Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Donuzlar daha sonra mağazanı tərk ediblər. |
Onların sonrakı taleyi məlum deyil. |
“Elə olub ki, şagird öz valideyninə demədiyi şeyi bizimlə məsləhətləşib”. |
Bunu Baku TV-nin “O vaxtlar” verilişində zirəli müəllim Tamilla Məmmədova deyib. |
O vaxtkı müəllim-şagird münasibətlərindən danışan Zirə sakini qeyd edib ki, əvvəllər valideynlər öz övladlarını müəllimlərə rahatlıqla etibar edirdilər. |
“Valideynlərə övladlarından şikayət edəndə utanaraq deyirdilər ki, evdə anası mənəmsə, məktəbdə sənsən, hansı cəza lazımdırsa, ver. |
Onlara deyirdim ki, sizi sadəcə xəbərdar etmək üçün çağırmışam, övladınız nadürüst hərəkət edib”, - deyə o söyləyib. |
Hindistanın Kəşmir bölgəsində Pakistanla de-fakto sərhədi yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib. |
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. |
Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Qiqlit şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. |
Zəlzələnin ocağı 25 kilometr dərinlikdə olub. |
Tələfat və dağıntılar barədə məlumat yoxdur. |
Abşeronda intihar hadisəsi baş verib. |
Lent.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Nübar yaşayış massivində qeydə alınıb. |
Orada yaşayan 63 yaşlı Zahid Baxşəliyev evdə özünü asıb. |
Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. |
İntiharın səbəbləri hələlik bəlli deyil. |
Böyük Britaniya məktəblərində mobil telefonlardan istifadəyə tam qadağa tətbiq ediləcək. |
Qeyd olunur ki, bu tədbir tələbələr arasında pozuntuları minimumlaşdıracaq və siniflərdə davranışı yaxşılaşdıracaq. |
“İngiltərədə bu gün direktorlara verilən təlimata əsasən, mobil telefonlar məktəblərdə qadağan olunacaq”, - məlumatda bildirilir. |
Qadağanı pozan və dərsə telefon gətirən məktəblilər cəza olaraq dərsdən sonra məktəbdə saxlanılacaqlar, mobil cihazlar isə qeyri-müəyyən müddətə müsadirə olunacaq. |
Yeni qaydalara əsasən, müəllimlər bel çantalarında axtarış aparmaq hüququna malikdilər və itirilmiş və ya zədələnmiş telefonlara görə valideynlərin məhkəmə iddialarından hüquqi müdafiə alacaqlar. |
Bakı şəhərində Azərbaycan Respublikası və Xorvatiya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. |
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. |
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya Respublikasının nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiç rəhbərlik edib. |
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirə... |
Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və bu mötəbər tədbirin iki ölkə arasında mövcud strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar... |
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi barədə ətraflı məlumat verilib. |
Eləcə də, azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, orada həyata keçirilən bərpa-quruculuq işləri və bu istiqamətlərdə əməkdaşlıq imkanları ilə bağlı qarşı tərəf məlumatlandırılıb. |
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub. |
ABŞ-nin İndiana ştatının İndianapolis şəhərində atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. |
Bu barədə şəhər polisindən məlumat verilib. |
Hadisə “Waffle House” restoranlarından birində baş verib. |
Atəş açılması barədə xəbərdən sonra polis hadisə yerinə gəlib. |
Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın restoran müştəriləri arasında münaqişə nəticəsində baş verdiyini hesab edirlər. |
Atışma nəticəsində yaralanan beş nəfər xəstəxanaya yerləşdirilib, daha bir nəfər isə özü tibb müəssisəsinə yetişə bilib. |
Yaralı qadın daha sonra xəstəxanada ölüb. |
Faktla bağlı araşdırmalara başlanılıb. |
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bir gümüş və altı bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar. |
Oxu.Az-ın məlumatına görə, 122 xalla komanda hesabında üçüncü yeri tutan sərbəst güləş üzrə millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar. |
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkənin “Haber Global” telekanalı tərəfindən geniş işıqlandırılıb. |
Telekanalın Azərbaycan dövlət başçısının səfərilə bağlı hazırladığı silsilə süjetlərdə bildirilib ki, tarixi əhəmiyyət daşıyan yeddi fevral seçkisindən sonra İlham Əliyevin ilk xarici səfərini məhz Ankaraya etməsi ənənəvi və simvolik məna kəsb edir. |
Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında bir sıra önəmli mövzuların müzakirəsi davamlı şəkildə davam edir. |
Bu mövzular sırasına ikitərəfli münasibətlər başda olmaqla, Cənubi Qafqazdakı vəziyyət, eləcə də Yaxın Şərqdə cərəyan edən proseslər də daxildir. |
Telekanalın videomateriallarında diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr sanıldığından daha dərindir və möhkəm təməllər üzərində qurulub. |
Hazırda bir çox dünya dövlətləri bu qardaşlıq münasibətlərinə böyül qısqanclıqla yanaşsalar da, əlaqələrimizə xələl yetirməyə çalışsalar da, bütün bunlara rəğmən Bakı və Ankara işbirliyi getdikcə genişlənməkdə və güclənməkdədir. |
Daha ətraflı “Haber Global”ın efirində: |
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. |
Oxu.Az xəbər verir ki, milli üzvü 109 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. |
Dadaşbəyli birdənqaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. |
Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. |
O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. |
Toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. |
Qeyd edək ki, D.Dadaşbəyli polis baş-leytenantıdır. |
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı. |
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. |
Jurnalist Rufik İsmayılovun müsahibi Türkiyədə yaşayan azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd olub. |
O, doğulduğu, lakin uşaq yaşlarında tərk etmək məcburiyyətində qaldığı Qərbi Azərbaycanın Zəngibasar mahalı, İrəvan şəhəri barədə danışıb. |
Bildirib ki, yuxularında görür. |
Qeyd edib ki, insanın doğulduğu yerə gedə, oranı görə, babalarının məzarlarını ziyarət edə bilməməsi böyük faciədir. |
Ailəsinin, qohumlarının bir neçə dəfə deportasiyaya məruz qaldığını xatırladan D.Əhməd söyləyib ki, öz el-obasından, ata-baba yurdundan didərgin salınan insanların bir çoxu Vətən həsrəti ilə dünyalarını dəyişiblər. |
Türkiyə arxivlərində çoxsaylı araşdırmalar aparan tarixçi vurğulayıb ki, vaxtilə erməni zülmündən canlarını qurtaran soydaşlarımız qardaş ölkəyə də pənah aparıblar. |
Onun sözlərinə görə, Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var. |
Araşdırmaçı soydaşlarımızla həmsöhbət olduğunu, onlar haqqında maraqlı məlumatlar topladığını diqqətə çatdıraraq, sadəcə Türkiyədə deyil, ümumən xarici ölkələrdə məskunlaşan Qərbi azərbaycanlıların daim Vətən eşqi ilə yaşadıqlarını vurğulayıb. |
O, ötən əsrin 1918-1920-ci illərində mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında irəvanlı ziyalıların xidmətlərindən də danışıb. |
Bildirib ki, müsəlman Şərqinin ilk Demokratik Respublikasının yaradılmasında Qərbi Azərbaycan ziyalılarının mühüm rolu olub. |
Ötən əsrin əvvəlindəki ictimai-siyasi proseslərdən, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsindən söhbət açan tarixçi o dövrdə irəvanlı deputatların bu qərara etiraz etdiyini qeyd edib. |
“Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının başlıca vəzifəsi ölkəmiz barədə həqiqətlərin, ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır”, - söyləyən D.Əhməd Türkiyədə bu istiqamətdə gördüyü və planlaşdırdığı işlərdən də söhbət açıb. |
Onu da əlavə edib ki, Qarabağ Zəfəri soydaşlarımızda tarixi torpaqlarımıza qayıtmaq ümidini daha da artırıb. |
Tarixçi sonda vurğulayıb ki, İrəvanda, Göyçədə, Zəngəzurda yaşamaq hər bir azərbaycanlının haqqıdır. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
İranın Məşhəd şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazası etirazçı gənclər tərəfindən partladılıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. |
Qeyd olunub ki, etirazçı gənclər bunu İran rejiminin repressiyalarına etiraz olaraq həyata keçiriblər. |
Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan gəmi batıb. |
Bu barədə Yəməndəki mənbələrə istinadən məlumat yayılıb. |
Husilərin hərbi nümayəndəsi Yəhya Sariya bazar ertəsi səhər saatlarında Yəmən Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Britaniyaya məxsus “Rubymar” gəmisinə bir neçə gəmi əleyhinə raketlə hücum etdiyini və gəminin batmaq təhlükəsi ilə üzləşməsinə gətirib çıxaran ziyan gördüyünü bildirib. |
O qeyd edib ki, əməliyyat zamanı gəminin heyəti təxliyə edilib. |
Qeyd edək ki, İrana bağlı olan husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. |
Mənbə:“RİA Novosti” “Telegram” kanalı |
UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa” üzərindəki qələbəsi (4:2) barədə yazıb. |
Məqalədə bildirilib ki, komanda yeddi uğursuz cəhddən sonra, nəhayət ki bu mövsüm Avropa Liqasının qrupunu ilk iki yerdə başa vurub:""“İlk pley-off matçı isə heç vaxt təsəvvür edə bilməyəcək qədər yaxşı keçib və komanda möhtəşəm oyun nümayiş etdirib”. |
Materialda qeyd olunub ki, Bakıda keçiriləcək cavab oyunu öncəsi Ağdam təmsilçisinin görəcəyi çox iş var. |
Belə ki, “Qarabağ” tarixində ilk dəfə 1/8 final mərhələsinə yüksəlmək arzusundadır. |
Həmçinin, yazıda klubun baş məşqçisi Qurban Qurbanovun “Braqa” ilə ilk görüşdən sonra söylədiyi fikirlərə də yer verilib:""“Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. |
“Braqa” kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər”. |
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. |
Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində tavan altı kvadratmetr sahədə, mebel dörd kvadratmetr sahədə, bir ədəd qapı və dörd ədəd məişət avadanlığı yanıb. |
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən səkkiz nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və bir nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. |
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Qubada daha bir məktəbli xəstəlik səbəbindən vəfat edib. |
Oxu.Az xəbər verir ki, Quba şəhəri Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Aytən Elman qızı Baxışova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. |
Qeyd edək ki, dörd gün əvvəl Qubanın Alekseyevka kənd tam orta məktəbində peşə təmayüllü ixtisas üzrə sinifdə təhsil alan Cavidan Həmidov da dünyasını dəyişib. |
“Həyəcanlı deyildim, rahat şəkildə güləşdim”. |
İdmançı böyüklər arasında ilk yarışlarının olduğunu və 61 kiloqrama da təzə keçdiyini xatırladıb:""“Bu səbir işidir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.