Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu il Bakıda COP29-un keçiriləcəyini nəzərə alaraq biz Dubayda COP28-də qəbul edilmiş Birləşmiş Ərəb Əmirlikləri Konsensusunun müddəalarını yerinə yetirməyə, BƏƏ-nin və Azərbaycanın təmiz enerjinin, iqlim dəyişikliyi ilə mübarizənin təşviq olunmasına möhkəm sadiqliyini bütün dünyaya nümayiş etdirməyə ümidvarıq.
“Masdar” şirkətinin komandası COP29-dan faydalanaraq Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti ilə birlikdə yeni layihələrin, o cümlədən quruda 1 giqavat gücə malik bərpa olunan enerji layihələrinin və dəniz/yaşıl hidrogen istehsalı layihələrinin inkişaf etdirilməsində əməkdaşlıq edəcək.
Sizinlə Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında görüşməyi səbirsizliklə gözləyirəm”.
“Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük məsuliyyət və vəzifələr düşür”.
O söyləyib ki, gənclər üçün bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır:""“Bizi xalq kimi əsrlər boyu məhz dəyərlərimiz qoruyub.
Azərbaycanlılar öz Vətəni yolunda canını fəda etməkdən çəkinməyiblər.
Təbii ki, bu vətənpərvərliyin qorunmasında dövlət siyasətinin böyük rolu var.
Azərbaycan rəhbərliyi daim Vətənə məhəbbəti təbliğ edib, Vətən yolunda canından keçən qəhrəmanların xatirəsini əziz tutub, onların xidmətlərini yüksək dəyərləndirib.
Bu siyasətin bəhrəsini 44 günlük Vətən müharibəsində gördük”.
Deputat xatırladıb ki, 30 il müddətində Azərbaycan xalqı üçün Qarabağın erməni işğalından azad olunmasından vacib iş olmayıb:""“Ona görə də ordu quruculuğu sürətlə aparılırdı, gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, həmçinin, ölkədə ardıcıl olaraq iqtisadi islahatlar həyata k...
İkinci Qarabağ müharibəsində şəhid olanların əksəriyyəti gənclərdir.
Onların əksəriyyəti Qarabağı görməmişdi, amma qəlblərində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları zəfərə gedən yolda qəhrəmana çevirdi.
Azərbaycan dövlətinin yetişdirdiyi vətənpərvər nəsil regionu separatçılıq və terror bəlasından xilas etdi.
Hərbi-vətənpərvərlik ruhunda böyüdülən nəslin yeni zəfərlər qazanacağı şübhəsizdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı gənclərlə bağlı önəmli tövsiyələr verib.
Dövlət başçısı deyib ki, gənclər elə formada tərbiyə olunmalıdırlar ki, milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun:""“Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.
Xoşbəxtlikdən, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir.
Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir.
İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu var.
Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm da...
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim və iş adamı Fazil Qasımov barədə yenidən məhkəməyə müraciət edilib.
“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş vəsatət və təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin uzadılması istənilib.
Hakim F.Qasımovun həbsdə saxlanılma müddətini üç ay uzadıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Məşhur türkiyəli aşpaz, yeməkləri özünəməxsus tərzdə duzlaması ilə tanınan Nusret Gökçe maraqlı paylaşım edib.
Nusret Gökçenin öz “Instagram” hesabında yayımladığı videoda Qırğızıstanın Bişkek şəhərində yollara duz səpən maşının arxasına Nusretin fotosu yapışdırılıb.
Qeyd edək ki, video Bişkek avtomobil nəqliyyatı müəssisəsinin sosial şəbəkə səhifələrində dörd il əvvəl yayımlanıb.
O zaman müəssisənin mətbuat xidmətinin əməkdaşı Jibek Karakeyeva xüsusi maşının yola sənaye duzunun töküldüyü hissəsində Nusret Gökçenin fotosunu quraşdırıb.
Bildirək ki, Bişkekdə hazırda kommunal xidmətlər yollarda və səkilərdə qar və buzla mübarizə aparmağa çalışırlar.
Azərbaycandan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb.
25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.
Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin yanvarın 11-də Ukraynaya göndərilib.
Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.
