Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qəsəbə sakini İlkin Həsənov sakinlərin şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıb. |
O, yol problemi ilə bağlı şikayətlərinə cavab almadıqlarını qeyd edib:""“Yağış yağıb, yollar keçilməz vəziyyətdədir. |
Palçıq əlindən tərpənə bilmirik. |
Kanalizasiya suları da küçəyə axır. |
Məktəbə gedən yol bərbad vəziyyətdədir. |
Uşaqlar məktəbə gedə bilmirlər. |
Yol problemi həllini tapmayıb”. |
Abşeron Rayon Hökməli Qəsəbə Bələdiyyəsinin sədri Ramil Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların şikayət etdiyi Qaçaq Nəbi küçəsində yerli bələdiyyə tərəfindən bir neçə dəfə abadlıq işləri aparılıb, əraziyə çınqıl tökülərək yayılıb:""“Abşeron rayonunun Hökməli qəsəbəsindəki daxili küçələrin ab... |
Ötən il ərzində qəsəbənin 10-dan çox küçəsində abadlıq işləri aparılıb, şəhidlərin adlarını daşıyan 2 küçə asfaltlanıb, digərlərinə isə çınqıl tökülərək yayılıb. |
Abşeron RİH-nin müraciəti əsasında 2023-cü ildə qəsəbənin 2 küçəsi (4 kilometr) gecə işıqlandırılması ilə təmin olunub. |
Cari ildə isə daha 26 küçənin (ümumilikdə 18155 metr), o cümlədən Qaçaq Nəbi küçəsinin də işıqlandırılması ilə bağlı müraciət olunub və bu işlərin ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulub. |
Qeyd edək ki, vətəndaşların şikayət etdiyi Qaçaq Nəbi küçəsində yerli bələdiyyə tərəfindən bir neçə dəfə abadlıq işləri aparılıb, əraziyə çınqıl tökülərək yayılıb. |
Yerli özünüidarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında küçələrin asfaltlanmasında müəyyən yubanmalar olur. |
Buna baxmayaraq Qaçaq Nəbi küçəsinin asfaltlanması məsələsi qurumun planlarına daxil edilib və büdcə imkan verdiyi zamanda adıçəkilən küçənin asfalt örtüyü ilə təmin olunması nəzərdə tutulub”. |
Həmin görüntüləri təqdim edirik:""Atyalı qəsəbəsinin yol problemi həllini tapmayıb. |
“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb və müəyyən olunub ki, 130-a qədər təhsil müəssisələrində istilik sistemi məktəblərin binası daxilində yerləşdirilib. |
Bununla bağlı aidiyyəti orqanlara müraciət olunub”. |
Bunu APA-nın yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elnur Qasımov deyib. |
O bildirib ki, əvvəlki dövrlərdə təhsil müəssisələrinin tikintisini sifarişçi qismində Təhsil Nazirliyi yox, başqa təşkilatlar həyata keçirirdilər:""“Tikinti normalarına zidd olaraq təhsil müəssisələrinin bəzilərində istilik sistemləri məktəb binalarının daxilində, bəzi hallarda istilik sistemləri sinif otaqlarının üzə... |
Mütəxəssislərin də rəyinə əsasən, bu da təhlükə mənbəyidir və nəzərə alsaq ki, təhsil müəssisələrinin içərisində məktəbəqədər təhsil müəssisələri, yataqxanası olan məktəblər də var. |
Baş verə biləcək hər hansı fövqəladə hal zamanı onların məktəbdən təxliyəsi böyük çətinlik yaradar”. |
Elnur Qasımov qeyd edib ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nda da bu amillər nəzərə alınıb və ilkin olaraq 2024-25-ci tədris illərində həmin təhsil müəssisələrinin təqribən 13-də istilik sistemlərinin çö... |
Eyni zamanda, bundan sonra Təhsil Nazirliyinin özünün sifarişi ilə həyata keçiriləcək təhsil müəssisələrinin tikintisində istilik sistemlərinin layihələndirilməsi binadan çöldə nəzərdə tutulur. |
Buna misal olaraq Hacivar kənd tam orta məktəbinin, 1 000 şagird yerlik Naxçıvan şəhərindəki yeni təhsil müəssisəsinin, Naxçıvan şəhərində müasir tipli məktəb və bağça kompleksinin, Nehrəm qəsəbəsində uşaq bağçası və Qıvraq qəsəbəsində 500 yerlik təhsil müəssisəsinin tikintisi nəzərdə tutulur ki, layihəyə əsasən, həmin... |
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdənkənar və dörd peşə məktəbi olmaqla, ümumilikdə 270 təhsil müəssisəsi var. |
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin hüquqi adı və forması dəyişdirilib. |
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib. |
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin hüquqi adı və forması dəyişdirilərək “Şahbuz Tikinti” MMC-yə çevrilib. |
Bakıda avtomobil yoluna çıxaraq nəqliyyatın hərəkətinə mane olan heyvan zərərsizləşdirilib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iribuynuzlu heyvan zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. |
