Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azyaşlı qızını döyən ata barədə dəhşətli faktlar üzə çıxdı. |
Saatda 200 kilometr sürətlə avtomobil idarə edən qadın sürücü saxlanıldı. |
Onun barəsində hansı tədbir görüldü? |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Amerikalı iş adamı və “X” sosial şəbəkəsinin sahibi İlon Mask 2024-cü il Nobel Sülh Mükafatına namizədlərdən biri olub. |
Bu barədə Nobel Komitəsinin məlumatlarına istinadən məlumat yayılıb. |
Bu təklif Maskın bəşəriyyətin rifahına yönəlmiş texnologiyaların inkişafına verdiyi töhfəni qeyd edən norveçli deputat Marius Nilsen tərəfindən irəli sürülüb. |
“Maskın təsis etdiyi, sahib olduğu və ya rəhbərlik etdiyi bir çox texnoloji şirkətlərin məqsədi cəmiyyəti təkmilləşdirmək, həm Yer, həm də kosmos haqqında bilikləri artırmaq, eyni zamanda bütün dünyada kommunikasiya və əlaqəni təmin etməkdir”, - Nilsen bildirib. |
Qeyd olunur ki, milyarder dünyada dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına görə bu mükafata namizəd olub. |
İlon Maskın nüfuzlu mükafat uğrunda mübarizədə rəqibləri arasında Kolumbiya Prezidenti Qustavo Petro, “WikiLeaks”in yaradıcısı Culian Assanj, həmçinin İsrail və Fələstindən olan insan haqları təşkilatlarının nümayəndələri var. |
Xatırladaq ki, 2024-cü il mükafatının qalibi oktyabrın 11-də elan olunacaq. |
Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb. |
Bu barədə Bakupost.az-a Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib. |
Onun sözlərinə görə, dünən atası “Liv Bona Dea Hospital”da müəyyən müayinələrdən keçib:""“Nəticələr bəlli olduqdan sonra digər prosedurlar həyata keçiriləcək”. |
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti bir müddət əvvəl pisləşib. |
85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar çağırış ediblər. |
Qazaxda intihar hadisəsi baş verib. |
Lent.az-ın məlumatına görə, hadisə Ağköynək kəndində qeydə alınıb. |
21 yaşlı Elmar Bayramov icarə əsasında işlətdiyi fermada tut ağacından özünü asıb. |
İntiharın ailədaxili münasibətlər zəminində baş verdiyi bildirilir. |
Yunanıstanın hər yerindən fermerlər traktorlarla Afinaya gedərək yanacağın və gübrələrin bahalaşmasından narazılıqlarını bildiriblər. |
Parlamentin qarşısında onlarla traktor dayanıb. |
Onlardan birində “Bu gün mal-qara tələf oldu” yazılmış plakat asılıb. |
“Biz Afinaya daha yaxşı gələcək üçün gəldik. |
Hər şey çox bahadır:benzin, gübrə”, - deyə fermerlərdən biri bildirib. |
Mitinqdə yüzlərlə traktorlu fermerin iştirakı gözlənilir. |
Aksiya artıq elektrik enerjisi ödənişlərində endirimlər və dizel vergisi kreditinin 2024-cü ilin sonuna qədər bir illik uzadılmasını təklif edən hökumətə təzyiq göstərmək məqsədi daşıyır. |
Xatırladaq ki, bu, Yunanıstanda fermerlərin ilk etirazı deyil. |
Fevralın əvvəlində onlar ölkənin şimalında təbii fəlakətlər nəticəsində zeytun ağaclarına dəyən ziyana görə kompensasiya tələbi ilə yolları bağlayıblar. |
Azərbaycanda əmək pensiyası yaşı kişilərdə 65, qadınlarda isə 2024-cü ilin iyun ayının 30-dək 63 il 6 ay olsa da, bu, heç də hamıya aid deyil. |
Belə ki, bəzi sahələrdə çalışan şəxslərin pensiya yaşı 5 ildən 15-dək azaldılır. |
Maraqlıdır, bəs, bu, kimlərə aiddir? |
Hüquqşünas Sahib Məmmədov bildirib ki, zərərli iş yerlərində işləyənlər müvafiq stajı yığdıqdan sonra vaxtından əvvəl güzəştli şərtlərlə əmək pensiyasına çıxa bilərlər:""“Bu siyahıya dağ-mədən işçiləri, kimya sənayesi, metallurgiya, hətta səhiyyənin riskli hesab edilən sahələrində fəaliyyət göstərənlər daxildir. |
Onlar sözügedən güzəştli hüquqdan istifadə edə bilərlər”. |
