Search is not available for this dataset
text
stringlengths
10
518k
Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.
09:54"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:""“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.
Əlavə məlumat olarsa bildiriləcək”.
09:37"Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb.
Videoda K.Zeynallının üzərindəki əşyaların müsadirə olunması əks olunub.
Həmin görüntüləri təqdim edirik:""01:50"Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.
O, video müraciət edərək dövlət qurumlarından yardım istəyib.
Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib:""“May ayından məni axtarışa veriblər”.
İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.
Həmin görüntüləri təqdim edirik:""İlhamə Əbülfət
Sabunçu rayonunda ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 kvadratmetr sahədə yanıb.
Məscidin qalan hissəsi yanğından muhafizə olunub.
“Ukrayna Silahlı Qüvvələri hazırda cəbhədə çox çətin vəziyyətdədir”.
Bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
O vurğulayıb ki, Ukrayna ordusunun çətinlik çəkməsi, həmçinin, NATO ölkələrinin Kiyevə lazımi miqdarda silah tədarük etməməsi ilə bağlıdır.
Y.Stoltenberq Avdeyevkanın Ukrayna ordusunun nəzarətindən çıxmasına da toxunub.
“Biz rusların bəzi nailiyyətlərini, o cümlədən Avdeyevkanın ələ keçirilməsini də gördük.
NATO baş katibi Alyans üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.
Xatırladaq ki, fevralın 17-də Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski qoşunların Avdeyevkadan çıxarılması barədə qərar qəbul edib.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumata görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eyvaz Eyvazov saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən şüşə qablarda saxladığı yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı onun həmin narkotik vasitəni bir neçə il öncə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat nəticəsində isə Nihad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.
Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
09:12"Şirvanda bir ailənin üç üzvü zəhərlənib.
APA xəbər verir ki, M.Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda sürücülər arasında yol verməməyə görə insident yaşanıb, xəsarət alan var"APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Pərviz Qasımov idarə etdiyi “KIA Forte” markalı maşınla hərəkətdə olan zaman qeydiyyat nişanı bilinməyən VAZ-2115 markalı avtomobilin sürücüsü ilə yol verməmək üstündə yaranmış mübahisə nəticəsində xəsarət alıb.
Sürücü aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir.
Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir.
Belə alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində, o cümlədən elan edilmədən, bir və yaxud bir neçə şəxs həyata keçirəcək.
Bu alış zamanı hədəf qrupuna uyğun üçüncü şəxslər cəlb oluna bilər, bu halda AMB və həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunacaq.
Həmçinin test məqsədli alış nəzarət subyektinin və onun əməkdaşlarının reputasiyasına, habelə nəzarət subyektinin cari fəaliyyətinə maneə yaradacaq hərəkətlərə yol verilmədən aparılmalıdır.
Bundan başqa, test məqsədli alışın nəticəsində nəzarət subyektinin fəaliyyətində pozuntu və yaxud çatışmazlıq aşkar edilərsə, AMB 7 iş günü ərzində bu barədə elektron üsulla və yaxud alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərəcək.
Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstəriləcək.
Nəzarət subyekti 3 iş günü ərzində bildirişdə göstərilən hallara dair izahatını AMB-yə təqdim etməlidir.
İzahat əsaslı hesab edilmədikdə, AMB test məqsədli alış zamanı aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq nəzarət subyektinə icrası məcburi göstərişlər verəcək və yaxud maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş digər nəzarət tədbirləri həyata keçirəcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb.
Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) söhbət etdiklərini görüb.
Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib.
Sonra onun zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb.
Nəticədə Elgün əsəbiləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sancılmış armatur parçasını əlinə götürüb.
O, yenidən küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, Bədəl Mürşüdlü idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçən piyada Ədalət Abbasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Argentina Prezidenti Xavyer Miley Dieqo Armando Maradona ilə Lionel Messi arasında seçim edib.
X.Miley bildirib ki, Maradona argentinalılara unudulmaz anlar yaşatsa da, onu tarixin ən yaxşı futbolçusu hesab etmir.
“Bütün zamanların ən böyük oyunçusu Messidir.
O, fenomendir”, - X.Miley qeyd edib.
Argentina prezidenti Maradonanın şəxsi həyatından da danışıb.
X.Miley deyib ki, hər bir insanın şəxsi həyatı onun özünə məxsusdur və Maradonanı bu müstəvidə tənqid etmək ədalətli deyil.
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıblar.
Həmin şəxslərin üzərilərinə, eləcə də Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə bir kiloqramdan artıq (1 165 qram) narkotik vasitə olan marixuana, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı və altı ədəd güllə aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Qaraş İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü ilin avqustun 16-da Salyan rayon sakini 1998-ci il təvəllüdlü Günel Quliyevanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel Quliyevanı sonuncunun bacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fevralın 21-də bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Oxu.Az xatırladır ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.
Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Bu məqam millətin millət olaraq təsdiqidir.
Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.
Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha...
Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.