Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq. |
Xatırladaq ki, 109 kiloqram çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub. |
İdmançı təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. |
O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. |
O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. |
“Xəzər Xəbər”in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbində olublar. |
Məktəbdə çalışan 61 müəllimdən 41-i görmə qabiliyyətini itirmiş şəxslərdir. |
Amma bu, onların şagirdləri öyrətməyinə mane olmur. |
5 nömrəli Respublika xüsusi internat məktəbində hazırda 300-dən çox şagird təhsil alır. |
Şagirdlər burada fənn bilikləri ilə yanaşı, digər bacarıqları da öyrənirlər. |
Bir sözlə, təhsildə məhdudiyyət yoxdur. |
Oxumaq, öyrənmək hamı üçün əlçatandır. |
Əsas odur məqsəd, həvəs, istək olsun...""Ətraflı süjetdə: |
Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festivallarının mükafatçısı Ramiz Novruzun anım günüdür. |
Oxu.Az xatırladır ki, o ötən ilin fevralın 21-də uzun sürən mədə xərçəngi xəstəliyindən vəfat edib. |
Qeyd edək ki, Ramiz Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub. |
1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. |
Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. |
Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. |
Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. |
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. |
Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. |
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. |
“Qarşıda böyük planlarımız var. |
Onların reallaşması üzərində işləyirik”. |
“Ölkəmiz üçün qazanılan hər bir uğur dövlətimizin uğurudur, idmana və idmançılarımıza göstərilən diqqət və qayğı nəticəsində qazanılır. |
Dadaş Dadaşbəylinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatındakı uğuru hamını sevindirir. |
O cümlədən federasiya rəhbərliyi olaraq bizi. |
Bu nailiyyət 12 il ərzində yenidən təkrarlandı. |
Böyük nəticədir, böyük uğurdur. |
Ancaq bununla arxayınlaşmaq olmaz. |
Federasiya rəhbərliyi olaraq hədəflərimiz böyükdür”, - Firdovsi Umudov vurğulayıb. |
“İnanıram ki, bundan sonra da nəticələrimiz daha uğurlu olacaq. |
Böyük hədəflərə doğru addımlayırıq. |
Gələcəkdə böyük nəticələr, uğurlar üçün əlimizdən gələni əsirgəməyəcəyik. |
Ən böyük məqsədlərdən biri də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir. |
İnşallah ölkəmizi, xalqımızı ağırlıqqaldırma ailəsini sevindirəcəyik”, - o qeyd edib. |
Qarabağın ilk ali məktəbi 1969-cu ildə Xankəndidə fəaliyyətə başlayıb. |
Əvvəlcə Azərbaycan Pedaqoji İnstitunun Xankəndi filialı kimi ali məktəbin 100 tələbəsi olub. |
Burada ilk dövlət imtahanı 1973-cü ildə keçirilib. |
İmtahana birinci daxil olan və ali məktəbin əlaçı tələbəsi Vaqif Ağayev “AzTV Xəbər”ə danışıb. |
Qarabağ işğal olunandan sonra Gəncədə məskunlaşan Vaqif müəllim bundan sonra Qarabağ Universiteti kimi fəaliyyət göstərəcək ali məktəbin ilk məzunlarındandır. |
Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb. |
Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb. |
Qeyd olunur ki, Rusiya diplomatik missiyasının rəhbərinin çağırışı Aleksey Navalnı ilə bağlıdır. |
Xatırladaq ki, fevralın 19-u İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani özünün “X” hesabında Brüsseldə Navalnının dul arvadı Yuliya ilə görüşdüyünü və ona Romanın tam dəstəyini vəd etdiyini yazıb. |
Mənbə:TASS"00:34"Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb. |
Bu barədə respublikanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir. |
Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib. |
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Adil İsgəndərov adına Mədəniyyət Sarayı uzun illər öncə sökülüb. |
Lakin yenidən tikilməsi nəzərdə tutulsa da, bu günədək işlərə başlanılmayıb. |
Sakinlər isə baxımsız vəziyyətdə olan sarayın yenidən bərpa olunmasını istəyirlər. |
Qeyd edək ki, Azərbaycan kinosunun görkəmli nümayəndələrindən olan Adil İsgəndərovun adını daşıyan bu Mədəniyyət Sarayında bir vaxtlar müxtəlif dərnəklər fəaliyyət göstərib, musiqi dərsləri tədris olunub. |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Azərbaycanın Mərakeşdəki səfirliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. |
Tədbir səfirlik və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb. |
Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin üzvləri, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də diaspor təmsilçilərimizin də qatıldığı tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət s... |
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov tarixə 20-ci əsrin ən böyük faciələrindən biri kimi damğasını vuran Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. |
Xocalıda dinc əhalinin qəsdən qətlə yetirilməsinin təcrid olunmuş akt deyil, Ermənistanın əraziləri ilhaq etmək istəyinə, irqi və dini dözümsüzlüyün iyrənc ideyalarına əsaslanan sistemli və genişmiqyaslı siyasətinin və zorakılıq təcrübəsinin bir hissəsi olduğu vurğulanıb. |
Səfir həmçinin artıq 19 ölkənin Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıdığını bildirib, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən məsələ ilə bağlı çoxsaylı qətnamə və bəyannamənin qəbul edildiyinə diqqət çəkib. |
“Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Mohamed Fakiri Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun əhəmiyyətli rolundan danışıb, “Xocalıya ədalət” kampaniyasına dair məlumat verib. |
2008-ci ildən etibarən cəmiyyətin təşkil etdiyi sərgilər, seminarlar, konfranslar və dəyirmi masalar vasitəsilə Xocalı faciəsinin anıldığını vurğulayıb. |
“Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov “Xocalı harayı” adlı sərgi və eyniadlı kitab haqqında tədbir iştirakçılarına məlumat verib. |
O, sərgi və kitabın müəllifi olan tanınmış rəssam Nazim Məmmədovun həyatının 10 ilini Xocalı faciəsinə həsr olunmuş bu əsərlərin yaradılmasına həsr etdiyini bildirib və boyalar vasitəsilə müəllifin bu faciənin ağrısını çatdırmağa çalışdığını qeyd edib. |
o, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə bu əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində nümayiş etdirildiyini xatırladıb. |
Həmçinin cari ildə rəssamın 90 illik yubileyinin ölkədə qeyd ediləcəyi də vurğulayıb. |
Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb. |
O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib. |
Həmyerlimiz açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib:“Uşaqlıqda güləşlə məşğul olmuşam. |
Azərbaycanda bir çox çempionluqlarım var. |
MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişəm. |
İki ildir Kaliforniyada “America Kickboxing Academy (AKA)”-da yarışlara hazırlaşıram. |
Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. |
Bütün uğurlarımı ölkəmdən uzaqda olsam da Azərbaycana həsr edirəm. |
Qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edirəm”. |
M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də (“Ultimate Fighting Championship” (UFC)) iştirak etməkdir. |
Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının azadlığa buraxılma anının görüntüləri yayılıb. |
Həmin görüntüləri təqdim edirik:""15:24"“Moskvada saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb. |
O, bu gün Bakıya geri qayıdacaq”. |
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib. |
15:17"Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb. |
Bu barədə Axar.az-a idmançının köməkçisi Nicat Nicati məlumat verib. |
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. |
14:03"Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər. |
Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib:"“Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. |
Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, - səfirlikdən bildiriblər. |
Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib. |
Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir. |
13:23"“Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur”. |
Bu sözləri Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib. |
“Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - N.Sarkisyan bildirib. |
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb. |
Mənbə:News.am"12:20"Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub. |
Məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. |
Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək. |
Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib. |
11:24"“Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”. |
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib. |
Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb. |
Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.