Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Seneqal prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib”, - diplomat vurğulayıb. |
Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. |
Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. |
İran parlamentinin nümayəndə heyəti bu gün Azərbaycana səfər edəcək. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
Məlumata görə, İranın İslam Şurası Məclisinin bir qrup millət vəkili Asiya Assambleyaları Assosiasiyası və onun komitələrinin toplantısına qatılmaq üçün bu gün Azərbaycana gəlirlər. |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi məsələsinə münasibət bildirib. |
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iki nəfər vətəndaş tərəfindən xəstəxananın direktoru Rauf Yahyayevə qarşı insident qeydə alınıb:""“Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. |
Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. |
Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır”. |
13:02"Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. |
Oxu.Az-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. |
O da “yox” cavabı verdiyi üçün döyülüb. |
Rauf Yəhyayev Oxu.Az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:""“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. |
Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. |
Onlar dedilər ki, o dərmanlar kömək etmir. |
Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? |
Dedim ki, təcili yardım şöbəsinə getsinlər. |
Münaqişə başladı və bıçaqla hücum etdilər”. |
Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. |
İçərişəhər UNESCO-nun 2024-cü il dünya irs təqviminə daxil edilib. |
Onun sözlərinə görə, təqvimə daxil edilən 12 abidə UNESCO Ümumdünya İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından seçilib. |
Qeyd edək ki, təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin incisi hesab olunan abidələr, onların ümumbəşəri dəyərini daha geniş auditoriyaya çatdırmaqdır. |
İpoteka və Kredit Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır. |
İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən və rəsmi “YouTube” kanalından əldə etmək olar. |
Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir. |
Bələdiyyələrin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində ümumi istifadə üçün örüş torpaqları ötən müddət ərzində əhalinin, eləcə də onların mal-qarasının sayının artması ilə əlaqədar hazırda tələbatı ödəmir. |
Bildirilib ki, digər tərəfdən bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdə ümumi istifadə üçün örüş sahələrinin ölçüləri, sərhədləri və koordinatlarının dəqiq müəyyənləşdirilməməsi bələdiyyələrin ehtiyat fondunun örüş torpaqlarının icarəyə verilməsi zamanı ümumi istifadə üçün ayrılmış örüş sahələri ilə üst-üstə düşü... |
Məruzədə vurğulanıb ki, həmçinin bəzi bələdiyyələrin ərazisində bu məqsəd üçün nəzərdə tutulan örüş sahələrinin yaşayış məntəqəsindən çox uzaqda yerləşməsi ondan istifadəni mümkünsüz edir:""“Yerli əhalinin mövcud və perspektiv tələbatı nəzərə alınaraq ümumi istifadə üçün örüş sahələrinin ayrılması məsələsinə yenidən ba... |
Yerli əhalinin hazırkı və yaxın gələcək üçün tələbatı nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə dəqiq yerquruluşu və kadastr sənədləri hazırlanaraq ümumi istifadə üçün örüş sahələrinin yaşayış məntəqələrinə maksimum yaxın ərazilərdə ayrılması məsələsinə yenidən baxılması tövsiyə olunub”. |
Ölkə ərazisində fevralın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. |
Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. |
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. |
Azərbaycanın rayonlarında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. |
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. |
Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədova hökm oxunub. |
Hökmə əsasən, T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. |
Xatırladaq ki, ittiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib. |
Belə ki, təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanovda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib. |
İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməklə xüsusi amansızlıqla ümumilikdə, 25 bıçaq zərbəsi vurub. |
T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb |
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Tailand Krallığının Pattaya şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. |
Oxu.Az xəbər verir ki, yarış fevralın 20-25-i aralığında təşkil olunacaq. |
