Search is not available for this dataset
text
stringlengths
10
518k
Gün ərzində iki-üç, bəzən isə bütün reyslər birləşdirilərək Bakıya tək bir avtobus yola düşə bilir.
Bu qrafik isə sərnişinləri qane etmir.
Mövcud vəziyyət sürücüləri də qane etmir.
Onların sözlərinə görə, avtobus sayı az olduğundan sərnişinlər tez getmək üçün avtovağzaldan kənar fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə edirlər.
Rayon avtovağzalının nümayəndəsi də mövcud qrafikin sərnişinləri qane etmədiyini təsdiqləyir.
Sakinlər isə deyirlər ki, saatlarla avtobus gözləməmələri üçün avtovağzal rəhbərliyi fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır.
Estoniyada Rusiya xüsusi xidmət orqanlarının 10 casusu saxlanılıb.
Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas və xarici işlər naziri Maqnus Tsaxkna “X” sosial şəbəkəsində paylaşım ediblər.
Bildirilib ki, Rusiya təhlükəsizlik qüvvələrinin Estoniyada planlaşdırılan hibrid əməliyyatı uğurla ifşa olunub.
“Kreml bütün demokratik cəmiyyətləri hədəfə alır.
Bizim cavabımız onu ifşa etməkdir”, - Kallas paylaşımında qeyd edib.
Estonia has successfully stopped a hybrid operation by Russia's security services on our territory.
We know the Kremlin is targeting all of our democratic societies.
Our answer:be open and reveal their methods.
This is the way to deter harmful actions and make us resilient.
Estonian @kaitsepolitsei arrested ten individuals suspected of acting under instructions from Russia.
Their aim was to sow fear, fuel tensions & to break our resolve in supporting #Ukraine.
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini Prezident Rəcəb Tayyib Ərdoğan ilə müzakirə etməsi iki qardaş dövlətin beynəlxalq aləmdə baş verən proseslərə vahid mövqedən yanaşdığını bir daha göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin səfərini işıqlandıran Türkiyə mətbuatında yer alıb.
Türkiyənin “Sözçü”, “Hürriyet”, “Yeniçağ”, “Sabah”, “Aydınlık”, “Posta”, “Türkiye” qəzetlərində və digər nəşrlərdə yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfərinin iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit və enerji sahələrindəki qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişafı...
“Hürriyet” qəzetinin müxbiri Selçuk Böke yazıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollardır.
Tərəflər qarşıya bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyublar.
Ticarət dövriyyəsinin artması hər iki ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına və iqtisadiyyatın böyüməsinə təsir göstərir.
“Yeniçağ” qəzetində yayımlanan xəbərdə qeyd edilib ki, Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmir yolunun çəkilməsi məsələsinə baxılıb.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir.
Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır.
Qəzetdə ölkələrimizin enerji sahəsində də fəal əməkdaşlıq həyata keçirdiyi xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir.
Hazırda Azərbaycan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edir.
Bu həcmin gələcəkdə artırılması nəzərdə tutulub.
“Sabah” qəzeti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir.
“Posta” qəzetində yer alan xəbərdə bildirilib ki, Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək.
Türkiyə həm diplomatik, həm də hərbi sahədə Azərbaycanı dəstəkləyir.
“Türkiyə” qəzeti vurğulayıb ki, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların da həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının gündəmində əsas xəbər olub.
Yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edilib.
İndoneziyada prezident seçkisindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluq və gərgin iş səbəbindən ölüb.
Bunu ölkənin səhiyyə naziri Budi Qunadi Sadikin bildirib.
“İndiyədək ümumilikdə 84 nəfər dünyasını dəyişib”, - deyən nazir əlavə edib ki, ümumilikdə 4567 nəfərə yaxın seçki komissiyası üzvü həddən artıq işlədiyinə görə müxtəlif xəstəlik və fəsadlarla üzləşib.
Qeyd edək ki, 2019-cu ildə İndoneziyada 91 seçki məmuru ölüb, yüzlərlə adam xəstəxanaya yerləşdirilib.
İndoneziya Prezidenti Coko Vidodo ölənləri “demokratiya uğrunda döyüşənlər” adlandırıb.
Bu hadisədən sonra ölkədə gələcəkdə seçki komissiyası üzvlərinin iş yükünün azaldılması üçün tədbirlər görülməsi qərara alınıb.
İngiltərənin “Kroydon” klubunun futbolçusu Rayan Holl matçın start fitindən dərhal sonra meydanın mərkəzindən qol vurub.
Qeyd olunur ki, Holla qol vurmaq üçün cəmi 2,31 saniyə lazım olub ki, bu da futbol tarixinin ən sürətli qolu olub.
“Kroydon” öz futbolçusunun bu nailiyyətini qeyd etmək üçün Ginnesin Rekordlar Kitabına ərizə ilə müraciət edib.
