Search is not available for this dataset
text
stringlengths
10
518k
Kann Film Festivalının qalibi Jüstin Triyenin “Anatomie d'une chute” filmi ən yaxşı orijinal ssenariyə görə mükafata layiq görülüb.
Başqa bir Kann filmi “The Zone of Interest” “ən yaxşı Britaniya filmi” mükafatına layiq görülüb.
“Ən yaxşı cizgi filmi” nominasiyasında isə mükafatı Hayao Miyazakinin “The Boy and the Heron”u alıb.
Ənənəvi olaraq “qırmızı xalı”ni izləmək nəticələrin elanından heç də maraqsız olmayıb.
BAFTA mükafatlarının təqdimetmə mərasimindən ən yaddaqalan obrazları təqdim edirik:"""Mənbə:Thesymbol.ru
Düz bir il öncə İranın Mazandaran əyalətindəki orta məktəblərin birindən yayılmış bu bir neçə saniyəlik videoya görə müəllimə işdən çıxarılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, sonradan ictimaiyyəti sakitləşdirmək üçün onun başqa məktəbdə işə götürüldüyü bildirilsə də, araşdırmalar göstərir ki, həmin müəllimə hələ də işsizdir və heç yerdə ona iş verilmir.
“Azeronline” internet provayderi olaraq artıq 25 ildir, Azərbaycan ərazisində fəaliyyət göstəririk.
Hər zaman hər dövrün özünəməxsus qabaqcıl texnoloji həlləri ilə internet xidmətinin son istifadəçiyə ötürülməsini təmin etməyə çalışmışıq.
Müasir dövrümüzdə, internetin uşaqdan-böyüyə hər kəsin gündəlik həyatında əvəzolunmaz amilə çevrildiyi bir dönəmdə xidmətin təminatı əraziyə uyğun olaraq, əsasən GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) üzərindən təmin olunur.
Fiber-optik internet keyfiyyətli, sürətli və limitsiz bağlantını təmin edərək qlobal şəbəkənin imkanlarından rahatlıqla və kəsintisiz faydalanmağa imkan yaradır.
Təqdim etdiyimiz xidmətin nə qədər önəmli olduğunu bildiyimiz üçün onu hər kəsə əlçatan etməyi özümüzə borc bilirik.
Bu səbəbdən mütəmadi olaraq fərqli bölgələrdə güzəştli kampaniyalar keçirərək sərfəli şərtlərlə fiber-optik internet xidmətinə qoşulmanı təmin etməyə çalışırıq.
“Azeronline” olaraq bu dəfə Qazax rayonu ərazisində yaşayan həmvətənlərimizi sevindirməyə qərar verdik.
Belə ki, 1-29 fevral tarixlərində Qazaxda keçirilən kampaniya çərçivəsində xidmətə qoşulmaq üçün yalnız biraylıq xidmət haqqını ödəmək kifayətdir.
Yeni qoşulan abonent həm yeni nəsil dual-band modemlə tam ödənişsiz təmin olunur, həm də növbəti ayın internet xidmətini hədiyyə olaraq qazanır.
Odur ki, hələ də “Azeronline” abunəçisi olmayan yerli əhalini fürsəti qaçırmadan fevral ayı boyunca davam edəcək bu özəl kampaniyadan yararlanmağa dəvət edirik.
Bunun üçün ONLAYN QEYDİYYAT formasını dolduraraq qeydiyyatdan keçmək və ya 8220 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Qazax rayonunda “Azeronline” internet xidmətinin təminatı qısa müddət əvvəl başlamağına baxmayaraq, ərazidə 6000-dək aktiv istifadəçimiz mövcuddur.
Adıçəkilən ərazidə layihənin tam təhvil verilməsi 2024-cü ilin may ayına planlaşdırılır.
Qeyd edək ki, “Azeronline” şəbəkəsi mərkəz, kənd və qəsəbələr daxil olmaqla, Qazax rayonunun 80%-dən artıq sahəsini əhatə edir.
Yerli əhalinin Ümumdünya Şəbəkəsinə keyfiyyətli bağlantısını təmin edə bildiyimiz üçün qürurluyuq.
“Azeronline”ın təklif etdiyi etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir.
Bunlar sürətli quraşdırma, kəsintisiz internet təminatı və etibarlı bağlantıdan ibarətdir.
Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.
Qeyd edək ki, GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək və ya azeronline.com səhifəsinə daxil olmaq kifayətdir.
Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyən hər kəs ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda optik internet istifadəçisinə çevrilə bilər.
Şirkət haqqında"“Azeronline LTD” BM ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.
“Azeronline LTD” BM 1999-cu il 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib.
160 000-dən çox müştəri bazasına malik olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer alır.
İtaliya polisi üzvlərinin yaşı 51-76 arası olan cinayətkar qruplaşmanın üzvlərini saxlayıb.
