Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunm... |
Bundan başqa, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1.1-ci bəndində göstərilən “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”ndə və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ene... |
Bu Sərəncamın 1.1-ci bəndində göstərilən “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “ACWA Power Azerbaijan Renewable Ene... |
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:""Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi"Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqəl... |
Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam da imzalayıb. |
Sərəncama görə, Vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:""3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə"Vəliyev İlkin Etibar oğlu"“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə"Musayev Orxan Azad oğlu"1-ci dərəcəli “Verg... |
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. |
İlham Əliyev andiçmədə nitq söyləyib. |
Prezident ordu quruculuğunun davam edəcəyindən, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsindən danışıb. |
Prezident çıxışı zamanı Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üçün şərtlər irəli sürüb. |
Dövlət başçısı gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasının vacibliyindən də danışıb. |
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, prezident İlham Əliyev andiçmə mərasimində səsləndiriyi fikirlər mesaj xarakteri daşıyırdı:"""“Vurğulamaq lazımdır ki, bu fikirlər yalnız mesaj deyil, gələcək planlar hədəflər barədə xalqın məlumatlandırılması və hədəflərin ist... |
Dövlət başçısı çıxışında yeni dövr üzrə hədəfləri müəyyənləşdirdi, buna keçidin əsasını qoydu və prosesi mükəmməl siyasi hadisəyə çevirdi. |
Artıq Azərbaycanda yeni dövr başlayır. |
Dövlətimizin başçısının dediyi kimi, biz bu dövrə alnıaçıq, üzüağ, başımız dik daxil oluruq. |
Bilirik ki, Prezident 2018-ci ildə andiçmə zamanı səsləndirdiyi fikirlər tez bir zamanda əksini tapıb. |
Andiçmə zamanı Prezident xalqın ona göstərdiyi etimaddan fərəhləndi. |
Başlıca olaraq andiçmə zamanı xalqın etimadı və dəstəyi vurğulandı. |
Siyasi iradəyə sahib olan liderimiz dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənildi. |
Azərbaycan dövləti üçün prioritetlər ölkə başçısının çıxışı zamanı səsləndirildi”. |
A.Hüseynov bildirib ki, xarici siyasətin yeni istiqamətləri formalaşdırıldı:""“Prezidentimiz bildirdiyi kimi, sülh danışıqları zamanı “vasitəçi”lər yoxdur. |
Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. |
Beş məlum prinsipin də müəllifi biz olmuşuq. |
Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. |
İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. |
İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq. |
Ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. |
Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. |
Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. |
Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun”. |
Əsas məsələ odur ki, burada bütün aspektlər nəzərə alındı. |
Azərbaycan Prezidenti hər zaman vətəndaşların rifahını üstün tutub və bu istiqamətdə də həmin məqamlara toxunuldu. |
Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi dövlətimizin başçısı İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. |
Davamlı olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilir. |
Bu istiqamətdə müntəzəm xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. |
Prezidentin xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsi məsələsi də əsas məsələlər sırasında idi. |
Bu gün heç şübhəsiz ki, gənclərin formalaşmasında həm məktəblərimiz, həm də ailələrimiz ciddi rol oynayır. |
