Search is not available for this dataset
text
stringlengths
10
518k
Ermənilər elə biliblər, ölüb, amma çayın içinə düşüb, sanki Allah saxlayıb.
Qolları arxadan bağlı, ayaqyalın soyuq qış günü qaçmağa başlayıb.
O qardaşım sağ qaldı, şükür Allaha!
İndi Allah qorusun, iki oğlu, bir qızı var.
Ermənilərin bizim başımıza açdığı oyunları danışmaq mənə həddən artıq çətindir.
Görün neçə il keçib, amma hər dəfə danışanda yaramız ilk günkü kimi qanayır.
- Bəs ailənizin digər üzvləri necə, onlardan necə xəbər tutdunuz?
- Ata evimin həyətində tövlə var idi.Anam orada heyvanlara yem verirmiş.
Tövlənin qapısını açanda güllə ilə vurmuşdular.
Üstəlik, anamı neçə yerdən bıçaqlamışdılar.
Bacım Rübabə səsə çıxıb qaçanda elə qapının ağzında güllə ilə ürəyindən vurmuşdular.
Atamı evin içərisində yandırmışdılar.
Bacım Rahilə də qonşunun qızı ilə qaçmaq istəyəndə vurmuşdular.
Qonşunun qızı yaralandı, bacım isə öldü.
Bacım vurulan yerin yanında qaz balonunu partlatdılar ki, nəşini götürə bilməyək.
Hər il bu ərəfədə canımızdan can qopur.
İnsan insana belə qəddarlıq etməz ki, ermənilər bizə bu cür faciə yaşatdılar...""O qətliamdan sonra hamı qorxurdu.
Heç kim gecə yuxuya gedə bilmirdi.
Bizim kəndimizin ətrafında ermənilər çox idi.Xocalı ilə bizim aramızda 40 dəqiqəlik yol var idi.Ermənilər başımıza hər cür müsibət açdılar.
Qohumlarımızdan meşədə nəşi qalanlar oldu ki, heç götürə də bilmədik.
- Əzizlərinizdən heç kimin nəşini götürə bilmədiniz?
- O vaxt sakinlər şəhid olanların bir qismini kənddə cərgə ilə basdırmışdılar.
Sonra qayıdıb çıxarmış, Laçın yolunda “Meşə yolu” deyilən ərazidə basdırmışdılar.
Daha dəqiq desəm, bizim əzizlərimiz Laçının Fərraş kəndində dəfn olunublar.
Məzarlarının üstünə şəkillərini də vurublar.
Azərbaycan Ordusunun qarşısında şəhid ailəsinin üzvü kimi baş əyirəm.
Əsgərlərimiz bizim torpaqlarımızı mənfur düşməndən azad etdilər, ürəyimizə su səpdilər.
“Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var”.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu yerli mətbuata müsahibəsində bildirib.
“Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir.
Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər.
Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var” - nazir vurğulayıb.
Türkiyəli nazir vurğulayıb ki, Azərbaycan tikinti işlərini davam etdirir:""“Naxçıvan və bizim tərəf üçün tender keçirilib.
106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.
Dövlət İmtahan Mərkəzi fevralın 18-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
Mərkəzdən Oxu.Az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2754 namizəddən 59 nəfər imtahana gəlməyib.
İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 33 nəfər, BA4 altqrupu üzrə 58 nəfər, BB1 altqrupu üzrə 64 nəfər, BB2 altqrupu üzrə 93 nəfər, BB3 altqrupu üzrə 172 nəfər, BB4 altqrupu üzrə 263 nəfər olmaqla, ümumilikdə 698 namizəd tələb olunan müsabiqə şərtlərini ö...
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
Namizəd sertifikatı əldə etmək üçün fevralın 20-dən martın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:""- ali təhsil haqqında sənədin surəti;"- əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər fevralın 20-si saat 10:00-dan fevralın 22-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər.
Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
“Sevindirici haldır ki, küçədə, ictimai yerlərdə qarabağlılar, xüsusilə də ağdamlılar yaxınlaşıb soruşurlar ki, biz Ağdama nə vaxt qayıdacağıq?
Mən əslən Ağdamdanam, Ağdama gedəndə öz kəndimizi, kənddə olan evimizi güclə tapdım.
Düşündüm ki, qonşularımız bizim uşaqlığımızı əlimizdən alıblar”.
Bu fikirləri ASAN radionun direktoru, Əməkdar jurnalist Emin Musəvi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış haqqında rəy və təəssüratını bölüşərkən deyib.
Hər kəsin Böyük Qayıdış prosesində iştirakını qeyd edən E.Musəvi müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların Qarabağ və Şərqi Zəngəzurda olmasının Vətənimiz üçün çox faydalı olduğunu vurğulayıb:""“Həmişə bir-birimizə arzulayırdıq ki, gün o gün olsun ki, mediamızın səsi Şuşadan gəlsin, belə də oldu”.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir.
Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Həmin videoçarxı təqdim edirik:
Kilian Mbappe “Real Madrid” klubunda ən çox maaş alan futbolçu olacaq.
Məlumata görə, fransalı vergilər çıxıldıqdan sonra ildə 15-20 milyon avro, üstəlik də bonuslar qazanacaq.
Qeyd olunub ki, Kilianın mövsümdən mövsümə maaşı artacaq.
Beləliklə, Kilian Madrid təmsilçisində hamıdan çox qazanacaq.
Qan Turalı yazır...""“Apatiya” filminə qala gecəsində tamaşa etdim.
Film o qədər geniş maraq və təəssürat yaratdı ki, bu barədə öz qeydlərimi oxucularla bölüşməyə qərar verdim.
Hər bir halda bu və bu kimi müzakirələr kino mədəniyyətinin artmasına, kino zövqünün yüksəlişinə xidmət edir.
Əvvəlcə, filmin adından başlayaq, çünki adın düzgün anlaşılmaması da filmin uğurunu kölgələyir.
“Apatiya” sözü yunan sözüdür, “a” inkar şəkilçisidir, patiya isə ehtiras, maraq, qayğı kimi də tərcümə oluna bilər.
Stoizm fəlsəfəsinə görə insan əlində olmayan, nəzarət edə bilmədiyi, iradəsindən kənar olan hadisələrə tamamilə ehtirassız, laqeyd və biganə yanaşmalıdır.
Onlar bunu xoşbəxtliyin açarı kimi görürdülər.
Ancaq sonrakı dövrlərdə xüsusən də xristianlıq fəlsəfəsi apatiyanı günah kimi təsvir etməyə başladılar.
Filmdəki məna da məhz xristianlıq kontekstində verilib.
Halbuki stoizm fəlsəfəsi insan qarşısına vəzifələr qoyur və nəzarət edə bilmədiyi hadisələr qarşısında biganəlik nümayiş etdirməyi düzgün hesab edirdi.
Filmin baş qəhrəmanı isə işsiz, bütün günü Xoşqədəm Hidayətqızının və Elgiz Əkbərin verilişlərinə baxan, evdə özünə qarşı olan qınaqları biganəliklə izləyən bir obrazdır.
Rejissorun filmdəki əsas uğuru filmin atmosferini tam şəkildə tamaşaçıya köçürməkdir.
Biz bu filmə tamaşa etdikcə filmdə təsvir olunan ailənin aurasına keçir, onların baxışından dünyaya tamaşa edirik.
Ancaq bu aura getdikcə ürəyi sıxır, tamaşaçını boğmağa başlayır.
Tamaşaçıların bu barədə narazılığı da haqlıdır.
Və rejissorun eləcə də ssenaristin bu cür ağır bir sosial məkanı təsvir etməklə öz məqsədləri vardır.
Belə ki, bu cür darıxdırıcı, ağır sosial və psixoloji şərait filmin dramatizmini artırır.
Ancaq tamaşaçını da nəzərə almaq lazımdır.
Burada əsas problem isə yüksək dramatizm deyil.
Filmin təsvirinə diqqət verək, biz filmin əksər hissəsində obrazları yaxın plandan izləyirik.
Bunun estetik bir izahı ola bilməz.
Rejissor da hadisələrə yaxın plandan baxır, yaxından baxır.
Halbuki, hər bir halda, hər bir hadisəyə uzaq plandan baxmağı da bacarmalıyıq.
“Apatiya”da isə yaxın planlar hadisəyə məhdud və dar baxışı izah edir.
Qeyd etdiyim kimi, bu dünyada işıq var.
İndi sual olunur, filmin baş qəhrəmanı niyə işsizdir?
Biz onu heç iş axtaran görmürük.
Biz onların həyatından ancaq və ancaq kiçik bir hissəni görürük, bütövlük yoxdur.
Ona görə də qeyd olunan suallara cavab tapa bilmirik.
Mediada dərc edilən cinayət xəbərlərinə fikir verin:“Ər arvadı qısqanclıq zəminində öldürüb”.
Medianın formatı belədir, xəbərin formatı belədir.
Ancaq hadisəyə daha geniş perspektivdə baxmaq lazımdır, ərin də, arvadın da psixologiyasına, yaşayışına, dünyasına nəzər salmaq lazımdır, incəsənət bunun üçün var.
Biz dar, cəmi bir neçə günə fokuslanmış pəncərədən bütün həyatı görə, dərk edə bilmərik.
Və filmin bizə diktə etdiyi ancaq və ancaq acı həqiqətlərdir.
Bu həqiqətlər sanki sıx bir senzuradan keçirilir, orda müsbət heç bir şey olmur.
Halbuki, incəsənət bu cür senzura ilə çalışa bilməz.
Rejissorun təklif etdiyi variantda bir çıxış yolu, bir işıq görünməlidir.
Məşhur ifadədədir, deyirlər ki, faciədə bir çıxış yolu var, o da ölümdür, komediyada isə çıxış yolu yoxdur.
Bu film ağır dram janrında çəkilsə belə heç bir çıxış yolu təqdim etmir.