Heç bir hadisə qeydə alınmayıb. |
11:22"Bakıda iribuynuzlu heyvan avtomobil yoluna qaçıb. |
Oxu.Az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. |
Belə ki, paytaxtın Heydər Əliyev prospekti boyunca yolun hərəkət hissəsində qaçan iribuynuzlu heyvan sürücülərə təhlükəli anlar yaşadıb. |
Həmin görüntüləri təqdim edirik:""Könül Cəfərli |
“Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən keçmişin tör-töküntülərinin fəaliyyətinə qadağa qoymalıdır”. |
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının özünü hansısa “parlament” adlandıran qondarma qurumun “üzvləri”nin Vardan Oskanyanla görüşünə, “Qarabağ münaqişəsi həll olunmayıb” kimi gülünc fikirlərə dair erməni mətbuatında yayılan məlumatlarla əlaqədar bəyanatında qeyd olunub. |
Bəyanatda bildirilir:""“Bütün bunlar bir daha Qarabağ ermənilərinin son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını, xəyalpərəstlər və şovinistlər tərəfindən istifadə olunduqlarını göstərir. |
Bu, eyni zamanda, yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. |
Qərbi Azərbaycan İcmasının hətta mədəni irsin qorunması ilə bağlı fikirlərini özünün suverenliyinə qəsd kimi görən Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də “öz müqəddəratını təyin etmək”dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə qadağa qoymalıdır”. |
Məşhur rusiyalı alpinist Yevgeni Qlazunov Qırğızıstanda yerləşən Aksu zirvəsinə təkbaşına qalxarkən itkin düşüb. |
Məlumatı Qırğızıstanın Alpinizm və Dırmanma Federasiyası yayıb. |
“Hazırda Yevgeni Qlazunovun axtarışları davam etdirilir, lakin əraziyə çoxlu qarın yağması axtarış işlərini çətinləşdirir”, - deyə federasiyanın məlumatında qeyd olunub. |
Məlumatda, həmçinin qeyd olunur ki, Y.Qlazunovun axtarışlarına, o cümlədən pilotsuz uçan aparatlar da cəlb edilib. |
Mərmərə dənizində fırtına zamanı batan Türkiyənin “Batuhan A.” yük gəmisinin Ahmet Atav adlı ekipaj üzvünün hadisədən əvvəl sevgilisinə göndərdiyi son videogörüntülər yayılıb. |
Mexanik-stajor olaraq çalışan 22 yaşlı Ahmet Atavın su almağa başlayan gəmidən göndərdiyi görüntülərdə saçları yaş və üzündə su damcıları olub, paltarının üzərində də yağ ləkələri görünüb. |
“Suyun sızdığı yerləri təmir etdik. |
İndi yatırıq”, - deyə gəminin batacağından xəbərsiz olan gənc sevgilisinə bildirib. |
Ahmet Atav hadisədən iki gün əvvəl gəmini tərk edən iş yoldaşı və dostu, 33 yaşlı Doğuşcan Yaylaka borclarına görə işləmək məcburiyyətində olduğunu da deyib. |
“Bu səfərə də birlikdə çıxaq, sonra gedərsən. |
Borclarım var, onları bağlamalıyam”, - deyə o dostundan xahiş edib. |
Ancaq mən gəminin vəziyyətini bildiyim üçün oranı tərk etdim. |
Ahmet borcunu ödəmək üçün işləməyə davam edəcəyini söylədi. |
Gələcəkdə baş mühəndis olanda məni də yanına aparacağını deyirdi. |
Baş mühəndis-maşinist Murat Çalışkan da nişanlı idi, bir ay sonra toyu olacaqdı”, - deyə Doğuşcan Yaylak qeyd edib. |
Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. |
Gununsesi.info-nun xəbərinə görə, təcridxanada təkadamlıq kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir. |
Bu isə Əhmədovun saxlanıldığı ikinci korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir. |
Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir. |
Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur. |
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. |
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. |
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. |
Prezident İlham Əliyevin Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparmasının ikitərəfli və regional əlaqələr kontekstində əhəmiyyəti böyükdür. |
Çünki Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi regionda Bakı-Ankara müttəfiqliyinin işığında görünən yeni mənzərələr fonunda diqqətəlayiqdir. |
Əliyev-Ərdoğan müzakirələrinin geniş spektri:""- Regional və qlobal şoklara qarşı müştərək müdafiə immunitetinin gücləndirilməsinə;"- Gələcəkdə Bakı ilə Ankaranın strateji portfelinin təhsil üzərindən ortaya çıxara biləcəyi yeni imkanlara çıxış əldə etməsinə (Türkiyə-Azərbaycan Universiteti);"- Ticarət dövriyyəsinin hə... |
