Search is not available for this dataset
text
stringlengths
10
518k
Məni öpüb, qucaqlamaq istəyirlər, yaraşıqlı oldun, belədir də”, - deyə müğənni qeyd edib.
Müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərdir müzakirə mövzusuna çevrilib.
İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı.
Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşinə tutub.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənnilərin bunu bir-birinin acığına etdiyini bildirib:""“Təəssüflər olsun ki, son illər müğənnilər arasında mal-mülkünü, maşınını paylaşmaq, reklam etmək dəb halını alıb.
Burada həm həmkarlarına acıq vermək məsələsi, həm də “toy tutmaq” məsələsi var.
Çoxdandır ki, bizdə milli-mənəvi dəyərlər geyimlə, bər-bəzək, maşınla ölçülür.
Əvvəlki kimi ağıl, əxlaq, savad, səviyyə, sənət yoxdur.
Bunu edənsə, məhz televiziyalar və Azərbaycan xalqının pulu ilə kef edən manıslardır.
Mən Ayan Babakişiyevanı uzun illərdir tanıyıram.
Onu həmişə normal, ailəcanlı xanım kimi tanımışam.
Əvvəllər məclislərdə qarşılaşardıq.
Yeddi-səkkiz ildir ki, mən Ayan xanımı görmürdüm, o gün ilk dəfə gördüm, soruşdum ki, bu kimdir?
Elə dəyişib ki, mən belə onu tanıya bilmədim.
Bütün bədənini, sir-sifətini dəyişib.
Bu, son vaxtlar Azərbaycan şou-biznesinin faciəsinə çevrilib, hamı botoks edir, qaş-göz dartdırır, burnunu düzəltdirir.
Əgər insanlar Allahın verdiyi əmanətə xəyanət edirlərsə, deməli, qiyamət yaxınlaşır”.
Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə yol xəritəsinə dair fikir mübadiləsi aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Sankt-Peterburq hökumətinin üzvü - Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşümüzdə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivləri müzakirə etdik”, - deyə E.Əliyev qeyd edib.
Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Sankt-Peterburq hökumətinin üzvü - Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşümüzdə 2/1 pic.twitter.com/8wXqKP6MJw
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür.
Yeni fond bu istiqamətdə səmərəli platformadır.
İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir.
Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq.
Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.
Mənzil-qərargahı Bişkekdə yerləşən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir.
Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.
11 oktyabr 2022-ci il tarixində Bişkekdə “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb.
Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Azərbaycan-Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər.
Liderlər Ankaradan hansı mesajları verdi?
İrəvan Rusiya hərbçilərini ölkədən qovur?
Ermənistanda xarici silahlı qüvvələrlə bağlı qanuna dəyişiklik edilə bilər.
Rusiyaya Pilotsuz Uçuş Aparatları ilə hücum edildi.
24 saat ərzində Belqoroda 29 bomba atıldı.
Qeyri rəsmi yaşadığı qadına 25 bıçaq zərbəsi vuraraq öldürdü.
Məhkəmə Teymur Məmmədov barədə hansı hökmü çıxardı?
Bir gündə üç yeraltı təkan baş verdi.
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Dövlət Qonaq Evində baş tutan təkbətək görüş zamanı Sıfır Tullantı Fondu və Heydər Əliyev Fondu arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Birinci xanım Əminə Ərdoğan Mehriban Əliyevaya Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının təşkilində (COP29) uğurlar arzulayıb.
Görüşdən sonra birinci xanım Ərdoğan sosial şəbəkədəki paylaşımında bu sözləri qeyd edib:""“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük.
Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram.
Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”.
Azerbaycan Cumhurbaşkanı’nın değerli eşi, dostum Mehriban Aliyeva ile bir araya geldik.
Mehriban Aliyeva Hanımefendi’ye Karabağ Zaferiyle birlikte 30 yılın ardından seçimin tüm Azerbaycan topraklarında yüksek bir katılımla gerçekleştirilmiş olmasından duyduğumuz memnuniyeti… pic.twitter.com/cnxMUCdm3f
2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Maksim Kuzminov İspaniyada ölü tapılıb.
Qeyd olunub ki, İspaniya Mülki Qvardiyası Kuzminovun son vaxtlar alkoqol və narkotiklə bağlı problemləri olduğunu bildirib.
