Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Rayonun Şilyan və Qarasu kəndlərinin kəsişməsində yerləşən tibb məntəqəsinin binası ötən əsrin sonlarında inşa olunub. |
Vaxtı ilə həyətyanı sahəsi üç hektar olan ərazidə kənd xəstəxanası kimi fəaliyyətə başlayan bu məntəqə ikimərtəbəli əsas və birmərtəbəli yardımçı binadan ibarətdir. |
Binanın tikintisinin başa çatdığı vaxt keçmiş məcburi köçkünlər əsas binada məskunlaşıblar. |
Bu səbəbdən də kənd xəstəxanası yardımçı binada fəaliyyətə başlayıb. |
Keçmiş məcburi köçkünlər 2006-cı ildə binadan başqa yerə köçürülüblər. |
Amma tikili baxımsızlıq ucbatından elə bir hala düşüb ki, xəstəxana üçün yararsız hesab edilib. |
Tavan çöküb, döşəmə yararsız halda, qapı-pəncərə istismar müddətini başa vurub və divarlar bir-birindən xeyli aralanmış vəziyyətdədir. |
Hətta binanın bir hissəsi uçub. |
Sakinlər deyirlər ki, məntəqəyə getməyə qorxduqları üçün həkimi evə çağırmalı olurlar. |
Mövcud vəziyyətdən tək sakinlər deyil, 10 nəfərdən ibarət tibbi heyət də çox narahatdır. |
Onlar deyirlər ki, müraciət edən xəstələrə keyfiyyətli xidmət göstərə bilmirlər. |
Daha ətraflı APA TV-nin süjetində: |
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
Həmin şəxsdən “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron aşkar olunaraq götürülüb. |
M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. |
Həmçinin, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha yeddi ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. |
Bakının mərkəzində yerləşən, gələcək taleyi məlum olmayan binalardan biri də əhali arasında “Kəndçilər xəstəxanası” (sovet dönəmində əhalinin bütün təbəqələri üçün əlçatan olması, eyni zamanda dəmir yoluna yaxın ərazidə olduğu səbəbindən belə adlandırılıb - red.) |
kimi tanınan keçmiş 4 saylı Şəhər Kliniki Xəstəxanasının binasıdır. |
Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsi, 61 ünvanında yerləşən, 1911-1912-ci illərdə arxitektor Konstantin Borisoqlebskinin layihəsi əsasında tikilən bina Bakı Real Məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. |
Sözügedən bina sovet işğalından sonra 4 nömrəli Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. |
Tibb müəssisəsi 2018-ci ildən köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. |
Səhiyyə Nazirliyi binanın qurumun balansından çıxarıldığını təsdiqləyib. |
Qeyd olunub ki, hazırda onun nazirliyə heç bir aidiyyəti yoxdur. |
Məlumata görə, bina ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən qorunur. |
Əmlak kompleksi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6-cı maddəsinin 6.2.3-cü bəndinə görə, özəlləşdirilməsi qadağan olunan obyektlər siyahısına daxildir. |
Bina ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınıb, dövlət tərəfindən qorunduğundan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə binanın restavrasiya olunması ilə bağlı idarənin hansısa planının olub-olmadığı sualını ünvanladıq. |
Dövlət Xidmətindən bildirilib ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 4 nömrəli Şəhər Klinik Xəstəxanasının binası Səhiyyə Nazirliyinin balansındadır:“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər həmin abidəni... |
Eləcə də həmin şəxslər mülkiyyətində olan tarixi abidələrdə bərpa, konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. |
Bərpa-konservasiya işlərinin layihəsi müvafiq qaydada təsdiq edildikdən sonra, həmin işlər mütəxəssislərin nəzarəti altında həyata keçirilə bilər”. |
Təhsil ocağının fəxri himayədarı məşhur xeyriyyəçi İsa bəy Hacınski olub. |
Özünün də evi həmin gimnaziyanın yaxınlığında yerləşib. |
O zaman həmin küçə Balaxanski adlanırdı, sovet dövründə “Basin” etmişdilər. |
İsa bəy Hacınski, həmçinin Bakı Şəhər Dumasının qlasnısı (deputatı) idi.O, illik 1200 rubl ianədən başqa Mineralnı Vodı şəhərində gimnaziya üçün bağ yeri də almışdı. |
Qeyd etmək istəyirəm ki, adıçəkilən gimnaziya bu bina tikilənə qədər də var idi.Əvvəllər o, keçmiş “Vətən” kinoteatrının binasında yerləşirdi. |
Sovet dövründə bu binadan xəstəxana kimi istifadə olunmağa başladı”. |
Tədqiqatçı deyib ki, binanın bundan sonrakı taleyi il bağlı düşünəndə ilk olaraq onun mühitini nəzərə almaq lazımdır:“Orada bundan sonra ya çox ciddi bir təşkilat, ya da elə təhsil müəssisəsi yerləşsə, daha yaxşı olar. |
