Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O zaman Əhmədin 19-20 yaşları olardı. |
Yanında da başqa bir oğlan vardı”. |
Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb. |
Rusiyalı müğənni MakSim böyük bir ayı ilə ekstremal fotosessiya edib. |
Məlumata görə, müğənninin heyvanla görüşü Moskva vilayətindəki mənzərəli meşədə baş tutub. |
“Mənim sirlərim” videoçarxının çəkilişində Styopa adlı ayı ilə dost olduq və sonra yenidən bir-birimizi gördük! |
O, hələ də nəhəng, güclü, mehriban və meşə qoxuludur. |
Onun gözlərində hiylə yoxdur, sadəcə düzlük, saflıq və həyata, insanlara sevgi var. |
Belə görüşlərdən sonra mən yaxşılaşıram”, - deyə Marina təəssüratlarını bölüşüb. |
Mənbə:“Starhit.ru” “Telegram” kanalı |
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” komandası baş məşqçisi Ərtuğrul Sağlamla yollarını ayırıb. |
Bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. |
Bildirilib ki, baş məşqçi ilə yanaşı, köməkçilərinin də müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. |
Qeyd edək ki, Ramil Şeydayev qış fasiləsində Kocaeli klubu ilə 1,5 illik müqavilə imzalayıb. |
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər. |
Bu barədə qurumun sosial media hesabında paylaşım edilib. |
Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıblar. |
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. |
O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib. |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov ixtisasca cərrahdır. |
Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib. |
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov ixtisasca terapevtdir. |
O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb. |
Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar. |
“Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Qəzza zolağındakı müharibəni Adolf Hitlerin cinayətləri ilə müqayisə etdiyi üçün İsraildən üzr istəmək niyyətində deyil”. |
Bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim deyib. |
“Biz həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq və iki dövlət yaratmaq ideyasını müdafiə etmişik, amma üzr istəmək üçün heç nə yoxdur”, - Amorim bildirib. |
O vurğulayıb ki, İsrail özünü getdikcə daha çox təcrid vəziyyətinə salır. |
Mənbə:TASS"18:26"İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Lula da Silvanı arzuolunmaz şəxs elan etdiyini bildirib. |
Məlumata görə, Braziliya lideri Qəzza zolağında baş verənləri soyqırımı adlandırdıqdan və Holokostla müqayisə etdikdən sonra İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı “persona non grata” elan edib. |
“Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. |
Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edib. |
Füzuli şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən “Azercell”in satış və xidmət məntəqəsində nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. |
Ən müasir avadanlıqla təmin edilmiş mağazada həmçinin, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar. |
Xatırladaq ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz “Azercell” olub. |
Şirkət Şuşa şəhərində eksklüziv ofisini, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazalarını istifadəyə verib. |
Eyni zamanda, “Azercell” bu günə kimi azad edilmiş ərazilərdə 150-yə yaxın 4G baza stansiyasını və bir neçə günəş enerjisi ilə çalışan “yaşıl” stansiyalarını işə salıb. |
“Bu il ilk dəfə karate üzrə komandalararası dünya çempionatı keçiriləcək. |
Bizim məqsədimiz Azərbaycan millisi olaraq sözümüzü deməkdir. |
Bu dəfə ən azından ilk üçlükdə yer almaq niyyətindəyik”. |
Mütəxəssis təyinatından əvvəl 14-15 yaşlı karateçilərdən ibarət yığmada çalışdığını xatırladıb:""“Orada nəticələrimiz çox yaxşı idi.Avropa çempionları və dünya mükafatçıları yetişdirdik. |
Federasiyanın qərarı ilə mən və Niyazi Əliyev böyüklərdən ibarət komandada çalışacağıq. |
Rəşad Hüseynov daha əvvəl də əsas millidə idi”. |
Atamov qarşıdakı məqsədlərindən də söz açıb:""“Türkiyənin Antalya şəhərində Premyer Liqada iştirak edəcəyik. |
Orada uğurlu nəticə əldə etmək niyyətindəyik. |
Əsas hədəfimiz isə mayda Xorvatiyada gerçəkləşəcək Avropa çempionatıdır. |
Karatedə artıq xallar böyük önəm kəsb edir. |
Bizə daha çox reytinqli yarışlara qatılmaq lazımdır. |
İdmançılarımızın reytinq dərəcələrini də artırmaq istəyirik”. |
ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi xanımı ilə birgə Bakıda gəzintiyə çıxıb. |
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib. |
“Mən və həyat yoldaşım Danuşa gözəl Bakı şəhərini kəşf etməyə davam edirik. |
Bu yaxınlarda biz Mərkəzi və Qış parkları ətrafında yerləşən gəzməli yerləri görməkdən zövq aldıq”, - deyə o qeyd edib. |
Bir neçə gün əvvəl “AvtoVAZ” tərəfindən Azərbaycanda “Lada” markalı avtomobillərin istehsalına başlamaq üçün danışıqlar apardığı barədə açıqlama verilib. |
Bildirilib ki, şirkət yazda bu məsələ ilə bağlı müsbət xəbərlər olacağına ümid edir. |
Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulamışdı. |
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ hələ ki təklif mərhələsindədir:""“Bu, qarşı tərəfin təklifidir. |
İstehsal sahəsi yaratmaq müsbət bir addımdır. |
Burada insanların işlə təmin olunması, asılılığın azalmasına gətirib çıxaracaq. |
Könül istəyərdi ki, ölkəmizdə daha tanınmış markalı avtomobillər yığılsın. |
Amma ilkin addım üçün bu da yaxşı haldır. |
Şirkətin açıqlamasında nəzərdə tutulub ki, maşınların yığılması külli miqdarda olacaq. |
Ekspert bildirib ki, ölkəmizdə “Lada” markalı avtomobillərin istehsalı planlanırsa, yəqin ki, ixrac potensialı da düşünülüb:""“Bu zaman ölkəyə valyutanın gəlməsi artacaq”. |
Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”. |
Bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması zamanı bildirib. |
“Çünki kifayət qədər ağır vəziyyət idi.Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. |
Vaxtında müraciət, arxadan gələn dəstək - hamısı bu nəticəni verdi. |
Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. |
Hətta ondan da yaxşı vəziyyətə gəldim. |
Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. |
Onlar da üzə çıxdı və həll etdilər. |
Sabaha, ya bu günə buraxılacağam. |
Hər kəsə diqqətinə görə minnətdaram. |
Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. |
Açığı, bu qədər dəstəyi heç gözləmirdim”, - deyə bəstəkar vurğulayıb. |
Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. |
Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı. |
Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. |
İran Psixiatrlar Elmi Assosiasiyasının rəhbəri Vahid Şəriət son bir ildə 16 tibb rezidentinin intihar etdiyini bildirib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
“Həkim assistentlərinin 30%-i intihar haqqında düşünürlər. |
Müşahidələr göstərir ki, cəmiyyətdə intihar halları artıb, ancaq xüsusilə tibb rezidentləri arasında bu artım daha yüksəkdir. |
Mediada paylaşılan intihar statistikası və rezidentlərin intihar düşüncələri ilə bağlı aparılan araşdırmalar bunu sübut edir və təkzib edilə bilməz”, - deyə Vahid Şəriət qeyd edib. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, iki gündür Xerson və Xarkov vilayətlərində vəziyyət gərgin olaraq qalır. |
“Şənbə günündən Xerson şəhəri dayanmadan dron və tank mərmilərinin hücumuna məruz qalır”, - deyə jurnalist əlavə edib. |
Həmçinin qeyd edilib ki, Donetsk vilayətində ağır döyüşlər gedir. |
“Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib. |
Bu şəhər Baxmutdan da pis vəziyyətə düşüb. |
Avdeyevkada gedən döyüşlərdə həmin şəhərin müdafiəsində iştirak edən briqadalardan birinin “Kaspi” ləqəbli azərbaycanlı hərbçisi üç yaralı döyüş yoldaşını mühasirədən çıxarıb”, - deyə M.Aslanov bildirib. |
Azərbaycanda son illər elektriklə işləyən avtomobillərə maraq artmaqdadır. |
Statistika göstərir ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur. |
Elektromobil satan bəzi şirkətlər avtomobili şarj etdikdən sonra onun təxminən 400 kilometr məsafəni qət edəcəyini bildirsələr də, praktikada bu məsafə 300-350 kilometrə kimi enə bilir. |
Elektromobil sürənləri ən çox maraqlandıran məsələ isə müvafiq şarj aparatlarıdır. |
Bu gün elektrik avtomobillərini idarə etmək üçün kifayət qədər şarj aparatları varmı? |
Bölgələrimizdə vəziyyət nə yerdədir? |
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, elektrik avtomobilləri üçün şarj məntəqələrinin qurulması məsələsini respublika üzrə götürsək, təəssüf ki, lazımi infrastruktur yox dərəcəsindədir. |
Ekspert qeyd edib ki, yalnız paytaxt Bakıda elektrikli avtomobil sürənlər üçün bir qədər rahatlıq var. |
Belə ki, Bakıətrafı həyətlərdə və bağ evlərində yaşayan insanlar avtomobillərini rahat şəkildə şarj edə bilirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.