“Ədalət-e Əli” (Əlinin Ədaləti) adlı haker qrupu bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin elektron bazasına kiberhücum həyata keçirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
“Biz İran hökumətinin Məhkəmə Sisteminə girməyi bacardıq.
İran hökumətinin əsl simasını ortaya çıxaran sənəd və faylları əldə edə bilmişik.
Biz üç milyondan çox məhkəmə işi ilə bağlı məlumatları və məxfi sənədləri ələ keçirdik”, - deyə haker qrupu hücum haqqında sosial şəbəkə hesabında yazıb.
Ermənistanda iqtisadi sahədə qalmaqallar səngimir.
Müxtəlif rəsmi şəxslər öz səlahiyyətlərindən istifadə edərək korrupsiya faktları törədirlər.
Amma elə məsələlər var ki, onlar təkcə iqtisadi yox, həm də siyasi və humanitar böhrana səbəb olur.
Bu günlərdə Ermənistan Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul itib.
Qeyd edilib ki, təşkilatın vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, çatışmayan sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib.
O bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələ ki heç bir cavab almayıblar.
İndiyə kimi dəfələrlə sözügedən qurum haqqında mənfi iddialar səsləndirilib.
Ümumiyyətlə, Ermənistan QXC proseslərə adekvat reaksiya verə bilmir.
Çünki humanitar xarakterli qurumdur.
Müxtəlif ölkələrdəki oxşar təşkilatların əsas funksiyası insanların rifahı, təhlükəsizliyi ilə bağlı olmalıdır.
Amma Ermənistan QXC bu prinsiplərdən çox uzaqdır.
Bir məqamı yada salaq:2023-cü ilin fevral ayında Ermənistan QXC Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar yardımlar çatdırmasına fərqli don geyindirməyə çalışmışdı.
Azərbaycan tərəfindən verilən cavabda isə göstərilmişdi ki, bu, tamamilə humanitar xarakterli addımdır.
Proseslərin sonrakı inkişafı, o cümlədən Qarabağdakı erməni sakinlərin özlərinin dedikləri də bunu sübut etdi.
Ümumiyyətlə, son günlər Ermənistan QXC ətrafında diqqətçəkən hadisələr baş verir.
“Past” nəşri bu günlərdə yazıb ki, Ermənistan QXC-nin baş katibi/icraçı direktoru Anna Yeğiazaryan “hakimiyyət dəyişikliyi” həyata keçirməyə çalışır.
“Bu barədə ötən gün “Ermənistan Qırmızı Xaç Cəmiyyəti” İctimai Birliyi açıqlama verib və qeyd edib ki, rəyasət heyətinin 8 fevral tarixli əsaslandırılmış qərarı ilə naməlum təşəbbüs qrupunun növbədənkənar qurultay çağırmaq üçün verdiyi ərizəni rədd edib.
Lakin bəyanatda deyildiyi kimi, fevralın 15-də rəyasət heyətinin müvafiq qərarı olmadan, əsasnamə ilə müəyyən edilmiş normaları kobud şəkildə pozmaqla, üstəlik, cinayət əməllərinə icazə verilməklə Ermənistan QXC-nin növbədənkənar toplantısı adı altında bəzi şəxslər tərəfindən toplantı keçirilir.
Bu qurultayda Mxitar Mnatsakanyanın yerinə Anna Yeğiazaryan sədr seçilib”, - nəşr yazıb.
Ermənistan Qızıl Xaç Cəmiyyəti ianələr hesabına maliyyələşən qurum, qeyri-hökumət təşkilatıdır.
Təşkilat daxilində baş verən hadisələr, o cümlədən qarşıdurmalar isə göstərir ki, bu təşkilat heç də şəffaf deyil.
Təbii ki, 60 milyon dram buxarlanmayıb.
İndi sual yaranır:daxilində xaosun davam etdiyi, ianələri cibinə yığan qurum və onun üzvləri necə ədalətdən, haqdan, insan hüquqlarından danışa bilərlər?
İdarə etdiyi “Range Rover Velar” markalı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Afət Əhməd qızı Quluzadə saxlanılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.
BDYPİ bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir qadın sürücü qayda pozuntusuna görə saxlanılaraq cəzalandırılmışdı.
Ötən gün sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışını əks etdirən görüntülər yayılıb.
