Search is not available for this dataset
text
stringlengths
10
518k
İlham Əliyevin çıxışında Azərbaycanın suverenliyinin qorunması, Silahlı Qüvvələrinin qüdrətinin daim artırılması, ailə institutunun möhkəmlənməsi və beynəlxalq birlikdə Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının genişlənməsi məsələsi də öz əksini tapdı.
Prezidentin “sözümüz imzamızdır” ifadəsi siyasi fəaliyyətinin qayəsini təşkil edir.
Hər bir azərbaycanlı inanır ki, İlham Əliyev bundan sonra da ölkə maraqlarını yüksək səviyyədə qoruyacaq”.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı xalqın səsinin və etibarının mütləq çoxluğu ilə (92,12 faiz) İlham Əliyev yenidən dövlət başçısı seçilib.
“İlham Əliyev andiçmə mərasimindəki çıxışında ilk dəfə prezident seçildiyi dövrdən Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi sahələrdə əldə edilmiş böyük uğurları, daxili və xarici siyasətdə qarşıya qoyulan hədəflərin tam yerinə yetirilməsi, eləcə də növbəti prezidentliyi dövründə dövlətimizin daha da güclənməsi is...
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
O bildirib ki, 2003-cü ildə ilk dəfə prezident seçilən İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edəcəyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması üçün çalışacağını vurğulamışdı:""“Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Prezident İlham Əliyev, əgər Ermənistan Azərbaycan torp...
Ölkə başçımız Azərbaycanda güclü ordu quruculuğuna xüsusi diqqət ayırır.
Güclü ordu quruculuğu üçün möhkəm, dayanıqlı iqtisadiyyatın olmasının vacibliyini vurğulayan İlham Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi.
Qısa müddətə, cəmi 20 ilə Ali Baş Komandan Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi.
Azərbaycan Ordusu 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda güclü istehkamlar qurmuş Ermənistan silahlı qüvvələrini cəmi 44 günə darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.
Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı, hərbi sənayenin yaradılmasına və inkişaf etdirilməsinə də xüsusi önəm verərək Azərbaycanda güclü hərbi sənaye kompleksi yaratdı.
Vətən müharibəsində Azərbaycan Ordusu xarici dövlətlərdən alınmış ən müasir silahlarla yanaşı, öz hərbi sənayemizin istehsal etdiyi silahlarla düşməni məğlubiyyətə uğratdı.
Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqil dövlətdir.
Dünyada azsaylı ölkələrdənik ki, iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyilik.
Artıq Azərbaycan hərbi sənaye sahəsində də yeni mərhələyə qədəm qoyub.
Bu il hərbi sənaye sahəsinə bir milyard manat vəsait qoyulacaq.
Azərbaycanın istehsal etdiyi silahlar və döyüş texnikaları xarici dövlətlərə də ixrac olunur.
Prezident İlham Əliyevin hərbi sənayenin inkişafına yönəlmiş siyasəti sayəsində ölkəmizin digər dövlətlərdən silah almasını minimuma endirəcək.
Növbəti mərhələdə Azərbaycan dünyanın ən müasir silah istehsal edən dövlətinə çevriləcək.
Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini bərpa etdikdən sonra xarici qüvvələrin torpaqlarımıza təcavüzün qarşısının alınması üçün sərhədlərimizin güclü qorunması vacibdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, sərhədlərimizdə ən müasir üsullardan istifadə edilməklə güclü infrastruktur yaradılıb.
Prezidentimiz ölkəmizdə milli birliyin, həmrəyliyin bərqərar olunmasına nail oldu.
Azərbaycanda yaşayan bütün xalqları bir ideya - azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.
Milliyyətindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin ətrafında birləşdi.
Bütün xalq çətin günlərdə Prezidentimizə inandı, güvəndi.
Prezidentimiz də hər zaman öz xalqına arxalandı.
Məhz bu sarsılmaz birliyin, həmrəyliyin nəticəsində Azərbaycan böyük, şanlı qələbəyə imza atdı.
