Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onun tərəfindən verilən kassasiya şikayətinə yaxın günlərdə baxılacaq. |
Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:""Goranboy rayonu, Heydər Əliyev prospekti, 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min manat olan qeyri-yaşayış binası;"Goranboy şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış b... |
Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 min 800 manat olan torpaq sahəsi;"Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. |
Külli miqdarda mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. |
Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. |
Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. |
Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. |
Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib. |
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə qayınatasının valideynlərinin görüntüsünü yayımlayıb. |
Oxu.Az xəbər verir ki, o bununla bağlı sosial media hesabında paylaşım edib. |
Van Dammın anasının ad gününə qatılan Suada bildirib ki, Eliana Van Varenberq 90 yaşını qeyd edib. |
Xatırladaq ki, Kristofer və Suada 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda evləniblər. |
Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, sürücünün yollarda müəyyən edilmiş istiqamətin əksinə hərəkət etməsinin hansı nəticələrə səbəb ola biləcəyi, eləcə də bu kimi qayda pozuntularına yol verən şəxslərlə bağlı görülən tədbirlər barədə ictimaiyyətə vaxtaşırı məlumat verilməsinə baxmayaraq, s... |
Haqlı olaraq ictimai qınaq obyektinə çevrilən budəfəki videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib. |
Araşdırma zamanı “Nissan” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş istiqamətin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olduğu müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. |
Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb. |
Nyu-York Universitetindən diyetoloq və molekulyar bioloq Marion Nesl bildirib ki, məşhur inancın əksinə, istənilən növ şokoladda faydalı bitki birləşmələrinin, “flavonol”ların konsentrasiyası azadır. |
Eyni zamanda şokoladın tərkibində çoxlu kalori və şəkər var. |
Diyetoloqun fikrincə, hətta tünd şokolad belə ona aid edilən antioksidant xüsusiyyətlərə malik deyil. |
Südlü şokoladla müqayisədə onun tərkibində daha çox “flavonol” - bədən hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruya bilən bitki birləşmələri var. |
Bunlar maddələr mübadiləsi zamanı bədəndə toplanan hissəciklərdir. |
Lakin istənilən növ şokolad hazırlanarkən antioksidantla zəngin kakao tozunu şəkər və tərkibində yüksək dərəcədə kalori, yağ və şəkər olan bitki yağları ilə qarışdırırlar. |
CBC telekanalı çəkilişləri Ermənistanda, Qərbi Azərbaycanın Zəngəzur bölgəsində aparılan “Buğakar ziyarətgahı” sənədli filmini hazırlayıb. |
Film Qərbi Azərbaycanda, müasir Ermənistan ərazisində yaşamış və irsləri məhv olunan azərbaycanlıların tarixinin az öyrənilən səhifələrinə həsr olunub. |
Lentin əsasında İrəvanda və Zəngəzurun kəndlərində çətin şəraitdə aparılan çəkilişlər dayanır. |
Nəticədə CBC-nin çəkiliş qrupu yerli sakinlərin köməyi ilə qədim Azərbaycan ziyarətgahı olan Buğakarın izlərini aşkar edərək Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılmasına dair sübutları qeydə alıb. |
Filmin baş prodüseri CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilovdur. |
Filmdə azərbaycanlıların mədəni-tarixi irsinin dağıdılması və gizlədilməsinin davam etdiyi İrəvanın kadrları təqdim olunub. |
Kinoxronikalar göstərilir və əvvəllər azərbaycanlılara məxsus torpaqlara xaricdən ermənilərin köçürülməsi barədə məlumatlar verilir. |
Çəkiliş qrupu bir vaxtlar azərbaycanlıların yaşadıqları kənddə olub və indiki sakinindən müsahibə alıb və o, bu torpaqların əslən azərbaycanlılara məxsus olduğunu etiraf edib. |
Bundan əlavə, filmdə Zəngəzurda dağıdılmış Buğakar ziyarətgahının dron ilə lentə alınmış unikal kadrları yer alıb. |
Filmin müəllifləri Fransa və ABŞ-nin Ermənistandakı səfirlikləri daxil olmaqla, müxtəlif səfirliklərə müraciət ediblər. |
Müraciətin məqsədi həmin səfirliklərin əməkdaşlarının Buğakar ziyarətgahına ziyarət edib-etməmələri və onun ermənilər tərəfindən dağıdılması barədə onlarda məlumatın olub-olmaması barədə məlumat əldə etmək olub. |
Müəlliflər dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların mədəni irsinin qorunub saxlanmasının və regionun obyektiv tarixi mənzərəsinin bərpasının əhəmiyyətinə cəlb etməyi qarşılarına məqsəd qoyublar. |
Filmi bu linkdən izləyə bilərsiniz: |
İqtisadiyyat Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi müzakirə edilib. |
Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. |
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, enerji sahəsinin ikitərəfli əməkdaşlıq gündəliyində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. |
Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd edilib. |