Türkiyə ilə Azərbaycanın ortaq strateji baxışı əsasında yaradılan konsepsiya müttəfiqlik əlaqələrinin təkmilləşdirilməsi və Cənubi Qafqazda iki ölkənin iştirakı əsasında çəkindirmə aktlarını müəyyən edir. |
Bu amillər Bakı-Ankara trafikində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maneçilik, regionun təhlükəsizliyinin qaraldılması cəhdlərinə qarşı tutarlı platformadır. |
Əliyevin səfəri, eyni zamanda, qlobal təhlükəsizlik arxitekturasındakı qeyri-müəyyənlik və sürətli geosiyasi dəyişikliklər dövründəki proseslərə Azərbaycanla Türkiyənin hazırlıq mərhələsini vurğulayır. |
Ərdoğanla Əliyevin mətbuata birgə bəyanatlarında həmin istiqamətlərin nəzərə çarpdığını görmək elə də çətin olmamalıdır. |
Belə ki:""- Ərdoğan bir daha regionda Azərbaycanla Türkiyənin maraqları üçün tənliklər yaradıb, onlar üçün mənfi nəticələr yaratmaq istəyən oyunçulara qarşı xəbərdarlıq ritorikasını nümayiş etdirdi. |
Bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ankaranın Bakının şərt və diktələrinin irəliləməsinə nail olmaq imkanlarını artırır;"- Əliyev bəyanatında Türkiyənin Azərbaycana dəstəkləri barədə xatırlatmalar edərək Bakıya qarşı növbəti mümkün təzyiq aparatlarına qarşı Ankaranın həlledici rolun... |
İkitərəfli strategiya Azərbaycan-Türkiyə müttəfiqliyinin regionun təhlükəsizliyinə davamlı yanaşma ilə bağlı prioritetlərinin aydın ifadəsidir. |
Proqnozlaşdırmaq olar ki, Əliyev-Ərdoğan görüşündən sonra Azərbaycanla Türkiyə:""- İkitərəfli hərbi əməkdaşlıqda növbəti səhifəni vərəqləyəcəklər. |
Əliyevin Qarabağda keçirilmiş antiterror tədbirlərinin nəticələrindən danışarkən “Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub” deməsi həmin meyarın perspektivini açır;"- Əlaqələrin dinamikası təhsil üzərindən qarşılıqlı inteqrasiyanın sıxlaşdırılması, ideoloji əsaslı qavrayışların yad və radikal düşüncələrə ... |
Qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə üç ay müddətə həbs qətimkan tədbiri seçilib. |
Bu barədə DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. |
11:33"Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib. |
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılıb:""“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. |
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. |
E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. |
11:18"“Kişi arvadına və qızlarına şiddət göstərir”. |
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. |
O bildirib ki, görüntülər bir müddət əvvəl çəkilib:""“Şiddət görən ana digər övladlarını qorumaq üçün bu görüntüləri çəkib. |
Qadın və üç qızı atasının evinə getsələr də, onların həyatları təhlükə altındadır. |
Qadının bir istəyi var ki, boşansın və qanun çərçivəsində aliment təyin edilsin”. |
K.Ağazadə əlavə edib ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürməlidirlər:""“Qadınların, uşaqların müdafiəsində koordinasiya olmasa, daha ağır hadisələrlə qarşılaşacağıq. |
Artıq Daxili İşlər Nazirliyi təhqiqata başlayıb. |
Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti qadına mühafizə orderinin verilməsində dəstək olmalıdır. |
Vəkillər Kollegiyasından xahiş edirəm ki, ödənişsiz vəkillə təmin edilməsində kömək olsunlar. |
Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailəni nəzarətə götürməlidir. |
Əmək və Əhalinin Sosial Nazirliyinin Sosial Xidmətlər Agentliyi xidmət paketlərini ailəyə təqdim etməlidir. |
Təhsilini davam etdirmək istəsə də, atası ərə vermək niyyətindədir”. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərdən məlumatlıdırlar:""“Məsələ nəzarətə götürülüb. |
Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. |
Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailəsinə şiddət göstərən kişi saxlanılıb və ona qarşı cinayət işi açılıb. |
Həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edilib. |
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum Quliyevin hüquqi varisi 600 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir. |
Eks-icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.