Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır. |
APA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. |
Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxs... |
Qüvvədə olan məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu tör... |
Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri beynin qərarvermə alqoritmlərinin nevroloji dövrə və beynin dərinliklərində yerləşən kiçik struktur olan “habenula” vasitəsilə həyata keçirildiyini aşkar ediblər. |
ABŞ-li alimlərin tədqiqatının məqsədi koqnitiv mükafatların mənbəyini - insanın, məsələn, lazımi informasiyaya çıxış əldə edərkən sevinc hissiyyat mexanizmini müəyyən etmək olub. |
Məlum olub ki, müəyyən informasiyaya olan istək qərar qəbul etmə prosesinə əhəmiyyətli dərəcədə təsir edir. |
Qeyd edək ki, tədqiqat 824 könüllü arasında keçirilib. |
Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev 2-3 günə evə buraxıla bilər. |
Bu barədə Azərbaycan Futbol Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. |
Onun sözlərinə görə, insult keçirən Vasilyevin palatada müalicəsi davam etdirilir:""“Onu 2-3 günə evə buraxmalıdırlar və stasionar şəraitdə müalicə almalıdır. |
Sol tərəfinin işləməsi üçün fizioterapiya kursu keçməlidir”. |
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. |
Azərbaycanla Türkiyənin əlaqələri yeni keyfiyyət halı alır. |
Torpaqların işğaldan azad olunması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır. |
Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkisində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir. |
Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar. |
Türkiyə lideri bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini bildirib. |
O, fevralın 7-də keçirilən prezident seçkisinin əhəmiyyətindən danışaraq deyib:“Prezident seçkisi Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”. |
Türkiyə lideri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətə qəti şəkildə etiraz etdiklərini vurğulayıb. |
O, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib. |
R.T.Ərdoğan ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ilk dəfə 7,5 milyard dollar səviyyəsinə yüksəldiyini vurğulayaraq, gələcəkdə bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib. |
Bununla da o, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiriləcəyini vurğulayıb. |
Türkiyə Prezidenti Qars-Naxçıvan dəmir yolu layihəsinin, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə prioritetlərdən olduğunu qeyd edib. |
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. |
O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. |
Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib. |
Azərbaycanla-Türkiyə əməkdaşlığından bəhs edən Prezident Ərdoğan ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi yardımından bəhs edərək Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikdiyini xüsusi vurğulayıb. |
Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edərək deyib:“Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”. |
Azərbaycan Prezidenti Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib:“Türkiyə bu gün dünya çapında söz sahibidir. |
Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. |
Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. |
O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir:“Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. |
2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”. |
O vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək:“Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. |
Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. |
Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”. |
Azərbaycanla Türkiyə arasında enerjidaşıyıcıları sahəsində əməkdaşlığın genişlənəcəyindən danışan Prezident İlham Əliyev deyib ki, ötən il Azərbaycandan Türkiyəyə doqquz milyard kubmetr təbii qaz ixrac edilib:“Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən ... |
Azərbaycan lideri nəqliyyat sahəsində də oxşar mənzərənin yarandığını bildirib:“Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini bir milyon tondan beş milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir”. |
Prezident İlham Əliyev iki ölkə arasında hərbi sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb:“Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. |
Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”. |
Prezidentlərin açıqlamasına əsasən, Azərbaycan-Türkiyə əlaqələrinin perspektiv inkişafını aşağıdakı kimi sıralamaq olar:iki ölkə arasında siyasi sahədə əməkdaşlığın davam etməsi; enerjidaşıyıcılarına dair yeni layihələrin reallaşacağı; yol-nəqliyyat layihələrinin genişlənməsi, ticarət dövriyyəsi həcminin artırılması; T... |
Bundan başqa, Türk Dövlətləri Təşkilatı liderlərinin Şuşada qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyinin bu görüşdə açıqlanması üzv dövlətlərin ortaq marağının da olduğunun bir daha bəyan edilməsi kimi dəyərləndirilə bilər. |
Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni hədəfləri müəyyən edilməklə yanaşı, bu istiqamətdə yeni layihələr açıqlandı. |
Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. |
Bu barədə President.az xəbər verir. |
Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş... |