Lakin Ginnesin Rekordlar Kitabının nümayəndələri Rayan Hollin rekordunu nəzərə almaqdan imtina ediblər.
Bu bizi daha da təəssüfləndirir ki, biz idarəedici orqanlar və idman nailiyyətlərini təhlil edən şirkətlər tərəfindən təqdim olunan statistik məlumatlara etibar edə biləcəyimiz peşəkar futboldan kənar nailiyyətləri qeyd etmirik”, - Rekordlar Kitabının bəyanatında deyilir.
Qeyd edək ki, 1953-cü ildə qurulan və həvəskar komanda hesab edilən “Kroydon” futbol komandası İngiltərənin Birinci Divizionunun Cənub dairələrinin Şərq liqasında oynayır.
“Hazırda yaxşıyam, demək olar, əvvəlki vəziyyətə dönmüşəm.
Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum”.
Oxu.Az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib.
Bəstəkar Heydər Əliyev Fonduna və fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya ona göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib:“Burada əsas yardımın vaxtında edilməsi idi.
Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.
Yaxın günlərdə müalicəsini bitirərək Bakıya dönəcəyini və fəaliyyəti ilə bağlı planlarının olduğunu bildirən C.Quliyev səhhəti barədə yayılan yalan informasiyalara da münasibət bildirib:""“Lütfən dedi-qodulara inanmayın.
Xüsusən də insanların sağlamlığı ilə.
Rəsmi xəbər hardasa var, yəni olmaya bilməz”.
Britaniyalı rejissor Sem Mendes “The Beatles” haqqında dörd bədii film çəkmək niyyətində olduğunu açıqlayıb.
Qeyd olunur ki, onların hər birində musiqiçilərdən birinin - Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starrın nöqteyi-nəzərindən rok qrupunun hekayəsi danışılacaq.
Makkartni və Starr, eləcə də Lennon və Harrison ailələri Mendesə “Beatles”ın musiqi və bioqrafik təfərrüatlarından istifadə etmək hüququ veriblər.
“Tarixdə məlum olan ən böyük rok qrupunun hekayəsini işıqlandırmaq mənim üçün böyük şərəf olacaq”, - rejissor bildirib.
O, əlavə edib ki, onun “The Beatles” haqqında layihəsi kinoya getməyin nə olduğu barədə təsəvvürü yenidən müəyyənləşdirməlidir.
Dörd filmin hamısı 2027-ci ildə kinoteatrlarda nümayiş etdirilməlidir.
Onların eyni vaxtda və ya bir-birinin ardınca nümayiş etdiriləcəkləri hələ bəlli deyil.
2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı istintaq davam edir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib.
“Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib.
Çünki onlar çoxsaylı cinayətlər törədiblər.
Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik.
Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir.
Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik.
Onlar hamısı bizdə sənədləşdirilib”, - Baş prokuror bildirib.
K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək:“Bununla da beynəlxalq təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar”.
Abşeron rayonu Masazır qəsəbəsində avtomobil hasara çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, “Toyota Prius” markalı avtomobil yarımtikilinin hasarına çırpılıb, hadisə nəticəsində hasara və avtomobilə ciddi ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:
“Respublika Perinetal Mərkəzdə, Binəqədidəki mebel sexində və digər yanğın hadisələri ilə bağlı təhlillər göstərir ki, burada səhlənkarlıq, vəzifə səhlənkarlığı, biganə yanaşma çoxdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.
O, bu cür halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldüyünü bildirib.
Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü ilə nəticələnən yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma nö...
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış ilə bağlı isə, iki nəfər həbs olunub.
Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.
Həm Azərbaycan, həm də Türkiyə şirkətləri iki dəfə vergi ödəməyəcək.
Xezerxeber.az-ın məlumatına görə, “Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” in imzalanması ilə iki ölkənin iqtisadi əlaqələri üçün olduqca əlverişli imkanlar yaradacaq.
Belə ki, əvvəlki qaydalara əsasən, investorlar iki ölkədə vergi ödəməli olurdular.
Bu isə dövlətlərarası ticarətə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədirdi.
İkiqat vergitutmanın aradan qaldırılması ilə bir sahikar digər dövlətdən gəlir əldə etdiyi zaman vahid vergi ödəyir.
İkinci ölkədə gəlir vergisi verməyəcək.
Nəticədə investor iki dəfə vergiyə cəlb olunmur.
Bəs bu qiymətlərə təsir edə bilərmi?
“Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım”.
Türkiyədə ilk təlim-məşq toplantısını keçirdim.
Üç qızıl medal qazanacağıma tam əmin deyildim.
Amma qızıl, bürünc medallar qazanacağımı düşünürdüm.
Hədəfim də bu idi.Mübarizəmi sona qədər davam etdirdiyimdən üç qızıl medal qazandım.
İnşallah ay yarımdan sonra Dünya Kuboku yarışında iştirak edəcəyəm.
Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam.
Burada da uğurlu nəticə qazanmaq istəyirik.