Amma binanı onu əhatə edən tikililər kontekstində də nəzərdən keçirmək lazımdır. |
Binaya Səməd Vurğun küçəsi tərəfdən baxdıqda görmək olar ki, onun arxasında heç bir əhəmiyyəti olmayan birmərtəbəli tikili var. |
Həmin tikili köhnə olsa da, sökülməlidir. |
Bu birmərtəbəli tikili XX əsrin əvvəlində plansız tikinti işlərinin əks-sədasıdır. |
Bundan sonra kişi gimnaziyasının binasının bir məhəllə kimi tikintisini arxa hissəyə tərəf davam etdirmək olar. |
Orada, hətta yeraltı parklanma yeri və digər yardımçı tikililər tikib, bu baxımdan onu müstəqil etmək olar. |
Yəni binada yerləşə biləcək hər hansı bir təhsil müəssisəsi və ya digər təşkilatın parklanma problemi olmayacaq”. |
F.Axundov vurğulayıb ki, həmin binanın gələcəyi ilə bağlı müzakirələr olarsa, onun ilkin profilinin davam etdirilməsinin, yəni təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin tərəfdarıdır. |
“Bakıda inqilabdan əvvəl təhsil müəssisəsi kimi tikilmiş binalar hazırda elə təhsil ocağı kimi fəaliyyətlərini davam etdirirlər. |
Bu baxımdan şəhərdə bir varislik ənənəsi var. |
Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti əvvəllər “Real məktəb”, 132-134 nömrəli orta məktəb “Qızlar gimnaziyası”, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti “Kommersiya” məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Mexanika-Texniki məktəb olub”, - o bildirib. |
Bakıda kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə məsələnin daha bir təfərrüatı məlum olub. |
Bizim.media-nın əldə etdiyi məlumata görə, azyaşlı qızını döyən Elnur Məmmədovun əmisi öz yoldaşını 20 il öncə küçənin ortasında amansızcasına qətlə yetirib. |
Həmçinin, qətli törədənin psixoloji problemləri olduğu üçün bir müddət psixiatriya xəstəxanalarından birində müalicə olunub çıxdığı və daha sonra öldüyü iddia edilir. |
Hətta Elnur Məmmədovun bir neçə gün əvvəl qardaşları ilə birgə öz qayınatası Böyükağa Əzizağa oğlu Əliyevi döyərək xəstəxanalıq etdiyi, döyülən şəxsin isə hazırda reanimasiyada müalicə aldığı da deyilir. |
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. |
Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb. |
“Şagirdlər zorakılıq törədən uşaqla bağlı hər hansı problem yaşamadıqlarını deyirlər”. |
Bunu 156 saylı məktəbin yaxınlığında zorakılığa məruz qalan yeniyetmə qızla bağlı jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. |
Onun sözlərinə görə, zorakılığı törədən şagird qarşı tərəfin ona virtual zorakılıq etdiyini iddia edir. |
“Hazırda zorakılıq edən şagird və onun ailəsi ilə əlaqə qura bilmirik. |
Telefonlara cavab vermirlər, qapıya gedən müəllimlərə də qapını açmırlar. |
Buradan həmin şagirdin valideyninə açıq şəkildə demək istəyirəm ki, bu onun məsuliyyətsizliyidir. |
Bildirim ki, zorakılıq edən qız qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq əxlaqsız xidmətlər göstərdiyini qeyd edib - red.). |
Bu səbəbdən də videodakı davranışa əl atıb. |
G.Səfərova əlavə edib ki, 156 saylı məktəb davranış qaydalarına görə pilot layihənin olduğu məktəblərdən biridir:""“Hazırda bu yöndən də biz araşdırma aparırıq. |
Bu məktəbdə müəllimlər üçün bullinq təlimləri keçirilib. |
Onu da qeyd edim ki, zorakılığa məruz qalan uşaq da 156 saylı məktəbin məzunu olub. |
Amma videonu çəkən şəxs məktəbin şagirdi olmayıb. |
Şagirdlərin arasında nə baş verdiyi barədə məsələyə gəldikdə isə, nazirlik rəsmisi qeyd edib ki, təfərrüat hələ məlum deyil. |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında ... |
“APA-Economics” xəbər verir ki, tədbirdə AAYDA, Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi, “Azərenerji” ASC, Fövqəladə Hallar Nazirliyinin Rabitə İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nə... |
AAYDA İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev qonaqları salamlayaraq bildirib ki, beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörmətin, möhkəm dəstəyin sübutudur. |
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsi respublikamızın dünyada artan nüfuzunun, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə olan marağının ifadəsidir. |
