Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu məsələdə dəstəyinizə güvənirəm. |
Hörmətli cənab Prezident ilə enerji sahəsindəki əməkdaşlığımızı ətraflı müzakirə etdik. |
Diqqəti Avropadan keçən layihələrdə birgə təşəbbüslərimizin artırılmasının önəminə cəlb etdik. |
Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasına önəm verirəm. |
Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram. |
Bu çərçivədə bir az sonra imzalanacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. |
Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. |
Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq. |
Digər tərəfdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bu il ev sahibliyi etməyinizdən böyük məmnunluq duyuram. |
Dəyərli heyət üzvləri, Türk Dövlətləri Təşkilatımıza verdiyim böyük önəm sizə məlumdur. |
Növbəti fövqəladə Zirvə toplantımızı, İnşallah, Şuşada keçirəcəyik. |
Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edirəm. |
Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. |
Təşkilatımız çərçivəsində əməkdaşlığı daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram. |
İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. |
Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram. |
Ev sahibliyinizlə keçirilməsi nəzərdə tutulan növbəti Zirvə toplantısı ilə əlaqədar dəstəyimiz tamdır. |
Azərbaycanın D8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyirik. |
Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik. |
Bu düşüncələrlə çıxışımı bitirərkən hörmətli qardaşım Əliyevə və dəyərli heyətinə bu səfərə görə bir daha təşəkkür edirəm. |
Qarşıdakı dövrün Türkiyə və Azərbaycan üçün xeyirli olmasını Uca Rəbbimdən diləyirəm. |
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:""-Əziz Qardaşım, hörmətli cənab Prezident. |
İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirmək istəyirəm. |
Siz də qeyd etdiyiniz kimi, mənim prezident seçkilərindən sonra ilk rəsmi səfərim qardaş Türkiyəyədir. |
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir. |
Bu gün təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik, bu il üçün və gələcək illər üçün “Yol xəritəsi”ni bir daha gözdən keçirdik. |
Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi.Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir. |
“Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlər sürətlə gedir. |
Ümid edirəm ki, bu il və ya gələn il bu gözəl mərkəz açılacaqdır. |
Eyni zamanda, Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik. |
Görüşdə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olundu. |
İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə lay... |
Dövlətimizin başçısı bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirdi. |
Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulandı. |
Prezident Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. |
Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd etdi. |
Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırıldı. |
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını dedi. |
Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirildi. |
Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunuldu. |
17:32"Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub. |
Bununla bağlı President.az məlumat yayıb. |
16:52"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü başlayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Biləsuvar və İmişli rayonlarının ərazisindən çoxsaylı oğurluqlar edən həmkəndlilər saxlanılıblar. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif obyekt və ərazilərdən oğurluqlar etməkdə şübhəli bilinən İmişli rayonunun Aranlı kənd sakinləri K.Balakişiyev, M.Mirzəyev və V.Nərimanlı müəyyən edilərək saxlanılıblar. |
Onların müxtəlif vaxtlarda Biləsuvar rayonu ərazisindəki ayrı-ayrı suvarma sahələrindən və mobil operatorlardan birinə məxsus radiostansiyadan ümumi dəyəri 10 min manatdan artıq olan elektrik avadanlıqları, su nasosu, naqillər və avtomobil ehtiyat hissələri oğurladıqları müəyyən edilib. |
Oğurlanan əşyaların bir qismi gizlətdikləri yerdən aşkarlanaraq götürülüb. |
Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin İmişli rayonu ərazisindəki oğurluq əməllərinin də üstü açılıb. |
Belə ki, onların mobil baza stansiyasından və suvarma sahəsindən ümumi dəyəri 20 min manata yaxın olan müxtəlif məişət və elektrik avadanlıqlarını oğurladıqları müəyyən edilib. |
Faktla bağlı araşdırma aparılır. |
Fevralın 20-də Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa keçiriləcək. |
Bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol rəsmi “X” hesabında məlumat verib. |
Fatih Birol bildirib ki, COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçiriləcək müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etmək olacaq. |
Məlumatda qeyd edilir ki, toplantıda dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edəcək. |
Toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un rəsmisi Yalçın Rəfiyev təmsil edəcək. |
Looking forward to hosting @COP28_UAE President Sultan Al Jaber on Tuesday at @IEA HQ for a high-level roundtable on next steps on the #UAEConsensus We'll be joined by climate & energy leaders, envoys & ambassadors from around the world Watch it live ➡️ https://t.co/wHjr2dJ95N pic.twitter.com/gXWfu4FeHl |
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. |
Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə məlumat verib. |
“Xarici işlər naziri (Annalena Berbok) Brüsseldəki görüşdən əvvəl Aleksey Navalnının ölümünə bir daha münasibət bildirib. |
Sizə bildirmək istəyirəm ki, federal hökumət, Xarici İşlər Nazirliyi bu gün Rusiya səfirini çağırıb”, - deyə nümayəndə bildirib. |
Qeyd edək ki, fevralın 16-da Aleksey Navalnı həbsxanada ölüb. |
Qusarda şaxtalı və qarlı hava şəraiti sürücülərə çətin anlar yaşadıb. |
Bu barədə Oxu.Az-a sözügedən yolda çətinlik yaşayan sakinlər məlumat veriblər. |
Bildirilib ki, Qusarda kəndlərə gedən yollar buz bağlayıb və nəqliyyatın hərəkəti çətinləşib. |
Vətəndaşlar bu problemlərin yaranmasında aidiyyəti üzrə Qusar Rayon İcra Hakimiyyətindən şikayətlənirlər. |
Həmin görüntüləri təqdim edirik:""Qusarda avtomobillər yolda qalıb. |
Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib. |
Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb. |
Məsələ ilə bağlı Oxu.Az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. |
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir. |
Abşeron rayonu Digah qəsəbəsinin yolları bərbad vəziyyətdədir. |
Oxu.Az xəbər verir ki, bununla bağlı vətəndaşlar tərəfindən redaksiyamıza ünvanlanan şikayətdə qeyd edilib. |
Belə ki, Digah qəsəbəsi Səxavət Məmmədov küçəsində yaşayan sakinlər iddia edirlər ki, 20 ildir yollar bərbad gündədir. |
Həmin görüntüləri təqdim edirik:""Abşeronda Digah qəsəbəsində yollar bərbad vəziyyətdədir. |
“Böyük dəbilqədəki hər görüşə final qarşılaşması kimi baxırdım”. |
İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən cüdo turnirinin qalibi Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının kanalına müsahibəsində deyib. |
Karyerasında dördüncü dəfə bu yarışın qalibi adını qazanan idmançımız bildirib ki, tacikistanlı Abubakr Şerovla final görüşündə 10, hətta 20 dəqiqə qələbə üçün mübarizə aparmağa hazır olub:""“Düzdür, Şerovla final idi.Amma yarımfinal və əvvəlki mərhələlərdə də eyni dərəcədə gərgin mübarizə oldu. |
Mən qalib olmaq üçün irəliləyirdim. |
Bunu doğma publika önündə etmək çox xoşdur”. |
Hidayət ilə uğurla başladığını və qalib əhvali-ruhiyyəsini Olimpiadaya qədər saxlamaq niyyətində olduğunu bildirib:""“Evdə mənə necə azarkeşlik edildiyini, uşaqların adımı səsləndirdiyini görürəm. |
İstərdim ki, onlar məndən də böyük uğurlar qazansınlar. |
Mən bütün gücümü Azərbaycan üçün olimpiya qızılı qazanmağa səfərbər edəcəyəm”. |
Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. |
Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir. |
Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır? |
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlama verib. |
O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan tələbatın artmasıdır:"“Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. |
Bunun da əsas səbəbi insanların toyuq ətinə olan tələbatının artmasıdır. |
Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. |
Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. |
Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. |
Çünki tələbat artırsa, qiymət artımı da qaçılmazdır”. |
Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər:"“Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. |
Bu barədə müəyyən addımlar atılmalıdır. |
Onlardan biri də xaricdən gələn mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. |
Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. |
Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”. |
Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.