Bu dövrdə elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq, milli ləyaqət uğrunda canlarından keçərək şəhid oldular.
İlham Əliyevin güclü siyasətçi, xalqı tərəfindən sevilən bir lider olması ilə yanaşı, bütün dünya ölkə başçımızı görkəmli bir sərkərdə kimi də tanıdı.
Ali Baş Komandan dünyaya müharibə aparmaq mədəniyyətini də nümayiş etdirdi.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında da xalqımız prezidentimiz ətrafında birləşdi.
Artıq soydaşlarımızın bir qismi öz doğma yurd yerlərinə qayıdıb və bu proses davam edir.
Quruculuq işləri Prezidentin təsdiq etdiyi Baş planlara uyğun həyata keçirilir.
2026-cı ilin sonuna qədər 140 min soydaşımızın öz evlərinə dönmələri planlaşdırılır.
Qısa vaxt ərzində misli görünməmiş yenidənqurma işlərinin bu şəkildə aparılması Azərbaycan dövlətinin iqtisadi gücünün nümunəsidir.
2003-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu.
İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatlar sayəsində ümumdaxili məhsulumuz yeddi milyard dollardan 72 milyard dollara qalxdı.
Bu, iqtisadiyyatımızın sürətli, dayanıqlı inkişafının əsas göstəricisidir.
Valyuta ehtiyatlarımız 20 il ərzində 1,6 milyard dollardan 69,5 milyard dollara qədər artdı.
Bu, sağlam maliyyə sistemimizin göstəricisidir”.
Millət vəkili onu da əlavə edib ki, Prezident İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin, rifahının yaxşılaşdırılması təşkil edir:""“2003-cü ildə ölkəmizdə minimum əməkhaqqı doqquz manat idi, hazırda 345 manatdır, minimum pensiya 20 manatdan 280 manata çatdırıl...
Bu artım dinamikası getdikcə daha da artırılacaq.
Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi sayəsində hər il onminlərlə yeni iş yerləri yaradılır.
Son 20 ildə yoxsulluq səviyyəsi 50%-dən 5%-ə düşüb ki, bu da dünya dövlətləri arasında ən yaxşı nəticə sayılır.
Ölkə başçısı İlham Əliyev 20 il ərzində dünya siyasi arenasında Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırdı.
Ölkəmiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi.
Dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi.
Azərbaycanın COP29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident İlham Əliyevin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir.
Bu sahədə Azərbaycanda böyük layihələr həyata keçirilib və bu istiqamətdə daha böyük layihələr icra ediləcək.
Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropa ölkələrinə ixrac ediləcək.
Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.
Belə ki, dünyanın səkkiz ölkəsinə təbii qaz ixrac edir.
Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək.
Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var və yeni qaz yataqlarının istismara verilməsi bu planların reallaşmasına zəmin yaradır.
Azərbaycan coğrafi cəhətdən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir.
Məhz ölkə başçımızın Azərbaycanda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu vasitəsilə şərqdən qərbə, şimaldan cənuba Azərbaycanın üzərindən yükdaşımalar həyata keçirilir ki, bu da ölkə başçısı İlham Əliyevin Azərbaycanla yanaşı, dünya iqtisadiyyatının yüksəlməsinə də böyük töhfə verməsinin nümunəsidir.
Azərbaycan türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir.
Türk Dövlətləri Təşkilatının yaranmasında Prezident İlham Əliyevin misilsiz əməyi olub.
Böyük bir coğrafi ərazini əhatə edən, zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə yardım olacaq.
Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa, həzm edə bilmirlər.
Hər zaman ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənləri Prezident İlham Əliyev hər zaman məğlubiyyətə uğradıb.
Ölkə başçımız Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir.
Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar.
Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diktə ilə danışmaq onların özlərinə ziyan gətirəcək.
Kimliyindən asılı olmayaraq, ölkəmizə qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvə sərt və tutarlı cavabını alacaq.
Ölkə başçımız dəfələrlə bu haqda Ermənistan və onun havadarlarına xəbərdarlıq edib.
Prezident İlham Əliyevin zəkası, müdrik, qətiyyətli siyasəti və məğrur Azərbaycan xalqının öz lideri ətrafında yumruq kimi birliyi Azərbaycanı dünyada daha böyük söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcək”.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ötən illər ərzində Sizinlə və Azərbaycan hökuməti ilə əməkdaşlığımızdan məmnun olmuşuq.
Dünya Bankı Qrupu ölkənin 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasında əksini tapmış əsas strateji prioritetlərin həyata keçirilməsində Sizi dəstəkləməyə sadiqdir.
Biz bütün Azərbaycan vətəndaşlarının faydalanacağı investisiya siyasətinin hazırlanması və həyata keçirilməsində hökumətinizə yardım üçün qlobal təcrübəmizi bölüşməyə hazırıq.
Son onillik ərzində Azərbaycan öz inkişafında mühüm nəticələr əldə edib.
Ölkənin iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sektorundan asılılığın azaldılması məqsədilə hərtərəfli islahatların həyata keçirilməsi ilə bağlı öhdəliyinizi yüksək qiymətləndirirəm.
Mən, həmçinin Sizi Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə və bununla da iqlim fəaliyyətinə dair qlobal diskursun formalaşmasına kömək etməyə hazır olduğunuzu nümayiş etdirdiyinizə görə təbrik edirəm.
Sizə yeni Prezident mandatınızda uğurlar arzulayıram və əməkdaşlığımızın davam edəcəyinə ümid edirəm”.
18:24"Venesuela Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Venesuela Bolivar Respublikası hökuməti və xalqı adından Sizə müraciət etməkdən şərəf duyur və bu fürsətdən istifadə edərək 2024-cü il fevralın 7-də keçirilmiş demokratik prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram.
Həmçinin seçki prosesində Azərbaycan qurumlarının fəaliyyəti zamanı əldə etdikləri uğurları yüksək qiymətləndiririk.
Şübhəsiz ki, bu, hərtərəfli inkişafla yanaşı, sülh, rifah və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməklə, xalqın milli suverenliyə sadiqliyıni təsdiqləyən bariz bir qələbədir.
Azərbaycan xalqının demokratik vətəndaş mövqeyinin ifadəsi ilə Simon Bolivar və Uqo Çavesin vətənindən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və multisentrik, çoxtərəfli dünyanın davamlı şəkildə möhkəmləndirilməsı yönündəki istəklərimızı Sizə çatdırırıq.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha yüksək ehtiramımı və hörmətimi bildirirəm”.
17:01"Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm.
Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm”.
15:50"Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına göstərdiyiniz xidmətdə, ölkənizin tərəqqisi və rifahı istiqamətində fəaliyyətinizdə Zati-alinizə uğurlar arzulayıram.
Xalqlarımız arasında mövcud olan sıx dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edərək, bu münasibətlərin ölkələrimizin mənafeyi naminə daha da inkişaf etdirilməsi ilə bağlı istəyimizi bir daha vurğulayıram.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram”.
13:59"Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Masdar” şirkəti adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Müdrik liderliyiniz və baxışınız sayəsində “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ölkənizdə təmiz enerjinin təşviqi istiqamətində birlikdə səylə çalışır.
Azərbaycan bərpa olunan enerjinin istehsalında regionda lider olmaqda davam edir.
Bu tərəfdaşlığın əyani nəticəsi ötən ilin oktyabrında Azərbaycanın ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı birinci günəş elektrik stansiyası layihəsinin - 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi ilə nümayiş olundu.
Prezidentliyinizin yeni dönəminə başlayarkən “Masdar” tərəfdaşlığımızı daha da gücləndirməyi, bununla da birlikdə ölkənin nəhəng təmiz enerji potensialını üzə çıxarmağı səbirsizliklə gözləyir.