə, onun birdəfəlik vaksini yoxdur.
Amma vaksinasiya etdirmək vacibdir.
Bizim, ümumiyyətlə, qripə dözümlülüyümüz var, çünki illərdir insanlar bunu keçirirlər, amma hər il yeni formada peyda olur.
Hesab edirəm ki, yanaşı xəstəlikləri olan, ürək-damar, onkoloji xəstəlikdən əziyyət çəkənlərin vaksinasiyası çox önəmlidir.
Bu, xəstəlik olsa belə, qripi daha yüngül keçirməyə kömək edər.
Adətən, vaksin olunan şəxslərdə immun sistemi stimulyasiya olunduqdan onlar bir qayda olaraq qripə tutulmurlar, tutulanda da çox yüngül keçirirlər”.