Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
FHN xəbər verir ki, bu çərçivədə, respublika ərazisində iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində həmin yanğınların bir hissəsinin tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nətic... |
Yüksək yanma xassəsinə malik bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsinə səbəb olur. |
Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur”. |
Yuxarıda qeyd olunanları, habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və bu obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən t... |
Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı yayılan videodakı zərərçəkənin valideynləri tərəfindən Ombudsman Aparatına müraciət daxil olmayıb. |
Buna baxmayaraq, məlumatın yayımlandığı ilk vaxtdan məsələ Ombudsmanın nəzarətinə götürülüb və aidiyyəti qurumlar qarşısında da məsələlər qaldırılıb. |
Oxu.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib. |
“Baş vermiş bu hadisə narahatedici və üzücü haldır. |
Bu cür halların baş verməsi, belə çəkilişlərin edilməsi ilə bağlı təəssüf hissi keçiririk. |
Təhsil müəssisələrində psixoloqlar tərəfindən psixoloji iş, məktəb-valideyn əlaqələri gücləndirilməli, valideynlər tərəfindən azyaşlıların təlim-tərbiyə prosesinə xüsusi diqqət göstərməlidir”, - deyə məlumatda qeyd edilib. |
11:40"Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb. |
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. |
“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. |
İstintaq hərəkətləri davam etdirilir”, - o vurğulayıb. |
10:04"“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”. |
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib. |
O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. |
Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”. |
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələnin nəzarətə götürüldüy... |
Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. |
Digəri isə qayçı ilə qızın saçını kəsir. |
Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır. |
“Tələbə qızların geyim tərzinə və hicablarına nəzarət etmək üçün psixoloqların köməyi ilə hicab nəzarətçiləri təşkil olunub”. |
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri Tehran Universitetinin rektorunun müavini Mehdi Şahbazi deyib. |
“Məcburi hicab qaydalarının tətbiqi ilə bağlı universitetin müəllimələrinə də ciddi xəbərdarlıq edilib”, - Mehdi Şahbazi vurğulayıb. |
Qeyd olunub ki, ötən illərdə “Qadın Həyat Azadlıq” şüarı altında etirazlarda 700-dən çox tələbə saxlanılıb. |
Onlardan bir neçəsi universitetlərdən qovulub, bəzilərinə isə İnqilab məhkəmələri tərəfindən ağır cəzalar verilib. |
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək. |
Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. |
Bildirilib ki, martın 1-dən aprelin 25-dək marafonda iştirak üçün qeydiyyat aparılacaq. |
Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. |
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN-dir. |
Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. |
Korporativ müraciətlərdə (hər təşkilatdan minimum beş iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilməlidir. |
Bakı marafonunda tələbələrin iştirakı ilə bağlı ödəniş Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı vəsait ödəmirlər. |
2016-cı ildən təşkil olunan ənənəvi Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. |
“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir. |
Budəfəki marafonun da start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. |
Marafonun marşrutu:Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xaqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi, Cavanşir k... |
“Bakı Marafonu 2024”ün mükafatlandırılması iki kateqoriyada olacaq. |
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq. |
Bütün marafon iştirakçılarına və yarışın təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. |
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. |
Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək. |
“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. |
Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. |
Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir. |
Bank kartından oğurluq edən şəxslər saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar. |
Faktla bağlı araşdırma aparılır. |
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) oyununun digər təyinatları müəyyənləşib. |
Onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. |
Matçın hakim-inspektoru funksiyasını isə Fredi Fautrel (Fransa) yerinə yetirəcək. |
Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. |
İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. |
Cənubi Koreyadakı bütün stajor-həkimlər, rezidentlər və internaların yarısı (6,5 min nəfər) hakimiyyət orqanlarının universitetlərdə tibb ixtisasları üçün kvotaları artırmaq planlarına etiraz olaraq istefalarını təqdim ediblər. |
Məlumata görə, 100 xəstəxanadan ən azı 6 415 həkim müraciət edib. |
Səhiyyə nazirinin müavini Park Min Su 757 stajor-həkimə işə qayıtmaq əmri verildiyini bildirib. |
Əmrin pozulması üç ilə qədər həbslə nəticələnə bilər. |
Səlahiyyətlilər, həmçinin lisenziyaların ləğvini də nəzərdə tutublar. |
Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan Britaniyaya məxsus “Rubymar” gəmisinin batması ilə bağlı video yayımlanıb. |
“Rubymar”a bir neçə gəmi əleyhinə raketlə hücum edilib. |
Husilərin nümayəndəsi Yəhya Sariya əməliyyat zamanı gəminin heyətinin təxliyə edildiyini vurğulayıb. |
Son günlər daha bir neçə gəmiyə ciddi ziyan dəyib. |
Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan ediblər. |
Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. |
Venesuela yaxın gələcəkdə BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacaq. |
Bu açıqlama ilə Venesuela prezidenti Nikolas Maduro çıxış edib. |
“Yeni dünya düzəninin yaranması və BRİKS-ın konsolidasiyası geri dönməz hal alıb və Venesuela tezliklə BRİKS-ə qoşulacaq”, - deyə N.Maduro vurğulayıb. |
Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Samir Ağabalayevə həvalə edilib. |
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb. |
Belə ki, nazirin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsini icra etmək müvəqqəti olaraq S.Ağabalayevə tapşırılıb. |
Xatırladaq ki, 2019-2023-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev olub. |
O, ötən ilin sonlarında vəzifəsindən azad edilib. |
Bakıda oğurluq edən şəxslər tutulublar. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-na keçən gecə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar. |
Faktla bağlı araşdırma aparılır |
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd ərazi nümayəndəsi, 1985-ci il təvəllüdlü Fərrux Cabbarov yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. |
Mərhumun qohumunun sözlərinə görə, icra nümayəndəsi sükan arxasında olarkən ürək tutması səbəbindən dünyasını dəyişib. |
Sosial şəbəkələrdə Fərrux Cabbarovun sürücülük hüququnun olmaması, avtomobilinin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi haqda yayılan xəbərlərə mərhumun qohumu belə aydınlıq gətirib:""“Çoxu deyir ki, içkili olub, sürücülük vəsiqəsi olmayıb. |
Sürücülük vəsiqəsi var, içki qəbul edən insan deyil. |
Rayonumuz, camaatımız üçün çalışan biri idi”. |
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. |
Ətraflı Baku TV-nin süjetində:""10:48"Ağdamda ərazi nümayəndəsi yol-nəqliyyat hadisəsi zamanı ölüb. |
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. |
1991-ci il təvəllüdlü Fərrux Nazim oğlu Cabbarov idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. |
Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. |
Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. |
Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb"Faktla bağlı araşdırma aparılır. |
Ottava Ukraynaya əlavə yardım paketinin bir hissəsi olaraq Kiyevə öz istehsalı olan 800-dən çox dron göndərəcək. |
Bu barədə ölkənin müdafiə naziri Bill Bler məlumat verib. |
“Ümumi dəyəri təxminən 95 milyon dollar olan dronlar baş nazirin (Castin Trüdo) keçən ilin iyun ayında Kiyevə səfəri zamanı təqdim etdiyi 500 milyon dollar paketdən ödəniləcək”, - deyə məlumatda bildirilib. |
Qeyd edilib ki, söhbət Kanadada istehsal olunan “SkyRanger R70” dronlarından gedir. |
Bu dronlar hədəfləri aşkar və identifikasiya etmək üçün müxtəlif kamera sistemlərinə malik ola bilirlər. |
Kanadanın bu dronları aprelin əvvəlinə qədər Ukraynaya çatdıracağı gözlənilir. |
Bler, həmçinin Kanadada hərbi təyinatlı məhsulların istehsalının artırılmasının zəruriliyindən də danışıb və vurğulayıb ki, istehsal müdafiə deməkdir. |
2022-ci ilin fevral ayından Kanada Ukraynanın dəstəklənməsi üçün artıq 9,7 milyard dollar, o cümlədən 2,4 milyard dollar hərbi yardıma xərcləyib. |
Abşeron rayonunun Atyalı qəsəbəsinin sakinləri yol problemlərinin həll olunmamasını iddia edirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.