Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, dayanacaq pavilyonlarının olmaması həm yayda, həm də qışda onlar üçün ciddi problemlər yaradır. |
Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə ödəniş terminallarının olmaması da hər gün ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün ciddi çətinlik yaradır. |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti nəzərə alınır. |
“Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. |
Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. |
Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələlərində pavilyonların quraşdırılmaması səkilərin ensiz, bir çox yerlərdə isə ümumiyyətlə olmaması ilə bağlıdır. |
Bu səbəbdən qeyd olunan yol üzərində tərəfimizdən pavilyonlar deyil, dayanacaq nişanı qoyulub”, - deyə qurumdan bildirilib. |
Bakıda sürücünün avtomobilini yolayrıcında park edib ərazini tərk etməsi hərəkət iştirakçılarına çətinlik yaradıb. |
Xezerxeber.az-ın məlumatına görə, sözügedən avtomobil saatlarla eyni yerdə qalıb. |
Yoldan istifadə edən sakinlər bildiriblər ki, avtomobil uzun müddətdir buradadır və maşının belə park edilməsi düzgün deyil. |
Sürücülər də maşının bu şəkildə park edilməsinin onlara təhlükə yaratdığını bildiriblər. |
Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, avtomobilin bu şəkildə park edilməsi qanuna uyğun deyil. |
Braziliya prezidenti Luis İnasiu Lula da Silva respublikanın Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırılmasını əmr edib. |
Bu barədə “Folha de S.Paulo” nəşri yazıb. |
“Braziliyanın Tel-Əvivdəki səfiri Frederiko Mayer Lula tərəfindən məsləhətləşmələr üçün ölkəyə geri çağırılıb”, - nəşrdə qeyd olunub. |
Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kaç Braziliya Prezidenti Lula da Silvanı “persona non grata” elan edib. |
Ermənilər Ağdamda turboreaktiv raket basdırıblar. |
Belə ki, raketin yanına 120 millimetrlik minaatan mərmiləri düzülüb. |
Kənardan idarə olunan bu tələ işə salındıqda ərazidə həm güclü partlayış, həm də partlayış qəlpəli effekt yaranır. |
Ətraflı “AzTV Xəbər”in süjetində: |
İngilis “What Car?” avtomobil jurnalı ən pis elektrik krossoverlərinin reytinqini tərtib edib. |
Qeyd olunur ki, ən problemlilər siyahısına “Audi Q8 e-tron”, “Jaguar I-Pace” və “Opel Mokka” daxildir. |
İllik etibarlılıq araşdırması çərçivəsində 21 min sürücü arasında son iki ildə avtomobillərində qeydə alınan nasazlıqlar və problemlər, eləcə də təmirin dəyəri və vaxtı ilə bağlı sorğu keçirilib. |
Sorğunun nəticələrinə əsasən 32 brenddən 178 model haqqında məlumat toplamaq mümkün olub. |
Tədqiqatın nəticələrinə görə ən az etibarlı krossover “Opel Mokka Electric” olub. |
Onun işində sürücülərin 40%-i akkumulyatorda, 27%-i media sistemində, 13%-i mühərrik, elektrik və sükan idarəetməsində problemlərdən şikayətləniblər. |
“Jaguar I-Pace” də aşağı etibarlılıq nümayiş etdirib, avtomobil sahiblərinin 42%-i onunla bağlı problemlərdən şikayətləniblər. |
Eyni zamanda, nasazlıqların 58%-nin aradan qaldırılması bir həftədən çox vaxt aparıb ki, onlardan 35%-i evakuator olmadan servis mərkəzinə çatdırıla bilməyiblər. |
Antireytinqə daxil edilən üçüncü model “Audi Q8” krossoverinin elektrikli versiyası olub. |
Sorğuda iştirak edən sahiblərin 40%-i onun nasazlıqlarından şikayətləniblər. |
Qeyd olunub ki, onun əsas problemi elektrik avadanlıqları və media sistemindədir. |
İtaliyada Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Requiem per Khojaly” adlı konsert keçiriləcək. |
Oxu.Az xəbər verir ki, konsert “Parrocchiale di Santa Maria della Mercede” kilsəsində baş tutacaq. |
Qeyd edək ki, tədbir Azərbaycanın İtaliya və Müqəddəs Taxt-Tac yanındakı Səfirliklərinin təşəbbüsü ilə keçirilir. |
Ağ Evin hazırkı rəhbəri Co Baydenin uzaq qohumu 160 il əvvəl Amerika Vətəndaş müharibəsi zamanı orduda bıçaqlanan və adam öldürməyə cəhddə və hərbi nizam-intizamı pozmaqda günahlandırılan Amerika prezidenti Abraham Linkoln tərəfindən əfv edilib. |
Buy barədə arxiv sənədlərinə istinadən məlumat yayılıb. |
“Sənədlər göstərir ki, Abraham Linkoln Baydenin ulu babasını əfv edib”, - məlumatda bildirilir. |
ABŞ Milli Arxivinin qeydlərinə görə, 21 mart 1864-cü ildə Virciniya ştatında Beverli-Ford düşərgəsində Amerika Vətəndaş müharibəsinin qızğın vaxtında Baydenin ulu babası olan Mozes Robinett ilə başqa bir mülki şəxs Con Aleksander arasında dava baş verib. |
Hadisə nəticəsində Aleksandr bıçaqlanıb, Robinett isə adam öldürməyə cəhddə ittiham edilərək Florida ştatı yaxınlığındakı adalardan birində həbsxanaya göndərilib. |
O, qətlə cəhddən əlavə, hərbi intizamı pozmaqda da ittiham olunub. |
Şirvanda badımcan turşusundan zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb. |
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. |
Bildirilir ki, aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şirvanda badımcan turşusu qəbul etmiş şəxsin zəhərlənmədən Sumqayıt şəhər xəstəxanasında dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb. |
Belə ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası tərəfindən 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyevaya “toksiki şok, dəqiqləşdirilməmiş sepsis, kəskin respirator çatışmazlığı və poliorqan çatışmazlığı” diaqnozu qoyulmuş və bunun nəticəsində müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum o... |
Qeyd edək ki, ötən turşudan zəhərlənmiş gənc Sumqayıt şəhərində xəstəxanada öldüyü barədə məlumat yayılıb. |
08:04"Şirvanda turşudan zəhərlənmiş gənc Sumqayıt şəhərində xəstəxanada ölüb. |
Faktla bağlı araşdırma aparılır. |
Şagirdlərin elektron yerdəyişməsi başlayıb. |
Oxu.Az xəbər verir ki, sy.edu.az portalı üzərindən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşib. |
Qeyd edək ki, 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. |
Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq doqquzuncu siniflər üzrə yerdəyişmə prosesi də martın birindən tədris ilinin sonunadək aktiv edilməyəcək. |
08:12"Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır. |
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. |
Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. |
Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək. |
Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ, DYPB) əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” işarəsi verilib. |
Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. |
Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. |
Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə A.Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib. |
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt şəhər sakini Elşən... |
Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman iki kiloqramdan artıq narkotik vasitə olan marixuana, eləcə də iki ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd tapança aşkar olunaraq götürülüb. |
Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib. |
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən E.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
İttihama görə, 2001-ci il təvəllüdlü E.Əliyev 2020-ci ildə zərərçəkmiş İ.Əliyevanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən mənzilindən və avtomobildən ümumilikdə 209 800 manatlıq qızıl-zinət əşyalarını gizli yolla talayıb. |
Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. |
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Aləmzar Kazımovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kazımova səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, A.Kazımova iki qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoymaqda təqsirləndirilir. |
İstintaq orqanı tərəfindən A.Kazımovaya Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub. |
İsrail hökuməti müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa şərait yaradacaq. |
Bu açıqlama ilə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib. |
Bununla belə, o qeyd edib ki, Əl-Əqsa məscidində giriş üçün müəyyən qaydalar müəyyənləşdirilib. |
“İsraildə hər bir dini obyekt üçün maksimum ibadət kvotaları hazırlanıb. |
Eyni kvotalar Məscidül-Əqsa üçün də mövcuddur və onlara ciddi şəkildə əməl olunacaq”, - deyə D.Gendelman vurğulayıb. |
O əlavə edib ki, yaxın günlərdə Məscidül-Əqsaya giriş proseduru və meyarları İsrail polisi tərəfindən ictimaiyyətə açıqlanacaq. |
“Azərbaycan Hava Yolları” QSC (AZAL) bir sıra məşhur istiqamətlərə - Dubay, Ər-Riyad və Nyu-Delhi şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir. |
Bildirilib ki, təklif çərçivəsində endirimli aviabiletləri 20-29 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. |
Aksiya yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 24 fevral-27 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. |
Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. |
Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. |
Nyu-Delhi şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir. |
Bu şəhərlər sərnişinlərə unudulmaz səyahət təcrübəsi vəd edir və müxtəlif mətbəx, tarixi və memarlıq nümunələrinə qərq olmaq imkanı yaradır. |
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. |
Endirimli aviabiletlərin sayı məhduddur. |
Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. |
AZAL ilə sərfəli qiymətə səyahət etmək fürsətini qaçırmayın! |
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verib. |
Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər. |
Kampaniya martın 5-dək davam edəcək. |
Azarkeşlərə üçgünlük tribuna biletləri ilə yanaşı, "Pit yolu gəzintisi” bileti də təqdim ediləcək. |
Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər. |
Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula-1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq. |
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.