Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Artıq ötən həftədən işə çıxıram”. |
Bunu Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib. |
Direktor özünü hazırda yaxşı hiss etdiyini qeyd edib:""“Səhhətim yaxşıdır. |
Bundan sonra onun bərpa olunacağına inanmıram. |
Hər şey Allahın əlindədir, mənimlə maraqlanan dostlara salam göndərirəm”. |
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşib. |
Xəstəxanada müayinə zamanı 65 yaşlı direktorun qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb. |
Rusiyanın Kaluqa vilayətində sıfırdan aşağı temperaturda çimərlik geyimində yarış həyata keçirilib. |
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. |
Məlumata görə, müsabiqədə 100-ə yaxın insan iştirak edib. |
Bu zaman çöldə hava mənfi yeddi dərəcə olub. |
Müsabiqənin əsas şərti çimərlik geyimi idi.İdman ayaqqabısı və papaq seçimi isə istəyə görə olub. |
Səkkiz kateqoriya üzrə keçmiş dünya çempionu Menni Pakyao 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur idmançının yaşına görə oyunlarda iştirak etmək ümidlərini rədd edib. |
Bundan əlavə, Menni seçmə yarışmada iştirak etməyib. |
“Sevimli boks ikonamızın yaşına görə diskvalifikasiya edilməsi təəssüf doğurur. |
İdman növündən asılı olmayaraq, hər bir idmançı Parisdə yarışmaq imkanı əldə etmək üçün təsnifat yarışlarından keçməlidir”, - deyə Filippin Milli Olimpiya Komitəsinin prezidenti Avraam Tolentino bildirib. |
Bu gün Azərbaycanda qızıl bazarındakı qiymətlərdə xeyli artım müşahidə olunur. |
Oxu.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bazarda ən baha qızıl ərəb qızılı hesab olunur. |
Ondan sonra isə türk və rus qızılları gəlir. |
Qiymətlərin artması məsələsinə gəlincə, ekspertlər bunu dünya bazarında qızılın qiymətinin artması ilə əsaslandırırlar. |
İqtisadçı ekspert Pərviz Heydərov Oxu.Az-a açıqlamasında bunu dünya maliyyə bazarlarındakı vəziyyətin qeyri-müəyyən olması ilə əlaqələndirib. |
Ekspert qeyd edib ki, “Qızılın qiymətinin qalxması, dünya maliyyə bazarındakı vəziyyətlə bağlıdır. |
Son illər ərzində, xüsusən də ötən ildən başlayaraq dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyəndir. |
Ona görə də, inverstorlar öz vəsaitlərini qiymətli metallara yatırmağa daha çox üstünlük verirlər. |
Bu da qızılın qiymətinin artması ilə nəticələnib. |
“Bəs bu bahalaşma nə qədər davam edəcək?” - sualına gəlincə, Pərviz Heydərov qeyd edib ki, bu hal keçici xarakter daşıyır:""“Belə hallar periodik olaraq müşahidə edilməkdədir və indiki vəziyyətdə müvəqqəti xarakter daşıyır. |
Dünya maliyyə bazarlarında “sabun köpüyü” yoxa çıxdıqdan sonra, bir çox şeylər aydınlaşacaq, bundan sonra qiymətli metalların və qızılın qiyməti sabitləşməyə başlayacaq”. |
Qeyd edək ki, daşınmaz əmlak bazarından sonra ikinci ən gəlirli sahə qızıl-zinət əşyalarının alqı-satqısı hesab olunur. |
Daşınmaz əmlaka yatırım etmək imkanında olmayan vətəndaşlar vəsaitlərini qızıla yatırım etməklə saxlamağa çalışırlar. |
Daha çox foto burada:PhotoStock.az"Əzizə İsmayılova |
Fevralın 19-də Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. |
Bununla bağlı President.az məlumat yayıb. |
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. |
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı imzalayıblar. |
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar. |
17:31"Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilir. |
Bununla bağlı President.az məlumat yayıb. |
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. |
AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyə Prezidenti çıxış edib. |
Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı:""“Hörmətli cənab Prezident, əziz Qardaşım. |
Hörmətli nazirlər, hörmətli mətbuat nümayəndələri. |
Sizləri ən səmimi hisslərlə, hörmətlə, məhəbbətlə salamlayıram. |
Əziz Qardaşım İlham Əliyevi xalqının yüksək etimadı ilə beşinci dəfə Can Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edirəm. |
İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram. |
Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. |
Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm. |
Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi haqsızlıqlara məruz qaldı. |
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. |
Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. |
Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik. |
Hörmətli mətbuat nümayəndələri, əziz Qardaşımla görüşlərimizdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini nəzərdən keçirdik, regional və beynəlxalq məsələləri dəyərləndirdik. |
Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. |
Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. |
15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik. |
Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. |
Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. |
Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. |
Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfərim zamanı hörmətli Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunu bu düşüncə ilə imzaladıq. |
TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. |
Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm. |
Hörmətli mətbuat nümayəndələri, görüşlərimizdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. |
Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. |
Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. |
Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. |
Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. |
Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. |
Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. |
Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm. |
Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm. |
Görüşlərimizdə İsrailin Qəzzada bütün insanlıq dəyərlərini və beynəlxalq hüququ ayaq altına alan qətliamlarını və bölgəmizi maraqlandıran digər münaqişələri də müzakirə etdik. |
Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. |
İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm. |
Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik. |
Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. |
Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. |
Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq. |
Çıxışımın sonunda dəyərli Qardaşım Əliyevə səfərə görə bir daha təşəkkür edirəm. |
Rəbbim məhəbbətimizi və qardaşlığımızı daimi etsin”. |
x x x"Sonra Azərbaycan Prezidenti çıxış edib. |
Prezident İlham Əliyevin bəyanatı:""“Əziz Qardaşım, sayın Cümhurbaşqanı, hörmətli xanımlar və cənablar. |
İlk növbədə, mənə göstərilən qonaqpərvərliyə və dəvətə görə, əziz qardaşım, Sizə minnətdaram. |
Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. |
Bu, təbiidir, bu, bir ənənədir. |
Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. |
Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. |
Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. |
Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir. |
Türkiyə bu gün dünya çapında söz sahibidir. |
Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. |
Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. |
Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. |
Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. |
2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi.Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etmə... |
Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. |
Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. |
Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. |
Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi.Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. |
Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. |
Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.