Qanunvericiliyə görə, həmçinin müəyyən şərtlərlə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar, hərbçilər, prokurorluq, ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında işləyənlərin də güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. |
Bundan başqa, beş və daha çox uşaq dünyaya gətirənlərin, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək böyütmüş qadınların da erkən yaşda pensiyaya çıxması mümkündür. |
Eyni zamanda əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara eyni hüquq verilir. |
Mən meyxana deyəndə bugünkü meyxanaçıların bir çoxu doğulmamışdı”. |
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Vüqar Qobulu deyib. |
O, vaxtilə televiziyalara dəvət edilməsinin qarşısı alındığına görə hazırda toylara çağırılmadığını iddia edib. |
V.Qobulu meyxanadan qazandıqlarını qohumlarına, dostlarına xərclədiyini və indi maddi imkanı aşağı olduğu üçün şəraitsiz vəziyyətdə yaşadığını söyləyib. |
52 yaşlı meyxanaçı maddi vəziyyətinə görə ailə qura bilmədiyini də deyib:""“Qapısına gedəcəyim ailənin qohumu gəlib evə baxırdı, deyirdi ki, istəyimizə uyğun deyil. |
Sevdiyim qadın var idi.Kasıblıq ucbatından evlənə bilmədim”. |
Barselona hava limanında “Swiss Air” şirkətinə məxsus təyyarənin anbarında olan çantadan radioaktiv maddə ətrafa dağılıb. |
Təyyarənin ətrafı mühasirəyə alınıb və sərnişinlərdən təyyarədə qalmaları istənilib. |
Hava limanının terminalına fövqaladə hadisələr üzrə mütəxəssislər cəlb ediliblər. |
Radioaktiv maddələr içərisində tibbi avadanlıq olan çantadan tökülüb. |
Mütəxəssislər bütün lazımi yoxlamaları aparıblar və heç bir riskin mövcud olmadığını bildiriblər. |
Təxmin edilən sızma aşkar edilən zaman anbarda işləyən beş işçi xəsarət alıb. |
Onlar ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıblar. |
İnsident hava limanının fəaliyyətinə heç bir təsir göstərməyib. |
Rusiyanın Başqırdıstan əyalətinin Sterlitamak şəhərində qatar işıqforda qırmızı işıq yanarkən yolu keçməyə çalışan təcili yardım avtomobilinə çırpılıb. |
Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib. |
Qeyd olunur ki, təcili yardım avtomobili 67 yaşlı xəstəni xəstəxanaya apararkən yoldan çıxıb. |
Maşinist təcili əyləci bassa da, məsafə çox qısa olub. |
Qatarla toqquşma nəticəsində xəstə qadın ölüb. |
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daha üç nəfər xəsarət alıb. |
Onlar xəstəxanaya yerləşdiriliblər. |
Hadisənin təfərrüatı araşdırılır. |
Kimliyindən asılı olmayaraq hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq. |
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər Xəbər”ə müsahibəsində deyib. |
Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur. |
Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq. |
Siyavuş Novruzov həmçinin vətəndaşların tez-tez bələdiyyələrdən torpaq almaqla bağlı narazılıq məsələsinə də aydınlıq gətirib. |
Millət vəkili dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələrin aldığını, bunun da ciddi problem olduğunu deyib. |
Qeyd edib ki, hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya vermək lazımdır. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Təpəbaşı - oğurlanmış şəhərin sızıltısı” adlı veriliş hazırlanıb. |
Oxu.Az xəbər verir ki, verilişdə qədim Azərbaycan şəhəri olan İrəvanın tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu kimi qalan Təpəbaşı məhəlləsindən bəhs olunur. |
Bildirilib ki, tarixi İrəvan şəhərinin əsas məhəllələri Əski şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı olub və XX əsrin əvvəllərinə qədər bu məhəllələrdə azərbaycanlılar yaşayıblar. |