İnvestisiya əməkdaşlığının genişləndirilməsi, enerji keçidi dövründə rəqəmsallaşma üzrə təcrübə mübadiləsinin aparılması istiqamətlərində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. |
Səudiyyə Ərəbistanının energetika nazirinin müavini Məcid bin Hindi Aluteibi ölkəsinin Azərbaycanla qarşılıqlı biznes dialoqunun genişlənməsindən məmnunluğunu ifadə edib, ikitərəfli iqtisadi əlaqələrin gündəliyində olan məsələlər, birgə layihələrin reallaşdırılması barədə fikirlərini bildirib. |
Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. |
11:46"Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrinin dayanıqlı inkişafı müzakirə edilib. |
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. |
“Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanl... |
Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin #neft və #qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin #iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, #investisiya-ların təşviqi, #bərpaolunanenerji və… pic.twitter.com/EFi8K0pdKE |
Dağıstanın Rutul və Xiv rayonunun ərazisində zəlzələ baş verib. |
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. |
Qeyd olunur ki, yeraltı təkanların gücü 4,6 bal təşkil edib. |
Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib. |
Dağıntı və tələfat barədə məlumat verilməyib. |
Avropa İttifaqı (Aİ) onun strukturuna yeni regionların daxil olması ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb. |
Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2025-ci il tarixinədək qüvvədə olacaq. |
Bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub. |
Qərar dərc edildiyi gündən 1 gün sonra qüvvəyə minəcək. |
“Bullinqə məruz qalan qızın 16 yaşı var. |
Bu videoya baxanda insan çox üzülür. |
İstənilən davranışın bir hüququ nəticəsi olmalıdır. |
Əgər şəxsiyyəti alçaldan, fiziki, psixoloji təzyiqlər varsa, bu, cəmiyyətdə xaos yaradır”. |
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib. |
O bildirib ki, faktla bağlı araşdırma gedir və bəzi məqamlar var ki, onlar barədə yekun nəticələrdən sonra danışmaq lazımdır:""“Yeri gəlmişkən bildirmək lazımdır ki, qarşı tərəf özü də bənzər davranışlara yol verib. |
Zərərçəkən şəxsin daha əvvəllər həmin qızlara qarşı ləyaqəti alçaldan hərəkətlər etdiyinə dair iddialar da var. |
Lakin bu barədə təfərrüatlı şəkildə araşdırma aparıldıqdan sonra danışmaq mümkündür. |
Lakin sosial şəbəkələrdə paylaşılan videoda bir şəxsin digərini cəzalandırdığı və bundan zövq aldığı görünür. |
Belə başa düşülür ki, həmin uşaqların heç birinin ailəsində düzgün tərbiyə yoxdur”. |
İrəvanın Nor-Nork rayonunda bələdiyyə binası atəşə tutulub. |
Ermənistan KİV-in məlumatına görə, ikinci mərtəbənin pəncərələrində yeddi güllə izi aşkarlanıb. |
Həmçinin, yaxınlıqda dayanmış avtomobilin arxa pəncərəsində də güllə izi olub. |
Kubra Məhərrəmova yazır...""Çox əcəb işə düşmüşük. |
Özləri bir işə yaramırlar, doğub atırlar ya polisin, ya da məktəbin üstünə. |
Hələ bir adamı borclu da çıxarırlar. |
Bu uşaqları polis, ya da məktəb tərbiyə etməlidir? |
Məktəbdən, ya da polisdən icazə alıb doğmusunuz ki, məsuliyyəti də bu qurumların üstünə atırsınız? |
Doğursansa, tərbiyəsini ver, adam elə. |
Yox, tərbiyə verə bilmirsənsə, məktəb, ya da polis sənin üçün dayə deyil. |
Bizim üçün, cəmiyyət üçün problem doğma. |
Onsuz da, problemimiz az deyil. |
Hələ bir kimsənin də nəzarətsiz, küçə söyüşləri ilə danışan, uşağına da yiyə durmalıyıq? |
Şəxsən mənim elə bir fikrim yoxdur! |
Anası var, atası var, yiyə dursun! |
O, ana-ata ki, 15-16 il tərbiyə verdiyi uşaq budur. |
Yeri gəlmişkən, əgər ana-ata desə ki, bəs biz bu uşaqla bacarmırıq, lap yaxşı. |
Ailədən alınıb verilsin çətin tərbiyə olunan şagirdlər üçün xüsusi məktəblərə, internatlara. |
Niyə mənim uşağım belə vəhşi ilə bir məktəbdə oxusun ki? |
Ya da bir başqasının uşağını niyə alçaltsın ki? |
Aha, indi ortaya malakeşlər düşəcək ki, “bəs, bəlkə zorakılıq göstərən uşağın psixoloji problemləri var?” Hə, ikinci Əhməd nümunəsi? |
Cibində dəlilik kağızı ilə bir gün gəlsin kiminsə evinə basqın eləsin, adamları baltalasın. |
Əslində Dilarə elə potensial Əhməddir. |
Dünən gecə saatlarından sosial şəbəkələrdə paylaşılan Dilarə adlı birinin, əxlaqsız, tərbiyəsiz, biabırçı görüntüləri insanların Əhmədin törətdiyi qanlı faciədən sonra, onsuz da tarıma çəkilmiş əsəblərini daha da gərdi. |
Sadəcə Dilarənin əlində balta deyil, qayçı var. |
Özündən yaşda balaca, zəif bir məktəbli qızı təhqir edir, saçını qayçı ilə kəsir, başına yumurta vurur, qızın alnına təhqiramiz söz yazır, hələ bir həyasızcasına hırıldayır. |
Soruşmaq lazımdır, ay Dilarə, hansı gününə hırıldayırsan? |
Bəlkə əlaçısan, bəlkə hansısa elmi olimpiadada yer tutmusan? |
Adım kimi əminəm ki, heç adını belə düzgün yaza bilmirsən. |
İndi de görüm, hansı gününə “qoçuluq” edirsən? |
Kim sənə başa salıb ki, nə edirsən elə, sənə cəza düşməyəcək?! |
Bu gün, sabah yetkinlik yaşına girəcəksən. |
Belə görürəm, bir az da o yan, bu yan olsa Dilarə elə qayçı ilə adamlara zərər vuracaq. |
Bu cür adamlar ciddi və güzəştsiz cəzalanmalıdırlar! |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.