Deputat vurğulayıb ki, dövlətimizin başçısının nitqində xarici siyasətimizin prioritet istiqamətlərindən danışarkən konkret istiqamət müəyyənləşdirib:""“Bildirdi ki, bizim beynəlxalq təşkilatlar arasında əsas tərəfdaşımız böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı olmalıdır və bu istiqamətdə əməkdaşlıq daha... |
Dövlətimizin başçısı dərin məzmunlu nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Ordumuzun daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı. |
Prezident İlham Əliyev nitqində əsas vəzifələrdən birinin Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunu bəyan etməsi heç də təsadüfi deyil. |
Güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir. |
Prezident İlham Əliyevin dediyi kimi:“Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. |
Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə bizi Qoşulma Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. |
“Heç şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasət mühüm rol oynayır. |
Dövlət başçısının prioritet kimi qiymətləndirdiyi məsələlər sırasında şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi kimi görməsidir. |
O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpa olunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək. |
Prezidentin Naxçıvanla nəqliyyat əlaqəsini vurğulaması Zəngəzur dəhlizinin açılacağına işarədir. |
Dövlət başçısının muxtar respublika ilə bağlantı məsələsini vurğulanması qarşıdakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılacağının ilkin işarəsi sayıla bilər. |
Prezidentin son sözləri bütün beynəlxalq aləmə mesaj idi.Həmçinin Ermənistana havadarlıq etmək istəyənlərə sərt göndəriş idi.Azərbaycanın əldə etdiyi uğurlar bir çox dairələrdə qıcıq yaradır. |
Bu onlara Prezidentin açıq şəkildə göndərdiyi mesaj idi.O bütün Azərbaycanlıların prezidentidir”, - deyə A.Hüseynov əlavə edib. |
“Neuralink”dən beyin çipi implantasiya edilmiş ilk insan tamamilə sağalıb. |
O, düşüncələri ilə kompüter siçanını idarə edə bilib. |
Oxu.Az-ın məlumatına görə, bu barədə startapın həmtəsisçisi, ABŞ-li milyarder İlon Mask bildirib. |
Onun sözlərinə görə, irəliləyiş yaxşı gedir. |
“Pasiyentin bildiyimiz neyron təsirləri ilə tam sağaldığı görünür. |
Xəstə sadəcə düşünməklə siçansız kursoru ekranda hərəkət etdirə bilir”, - deyə Mask vurğulayıb. |
“Neuralink” əlavə məlumat üçün şərh verməyib. |
Xatırladaq ki, sentyabr ayında insanlar üzərində sınaqlar üçün təsdiq alan şirkət yanvar ayında ilk xəstəsinə uğurla çip implantasiya edib. |
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə mühüm strateji məsələlər müzakirə olunub və hazırda Bakı-Ankara bir cəbhədə yer alır. |
O bildirib ki, bunlardan birincisi siyasi prosesləri, əsasən də xarici siyasəti əhatə edir. |
Ekspert xatırladıb ki, ötən ay Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin mandatı təsdiqlənməyib. |
C.Zehir söyləyib ki, Ankara bu məsələdə Bakının yanındadır:""“Türkiyə lideri bu məsələdə Azərbaycanın yanında olduğunu bildirdi və dəstəyini davam etdirəcəyini diqqətə çatdırdı. |
İkincisi, bu il Azərbaycanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü olacaq və ilk dəfə olaraq Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da toplantıda iştirak edəcək. |
Bu barədə Prezident İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində açıqlama verdi. |
Beləliklə, TDT daha da güclənəcək. |
Ona görə də bu addım həm təşkilatın güclənməsi, həm də Şimali Kiprin tanınması baxımından tarixi əhəmiyyət daşıyır”. |
Ekspert, həmçinin söyləyib ki, Azərbaycan və Türkiyə liderlərinin danışıqlarının yekununda qəbul edilən əsas qərarlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücləndirilməsi barədədir:""“Qarşıdakı müddətdə bununla bağlı lazımi addımlar atılacaq. |
Eyni zamanda dövlət başçıları Qars-Naxçıvan dəmiryolunun genişləndirilməsinə dair də fikir mübadiləsi aparıblar. |
Türkiyədən Naxçıvana gedən təbii qaz xəttinin inşasının ən qısa zamanda tamamlanması və Naxçıvanın təbii qaza olan tələbatının təmin olunması barədə razılıq əldə olundu. |
Həmçinin TANAP-ın imkanlarının artırılması və Avropaya daha çox qaz ixracı da gündəmdə idi”. |
C.Zehir vurğulayıb ki, Bakı və Ankara arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi də gündəlikdəki məsələlərdən olub:""“Amma bu məsələnin təfərrüatı açıqlanmadı. |
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılıb. |
Beləliklə, iki qardaş ölkə artıq bir yumruq kimi birləşib”. |
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 19-da Türkiyəyə rəsmi səfər edib. |
Səfər R.T.Ərdoğanın dəvəti ilə həyata keçirilib. |
Bu, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində qalib gəlməsindən sonra İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir. |
Səfər zamanı iki ölkə liderlərinin görüşü olub. |
Eyni zamanda bir sıra sənədlər imzalanıb. |
İranın Qafandakı baş konsulu Morteza Abedin Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə qarşı dolayı eyhamlar vurub. |
Diplomat Ermənistanın News.am saytına müsahibəsində deyib ki, İran Qafanda konsulluq açdıqdan sonra sakinlər özlərini daha rahat və təhlükəsiz hiss edirlər. |
Bununla diplomat sətiraltı bildirmək istəyir ki, İran Azərbaycana qarşı Ermənistanın təhlükəsizliyinə zəmanət verir. |
Hərçənd ki, Azərbaycanla İran arasında hərbi və siyasi gərginlik dövrü arxada qalıb, indi iki ölkə maraqlarını iqtisadi-ticari platformalarda birləşdirərək regional əməkdaşlığın konturlarını cızır. |
Ancaq İran Yaxın Şərqdə üzləşdiyi riskləri dolayı vasitələrlə Cənubi Qafqazda da hiss etdirməkdə maraqlıdır. |
Çünki İran xarici siyasətində izlənən klassik bir ənənə var:nə qədər çox münaqişə və müharibə varsa, İran ideoloji istiqamətlərini təhlükəsizlik boşluqlarına yeritməlidir. |
Yox, bu, o mənanı çıxarmaq üçün əsas deyil ki, dünya arenasında sıxışdırılan İran Cənubi Qafqazda Qərblə açıq qarşıdurma trayektoriyasına girməkdə maraqlıdır. |
Ancaq İran mütləq sülh də istəmir, buna görə də regiondakı hadisələri özünəməxsus ifadələrlə təsvir edərək gərginliyin mənbəyini saxlamaq məcrasında qalır. |
Nəzərə alaq ki, İran təhlükəsizlik cəhətdən zəifliklər hiss edir, ona görə ki, ölkənin daxilində belə, xarici kəşfiyyat orqanlarının fəaliyyəti tez-tez vurğulanır. |
İranın daxili təhlükəsizlik arenasında titrəyişlər olduqca, bu, SEPAH və onun kölgəsində olan qüvvələri “xarici cəbhə üzrə” aktivləşdirir. |
Tehran bununla ideoloji amili qabardaraq hərbi-siyasi elitanın xalq tərəfindən dəstəklənməsi imkanlarını araşdırır. |
Buna görə də demək mümkündür ki, cənab Abedinin açıqlaması İran hərbi-siyasi və ruhani elitasındakı sərt xətt tərəfdarlarının ümumiləşmiş səsidir. |
Ancaq nəticə etibarı ilə iranlı diplomatın bəyanatı ölkəsinin həm xarici siyasətdə, həm də daxili siyasi mühitdə ehtiyat görə bilməməsindən irəli gələn böhranı vurğulayır. |
İkinci bir tərəfdən, İran Azərbaycanla münasibətlərdə “istənilən zaman gərginliyə getməkdə maraqlıyıq” ismarışını verir. |
Bu mesaj Azərbaycan və Türkiyədən Zəngəzur dəhlizinin əhəmiyyəti barədə yüksələn mövqelərə verilən klassik reaksiyanın təkrarıdır. |
Düzdür, bu, İranın strateji şüuraltındakı məramın ifadəsidir, amma bəyanat diplomatiya cəhətdən də qüsurlu hesab oluna bilər. |
Ona görə ki, bir diplomatın yerli sakinlərin hiss və düşüncələrini manipulyasiya edərək onu Azərbaycana qarşı müqavimət oxu kimi yönləndirməsi etik deyil. |
İkinci bir tərəfdən, konsulluqla təhlükəsizliyin nə əlaqəsinin olması sualı yaranır. |
Başqa bir tərəfdən də sual olunur:Məgər Azərbaycan ermənilərin hüquq və təhlükəsizliyini şübhə altına alır? |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.