Search is not available for this dataset
text
stringlengths
10
518k
Ölən və yaralananların sayı minlərlədir.
Ölkədə matəm elan olunsun”, - dedim.
Səhəri gün üç günlük matəm elan olundu.
Mən həmin gün Bakıda Təzəpir məscidində də oldum.
Ağdamda kəfənlik və digər lazımi əşyaların çatışmadığını bildirdim.
Daha sonra ləvazimatlar çatdırıldı.
Ağdamda bir neçə sutka meşədə qalıb, yol tapmayanlar tək-tək gəlirdilər.
Şəhidlərin bir neçəsi, o cümlədən, naməlum qız uşağının meyiti Bakıdakı Şəhidlər xiyabanında dəfn edildi.
Əksəriyyəti Ağdamda, Uzundərədə, yolun qırağında müvəqqəti torpağa tapşırıldı ki, sonra onlar aparıb, Xocalıda dəfn edək.
Təəssüf ki, Ağdam işğaldan azad edildikdən sonra gedib gördük ki, ermənilər həmin yerdəki qəbirləri tamamilə dağıdıblar.
- Sizin qohumlarınızdan da əsir götürmüşdülər?
- Əvvəla, demək istəyirəm ki, Xocalı soyqırımında şəhid olan 613 nəfər və əsir götürülənləri heç kimdən seçmirəm və hamını yaxın hesab edirəm.
Xalam və həyat yoldaşı, oğlu Araz və qohumları əsir götürülüblər.
Onların əksəriyyətini Əsgəranda işgəncələrlə, xalamın gözü önündə qətlə yetiriblər.
Xalama da bildiriblər ki, ona görə belə ediblər ki, gedib bir ölü kimi yaşasın.
Bədəni qəlpələrlə dolu olan qızı ilə birlikdə qaldı.
Amma o hadisədən sonra çox yaşamadı.
Əmimin, onun oğlunun və nəvəsinin isə nə qəbirləri, nə də soraqları var.
Eyni zamanda, xalam qızı, həyat yoldaşı və iki qızı da Naxçıvanlı düzəngahında, kolun dibində tək qalıblar, ayaqlarını don vurub.
Onların qızı Sevinc bir neçə aydan sonra Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə Əsgəranda dəyişdirilən əsirlər sırasında olub.
Digər qızı Elnarədən isə bu vaxta qədər heç bir xəbər yoxdur...""Bir neçə qohumumuz əsirlikdə işgəncələrlə öldürülüb.
Mənim həyat yoldaşımın xalası oğlunun isə bütöv ailəsi şəhid olub.
Eyni zamanda, xanımımın bibisi oğlu da uşaqları ilə birlikdə şəhid olub.
Ailədən yalnız bir nəfər - Mehdi isə A.Bağırovun köməkliyi ilə dəyişdirilib.
Hazırda Mehdi böyüyüb və polis sistemində çalışır.
Orada əl-qolları məftillə sarınıb, lüt soyundurularaq yük maşınına uzadılıb, armatur parçası ilə döyülərək öldürülən qohumlarımız da var.
Əsirlikdə hər gün dözülməz işgəncələr verilənlər olub.
Əmimin oğlanları - Mirzə və Elşən Allahverdiyevlər əsirlikdə saxlanılıblar.
Mirzənin dişlərinin əksəriyyəti qızıl qalpaq olub.
Onun ağzını kəlbətinlə parçalayıb dişlərini çıxarıblar.
Eyni zamanda, onun və qardaşının əl-ayaq barmaqlarının dırnaqlarını çıxarıblar.
Ağrının şiddətindən onlar huşlarını itiriblər.
Onları ölmüş bilib pəncərədən digər meyitlərin üstünə atıblar.
Allahverdi Bağırov meyitləri dəyişdikdə onlarda həyat əlamətinin olduğunu və ölmədiklərini görüb.
Hazırda onlar Ağcakənddə yaşayırlar.
- Sizin bacınız Yaqut Allahverdiyeva hadisələr baş verən vaxt Xankəndidə həkim işləyirdi.
- 1988-ci ilin mart ayına qədər kiçik bacım Yaqut Xankəndi xəstəxanasında mama-ginekoloq vəzifəsində, qardaşım Eldəniz əvvəl Əsgəranda poliklinikada həkim-terapevt, sonra Şuşada Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyiblər.
Eldəniz 1990-cı ildən etibarən Xocalıda yenicə inşasına başlanılan xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib.
Bacım 1988-ci ilin fevral ayında ermənilərin haqsız hücumuna məruz qalıb.
Belə ki, qadın baş həkim onun saçından tutub, divara çırparaq deyib ki, Sumqayıtda öldürülən ermənilərin acığını ondan çıxacaqlar.
Bacım Sumqayıtdakı erməniləri azərbaycanlıların yox, erməni Eduard Qriqoryanın öldürdüyünü deyib.
Ermənilər onu daha işə buraxmayıblar.
Yaqut blokada illərinin bütün çətinliklərindən keçib və xəstələri müalicə edib.
Xocalı soyqırımından sonra ayaqlarını don vurub, bir müddət müalicə aldı, II qrup əlil olub.
- Yaralılara qardaşınız Eldəniz və Bakıdan gələn Naim həkim kömək ediblər.
Bəs Naim həkim necə oldu ki, vəfat etdi?
- Xocalı xəstəxanası 1992-ci ilin əvvəllərində tikilib hazır olsa da, avadanlıqlarla təchiz olunmadı.
Çünki yollar bağlandı, Xocalı tam blokada şəraitinə düşdü.
Eldəniz, Məmməd həkim Xocalıda Yavərin atası Kazım kişinin tikdirdiyi möhkəm bünövrəli beton qarajda yaralıları, xəstələri qəbul edirdilər.
1991-ci ilin sonlarında yaralılar çoxalmışdı və xəstələrə tam cərrahi yardım etmək mümkün olmurdu.
Eldəniz həkim o zaman səhiyyə naziri olan Rahim Hüseynova zəng elədi ki, cərrahsız keçinmək olmur, güllə, qəlpə yarası alanlar çoxdur, xahiş etdi ki, Xocalıya bir həkim-cərrah göndərsinlər.
Onda cərrah Naim Əlikişibəyov Xocalıya getməyə razılıq verib.
Ancaq onu qardaşım özü Bakıdan aparmalı imiş.
Eldəniz həkim çətinliklə postlardan keçib, Bakıya gedib və 1991-ci ilin son günlərində Naim həkimlə birlikdə Gəncəyə gəlib.
Ağdamdan sonra yollar bağlı idi və postlardan keçmək mümkün deyildi.
Eldəniz həkim Gəncədə xahiş edib ki, onlara bir vertolyot versinlər.
Bakı-Şuşa vertolyotu 1991-ci ilin noyabr ayında partladılandan sonra heç kim havaya qalxmaq istəmirdi.
Nəhayət, bir nəfər razılıq verib və gecə onları Xocalıya aparıb.
Əsgəranın səmasında onlara atəş açsalar da, xoşbəxtlikdən, vertolyot partlamayıb və onlar Xocalıya çatıblar.
Naim həkim xəstəxana əvəzinə qaraj görəndə heyrətlənib.
Qarajda nə narkoz, nə də cərrahi alətlər var idi.Naim və Eldəniz həkim birlikdə əməliyyatı yerinə yetirir, Məmməd və Səadət həkim isə venadaxili sistem köçürürdülər.
Çünki dünyanın heç yerində dözülməz şəraitdə belə mürəkkəb cərrahi əməliyyat aparılmayıb.
Naim həkim Bakıya qayıdıb, yaralılardan birini təkrar əməliyyat edib, onun əsl xilaskarına çevrilib.
Lakin Naim həkim özü Xocalıda əməliyyat zamanı yaşadığı stresdən sonra ürəyi qəfil dayanıb.
- Xocalıların qətlə yetirildikləri, amansızcasına məhv edildiyi yer Naxçıvanlı idi...""- Ermənilər Xocalı soyqırımından salamat çıxanların yolunu Naxçıvanlıda kəsmişdilər.
Əsgəran-Ağdam şose yolu bağlı olduğu üçün Xocalı soyqırımından salamat çıxa bilənlər əvvəl buz bağlamış Qarqar çayını, Kətik meşəsindən keçib Naxçıvanlı düzənliyini keçib Ağdama çatmalı idilər.
Ermənilər sağ qalanların yeganə bu yolla gedəcəklərini bilirdilər və orada pusqu qurmuşdular.
Əsas qırğınlar Naxçıvanlıda törədildi.
1966-67-ci illərdə baş həkim işlədiyim Naxçıvanlı kəndində erməni uşaqları, qocaları ölümdən qurtarıb, onlara həyat bəxş etmişdim.
1992-ci ildə isə mənim Xocalımın körpə balaları, qadınları, qocaları, cavanları Naxçıvanlıda soyqırımına məruz qaldılar.
Naxçıvanlı yaxınlığında bir dəstə qadınlarla birlikdə 13 yeniyetməyə işgəncə verib onları güllələdi.
Erməni quldurlar hamını məhv edir, sonra kimin pulu, qiymətli zinət əşyaları vardısa, götürürdülər.
Onlar qadınların üzüklərinı, sırğalarını çıxara bilmədikdə qulaqları, barmaqları ilə birlikdə kəsib götürürdülər.
Alınlarının dərisini soyurdular.
Ermənilər deyirdilər ki, guya xocalılara çıxmağa dəhliz vermişdilər.
Onlar Xocalı rayonunun Naxçıvanlı kəndinin yolunu koridor adlandırırdılar.
Bu koridor “Ölüm koridoru” idi.
Bu, koridordan sağ çıxmaq isə mümkün deyildi...""İlhamə Əbülfət
Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.
İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər.
Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər.
Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar.
Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar.
Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır.
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı kənd işğaldan azad edilib.
Azərbaycanlı əsirlərin saxlanıldığı və işgəncələr verildiyi tikilinin görüntülərini təqdim edirik:
“Navalnının ölümü ilə bağlı təhqiqat Rusiya Federasiyasının qanunlarına uyğun aparılır”.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Rusiya qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilir.
Nəticələr hələ açıqlanmayıb”, - deyə Kremlin rəsmi nümayəndəsi jurnalistin müvafiq sualını cavablandırarkən bildirib.
Peskov, həmçinin Qərb siyasətçilərinin Navalnının ölümündə Kremlin əli olması ilə bağlı açıqlamalarına da münasibət bildirib.
Onun sözlərinə görə, hələlik istintaqın ilkin nəticələrinin belə olmadığını nəzərə alsaq, bu cür ittihamların irəli sürülməsi ədəbsizlikdir.
“Bu bəyanatlar dövlətimizə zərər verə bilməz, lakin bunu edənlərin də xeyrinə işləmir”, - deyə Peskov qeyd edib.
Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunacaq sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edəcək.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul ediləcək.
Termal turizmdə dünya brendi olan Türkiyə bu sahədə Azərbaycana sərmayə qoymağa hazırlaşır.