İbrahim Əliyev SU5 kateqoriyasında qüvvəsini sınayacaq. |
Qeyd edək ki, mundial Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır. |
Xocalı soyqırımının 32 ili tamam olur. |
Ermənilərin insanlığa qarşı törətdikləri cinayət zamanı yüzlərlə insan əzizlərini - atasını, anasını, qardaşını, bacısını, hətta qundaqdakı günahsız körpəsini itirib. |
Yüzlərlə azərbaycanlı erməni vandalizminin, qətliamının qurbanı olub. |
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən qanlı qırğının ayaq səsləri isə təxminən iki ay öncə, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində eşidilib. |
Vaqif Xaçatryanın başçılıq etdiyi əliqanlı dəstə Meşəli sakinlərinə olmazın işgəncələr verib, diri-diri yandırıb, öldürüb. |
Oxu.Az-ın əməkdaşı həmin qətliamdan sağ çıxan Çiçək Nurməmmədova ilə həmsöhbət olub. |
Müsahibəni təqdim edirik:"""- Çiçək xanım, Allah bütün şəhidlərə, faciə qurbanlarına rəhmət eləsin! |
Siz də qətliamda xeyli əzizinizi itirmisiniz…"- Mən 1966-cı ildə Xocalı rayonunun Meşəli kəndində dünyaya gəlmişəm. |
Ailədə yeddi uşaq olmuşuq - beş bacı, iki qardaş. |
O dəhşətli gün indiyə kimi yadımdadır. |
Dekabrın 22-dən 23-nə keçən gecə ermənilər kəndimizə hücum etdilər. |
22 yaşlı qardaşım Zakir polis əməkdaşı idi.Həmin gecə növbədə idi.Erməni quldurlar kəndə girəndə qardaşım tez ratsiya ilə xəbər verib ki, ehtiyatlı olsunlar, hamı müdafiəyə qalxsın. |
Ancaq qardaşım xəbəri ötürənə qədər mənim atamın evinə yüzədək erməni qulduru hücum çəkmişdi. |
Atam döyüşçü idi.Ermənilər onun başına 50 min manat qoymuşdular. |
Deyirdilər ki, Novruz kişini aradan götürmək lazımdır, döyüşçüdür, hamını ayağa qaldıra bilər. |
Onu öldürüb kəndi rahat talamaq istəyirdilər. |
Sonradan öyrəndik ki, qardaşım Zakir elə döyüş postunda vuruşaraq şəhid olub. |
Subay oğlan idi, ondan geriyə bir yadigarı da qalmadı. |
Ailə üzvlərimiz - atam Novruz Novruzov, anam Adilə Novruzova, bacılarım 15 yaşlı Rübabə və 17 yaşlı Rahilə Novruzovalar, 19 yaşlı qardaşım Barat Novruzov isə həmin gecə evdə olublar. |
Zəminə, Elmira və mən ailəli idik deyə faciə bizi ayrı məkanlarda yaxaladı. |
Ermənilər ata evimə sanki bir ailəni yer üzündən silməyə gəlmişdilər. |
Bizim ailədən beş, yoldaşımgilin ailəsindən isə dörd nəfər erməni vəhşiliyinin qurbanı oldu. |
Ümumilikdə həmin gün qohum-əqrəbadan 26 şəhidimiz oldu. |
Balaca bir kənd idi.O vaxt kəndi müdafiə üçün hərbçilərimiz gəlmişdilər, amma kömək gec çatdığı üçün döyüşən kənd sakinlərinin də gücü tükənmişdi. |
- Aşkar ölümdən necə qurtuldunuz? |
- Mən həmin vaxt yeddi il idi ki, ailə qurmuşdum. |
Yoldaşımgilin evi bir az aralıda idi.Ermənilər atamgili öldürüb, evi talayandan sonra bizim evə tərəf irəliləmişdilər. |
Qayınatam şəhid oldu, qayınanam yaralandı. |
İki bacısının oğlanları onu tez xəstəxanaya çatdırmaq istədilər. |
Onlardan birinin UAZ markalı maşını vardı. |
Yaralını maşına qoyub meşənin içi ilə Şuşa xəstəxanasına çatdırmaq üçün yola düşdülər. |
Sonra bildik ki, bir az irəlidə ermənilər maşının qabağını kəsiblər. |
Maşındakıların hamısını meşənin içərisində dərə var idi, orada güllələyərək qətlə yetiriblər. |
Maşın güllədən deşik-deşik idi.Ürəkləri soyumamış, hamısının alın nahiyəsindən güllə ilə vurmuşdular. |
Bizim ümumilikdə doqquz nəfər ailə üzvümüzü ermənilər Meşəli qətliamında amansızlıqla öldürüblər. |
Mən isə evimizdə qalmışdım, çıxa bilmirdim. |
Qonşumuzda bir oğlan var idi, Ramil, Allah ona rəhmət eləsin! |
O özünü atdı bizim evə ki, döyüşə-döyüşə bizi də müdafiə etsin. |
Evdə sobanın borusunu çıxarıb taxdı avtomatın ağzına ki, səs güclü çıxsın, ermənilər qorxsunlar. |
Ramil gördü ki, ermənilərin sayı artır, bizə qışqırdı ki, qadınlar, qızlar, hamınız tez çıxın, qaçın buradan. |
Altı ayın gəlinini də götürdüm, üzüyuxarı meşəyə tərəf qaçdıq. |
Hay sala-sala ki, bəlkə, kimsə bizə köməyə çatar. |
- Çiçək xanım, bir qardaşınızın əsir götürüldüyünü dediniz...Onun taleyi necə olub? |
- 19 yaşlı qardaşım Baratı evdən əsir götürüb aparmışdılar. |
Barat da atamla birlikdə evdə vuruşub. |
Pəncərədən atamın vurulduğunu görüb, çarəsizlikdən qaçıb yanına. |
Sonra baxıb ki, ermənilər qonşu evin həyətindən benzin götürüb evimizə tökürlər ki, yandırsınlar. |
Barat köməksiz qalıb, təslim olub. |
Onu əli-qolu bağlı kənddən üç kilometr uzağa aparıblar ki, orada işgəncə versinlər. |
Erməni maşından aralananda Barat özünü öldürmək üçün on metr hündürlükdəki qayanın kənarından atıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.