Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Və mənim heç vecimə də deyil necə...""Onun kimiləri cəzalandırmadıqca, digərlərinin də ayağı yer alır. |
Hərə bir dəlilik kağızını alıb qoyacaq cibinə ki, “mənə toxunmayın, dəliyəm”. |
Niyə başqasının uşağına zərər vurursan? |
Təəssüflər olsun ki, bizim cəmiyyətdə danışmaqla, başa salmaqla, iş getmir. |
Gərək başının üstündə çomaqlı nəzarətçi kimi duran olsun ki, özləri bir tərəfə, başqasının uşağına zərər yetirməsin. |
İndi anası gələcək üstümüzə ki, hay-haray! |
Yadınıza oğlu tərəfindən baltalanan Pikə ananı salın. |
O da elə deyirdi “Əhmədin anası ölməyib”. |
Hər şey elə balaca zorakılıqdan başlayır. |
Valideynin başlı-başına buraxdığı uşaqların sonu ya küçə olur, ya da həbsxana. |
Tarix boyu belə olub və olacaq. |
Əgər Dilarə digər qızın alnına yazdığı sözü anasından öyrənibsə, gedib o sözü evlərinin divarına yazıb tez-tez də oxusun. |
Bu məsələdə nə məktəbin, nə də müəllimin günahı var. |
O ədəbsiz sözü Dilarəyə ədəbiyyat müəllimi imla yazdırarkən öyrətməyib. |
Uşaqlar evdə ana-atasının tökdüyünü yığırlar. |
Yaxşı olar ki, yığdıqlarını da öz evlərinə töksünlər, nəinki cəmiyyətə, ətrafa...""Elə bu arada xəbər gəldi ki, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”. |
Bu məsələyə cəmiyyət qəti mövqe bildirməli, həm Dilarə, həm də onun valideynləri məsuliyyətə cəlb olunmalıdırlar. |
“Uşaq dərk etmir ki, qanunla o cəzalandırıla bilər. |
Bəzən elə düşünürlər ki, onlar uşaqdır deyə məsuliyyətdən kənar qalacaqlar. |
Maksimum valideynləri məktəbə dəvət ediləcək və məsələ bitəcək”. |
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib. |
O bildirib ki, 16 yaşında inzibati məsuliyyət, 17 yaşında cinayət məsuliyyəti yaranır:""“Videoda qızın saçını kəsir, bu, Cinayət Məcəlləsinin maddəsidir. |
Təhqir edir, bu cinayət məsuliyyəti daşıyır. |
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunu var. |
Bu qanuna əsaslanaraq uşaqların bir-birinə qarşı bu cür davranışlarının qarşısının alınması ilə bağlı tədbir görüləcək. |
Bu cür zorakılıqların qarşısının alınması üçün qanun layihəsi hazırlanır. |
Hazırda aidiyyəti qurumlarla bu istiqamətdə işlər gedir. |
O qanun layihəsi çərçivəsində uşaqların neqativ davranışları, bullinq və cinayət məsuliyyəti yaradacaq hərəkətlərə yol verən yetkinlik yaşına çatmayan şəxslər barəsində tədbirlər görüləcək. |
Baxın, orada videonu çəkən şəxs “dayan, bəsdir” deyir. |
Onlar özləri də məsuliyyətə cəlb ediləcəklər. |
Hüquq-mühafizə orqanları bu məsələni araşdırır, materiallar toplanır. |
Bu videoları sosial şəbəkədə paylaşan şəxslər də məsuliyyətə cəlb ediləcəklər. |
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurumlara, QHT-lərə məsələni diqqətdə saxlanmasını xahiş edirəm. |
Uşaqların hüquqi tərbiyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi önəmlidir”. |
“Qanunvericilikdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən zərərçəkən və bullinq edən uşaqların cəmiyyətə yenidən qaytarılması istiqamətində reabilitasiya proqramı hazırlanmalıdır”. |
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib. |