Yanvarın 17-si günorta saat 3-dən sonra 156 saylı məktəbin 11-ci sinif şagirdi öz qonşusu, eləcə də sözügedən məktəbdən 2023-cü ildə 9-cu sinifdən məzun olan digər yeniyetməni tərkibində cinayət əməlləri olan bullinqə məruz qoyub. |
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və cəmiyyətdə geniş rezonans doğurub. |
Məktəbli bir qızın bu cür əməl törətməsi birmənalı şəkildə qınanılıb. |
Digər məlumatlarda hazırda zərərçəkmiş qızın hadisədən bir müddət öncə 156 saylı məktəbin 11-ci sinif şagirdinə qarşı bənzər əməli törətdiyi iddia edilir. |
Belə ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova açıqlamasında qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq pul qarşılığında əxlaqsız xidmətlər göstərdiyini qeyd edib - red. |
):"""“Bu səbəbdən də yeniyetmə videodakı davranışa əl atıb. |
İlkin ehtimalla bu hərəkətin qızlar arasında bir-birindən heyif almaq məqsədilə edildiyi deyilsə də, şagirdlərin arasında nə baş verdiyi barədə dəqiq məlumat yoxdur. |
Hadisənin tam təfərrüatı hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən araşdırılır. |
156 nömrəli məktəbin yaxınlığında həmcinsi tərəfindən təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva da nəvəsinin onu təhqir edən qıza pis söz dediyini etiraf edib. |
C.Hacıyeva deyib ki, üç qız onun nəvəsini danışmaq üçün məktəbin yanına çağırıb:""“Nəvəm atasından qorxduğu üçün gedib. |
“Atama deməyin, məni döyər”, - deyib. |
Orada oğlan da olub, başqa adamlar da olub, heç kim ayırmayıb. |
Uşaqlar onu aşağılayıb, başına yumurta çırpıblar, saçını kəsiblər. |
O ailə ilə problemimiz olmayıb, həm qohum, həm də qonşuyuq. |
Ailələr arasında heç bir problem olmayıb. |
Nəvəm 9-cu sinifdən çıxıb, dərziliyi öyrənir. |
O qız isə 11-ci sinifdə oxuyur. |
Atası da, əmisi də qızın valideynləri ilə danışıblar. |
Problemli ailə deyillər, bibisi Qala məktəbində direktor işləyib. |
Yaxşı adamlardır, yaxşı qonşu olmuşuq. |
Sadəcə, yəqin ki, qızları ilə bacara bilmirlər”. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb. |
Cinayət tərkibli əməl varsa, qanunvericiliyə əsasən, şəxs 16 yaşdan sonra cinayət məsuliyyəti daşıyır. |
Bu məktəblilər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinə yerləşdirilə bilərlərmi? |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri Taliyə İbrahimova sualımıza cavab olaraq bildirib ki, cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək:"""“Cinayət törədən yeniyetmələrin yetkinlik yaşına çatmayanların islah müəssisəsinə yerləşdirilməsi bir qədər fərqlidir. |
Bütün hallarda araşdırmaların, toplanan materialların yekun nəticələri əsasında müvafiq tədbirlər görüləcək”. |
Yeniyetmələrin hər ikisi günahkardır"Psixoloq Təranə Kazımlı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən görüntüləri lentə alan şəxs ən azı bu zorakılıq hərəkətlərini edən yeniyetmə ilə eyni dərəcədə günahkardır:"""“Düşünürəm ki, şiddətə məruz qalan yeniyetmə xüsusi qayğıya ehtiyacı olan uşaqdır. |
Bu zorakılığı edən şəxslər isə ondan böyükdürlər. |
Bullinq halları günümüzdə rast gəlinən haldır və daha çox 5-6-cı sinifdən başlayır, 11-ci sinfə qədər davam edir. |
18 yaşına qədər şəxslər uşaq sayılır və valideyn nəzarətində olurlar. |
Lakin valideynlərin məsuliyyətə cəlb edilməsi bu problemin həlli üçün çıxış yolu deyil. |
Bu dövrdə məsuliyyətsiz ailədə böyüyən uşaqlar cəmiyyətdə belə səhvlərə yol verirlər. |
Araşdırsaq, həmin uyğunsuz hərəkətləri göstərən şəxslərin ailələrində də şiddət olduğunu görərik. |
Burada ictimai qınaq önəmlidir. |
Məktəb psixoloqlarını günahlandırmaq istəmirəm, amma bu sahədə ciddi tədbirlər görülməlidir. |
Psixoloqlar məktəb daxilində şagirdləri müşahidə etməli, onlarla mütəmadi ünsiyyətdə olmalıdırlar. |
Sadəcə, “insanların psixologiyası pozulub” deyib keçmək olmaz. |
“Niyə pozulub?” - Bu suala cavab tapmaq lazımdır”. |
Təəssüf ki, zorakılığı əks etdirən videolara daha çox baxılır"Psixoloq onu da əlavə edib ki, təəssüf ki, bu kimi neqativ hallar, şiddət, zorakılıq dolu videolar sosial şəbəkə istifadəçiləri tərəfindən daha çox izlənilir:""“İnsanlar daha çox şiddətə meyillidirlər. |
Şiddət videoları milyonlarla baxış toplayır. |
Hər kəsin müsbət və mənfi xüsusiyyətləri var. |
Amma insanlar başqasına qarşı edilən zorakılığa daha çox baxırlar. |
Sanki öz içlərindəki neqativi həmin bullinq, zorakılıq, şiddət tərənnüm edən görüntülərə baxaraq boğurlar. |
Diqqət çəkmək istədiyim məqam budur ki, hər iki yeniyetmə - şiddətə məruz qalan da, şiddətə məruz qoyan da - cəmiyyətə yenidən qazandırılmalıdır. |
Bunun valideyni var, məktəbi var, aidiyyəti qurumları var. |
Heç kim valideyndən icazəsiz onun uşağını hansısa reabilitasiyaya cəlb edə bilməz. |
Odur ki, ailələri övladlarına diqqət və qayğı ilə yanaşmağa çağırıram. |
Gün ərzində, bəlkə də, yüzlərlə uşaq psixoloji, mənəvi şiddətə məruz qalır. |
Jarqonlardan istifadə olunaraq psixoloji təzyiqə məruz qalan uşaqlar var ki, bunu dilə gətirmirlər. |
Yeniyetmələrin bir-birini təcrid etməsi, qruplaşma yaratması və s.- bunlar hamısı şiddəti yaradan amillərdir. |
Buna görə psixoloji xidmətlərin də gələcəkdə icbari sığorta vasitəsilə tətbiqinin təmininə baxılmasını istəyirəm. |
Belə olarsa, maddi durumu aşağı olan ailələrin psixoloji xidmətlərdən vaxtında yararlanması bu kimi və daha ağır fəsadların qarşısını ala bilər”. |
Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.