Hadisənin məktəbdən kənarda olduğu bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.
Bəs görüntüləri çəkən və qıza qarşı qeyri-etik davranış sərgiləyən şəxsləri hansı cəza gözləyir?
Vəkil Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülərdən aydın olur ki, onlar yetkinlik yaşına çatmamış şəxslərdir:""“Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Əgər görüntülərdə qeydə alınan şəxslərin on altı yaşı tamam olubsa, Cinayət Məcəlləsinin 221-ci maddəsi üzrə, yəni xuliqanlığa, ictimai qaydanı kobud surətdə pozduqlarına, cəmiyyətə açıq-aşkar hörmətsizlik göstərdiklərinə, şəxslərə qarşı zor tətbiq etdiklərinə görə məsuliyyətə cəlb oluna bilərlər.
Eyni zamanda, xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə, yəni təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayəti üzrə məsuliyyətə ...
O vurğulayıb ki, zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxsin valideynləri şərəf və ləyaqətin alçaldılmasına görə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər:""“Son zamanlar bu kimi hadisələrlə dəfələrlə rastlaşırıq.
Beləliklə, təcrübə göstərir ki, təhsil müəssisələrində şagirdlərin intizam məsuliyyəti üzrə təsiredici addımlar atılmır.
Habelə, məktəblərdə şagirdlərlə onların hüquq və vəzifələri, məsuliyyəti barədə məlumatlandırıcı tədbirlər həyata keçirilmir.
Eyni zamanda, məktəb heyəti ilə birlikdə valideynlər də üzərinə düşən məsuliyyəti və vəzifələrini anlayaraq şagirdlərin tərbiyəsində yaxından iştirak etməlidirlər.
Hesab edirəm ki, belə neqativ halların aradan qaldırılması üçün məktəblərdə profilaktik tədbirlər görülməli, şagirdlər və valideynlərlə profilaktik söhbətlər aparılmalıdır.
Onların hüquq və vəzifələrini, məsuliyyətini əhatə edən təlim və tədbirlər həyata keçirilməlidir”.
Sumqayıtda təhlükə saçan nasaz işıqforun fəaliyyəti bərpa edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, sözügedən texniki problem 10 gün bundan əvvəl baş verib:""“Hadisə 10 gün əvvəl güclü küləkli hava şəraitində qeydə alınıb.
Əraziyə dərhal “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin əməkdaşları cəlb ediliblər və işıqfor düzəldilib.
Hadisə nəticəsində heç kimə və heç nəyə ziyan dəyməyib”.
15:20"Sumqayıtda nasaz işıqfor təhlükə saçıb.
Oxu.Az xəbər verir ki, bunu əks etdirən videogörüntü sosial şəbəkədə yayımlanıb.
Sülh küçəsində işıqforun yerindən qopması və yellənməsi təhlükə yaradıb.
Videonu təqdim edirik:""Könül Cəfərli
“WhatsApp”da mesencer istifadəçilərini profilindən fotoların yayılmasından qoruyan funksiya tətbiq olunacaq.
Məlumata görə, tərtibatçılar avatorların (profil şəkli) skrinşotlarının çəkilməsini qadağan etməyə hazırlaşırlar.
Qeyd olunub ki, beş il əvvəl mesencerdən istifadəçilərə profil şəkillərini saxlamaq imkanı verən funksiya silinib.
Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan konfidensial istifadəçi məlumatlarını qorumaqla əsaslandırılıb.
İndi “WhatsApp”ın “Android” üçün 2.24.4.25 beta versiyasında profil şəkillərinin skrinşotlarını bloklayan funksiya var.
Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını qeyd edən bildiriş görünür.
Oxşar məhdudiyyətə bank proqramlarında və ya “Telegram” mesencerində də rast gəlmək mümkündür.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group” şirkətlər qrupu arasında memorandum imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
O bildirib ki, ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan “Gürok Group” şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.
Azərbaycan İnvestisiya Şirkəti" ASC (@AIC_OJSC) və Türkiyənin "Gürok Group" (@GurokGrup) şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə #Azərbaycan-da şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının… pic.twitter.com/vlwIbPRcqj
İqlim maliyyəsi 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunacaq əsas məsələlərdən biridir.