O bildirib ki, bu proseslərdə ailə vəziyyəti, valideynlərlə münasibəti və yeniyetmənin mövcud psixoloji durumu nəzərə alınaraq reabilitasiya tətbiq edilə bilər:""“Hər şey ailədən başlayır, ailə mühiti nəzərə alınmalıdır. |
Araşdırılmalıdır ki, o uşağı bu cür neqativ hərəkətlərə vadar edən nədir. |
Yaxşı olardı ki, bu hallar yaşanmamışdan öncə qarşısı alınardı. |
Belə görünür ki, bu hallar daha əvvəl də olub. |
Dərk edilmədən atılan addımdır. |
Ya onlar özləri bullinqə məruz qalır, ya da kimlərisə bullinqə məruz qoyurlar. |
Hətta mənə bayaq bir video da göstərdilər ki, başqa bir uşaqla bağlı da görüntülər yayılıb. |
Belə halların yaşanmaması üçün addımlar atılmalıdır. |
Valideynlərlə ciddi danışıqlar aparılmalıdır, təlim-tərbiyə prosesində hansı boşluqlar varsa, tapılmalı və düzəldilməlidir. |
İctimai qınağa məruz qalmamaq üçün valideynlər bəzən bu cür halları ört-basdır edirlər”. |
“Bəzən uşaqların heyvanlar üzərində neqativ, aqressiv hallara yol verdiyinin şahidi oluruq. |
Əgər uşaq heyvana qarşı bu davranışları edirsə, onunla vaxtında psixoloq işləməlidir. |
Valideyn bu halı diqqətdən kənarda qoymamalıdır. |
Hətta uşaq oyuncaqlarına qarşı da aqressiv davranırsa, valideyn o uşaqla bağlı psixoloqa müraciət etməlidir”, - deyə Taliyə İbrahimova qeyd edib. |
Son illərdə ölkə səhiyyəsində gedən inkişaf göz önündədir. |
Belə ki, əvvəlki illərdə ölkə vətəndaşları müalicə və müayinə üçün əcnəbi ölkələrə üz tuturdular ki, bu tendensiya artıq dəyişmək üzrədir. |
Belə ki, artıq xarici ölkələrdən pasiyentlər də müalicə üçün ölkəmizə gəlməkdədirlər. |
Bu istiqamət üzrə araşdırma edən “Xəzər TV”, “Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi”də müalicə alan əcnəbi pasiyentlərdən müsahibə alıblar. |
Müsahibə zamanı bəlli olub ki, Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrdən olan pasiyentlər “Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi”nə müxtəlif xroniki xəstəliklərin müalicəsi üçün gəlirlər. |
Xoralı Kolit, Kron, Parkinson, Trofik Xora, Dağınık Skleroz, Artroz, revmatoid artrit, psoriaz, bronxial astma, podaqra kimi xəstəliklərdən əziyyət çəkən yüzlərlə pasiyent son ümid yeri kimi İnteqrativ Təbabət metodu ilə müalicə üçün bu mərkəzə üz tuturlar. |
İndi isə həmin süjeti sizə təqdim edirik: |
“Bakıda atanın uşağına qarşı etdiyi şiddətlə bağlı tədbir görülüb. |
Oxu.Az xəbər verir ki, bunu Bakıda atanın üç övladı və xanımına qarşı şiddət göstərməsini əks etdirən, sosial şəbəkələrdə yayılmış videosu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri Taliyə İbrahimova deyib. |
O bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən ata barəsində həbs qətimkan tədbiri seçilməsi istiqamətində tədbir görülüb. |
Xatırladaq ki, Bakı şəhəri, Türkan qəsəbəsinin sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədovun xanımı və üç övladına şiddət göstərdiyi müəyyən olunub. |
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. |
E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. |
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hazırda icarə əsasında “Vest Hem”də çıxış edən yarımmüdafiəçi Kalvin Fillipsdən üzr istəyib. |
Belə ki, ingiltərəli futbolçu “Vest Hem”ə keçdikdən sonra Qvardioladan incikliyi barədə danışıb. |
Onun sözlərinə görə, bununla bağlı hadisə 2022-ci ildə Qətərdə dünya çempionatından qayıtdıqdan sonra baş verib. |
İspaniyalı məşqçi onu artıq çəkili olmaqda ittiham edib və formaya qayıdana qədər oynamayacağını, hətta məşqə buraxmayacağını deyib. |
Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib və özünə hörmətinə mənfi təsir edib. |
Qvardioladan bu deyilənlərlə bağlı soruşduqda isə o üzr istəyib:""“Bəli, mən çox təəssüf edirəm. |
Səkkiz ildə bir dəfə üzr istəmək pis deyil. |
Ondan üzr istəyirəm”, - deyə məşqçi bildirib. |
Bu mövsüm Fillips bütün yarışlarda 14 matçda iştirak edib və bir qol vurub. |
Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şəripova 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. |
Oxu.Az xəbər verir ki, bu barədə tacik jurnalist Odil Nozir məlumat yayıb. |
Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi barədə məsələ parlamentin plenar iclasına tövsiyə olunub. |
Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. |
Xatırladaq ki, F.Məmmədov ədliyyə naziri olub. |
Ölkə ərazisində fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. |
Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. |
Gecə və səhər zəif duman olacaq. |
Mülayim şimal-şərq küləyi əsəcək. |
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək. |
Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. |
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə-dək isti olacaq. |
“Cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək. |
Cinayət törədən yeniyetmələrin yetkinlik yaşına çatmayanların islah müəssisəsinə yerləşdirilməsi bir qədər fərqlidir”. |
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova bullinq hadisəsi zamanı davranışında cinayət əməlləri olan yeniyetmələrin islah müəssisələrinə yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib. |
O bildirib ki, qanunvericilikdə bu məsələlər cinayət tərkibindən asılı olaraq dəyişir:""“Cinayət törətmiş yeniyetmədən fərqli olaraq bu kimi hallarda daha humanist addımlar seçilməsinə üstünlük verilir. |
Düzdür, hər bir şəxs dərk etməlidir ki, artıq 16 yaşında cinayət məsuliyyəti yaranır. |
Lakin yetkinlik yaşına çatmayan şəxslərin inkişaf dövründə olduğu nəzərə alınaraq, onlar barəsində daha çox profilaktik və tərbiyəedici tədbirlərin seçilməsinə üstünlük verilir. |
Bütün hallarda araşdırmaların, toplanan materialların yekun nəticələri əsasında müvafiq tədbirlər görüləcək”. |
11-ci sinif şagirdinin başqa bir yeniyetmə qıza qarşı qeyri-etik hərəkətlər etməsini əks etdirən video ətrafında müzakirələr davam edir. |
Məsələ ilə bağlı Baku TV-yə danışan Bakının 156 nömrəli məktəbinin direktoru Gülər İsmayılova hadisənin iştirakçısı olan şəxsin onun rəhbəri olduğu məktəbdə təhsil aldığını bildirib:""“Hadisə yanvarın 17-si, məktəbdənkənar zamanda, təxminən günorta saat 3-dən sonra baş verib. |
Bizim məktəbdə dərslər saat ikiyə qalmışdan bitir. |
Hadisə zamanı görünən iki nəfərdən yalnız biri bizim şagirdimizdir. |
Onlardan 11-ci sinif şagirdi bizim məktəbdə oxuyur, digər şəxs isə onun qonşusudur. |
Həmin şagirdin oxuduğu zaman hansısa psixoloji pozuntusu olduğu, həmçinin, onun məktəbdə oxuyan digərlərinə qarşı neqativ hərəkətlər etdiyi nəzərə çarpmayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.