Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hərbçi olmaq uşaqlıq arzusu olub və daim bu yolda irəliləyib. |
2020-ci ilin sentyabrın 27-də Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub. |
Ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunaraq adını qəhrəmanlıq tarixinə yazdırıb. |
Allah bütün şəhidlərimizə rəhmət eləsin! |
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. |
Böyük Britaniyada BAFTA mükafatlarının təqdimetmə mərasimi zamanı maraqlı hadisə yaşanıb. |
Belə ki, səhnəyə sızan pranker - “YouTube” bloqeri “Lizwani” “Oppenheimer” komandasının üzvləri ilə səhnəyə çıxıb, mükafatı qəbul edən Kristofer Nolan, Killian Mörfi və Emma Tomasın arxasında dayanıb. |
Ancaq Tomas minnətdarlıq nitqini tam şəkildə söylədikdən sonra mərasim dayandırılıb. |
Zarafatcıl şəxs təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. |
“Biz buna çox ciddi yanaşırıq və əlavə açıqlama vermək istəmirik”, - deyə BAFTA nümayəndəsi bildirib. |
İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 23-də Cəlilabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. |
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. |
Bildirilir ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. |
Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub. |
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. |
Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib. |
Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. |
Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib. |
Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb. |
18:14"Ağstafa rayonunda ana uşağını döyüb. |
Oxu.Az-ın məlumatına görə, ana uşağının başına daşla vurub. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib:""“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. |
İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. |
Faktla bağlı müvafiq ekspertiza təyin olunub. |
Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. |
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. |
Bu barədə Şarl Mişel “X” sosial şəbəkəsindəki hesabında yazıb. |
Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. |
“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - deyə Şarl Mişel yazıb. |
Good discussion with 🇦🇲 PM @NikolPashinyan on EU-Armenia relations and Armenia-Azerbaijan normalisation. |
The agenda of peace, stability and prosperity for the South Caucasus is high on EU’s agenda. |
Bakı şəhəri Ramanı kəndində yerləşən Şuşa qəsəbəsinin yolları sakinlərin narahatlığına səbəb olub. |
Oxu.Az-a şikayət edən qəsəbə sakini bildirib ki, qəsəbə yollarının yamaq-yamaq, çuxur və çökəkliklə dolu olması sürücülər üçün problem yaradır. |
Hər dəfə çuxura düşən avtomobillər sıradan çıxır, sürücülər isə əlavə xərcə düşməli olurlar. |
Şikayətçi qeyd edir ki, problemlə bağlı dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə, Sabunçu bələdiyyəsinə və digər aidiyyəti qurumlara müraciət olunsa da, nə problemi həll edən, nə də hər hansı reaksiya verən yoxdur. |
Sözügedən ərazidən olan görüntüləri təqdim edirik:""""""Əzizə İsmayılova |
İspaniya təmsilçisi “Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçə Madrid klubunun məşqçilər korpusunda yer almağı təklif edib. |
Məlumata görə, 38 yaşlı xorvatiyalı buna görə italiyalı mütəxəssisə təşəkkür etsə də, prioritetinin futbolçu karyerasını davam etdirmək olduğunu bildirib. |
Daha əvvəl Modriçin Madrid klubu ilə müqaviləsini yeniləməyəcəyi və karyerasını başa vuracağı barədə informasiya yayılmışdı. |
Rusiya Federal Maliyyə Monitorinq Xidməti (“Rosfinmonitorinq”) ABŞ senatoru Lindsi Qremi terrorçular və ekstremistlər siyahısına daxil edib. |
Bu barədə “Rosfinmonitorinq”in saytında məlumat verilib. |
Siyahıya həmçinin keçmiş ekoloji fəal Yevgeniya Çirikova da (Rusiyada xarici agent kimi tanınıb) əlavə edilib. |
Anti-Rusiya mövqeyi ilə tanınan senator Lindsi Qrem dəfələrlə Rusiyanın ABŞ-nin terroru himayə edən ölkələr siyahısına daxil edilməsinə çağırış edib. |
Senator həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin müxtəlif variantlarını da təklif edib. |
Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirovun Şəmkir rayonunda tikintisini apardığı ferması sökülür. |
Oxu.Az xəbər verir ki, azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb. |
“Şəmkir meriyası fermanı sökmək üçün kiçik kəndimizə gəlib. |
Kömək edən və etməyən hər kəsə təşəkkür edirəm”, - deyə o bildirib. |
O, fermada mal-qaranın su içməsi və balıqçılıq üçün hətta göl tikintisi işlərinin getdiyini deyib. |
“Bir sözlə, Dubay və Tailanddan sonra kəndə gəldim və ilhamlandım. |
Qərara gəldim ki, dünya dərdlərindən uzaq dura biləcəyim, həmçinin təbiətə və heyvanlara daha yaxın ola biləcəyim yer tikim. |
Torpaq nənəmin mülkü olduğu üçün tikintiyə başladım. |
Məlum oldu ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub, əslində elə gördüyüm iş də budur, ancaq dedilər “yox!” və sökməyə başlayıblar. |
Axı şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm...""Kədərliyəm, çünki müraciət etməliyəm, amma bilmirəm, bacarmıram və etməyəcəyəm. |
Ümid edirəm ki, hökumətdən kimsə bunu görüb mənə kömək edəcək!”, - deyə Nəvai bildirib. |
Türkiyənin əks- kəşfiyyat xidməti İstanbulda Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən altı nəfəri saxlayıb. |
Caliber.Az xəbər verir ki, saxlanılan şəxslər Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən olan insanların Türkiyədəki həyat və fəaliyyətləri barədə məlumat toplayıblar. |
Bildirilir ki, kəşfiyyat dəstəsindən olan daha bir nəfərin axtarışları davam edir. |
Qeyd olunur ki, Türkiyədə böyük bir uyğur icması var. |
Qeyd edək ki, Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat çərçivəsində bu gün Fransa Kəşfiyyat Xidmətinin üç nəfərdən ibarət casus şəbəkəsi aşkarlanıb. |
Tailandda qəribə virus yayılıb. |
Belə ki, təsirə məruz qalanlar bir neçə həftə şiddətli öskürək və yüksək hərarətdən əziyyət çəkirlər. |
Bununla belə, həkimlər xəstələrə dəqiq diaqnoz qoya bilmirlər. |
Xəstələr bir neçə həftə ərzində özlərini zəif hiss etdiklərini, davamlı olaraq 39 dərəcə temperatura malik olduqlarını, həmçinin uzun müddət keçməyən dəhşətli öskürəyin olduğunu deyirlər. |
Yerli həkimlərin təyin etdiyi bəlğəmgətirici və virusəleyhinə dərmanlar kömək etmir. |
Bəzi pasiyentlər naməlum xəstəliyin simptomlarının bir aydan çox davam etdiyini vurğulayıblar. |
“Kərimə” dövləti qurmaq istəyən şəxslərin məhkəmə prosesi davam etdirilib. |
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə təqsirləndirilən - Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. |
Prosesdə hakim Şəlalə Həsənova bildirib ki, ötən prosesdə vəkillərin vəsatətinə əsasən, təqsirləndirilən şəxslərin tibbi müayinədən keçirilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına sorğu ilə müraciət olunub:""“Müraciət əsasında təcridxanadan verilən cavaba əsasən, təqsirləndirilən şəxslər bu il yanvar ayında müayinəl... |
Hakim Şəlalə Həsənova qeyd edib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəmə prosesində iştirak etmir. |
Bu səbəbdən proses martın 5-nə qədər təxirə salınıb. |
Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Kons... |
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. |
O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. |
Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər. |
Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. |
Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib. |
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. |
Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. |
Ötən gün Çinin Sincan bölgəsində havanın temperaturu kəskin şəkildə düşüb. |
Temperatur qəfildən 45 dərəcə azalaraq mənfi 52,3 dərəcəyə enib. |
Nəticədə ortaya dəhşətli mənzərələr çıxıb. |
Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. |
Kadrlarda buz üzərində donub qalmış quş cəsədləri əks olunub. |
Belə ki, su quşları kəskin şaxtaya dözməyərək kütləvi şəkildə tələf olublar. |
“Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk Cümhuriyyətinə olan doğma münasibətini hər zaman hiss edirik”. |
Ersin Tatar ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində onu Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə dəvət etməsinə görə dövlət başçısına minnətdarlığını bildirib. |
O bu dəvəti məmnuniyyətlə qəbul edərək iyul ayında sözügedən tədbirə qatılacağını söyləyib:""“İlham Əliyevin Kipr türklərinə olan qardaşlıq münasibəti bizi çox məmnun edir. |
O türk birliyinin əhəmiyyətini hər zaman dilə gətirir və bu birliyin gələcəkdə çox önəmli olduğunu bildirir”. |
Ersin Tatar vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın münasibətləri digər türk dövlətlərinə, o cümlədən də Şimali Kiprə stimul verir:“Biz artıq özümüzü “Bir millət, iki dövlət” prinsipinin tərkibində “Bir millət, üç dövlət” olaraq görürük. |
Qardaşlığımız getdikcə güclənir və gələcəkdə daha güclü birliyin olacağına əminəm. |
Çünki biz Qafqaz, Anadolu və Aralıq dənizi coğrafiyasında çox güclü ola bilmək imkanına malikik və bu həmrəyliyimiz xalqlarımız üçün çox əlverişlidir. |
Kipr türkləri olaraq çox mücadilələr verdik, dövlətimizin artıq 60 yaşı var. |
Hazırda TDT-də də türk dövləti olaraq yerimizi almaq ən təbii haqqımızdır”. |
Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın mərkəzi və Şərq vilayətləri yenidən hava hücumuna məruz qalıb:""“Poltava, Kiyev, Sumı, Çerniqov, Xarkov, o cümlədən Dnepropetrovsk vilayətləri ümumilikdə 23 dron hücumuna məruz qalıb. |
Onların hamısının Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən məhv edildiyi bildirilir”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.