Bununla yanaşı, dünyanın bir çox yerlərində qlobal miqyasda böyük maraq doğuran COP29-un Bakıda keçirilməsi yeni iqtisadi layihələrə meydan açacaq və daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsinə şərait yaradacaq. |
Toplantıda sözügedən tədbirlərin Bakı şəhərində keçirilməsi ilə əlaqədar bir sıra küçə və prospektlərdə əsaslı təmir-bərpa işlərinin görülməsi ilə əlaqədar iclasda iştirak edən qurumlara məxsus yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin yerlərinin təyin edilməsi, təmiri və yerlərinin dəyişdirilməsi istiqaməti... |
Türkiyədə beynəlxalq “zəhər taciri”, “Türk Eskobar” ləqəbli Urfi Çetinkayanın rəhbərlik etdiyi mütəşəkkil cinayət təşkilatına qarşı əməliyyat keçirilib. |
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. |
Məlumata görə, 9 bölgədə keçirilən “Kafes-44” əməliyyatı zamanı ümumilikdə 42 şübhəli saxlanılıb. |
Saxlanılanlar arasında Rüstəm və Hakan Çetinkaya ilə yanaşı ABŞ tərəfindən “İnterpol” xətti ilə qırmızı bülletenlə axtarışda olan bir nəfər də olub. |
Qeyd edək ki, hazırda həbsxanada olan, dəfələrlə həbs edilən, lakin müxtəlif səbəblərdən azadlığa buraxılan və bir əməliyyat zamanı polisin “Dayan” əmrinə tabe olmadığı üçün vurulan Urfi Çetinkaya hazırda əlil arabasında həyatına davam edir. |
Narkotik ticarəti cinayəti üzrə qırmızı bülletenlə axtarışa verilən və 24 il həbs cəzası alan Urfi Çetinkaya ötən il İstanbulun Sarıyer qəsəbəsində bir ünvanda keçirilən əməliyyat zamanı ələ keçirilib. |
Onun olduğu yer barədə hər gün gizləndiyi villaya gedib-gələn fizioterapevt sayəsində məlumat əldə etmək mümkün olub. |
İstanbul merkezli 9️⃣ İlde Elebaşılığını Uluslararası Zehir Taciri TÜRK ESCOBAR’ı lakaplı Ürfi Çetinkaya’nın (Cezaevinde) yaptığı Silahlı Organize Suç Örgütüne yönelik “KAFES-44” Operasyonları düzenlendi❗️ Operasyonlar sonucu Rüstem ve Hakan Çetinkaya ile ABD tarafından İnterpol… pic.twitter.com/rTmLWWcsDl""Mənbə:NTV.c... |
“Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi məktəbinin yetirməsidir. |
Dövlət başçısı 2003-cü ildən bəri onun siyasi kursunu uğurla yerinə yetirir”. |
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib. |
Onun sözlərinə görə, bu müddət ərzində İlham Əliyev daim Azərbaycan xalqı qarşısında görəcəyi işlər və atdığı addımlar barədə geniş məlumatlar verib:""“Hər prezident seçkisindən sonra o, ölkənin qarşısında duran problemlər və həlli ilə bağlı çıxış edir. |
Nəticədə Prezidentin vədlərini yerinə yetirdiyinin şahidi oluruq. |
Biz 2003-cü ildən onun andiçmə mərasimində “Hər bir azərbaycanlının prezidenti olacağam” dediyinin şahidiyik. |
Prezidentimiz siyasi baxışlarından, hansı işdə çalışmasından asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının qorunması və həyatının daha yaxşı olması üçün çalışır. |
O, 20 il əvvəlki andiçmə mərasimində 2008-ci ilə kimi bir çadır şəhərciyinin qalmayacağını, ordu quruculuğunun böyük vüsət alacağını, Qarabağ probleminin həllində diplomatik yolla yanaşı, hərbi yolun da mümkün olacağını bildirmişdi. |
Ondan sonrakı seçkilərdə Azərbaycanın daim milli maraqlarının qorunması məsələsini özünün əsas prinsipi olduğunu bəyan edib. |
Biz bunu dövlət başçısının fəaliyyətində gördük. |
20 il ərzində Azərbaycanın büdcəsi 20 dəfəyə qədər artdı. |
Ümumi daxili məhsulun həcmi çoxaldı. |
Eyni zamanda, 2,2 milyon iş yeri yaradıldı və orta əməkhaqqı artdı”. |
Deputat əlavə edib ki, İlham Əliyevin sayəsində Azərbaycan daha demokratik, insan hüquqlarının yüksək səviyyədə qorunduğu ölkəyə çevrilib:""“Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun artması üçün maksimum addımlar atıldı və nəticəsini görürük. |
Regionların sosial-iqtisadi inkişafı prioritet məsələlər kimi həyata keçirildi. |
Prezident torpaqlarımız işğal altında olan zaman keçirilən bütün görüşlərdə problemin dinc yolla həlli üçün səy göstərdi. |
Bu, mümkün olmadığı üçün Vətən müharibəsindən sona antiterror tədbirləri ilə ərazi bütövlüyü təmin edildi. |
Andiçmə mərasimində İlham Əliyevin:“Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. |
Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”, - kimi fikirləri tarix kitablarına düşəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.