33 yaşlı kişinin meyiti Alikantenin La Villajoyosa qəsəbəsində yerləşən qarajlardan birində üzərində bir neçə güllə yarası ilə tapılıb.
Kişinin meyitini qonşusu aşkar edib.
Müstəntiqlər yaxınlıqdakı El Kampello şəhərində tapılan yanmış avtomobillə bağlı xəbərdarlıq ediblər, ehtimal olunan qatil qurbanı ölümcül şəkildə yaraladıqdan sonra oradan qaçıb.
Hadisə yerinə yerli polis və həkimlər gəliblər.
Hüquq-mühafizə orqanları qətlin səbəbinin hesablaşma olduğunu təxmin edirlər.
“Zəngəzur dəhlizinin inşası davam edir.
Amma burada ən vacib məsələ təhlükəsizlikdir.
Çünki 20-30 ildən sonra bölgədə vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir”.
Bu fikirləri Türkiyənin “Haber Global” telekanalının qonağı olan İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Bozkurt səsləndirib.
“İlk öncə dəhlizin təhlükəsizliyi təmin edilməlidir.
Bundan sonra yolun inşası tamamlanmalı və dəmir yolu xətti çəkilməlidir.
Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra artıq Türkiyənin Mərkəzi Asiya ilə birbaşa ticarətinə imkan yaranacaq.
Çünki biz Zəngəzurdan keçərək təkcə Azərbaycana deyil, həm də digər türk dövlətlərinə, hətta Çinə də gedə bilərik”, - deyə o bildirib.
Bozkurtun sözlərinə görə, bölgədə ticarət yolları ilə bağlı müxtəlif dövlətlərin fərqli layihələri var və bu təbiidir.
Lakin bir qayda olaraq, ən güclü olanların layihəsi reallığa çevrilir.
“Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Türkiyə Prezidenti deyib:“Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk.
Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.
Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxta hökm oxunub.
Hökmə əsasən Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib...
Rafiq Kərimduxt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən iki şəxsi öldürməyə cəhd etmə) maddəsilə ilə ittiham irəli sürülüb.
Türkiyənin “Beşiktaş” klubu 21 yaşlı yarımmüdafiəçi Emirhan Delibaşın tanışlıq saytında hesabı olduğu üçün onunla bağladığı müqaviləyə xitam verib.
Qeyd olunub ki, azarkeşlər sevimli komandasının oyunçusunun davranışından narazı qalıblar.
O, profilində “Beşiktaş”ın peşəkar futbolçusu olduğunu qeyd edib və klubun köynəyində fotosunu yerləşdirib.
Xatırladaq ki, Delibaş “Beşiktaş”ın məzunudur.
Bu mövsüm o, komandanın iki oyununda iştirak edib.
Artıq futbolçunun gedişi “Beşiktaş”ın rəsmi saytında da təsdiqlənib.
“Peşəkar futbolçu Emirhan Dəlibaşla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
Emirhan Delibaşa gələcək karyerasında uğurlar arzulayırıq”, - deyə məlumatda bildirilib.
Futbolçunun özü ona böhtan atıldığını və tanışlıq saytındakı hesabının saxta olduğunu bildirib.
Azərbaycanda son günlər yeni dələduzluq növü aşkarlanıb.
Belə ki, vətəndaşlara müxtəlif mobil nömrələr vasitəsi ilə onlara kontur yükləndiyi barədə məlumatlar gəlir.
Daha sonra isə naməlum şəxslər kontur göndərilməsi ilə bağlı bildiriş alan nömrələrə zəng vuraraq yanlışlıqla danışıq dəqiqlərinin köçdüyünü bildirirlər.
Əvəzində isə, kart nömrəsi ataraq pulu geri istəyirlər.
Rusiyada Çelyabinsk şəhərinin yaxınlığındakı kənddə üç donuz marketə daxil olub.
Onlar piştaxtaların arasında sərbəst gəziblər.
Bununla bağlı video “Telegram” kanallarında yayılıb.
Kadrlardan görünür ki, heyvanlar ən çox içki şöbəsi ilə maraqlanıblar.
Donuzlar şüşələri rəflərdən atıb içindəkiləri yerdən yalamağa başlayıblar.
Müştərilərdən heç birinin xəsarət almadığı bildirilib.