Məlumata görə, qrup altı nəfərdən ibarət olub, onlar poçt şöbələrini qarət ediblər.
Qeyd olunub ki, cinayətkar qrupun rəhbəri 1990-cı illərdə Romanın mərkəzində yerləşən banklardan birini qarət edərək məşhurlaşan 70 yaşlı İtalo De Vittidir.
2023-cü ilin mayında cinayətkar qrup Romadakı poçt şöbələrindən birinə basqın edərək oradan 195 min avro oğurlayıblar.
Dəstə üzvləri 2023-cü ilin noyabrında başqa bir poçt şöbəsindən 150 min avronu oğurlamağa cəhd etdikdən sonra saxlanılıblar.
İstintaq nəticəsində İtalo De Vitti və onun iki şəriki dörd il müddətinə azadlıqdan məhrumetməyə məhkum olunublar.
Cinayətin törədilməsinə şərait yaratmaqda təqsirləndirilən daha üç dəstə üzvü barəsində müxtəlif cəza tədbirləri həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib.
President.az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb.
2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb.
Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.
Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var.
Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır.
Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur.
Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.
11:57"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib.
Bununla bağlı President.az məlumat yayıb.
Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.
Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.
Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.
Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49,7 hektar torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104 370 manat maddi ziyan vurması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübari...
Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bələdiyyə büdcəsinə 124 320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mə...
Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin aynıması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi baş...
Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsini...
Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəs...
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindən 45 000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0,10 ha torpaq sahəsinin satılması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, 308.
1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun formasını təsdiq edib.
Agentlik tərəfindən “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportunun verilməsi haqqında” Əmr sözügedən sahədə hüquqi tənzimlənmənin həyata keçirilməsi, bu sahədə beynəlxalq tələblərin yerinə yetirilməsi və heyvan sahiblərinin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.
Əmrdə bildirilib ki, AQTA-nın regional bölmələri heyvan sahiblərinin agentliyə olan müraciətlərinə əsasən, ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək.
Beynəlxalq standartlara uyğun olaraq, xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması agentliyin regional bölmələri tərəfindən baytarlıq şəhadətnaməs...
Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, baytarlıq pasportunun (bir sənəd) verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyən olunub.
Şərur rayonunda 28 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
APA xəbər verir ki, hadisə rayonunun Dizə kəndində qeydə alınıb.
1996-cı il təvəllüdlü Xədicə Tağı qızı Bağırova hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Lionel Messi çinlilərlə yaponlar arasında gərgin münasibətləri nəzərə almayıb və Asiya bazarını fəth etmək şansını əldən verib.
Çinli azarkeşlərin Lionel Messini görəcəyini ümid etdikləri Honkonqda keçirilən mübahisəli “İnter Mayami” yoldaşlıq oyunundan iki həftədən çox vaxt keçib.
Bununla belə, böyük argentinalı bütün matç boyunca ehtiyat oyunçular skamyasında oturub.
Rəsmi versiyada onun əzələ diskomfortu səbəbindən oynaya bilmədiyi deyilib.
Məyusluq rezonansı o qədər güclü olub ki, bir anda Leo təkcə Honkonq və Çini deyil, həm də ABŞ, Yaponiya və Argentinanı əhatə edən geosiyasi, mədəni və idman gərginliyinin mərkəzində dayanıb.
“Helsinki öz ərazisində ABŞ-nin nüvə silahını yerləşdirməyi planlaşdırmır”.
Bu açıqlama ilə Finlandiyanın Baş naziri Petteri Orpo çıxış edib.
Finlandiya rəsmisi bildirib ki, ABŞ-nin nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO nüvə silahlarından istifadədən çəkinməyi təmin edir.
“Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”, - deyə Petteri Orpo fikrini tamamlayıb.
Oxşar məzmunlu açıqlama ilə Polşa rəsmisi çıxış edib.
“Mən istərdim ki, bu element (nüvə silahını nəzərdə tutur - red.)
ölkəmizin ərazisində olmasın”, - deyə Polşanın milli müdafiə nazirinin müavini Stanislav Vzentek söyləyib.
O qeyd edib ki, hazırkı vəziyyətdə Polşada nüvə arsenalının yerləşdirilməsi ölkənin təhdid potensialının səviyyəsini artırar.
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xaçmaz rayonunun Hülövlü kəndində fərdi yaşayış evində partlayış olub.
APA-nın Şimal bürosu xəbər verir ki, qaz sobasının partlaması nəticəsində həmin evdə yaşayan Faiq Məmmədov yüngül yanıq xəsarətləri alıb.
Ona Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda “Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu” keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.
Fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində üç nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kiloqram 600 qram narkotik vasitə marixuana, 60 ədəd “Prostahealth” və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən “Metadon M-40” həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Seneqal Prezidenti Makki Sallı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfərə gələcək.
“Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi.