Search is not available for this dataset
text
stringlengths
10
518k
Nazirlər Kabineti 28 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 10 iş günü müddətində baxılacaq.
İndiyə qədər bu müddət 20 gün idi.
Nazirlər Kabineti 11 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etmək vəzifəsi ləğv edilib.
İranda 18 yaşlı gənc Aryən Qurbanişenas həbs edilərək İsfahan əyalətindəki Şahrza zindanına köçürüldükdən sonra şübhəli şəkildə ölüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, Aryən 2023-cü il noyabrın 20-də spirtli içki qəbul edib və dostları ilə kiçik münaqişə yaşadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Qeyd olunub ki, məhkəmə iclasında sağlam olan Aryən həbsxananın karantin bölməsinə köçürülüb.
Növbəti gün gəncin cəsədi tapılıb.
Tibbi ekspertiza isə gəncin spirtli içkidən zəhərlənməsi nəticəsində beyin ölümü keçirdiyini bildirib.
Xalq yazıçısı Mövlud Süleymanlının müalicələri davam etdirilir.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
“Xalq yazıçısı Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra süni tənəffüs aparatına qoşulub, Huşsuzdur, vəziyyəti ağır olaraq qalır.
Bütün tədbirlər görülüb, müalicəsi aparılır”.
Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Üzərinə həbs qoyulmuş əmlakın idarəedilməsi qaydası müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.
Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunur.
Beləliklə, layihəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarəedilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür.
Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir.
Üzərinə həbs qoyulmuş əmlakın idarəedilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhk...
Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan, yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər.
Bu hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.
Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.
Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə bilər.
Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülə bilər.
Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.
Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə icarəyə və ya idarəetməyə verilə bilər.
Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.
Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.
Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə bağlı görülən tədbirlər həmin əmlakın dəyərinin azalmasına və bununla da bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək) nail olunmasına man...
İcarəyə və ya idarəetməyə verilmiş əmlak ona istifadə nəticəsində vurula biləcək mümkün zərərin ödənilməsi məqsədilə sığorta etdirilməlidir.
Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz.
Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə əlaqədar görülən tədbirlər iş məhkəməyə göndərilənədək və hər bir halda ildə bir dəfədən az olmayaraq müstəqil auditor tərəfindən yoxlanılmalı, nəticələri məhkəməyədək icraat zamanı müstəntiqə və Azərbaycan Respublikasının baş prokuroru tərəfindən mü...
Üzərinə həbs qoyulmuş əmlakın idarəedilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmənin qərarından bu Məcəllədə müəyyən edilmiş qaydada mülkiyyətçi, həmin qərarın hüquq və qanuni mənafelərinə toxunduğu digər şəxslər, Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokuror və ya yux...
Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Üzərinə həbs qoyulmuş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilən vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) iş üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanının müə...
Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq olunmadıqda və ya əmlakın üzərinə qoyulmuş həbs ləğv edildikdə, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılm...
Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq edildikdə və ya mülki iddia təmin olunduqda, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarəedilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) bu Məcəllənin ...
Üzərinə həbs qoyulmuş girov və ya ipoteka ilə yüklü edilmiş əmlakın idarəedilməsi ilə əlaqədar qərar qəbul edilərkən girov saxlayanın (ipoteka saxlayanın) və əmlaka dair hüquqları olan digər şəxslərin hüquq və qanuni mənafeləri nəzərə alınmalıdır.
Üzərinə həbs qoyulmuş əmlak girov və ya ipoteka ilə yüklü edilmişdirsə, həmin əmlak satıldıqda girov saxlayanın (ipoteka saxlayanın) yazılı razılığı alınmalı, həmin əmlak icarəyə və ya idarəetməyə verildikdə isə girov saxlayanın (ipoteka saxlayanın) üstünlük hüquqları gözlənilməlidir.
Qeyd edilib ki, bu qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minəcək.
“Qalatasaray” UEFA Avropa Liqasının son 16-cı pley-off mərhələsində “Sparta Praqa” ilə matçın hazırlıqlarına başlayıb.
Komanda sabah keçirəcəyi son məşqi ilə “Sparta Praqa” matçının hazırlıqlarını tamamlayacaq.
Məşqdən əvvəl isə “Qalatasaray” komandanın argentinalı hücumçusu Mauro İkardinin doğum gününü qeyd edib.
Bu barədə klubun rəsmi “X” hesabında paylaşım edilib və fotolar yayımlanıb.
Baş məşqçi Okan Buruk və komanda yoldaşları tort kəsərək İkardini təbrik ediblər.
Rusiyada vəfat edən müxalif siyasətçi Aleksey Navalnının qardaşı Oleq Rusiyada növbəti dəfə axtarışa verilib.
Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında onun məlumatları peyda olub.
Oleqin Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarıldığı açıqlanmayıb.
TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla Oleq Navalnıya qarşı yeni cinayət işi açıldığını xəbər verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.
Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.
Bildirilib ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəssis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsi ilə görüşülüb.
Qeyd edilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar.
Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib.
Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib.
Dəfələrlə ayrılmaq istəsə də, valideynlər buna razılıq verməyiblər.
Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.
Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib.
Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.
Həmçinin, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
E.Məmmədov polis tərəfindən saxlanılıb.
“Roma imperiyasına aid olan bir qəpik var idi, onu hərracda almaq üçün bir neçə telefonda zəngli saat qurmuşdum.
Sonradan araşdıranda bildim ki, bu qəpik orijinal yox, onun birəbir bənzəridir.
Amma yenə də çox xoşbəxt idim”.
Bu sözləri kolleksiyaçı Orxan Sərəfov İctimai TV-ə müsahibəsi zamanı deyib.
O bildirib ki, kolleksiya toplamağa marağı babasının Lerikin Cənginavır kəndindəki evində medallarını toplamaqla başlayıb.
“Əvvəl əşyalarımı bir qutuda saxlayırdım.
Sonra özüm üçün bir otaq düzəltmək qərarına gəldim.
İndi bütün kolleksiyam bu otaqdadır.
Bu otaqda ən əziz qonaqlarımı qarşılayıram.
Düşünürəm ki, burada heç bir bayağı söhbət etmək mümkün olmaz.
Bura gələn hər kəs tarixdən müəyyən hissələr xatırlayır” , - o qeyd edib.
Daha ətraflı İctimai TV-nin süjetində:
Azərbaycan və Çinin BYD şirkəti arasında ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini İvan Sao ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının istiqamətləri, birgə layihələrin reallaşdırılması və ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqinin perspektivləri barədə fikir mübadiləsi apardıq”, - deyə o qey...
Çinin BYD (@BYDCompany) şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini İvan Sao ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının istiqamətləri, birgə layihələrin reallaşdırılması və ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqinin… pic.twitter.com/lLdlSdLpLz
Rusiyada killer uşaqların gözü qarşısında kişini güllələyib.
Dəhşətli hadisə Sankt-Peterburqda baş verib.
Bildirilib ki, sürücü vəkilin uşaqlarını məktəbə yola salanda killer arxadan yaxınlaşıb və başından güllə açıb.
Ehtimal olunur ki, killer qurbanını səhv salıb.
O, hüquqşünası öldürməyi planlaşdırıb.
Yaralanan Özbəkistan vətəndaşı hazırda xəstəxanaya yerləşdirilib.
Həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Killerin axtarışları isə davam edir.
Keçmiş “Sovetski” ərazisində tikinti işləri aparılır.
Oxu.Az xəbər verir ki, abadlıq işləri Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır.
Hadisə yerindən lentə alınan fotolara da baxdıqda sözügedən ərazidə tikinti işlərinin aparıldığını aydın şəkildə görürük.
Qeyd edək ki, altı fevral 2024-cü il tarixində Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, keçmiş “Sovetski” ərazisində heç bir yenidənqurma işləri aparılmır və sözügedən ərazidə yenidənqurma işlərinin aparılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
"Daha çox foto burada:PhotoStock.az"Əzizə İsmayılova
“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dəstək olmağa davam edir.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, mehriban, mərd qəhrəmanımız Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub.