Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, gerbimizin üzərində də əks olunub:Bir xalq, bir iman, bir məqsəd. |
İslam dini aparıcı olsa da, ölkəmiz tolerantdır. |
Vaxtilə Seneqal Fransanın müstəmləkəsi olduğu üçün ölkəmizdə fransız dili geniş yayılıb, amma yerli dildən başqa bir qisim ingiliscə, bir qisim də portuqalca danışır. |
Hətta balıqlı və düyülü Sibudyen yeməyimiz UNESCO-nun milli miras siyahısına düşüb. |
Zəncəfildən və dünyanın ən yaşlı ağaclarından olan, uzunömürlülük simvolumuz, nadir baobab ağacından hazırlanan məşhur iki növ içkimiz də var. |
Sağlamlıq üçün çox əhəmiyyətlidir. |
Tanınmış futbolçularımız da az deyil. |
Hətta onlardan qardaş Türkiyəmizin “Fənərbağça” futbol komandasında da oynayanlar var. |
Azərbaycan turistlərinin Seneqala səyahət etmələri çox asandır. |
Ayrıca Seneqal turist səyahəti üçün o qədər də bahalı ölkə deyil. |
Əgər sovet dövrü olsaydı, Azərbaycanla Afrika ölkələri arasında münasibət bu səviyyəyə yüksələ bilməzdi. |
İndi isə ölkəniz müstəqildir və istənilən qitə ölkəsi ilə əlaqə qurur. |
Bizim fərqli mədəniyyətimiz var və Azərbaycan insanı bu mədəniyyətlə tanış ola biləcək. |
Biz səfirlik olaraq bu barədə istənilən məlumatı verərik. |
Ən gözəli Bakıdan Dakara uçmaqdır (gülür-red.). |
- Yaxın vaxtlarda Seneqaldan Azərbaycana yüksək səviyyəli səfər gözlənilirmi? |
- Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi. |
Seneqal Prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib. |
- İşğaldan azad olunandan sonra Qarabağa, Şərqi Zəngəzura səfər etmisinizmi? |
Amma həmin dövrdə etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etmədiyim üçün getməyim mümkün olmadı. |
Qarabağa və Şərqi Zəngəzura səfərim başlıca planlarım arasındadır. |
Ora getmək üçün müraciət edəcəyəm. |
Onu da deyim ki, Seneqal Qarabağ məsələsində Azərbaycanın siyasətini dəstəkləyir. |
Cənab İlham Əliyev mənə Qarabağla bağlı çox gözəl bir kitab verdi. |
Nəfis tərtibatlı kitab mənim üçün çox dəyərlidir. |
- Yəqin ki, Azərbaycanla bağlı müəyyən təəssüratlarınız var...""- Əlbəttə. |
İçərişəhəri də gəzdim, mistik bir yerdir. |
Qarabağ zəfərindən sonra Bakıda qurulan Hərbi Qənimətlər Parkına da getdim. |
Bundan başqa əl ilə toxunan xalçalar, masa örtükləri, kiçik xalçalar və s.suvenirlər xoşuma gəldi və xatirə üçün özümə aldım. |
Bakıda daddığım yeməklər də ləzzətli idi.İnsanlarınız da bizim insanlarımız kimi gülərüz, istiqanlı və qonaqpərvərdir. |
Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. |
President.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. |
Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. |
Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib. |
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. |
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. |
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. |
Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. |
15:31"Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir. |
Kreml Ukrayna hadisələri ilə bağlı Moskva və İrəvanın mövqelərinin fərqli olduğunu təsdiqləyib. |
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. |
O, bir müddət əvvəl Ukraynadakı vəziyyətlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib. |
“Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral əks baxışlarımız var. |
Bu, hər kəsə yaxşı məlum mövqedir”, - deyə o bildirib. |
Peskov bununla belə Ermənistanla razılaşmadıqlarını vurğulayıb və israrla haqlı olduqlarını izah etməyə davam edəcəklərini vurğulayıb. |
Qeyd edək ki, Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını deyib. |
Rusiyanın Leninqrad vilayətindəki İvanqorod keçid məntəqəsində Estoniyadan gələn qonağın çantasından yüzlərlə insan embrionu tapılıb. |
Məlumata görə, Kingisepp gömrük işçiləri qadının baqajını skanerdən keçirərkən qeyri-adi yük aşkar ediblər. |
Ekranda insan embrionlarının konturlarını görənlər, yumşaq desək, təəccübləniblər və dərhal yoxlamaya başlayıblar. |
Çantanı açanda ümumi çəkisi 4,3 kiloqram olan bir neçə yüz plastik mulyaj olan paketlər görüblər. |
Hər nüsxənin üzərində “Oyuncaq deyil” yazısı olub. |
Xanım izah edib ki, heç bir cinayət törətməyi planlaşdırmır, sadəcə olaraq üçüncü şəxslərin xahişini yerinə yetirir. |
Buna baxmayaraq, onun barəsində “Malların bəyan edilməməsi” inzibati maddəsi ilə iş açılıb. |
Mənbə:“Mash” “Telegram” kanalı |
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. |
Bununla bağlı President.az məlumat yayıb. |
15:55"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Ermənistanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri, bəzi ekspertlərə görə, balanslılıqdır. |
Çünki rəsmi İrəvan Qərblə Rusiya arasında “oynayır”. |
Necə deyərlər, gah nala vurur, gah da mıxa. |
Amma bu, balanslılıq deyil, balanslı xarici siyasət bütün tərəflərlə müstəqil əlaqələri nəzərdə tutur. |
İrəvan isə əksinə, həm Qərb dairələrinin, həm də Moskvanın təzyiqləri ilə hərəkət edir. |
Bu günlərdə yayılan məlumata görə, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. |
Hərçənd Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası həm də sürətlə Rusiyadan uzaqlaşır, bu ölkənin tədbirlərini boykot edir. |
Məsələn, cəmi bir neçə gün əvvəl, fevralın 16-da Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb. |
Bu ziddiyyətlər onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti lazımi siyasi iradəyə malik deyil. |
Bu isə öz-özlüyündə Ermənistanın dövlətçiliyi, mövcud iqtidarın davamlılığı, habelə Paşinyanın təhlükəsizliyi üçün əlavə təhdid yaradır. |
Bunu hökumət başçısı özü də başa düşür. |
Təsadüfi deyil ki, Paşinyan fevralın 18-də Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib:"""Biz xarici siyasətimizi şaxələndirməliyik. |
Həmçinin təhlükəsizlik və digər sahələrdə əlaqələrimizi şaxələndirmək lazımdır. |
Ermənistanın baş naziri əvvəllər də oxşar açıqlamalar verib. |
Bu tipli bəyanatlar əslində onun və ölkəsinin çətin durumda olmasının etirafıdır. |
Ermənistan yeni tərəfdaşlar axtarır, xarici siyasət kursunu dəyişmək istəyir. |
Çünki mövcud tərəfdaşlar və xarici siyasət kursu İrəvanı qane etmir. |
Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. |
Bu isə bumeranq effekti verir:hər iki tərəf qıcıqlanır və İrəvana təzyiqləri artırır. |
Avropa İttifaqı (Aİ) rəsmilərinin tez-tez Ermənistana səfərləri, habelə Rusiya rəsmilərinin zaman-zaman Ermənistanın mövcud siyasətini tənqid etmələri onu deməyə əsas verir ki, hər iki tərəf İrəvana daha çox təzyiq göstərməklə bu dövləti tamamilə özündən asılı vəziyyətə salmaqda israrlıdır. |
Belə bir şəraitdə zaman Ermənistan hakimiyyətinin əleyhinə işləyir. |
Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. |
Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir, daha doğrusu, ilkin addımdır. |
Regional əməkdaşlığın konyunkturası da məlumdur:rəsmi Bakı və Ankaranın təşəbbüskarı olduğu 3+3 formatı. |
Əgər Ermənistan sürətlə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa və regional əməkdaşlıqda fəal iştirak edərsə, bu, İrəvanın təhlükəsizliyi üçün yeni çətir ola bilər. |
Beləliklə, Paşinyan həm də “ipləri ilə quyuya düşdüyü” Qərbin və Rusiyanın təzyiqlərindən xilas olar. |
Ümid edək ki, Paşinyan açıqlamasında məhz bu tezisi nəzərdə tuturdu. |
Amma təkcə danışmaq kifayət deyil. |
Həm də deyilənləri əməldə göstərmək lazımdır. |
Ermənistanın Rusiya və Qərbin “kurasiyasından” çıxmağı ağrılı proses ola, vaxt ala bilər. |
Amma baş nazirin özünün də dediyi kimi, başqa çıxış yolu yoxdur. |
İşin bu həddə çatmasının səbəbi məhz indiyə qədər Ermənistanın müstəqil xarici siyasət yeridə bilməməsidir. |
Əgər rəsmi İrəvan hazırkı siyasətini davam etdirərsə, bu, daha ağır nəticələrə səbəb ola bilər. |
ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan iranlı haker Əlirza Şəfii Nəsəb haqqında məlumat qarşılığında 10 milyon dollar dəyərində mükafat təyin edib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. |
Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin yanında fəaliyyət göstərən “Ədalət üçün Mükafat” proqramının internet səhifəsində həmin şəxsin 2016-2021-ci illər ərzində SEPAH-a bağlı olan və ABŞ-nin bəzi dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən “Məhək Rayan Əfzar” Cəmiyyətində çalışdığı bildiri... |
Qeyd olunub ki, 12 ABŞ qurumuna SEPAH tərəfindən planlaşdırılan kiberhücumlarda əli olduğuna görə iranlı hakerə cinayət işi də açılıb. |
Bakı metrosunda qatarların hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını göstərmir. |
Əvəzində stansiyadan qatarın getdiyi vaxtı göstərir. |
Ona görə də “Bakı Metropoliteni”ndən istifadə edənlər növbəti qatarın gəlmə vaxtını dəqiq bilmirlər. |
Sərnişinə isə qatarın stansiyadan neçə dəqiqə öncə çıxması yox, gözlədiyi qatarın nə zaman gələcəyi maraqlıdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.