Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. |
Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Aleksey Navalnının ölümü ilə əlaqədar krallığın Xarici İşlər Nazirliyinə çağırılıb. |
Vladimir Barbinin bu barədə TV2 kanalına verdiyi şərh səfirliyin rəsmi “Telegram” kanalında paylaşılıb. |
“Fevralın 20-də mən Avropa İttifaqının (Aİ) Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin Aleksey Navalnının ölümü ilə bağlı Aİ xarici işlər nazirlərinin görüşündən sonra verdiyi bəyanat kontekstində danışıqlar üçün Danimarka Xarici İşlər Nazirliyinə çağırıldım”, - deyə o bildirib. |
“Mən öz növbəmdə bildirdim ki, Rusiya tərəfinin apardığı araşdırmalar bitənə qədər bu cür demarşlar yalnız Navalnının ölümündən siyasi məqsədlər üçün istifadə etmək cəhdi kimi qiymətləndirilə bilər”, - deyə Barbin qeyd edib. |
Xatırladaq ki, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının koloniyada öldüyü barədə məlumat yayıb. |
Qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. |
Həkimlər dərhal məhbusa kömək etməyə başlayıblar və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar. |
Lakin onun həyatını xilas etmək mümkün olmayıb. |
Fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiyanın elçisinin müşavirini çağırıb. |
Sonrakı günlərdə rusiyalı diplomatlar İspaniya, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Finlandiya, Fransa, Almaniya, İsveç və Estoniyanın xarici işlər nazirliklərinə də çağırılıblar. |
Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan beşi uşaq və ikisi qadın olmaqla yeddi nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. |
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. |
Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub:""“İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantla... |
“Azərbaycanın Türkiyədəki Səfirliyi müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımızı Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətiriliblər. |
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - məlumatda |
“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. |
Onun saxlanılmasının əsl səbəblərini bilmirik. |
Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”. |
Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. |
Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq:""“Saxlanılması barədə özünün iddiaları var. |
İndi məlum olacaq ki, niyə saxlanılıb. |
Səfirlik üzərinə düşən hər şeyi edir”. |
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. |
Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiyanı Napoleon Bonapart və Adolf Hitleri məğlub edən “müharibə maşını” adlandırıb. |
Keçmiş ABŞ liderinin sözlərinə görə, Rusiya Avropa ölkələrindən böyükdür. |
O, ABŞ-nin NATO müttəfiqlərinin müdafiə xərclərini artırmasının vacibliyinə işarə edib, çünki Vaşinqtonla fərq hazırda 150 milyard dollardır. |
Daha əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli deyib ki, Tramp bəyanatlarında Rusiyanın NATO ölkələrinə hücumlarını təşviq etməklə, Rusiya lideri Vladimir Putinə bu cür hərəkətlər etmək səlahiyyəti verir. |
Fevralın 11-də Tramp bildirib ki, əgər bu ölkələr müdafiəyə büdcənin iki faizini ayırmaq barədə razılaşmalara əməl etməkdən imtina edərlərsə, Rusiya tərəfindən NATO ölkələrinə potensial hücumları dəstəkləyəcək. |
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri təmir olunmuş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin buraxılışını həyata keçirib, ancaq sınaq uğursuzluqla nəticələnib. |
Mənbənin məlumatına görə, raket buraxıldıqdan sonra dərhal kursdan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps, həmçinin Birinci Dəniz Lordu (HDQ rəhbəri) admiral Ben Kinin olduğu sualtı qayığın yanına düşüb. |
İnsidentin yanvarın 30-da Atlantik okeanda ABŞ-nin Florida ştatının sahillərində təlim missiyası zamanı baş verib. |
“Trident II D5”in Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanın mərkəzində hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min km uçacağı güman edilirdi. |
Uğursuzluğun səbəbinin müəyyən edilməsi üçün araşdırma başlanılıb. |
Həmçinin Böyük Britaniya Kanaveral limanında dəniz dibindən raket hissələrinin çıxarılması üçün axtarış əməliyyatına başlayıb. |
Böyük Britaniya Müdafiə Nazirliyi buraxılış zamanı baş verən uğursuzluğu mənbəyə təsdiqləyib. |
“Sınaq zamanı anomaliya baş verdi. |
Milli təhlükəsizlik səbəbi ilə bu mövzu barədə əlavə məlumat verə bilmərik”, - deyə departamentin açıqlamasında bildirilib. |
Mənbədən qeyd edilib ki, 21-ci əsrdə Britaniya Hərbi Dəniz Qüvvələri “Trident II D5” raketlərini beş dəfə buraxıb, sonuncu sınaq 2016-cı ildə baş verib. |
Həmin vaxt Florida sahillərində “HMS Vengeance” sualtı qayığı tərəfindən atılan ballistik raketin 9 min km uçaraq Atlantik Okeanın cənubunda Yüksəliş adasının (Ascension Island) cənub-şərqindəki hədəfi vurması nəzərdə tutulurdu. |
Lakin ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən raket kursdan çıxıb və avtomatik olaraq özünü məhv edib. |
Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. |
Bu barədə Türkiyə KİV-i məlumat yayıb. |
Türk Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən uçuş Ankarada baş tutub. |
Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. |
Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. |
Öz növbəsində, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. |
Bunu Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirib. |
O, Moskvanın əməkdaşlığa hazır olduğunu qeyd edib. |
“Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. |
Əvvəllər də təkliflərimiz olub. |
Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görülüb. |
Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”, - deyə Buravov vurğulayıb. |
ABŞ-nin Missuri ştatı cənub sərhədinin qorunmasına kömək üçün Texas hakimiyyətinə Milli Qvardiya bölmələrini göndərəcək. |
Bu barədə Missuri qubernatoru Mayk Parson mətbuat konfransı zamanı bildirib. |
Qubernatorun sözlərinə görə, cənub sərhədinin patrulu məqsədilə Texasa 200 əsgərin göndərilməsi planlaşdırılır. |
Tədbirdə qubernatordan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən Missuri ştatının İctimai Təhlükəsizlik Departamentinin və Milli Qvardiyanın nümayəndələri iştirak ediblər. |
Həmçinin, yol-patrul xidmətinin əməkdaşları da öz növbələrində Texasa 20 nəfər göndərmək niyyətində olduqlarını açıqlayıblar. |
Xatırladaq ki, Texas Milli Qvardiyası qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə Meksika ilə sərhəddə tikanlı məftildən hasar çəkib. |
Bayden administrasiyasının Ali Məhkəməyə müraciətindən sonra hasarın sökülməsi barədə qərar çıxarılıb, lakin Texas milli qvardiyaçıları federal patrulları sərhədə yaxın buraxmırlar. |
Eyni zamanda, respublikaçı qubernatorlar Texas hakimiyyətinin addımlarını dəstəkləyirlər. |
ABŞ-nin 10-dan çox ştatı Texasa kömək etmək üçün öz Milli Qvardiya qoşunlarını göndərib. |
Eyni zamanda, Florida cənub istiqamətinə 1 000 hərbçi göndərmək niyyətini bəyan edib. |
Məktəbdə partaların üstündə qaçan məktəbli yıxılaraq xəsarət alıb. |
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb. |
Məlum olur ki, hadisə tənəffüs vaxtı baş verib. |
Hadisə zamanı parta məktəblinin ayağının altından sürüşüb və o, kürəyi üstə partanın dəmir ayağına çırpılıb. |
Hadisənin hansı məktəbdə baş verdiyi və məktəblinin vəziyyəti ilə bağlı məlumat yoxdur. |
Videonu təqdim edirik:"Əzizə İsmayılova |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. |
FHN-dən verilən xəbərə görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində 1 hektar sahədə qamışlıq yanıb, ətraf ərazilər yanğından mühafizə olunub. |
Lənkəran rayonunun M.Nəzərov adına Parakənd kənd tam orta məktəbindən şikayət var. |
Bu barədə Oxu.Az-a övladları orada təhsil alan valideynlər şikayət ünvanlayıblar. |
Onların sözlərinə görə, məktəbin coğrafiya müəllimi Türkan Abbasova və həyat yoldaşı Elşən Abbasov VII sinif şagirdlərini təhqir ediblər:""“Ər və arvad övladlarımızın şərəf və ləyaqətini alçaldaraq, onlara mənəvi işgəncələr veriblər. |
Eyni zamanda, müxtəlif alçaldıcı hərəkətlər edərək uşaqlarımızın psixologiyasını pozublar. |
Məsələ barədə məktəbdə valideyn iclası keçirilib. |
İclas zamanı T.Abbasova və həyat yoldaşı birgə məktəbə daxil olaraq valideynləri təhdid və təhqir ediblər. |
Bu hadisəyə şahid olan şagirdlər qorxu, həyəcan keçiriblər. |
Nəticədə həmin gündən məktəbə getmirlər. |
Uşaqların həyatı təhlükədədir”. |
Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. |
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Nəzərov adına Parakənd kənd tam orta məktəbində coğrafiya fənnini tədris edən Türkan Abbasova tərəfindən şagird və valideynlərin şərəf və ləyaqətini alçaltması, onlara mənəvi işgəncələr verməsi iddiaları araşdırmalar zamanı təsdiqini tapmayıb:""“Məktəb rəhbərli... |
Valideynlərlə əlaqə saxlanılıb, onlarla söhbət aparılıb və nəticədə məktəblilərin dərsə davamiyyətində yaranmış qısamüddətli problem aradan qaldırılıb. |
Hazırda şagirdlər məktəbdə tədrislərini davam edirlər”. |
Qeyd edək ki, Elşən Abbasov məktəbdə müəllim kimi belə çalışmır. |
Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir və müxtəlif təkliflərlə sevindirir. |
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. |
Sərnişinlərin istəklərini təmin etmək üçün bayram günlərində Avropa və Asiyanın bir çox şəhərinə aktiv uçuş proqramı planlaşdırılır. |
İlin bu dövründə günəşli havada, dəniz kənarında istirahət etmək istəyinin artdığı vaxtda AZAL kurort istiqamətlərinə uçuşlar təklif edir. |
Tətil günlərində Dubay və Ciddədə çimərlik istirahətindən zövq almaq mümkündür. |
Həmçinin bu şəhərlərdə gözəl alış-veriş imkanları mövcuddur. |
Mükəmməl seçim Aralıq dənizi və ya Qara dəniz sahillərində, Antalya və ya Soçi şəhərlərində tətili keçirməkdir. |
Üzmək üçün dəniz sərin olarsa, bu şəhərlər səyahətçiləri maraqlı ekskursiyalarla sevindirəcək. |
Türkiyə istirahət və alış-veriş üçün populyar istiqamətlərdən biri olaraq qalır. |
İstanbul, Ankara və Antalya ilə yanaşı, AZAL bayram günlərində İzmir və Trabzon şəhərlərinə də uçuşlar həyata keçirir. |
İstanbul və Ankaraya uçuşlar hər gün, Antalya, İzmir və Trabzona isə müvafiq olaraq həftədə dörd, üç və iki dəfə yerinə yetirilir. |
Bundan əlavə, Novruz bayramında AZAL Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə istiqamətlərin geniş seçimini - 20-yə yaxın marşrut təklif edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.