1728-ci ildə Osmanlı dövlət məmurları tərəfindən tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, bu dövrdə İrəvan şəhəri dörd məhəllədən - Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olub. |
Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşib, ona görə də Təpəbaşı məhəlləsi adlandırılıb. |
Təpəbaşında karvansaralar, hamamlar, dükanlar yerləşib, memarlıq abidələri ilə də zəngin olub. |
İrəvanın nüfuzlu şəxslərinin evləri də Təpəbaşında yerləşib, ona görə də Təpəbaşında bağlar da çox idi. |
Bütün bunlara görə Təpəbaşı İrəvanın digər məhəllələrindən fərqlənib”. |
Diqqətə çatdırılıb ki, indi ərazisinin 16 hektarı qalan Təpəbaşındakı abidələrin qalıqları da buranın Azərbaycan xalqının tarixi-mədəni irsinin bir parçası olduğunu sübut edir:“Kameral təsvirdə Təpəbaşı məhəlləsində 1831-ci ildə 5 hamam olub - Hacı Bəyim hamamı, Hacı Əli hamamı, Qafar və Hacı Fətəli hamamı, Kərim bəy h... |
Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində - 1918-1920-ci, 1948-1953-cü, 1988-1991-ci illərdə süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. |
İndi ermənilərin Kond adlandırdığı Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. |
Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib”. |
Süjetdə Ermənistan mətbuatında bu məhəllə haqqında yazı və materiallara yer verilir və əsl gerçəklik göstərilir. |
Sonda vurğulanıb ki, Azərbaycan elminə, ictimai-siyasi həyatına, təhsilinə və mədəniyyətinə görkəmli adlar bəxş etmiş Təpəbaşı erməniləşdiriləndən sonra indi tam dağılmaq üzrədir:“Məqsəd qədim Azərbaycan memarlığının izini yaşadan dar küçələri, əyri dalanları və yarı dağılmış tikililəri yox etməkdir”. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Yeni sayğac quraşdırılsa da, 100 manatdan çox borc yazılıb. |
Xezerxeber.az-ın məlumatına görə, belə ki, Kürdəmir rayon sakinləri yeni evlərinə qaz xəttələrinin çəkilməsi üçün aidiyyəti üzrə müraciət ediblər. |
Müraciət əsasında Rayonun Şıxımlı kənd sakinləri Anar və Pərviz Şirəliyev qardaşlarının yaşadıqları ünvana yeni qaz xətti çəkilərək hər biri ayrılıqda qaz sayğacları ilə təmin olunublar. |
Pərviz Şirəliyevin sözünə görə, yanvar ayının 23-də quraşdırılan sayğacla bərabər ona borc da yazılıb. |
Pərviz Şirəliyevlə yanaşı qardaşı Anar Şirəliyevin mənzilinə fevralın 15-də yeni qaz sayğacı quraşdırılıb. |
Analoji vəziyyət həmin vətandaşın da başına gəlib. |
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu cür hadisə ilə nadir hallarda rastlaşılır. |
Dərhal rayon istismar sahəsinin əməkdaşları tərəfindən sayğaclara baxış keçirilib. |
Yeni quraşdırılan sayğacın üzərində olan borc kimi göstərilən məbləğ sıfırlanaraq sakinlərin istifadəsinə verilib. |
Ağırlıqqaldırma üzrə Avropa çempionu olan Dadaş Dadaşbəyli yığma komanda ilə birlikdə Bakıya qayıdıb. |
Oxu.Az-ın məlumatına görə, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda ictimaiyyət nümayəndələri, idman azarkeşləri, mətbuat nümayəndələri qarşılayıblar. |
Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında doqquz idmançı ilə təmsil olunub. |
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-si aralığında baş tutub. |
İsmayıllıda yeni avtovağzal tikilib istifadəyə verilib, amma fəaliyyəti sakinləri qane etmir. |
Xezerxeber.az-ın məlumatına görə, əvvəllər sıxlıq yaşanan bu məkanda indi tək-tük sərnişin və böyük ümidlə sərnişin gözləyən sürücülər gözə dəyirlər. |
Sakinlərin sözlərinə görə, Bakı şəhəri və digər istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələri qrafikə uyğun işləyə bilmir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.