Search is not available for this dataset
text
stringlengths
10
518k
Bəs bunun göstərilməməsinə səbəb nədir və bu, tənzimlənə bilərmi?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, bu, sovet dövründə tətbiq olunmuş sistemdir:""“O dövrdə digər şəhərlərdə olan metropolitenlər də bu sistemlə işləyirdi.
Bu, əsasən sərnişinlər üçün deyildi, hərəkətin təşkili ilə bağlı maşinistlər üçün olan sistem idi.Hazırda dünyada bununla bağlı bir neçə sistem var.
Hətta Bakı metropolitenində də vaxtilə sınaq xarakterli işlər aparılıb, eyni zamanda, bu istiqamətdə hansı planların qurmaq lazım olunduğu və hər bir məsələ öyrənilib”.
Onun sözlərinə görə, Bakı metrosundan istifadə edənlər gündəlik cədvəldən artıq bunu bilirlər:""“Onsuz da hazırda sərnişinlər qatarın yubanmasını və digər halları həmin monitorlardan rahat görürlər, qrafiki bildiklərindən növbəti qatarların nə zaman gələcəklərini də rahatlıqla müəyyən edə bilirlər.
Uyğun dövrdə bu məsələlərin aktuallaşması mümkündür və gözlənilir.
Biz bununla bağlı bütün istiqamətlərdə araşdırmaları aparmışıq.
Yəni dünyada istifadə edilən qatarın gəlmə vaxtını göstərən sistemlərin işləmə prinsipləri, ən optimal qaydada işləməsi üçün nələrin lazım olması araşdırılıb.
Kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyindən bu məsələyə uyğun bir dövrdə xüsusilə baxılacaq”.
“bp şirkətinin Cəbrayılda həyata keçirəcəyi 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı Yekun İnvestisiya Qərarı (Final Investment Decision) bu ilin ikinci yarısında gözlənilir”.
Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır:""“Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir.
Artıq yekun investisiya qərarı ilə bağlı son texniki və kommersiya məqamları var ki, onlar da hazırlanacaq”.
bp rəsmisi vurğulayıb ki, günəş elektrik stansiyasının təməli yekun investisiya qərarı qəbul edildikdən sonra bu il qoyulacaq.
Qeyd edək ki, günəş elektrik stansiyasının ilkin dəyəri 200 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər.
Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır.
Sumqayıt şəhər sakinləri qəribə mənzərə ilə üz-üzə qalıblar.
Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasında müayinə olunan vətəndaşlar verdikləri analizlərin cavabını çox çətinliklə əldə edirlər.
Səbəbsə çox sadədir:Xəstəxanada çap qurğusu yoxdur.
Ona görə də xəstəxanada analiz verən xəstə cavabı əldə etmək üçün şəhərdəki hansısa digər xəstəxana və yaxud poliklinikaya getməlidir.
Getdiyi ünvanda əlindəki çeki göstərib və kimlərdənsə xahiş edib, boyun bükməlidir ki, 2 saylı xəstəxanada verdiyi analizin cavabını çap edib, ona versinlər.
Bundan sonra xəstə analizin cavabını götürüb, yenidən 2 saylı xəstəxanaya getməlidir ki, həkim nəticələrə baxıb qərar versin.
Nəzərə alaq ki, 2 saylı xəstəxana Sumqayıt şəhərindən xeyli aralıda, “Bağlar” massivində yerləşir.
Sumqayıtdan həmin xəstəxanaya gedib-gəlmək ən azı bir neçə saat vaxt aparır.
Bu, azmış kimi, çox xırda və sadə bir məsələyə görə xəstə ən azı 2 gününü itirir.
2 saylı Sumqayıt şəhər xəstəxanası yeni inşa olunub.
Xəstəxananın tikilməsi və zəruri avadanlıqların alınması üçünsə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə nə az-nə çox, düz 5 milyon manat vəsait ayrılıb.
23 oktyabr 2023-cü ildə xəstəxananın təntənəli açılışı olub.
Artıq bir neçə aydır ki, xəstəxana fəaliyyətini davam etdirir.
Amma nəyə görəsə xəstəxananı tikənlər və təhvil alanlar çap qurğusunu “yaddan çıxarıblar”.
Qəribədir ki, indiki rəhbərlik də real vəziyyətdən heç də narahat deyil.
Yoxsa 200-300 manat dəyəri olan çap qurğusu çoxdan alınıb yerinə qoyulardı.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hazırda xəstəxana TƏBİB-in balansındadır:“Ona görə də məsələ ilə bağlı TƏBİB-ə müraciət edin”.
TƏBİB-dən cavab olaraq, məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi bildirilib.
Qohum evlilik məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə mövzusuna səbəb olub.
Bir qrup insan qohum evliliyi məqsədəuyğun hesab etsə də, digərləri bunun düzgün olmadığı qənaətindədirlər.
Maraqlıdır, qohum evliliyi fəsadlar yaradırmı?
ATV-nin “Xəbərin olsun” proqramı məsələ ilə bağlı videosüjet hazırlayıb.
Fransanın “Marsel” klubu baş məşqçisi Cennaro Qattuzonu bütün məşqçilər korpusu ilə birlikdə istefaya göndərib.
Klub rəhbərliyinin qərarı “Marsel”in son səfər oyununda “Brest”ə minimalhesablı məğlubiyyəti ilə bağlı olub.
“Brest”lə oyundan sonra C.Qattuzo azarkeşlərdən üzr istəyib və komandasının hazırlıq səviyyəsinin bərbad olduğunu etiraf edib.
Qeyd edək ki, “Marsel” hazırda Fransa futbol çempionatının turnir cədvəlində doqquzuncu yerdədir.
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Yaxın günlərdə Azərbaycanda magistraturaya qəbul imtahanı keçirildi.
Hesab edilir ki, ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.
Xaricdə magistr təhsili almaq üçün isə ilk növbədə imtahan qiymət ortalası (GPA) yüksək olmalıdır.
Daha sonra isə beynəlxalq dil biliklərini təsdiq edən sertifikatları İELTS, TOEFL və sairə almaq lazımdır.
Bəs Azərbyacanda magistraturaya qəbul, magistr təhsil sistemi uğurludurmu?
Mövzu ilə bağlı modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, əgər magistrlər üçün əlavə iş yerləri açılmazsa, iki il əlavə vaxt sərfiyyatına ehtiyac yoxdur:""“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası N...
Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.
Başqa sözlə plan yerləri ilə iş yerləri arasındakı tərsmütənasiblik planlaşdırma işinə təsir edən əsas amillərdən biridir.
Bu gün tələb-təklif prinsipinin nəzərə alınmaması və təyinat sistemi mexanizminin işlək hala gətirilməməsi ucbatından bu kimi məsələləri əsasən əmək bazarı tənzimləyir.
Heç də əbəs yerə deyil ki, “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda təhsil rəsmisi tərəfindən “biz istəsək də, istəməsək də ali təhsil sistemi dəyişməlidir.
Bu sahədə ciddi islahatlar aparılmalıdır” mesajı verilib.
Ötən il magistraturaya 14 mindən artıq plan yeri ayrılmışdı.
Plan yerlərinin 7 600-dən artığı ödənişli, 6 400-ə yaxını isə dövlət sifarişli idi.Ümumiyyətlə magistraturaya bu qədər qəbul keçirilməsinə ehtiyac varmı?
Əgər bakalavrlardan fərqli olaraq magistrləri elmi - tədqiqat, elmi-pedaqoji işləri üçün yetişdiririksə və elmimizin o qədər də ürəkaçan olmadığı bir vəziyyətdə onlardan ödəniş tələb etmək nə dərəcədə düzgündür?”.
Ekspert hesab edir ki, magistraturanı bitirənlər peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmayacaqlarsa, iki il əlavə vaxt itkisinə ehtiyac yoxdur:""“Magistraturaya ikimərhələli keçirilən qəbul imtahanlarının ikinci pilləsinin ləğvi, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların ...
Hətta bir çoxlarının fikrincə ikinci mərhələnin deyil, birinci pillənin ləğvi daha məqbul sayılır.
Onsuz da tələbə ixtisasını dörd il boyunca öyrənir, yenidən magistraturaya imtahan zamanı ixtisas fənnindən imtahan verməsinə gərək yoxdur deyənlər də oldu.
Beynəlxalq təhsil sistemi ilə əlaqədar bir çox layihələrə, bəyannamələrə qoşulmuşuq, 2005-ci ildən Boloniya prosesi tətbiq olunur.
Boloniya prosesi sadəcə müəyyən tövsiyələr verir.
Bunun da səbəbi Avropada vahid, ortaq təhsil məkanı yaratmaqdır.
Məsələn, diplomların tanınması, tələbə və müəllim mübadiləsi və sairə”.
Nadir İsrafilovun sözlərinə görə biz nədənsə bu sistemin müəyyən müsbət və mütərəqqi cəhətlərindən yararlanmaq əvəzinə, hələ bu prosesin təşkilat komitəsini və aparıcı dövlətlərinin özləri üçün tam aydınlaşdırmadığı və vahid qərara gələ bilmədikləri ziddiyətli sahələrə baş vurmuşuq:""“Xeyli müddət keçdikdən sora gecikm...
Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir.
Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tədbirlər görməyi nəzərdə tuturuq.
Yasamal rayonu, keçmiş “Sovetski” ərazisində 1911-ci ildə tikilən və söküntü sahəsinə yaxın yerdə qalan yaşayış binasının dağıdılacağı iddia edilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, binanın yerləşdiyi ərazinin Mərkəzi parkın bir hissəsinə çevriləcəyi ehtimal olunur.
Bunu nəzərə alan memar Abdul Hüseynov binanın saxlanılmasını aidiyyəti dövlət orqanından xahiş edib.
Ona dəstək olaraq, rəssam və heykəltaraş Mir Teymur Məmmədov sözügedən binanı Mərkəzi parkı idarə edəcək qurumun ofisinə çevirməyi təklif edib.
Məsələ barədə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, 31 ünvanında yerləşən, inşa tarixi 1911-ci ilə aid olan bina memarlıq abidəsi kimi dövlət mühafizəsində olan abidələrin siyahısınd...
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:""- Hörmətli cənab Prezident, Əziz qardaşım.
Sizləri ən səmimi duyğularım və məhəbbətlə salamlayıram.
Fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atmağınızdan sonra ilk rəsmi səfərinizdə Sizi Ankarada qonaq qəbul etməkdən böyük məmnunluq duyuram.
Bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram.
Əziz qardaşımla bir az əvvəl çox faydalı bir görüş keçirdik, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələrimizi müzakirə etdik.
Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi apardıq.
İkitərəfli ticarət dövriyyəmizi bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırdıq.
Təbii ki, bilirsiniz, hədəfimiz 15 milyard dollardır.
Hörmətli Qardaşımla bu istiqamətdəki qətiyyətimizi möhkəmləndirdik.
May ayında Ankarada keçirəcəyimiz birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol Xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək.
Bu gün imzalanacaq “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də hədəflərimizə çatmağımıza töhfə verəcək.
Geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərmişdir.
2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olmuşdur.
Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir.
Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yük daşıyıcıları çətin vəziyyətdə qalıb.
Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir.
Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir.