Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Daha sonra aşpaz xanımlara yaxınlaşdıq. |
Bildirdilər ki, hərbi hissədə öz evlərindəki kimi yeməklər bişirirlər. |
Əsgərləri öz övladları hesab edirlər. |
Aşpaz Könül Qurbanova ilə qısa söhbətimiz oldu. |
- Könül xanım, əsgər valideynləri övladlarını hərbi xidmətə yola salanda ən çox onların yeməkləri barədə narahat olurlar. |
Burada əsgərlərə hansı yeməkləri bişirirsiniz? |
- Səhərlər südlü sıyıqlar, soyutmalar, yumurtalar, kolbasa, cem, yağ, bulkalar olur. |
Günorta isə milli və sulu yeməklər bişiririk. |
Əsgərlər üçün kifayət qədər çeşidli yeməklər bişirilir. |
- Nə vaxtdan burada çalışırsınız? |
Əsgərlərə yemək bişirmək necə hissdir? |
- Yeməkləri qürur hissi ilə bişiririk. |
Artıq 7 ildən çoxdur ki, burada işləyirəm. |
Əsgərlərin valideynlərini yaxşı başa düşürəm. |
Ona görə də çalışırıq ki, hərbçilərimiz keyfiyyətli və dadlı yeməklərlə qidalansınlar. |
Aşpaz xanımlarla sağollaşıb, əsgərlərə yaxınlaşdıq. |
Özünüzü təqdim edin, zəhmət olmasa! |
- Çox yaxşıdır, yeməklərdən çox razıyıq. |
Evdə yediyimiz yeməklərdən fərqlənmir. |
- Menyuya hansısa yeməyin əlavə olunmasını istəyərdinizmi? |
- Hazırkı menyu bizi qane edir. |
Lazım olanda şəxsi heyətin fikri öyrənilərək digər yeməklər də menyuya əlavə olunur. |
Matros Fuad Qasımov da burada verilən yeməklərin onları qane etdiyini bildirdi. |
Onun sözlərinə görə, buradakı təamlar heç də mülki həyatda olan yeməklərdən fərqlənmir. |
“Yediyimiz yeməklərin tərkibində kifayət qədər protein var. |
Bu da gündəlik xidmətimizdə bizi kifayət qədər enerji ilə təmin edir. |
Bizə normaya uyğun qidalar verilir, həmçinin yeməklərin hazırlanmasında əsgərlərin fikirləri də nəzərə alınır”, - deyə o söylədi. |
Hərbi qulluqçularla söhbətləşəndən sonra biz də onlara verilən yeməklərdən daddıq. |
Həqiqətən də ev yeməklərindən fərqlənmirdi...""Beləcə, xoş əhvali-ruhiyyə ilə hərbi hissəni tərk etdik. |
Azərbaycan Ordusunun ildən-ilə təkmilləşdirilərək müasir standartlara uyğunlaşdırılması, yüksək döyüş hazırlığı, eləcə də şəxsi heyətin qidalanmasında müasir standartlardan istifadə, əlbəttə ki, bizi qürurlandırdı. |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir. |
İdarədən Oxu.Az-a verilən xəbərə görə, yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. |
“Nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınm... |
Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir. |
DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin a... |
Abşeron rayonu Xırdalan şəhərində yaşayan sakinlər yol kənarının baxımsız vəziyyətdə qalmasından şikayətçidirlər. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. |
Söhbət Xırdalan şəhərinin mərkəzi hissəsi sayılan Məhəmməd Əmin Rəsulzadə küçəsindən gedir. |
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində tikintisi uzun müddət yarımçıq qalmış binada “Hasil” MTK tərəfindən işlər bərpa edilib:""“Hazırda adıçəkilən MTK tərəfindən binanın elektrik şəbəkəsinin elektrik transformator... |
Razılaşdırılmış layihə üzərindən aparılan işlər zamanı bəzi yerlərdə səkilərin qazılması zərurəti yaranıb və işlər artıq tamamlanmaq üzrədir. |
İşlər tamamlandıqdan sonra səkilər əvvəlki vəziyyətinə qaytarılacaq. |
Sakinlərin narahatlıqlarının nəzərə alınaraq tərəfimizdən görüləcək işlərin sürətləndirilməsi ilə bağlı şirkətə müraciət edilib”. |
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
Həmin şəxsdən “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron götürülüb. |
K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib. |
Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. |
Ondan satmaq məqsədilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. |
Həmçinin Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə iki ədəd “Kalaşnikov” avtomatı, beş ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, yeddi ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb. |
“Baku Steel Company” QSC-də (bundan sonra - BSC) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) artıq Azərbaycan Respublikasının qanunvericilik aktlarının, dövlət norma və standartlarının tələbləri ilə yanaşı beynəlxalq ISO 45001:2018 standartının tələblərinə uyğun təşkil edilir. |
Belə ki, dünyaca məşhur “Bureau Veritas Certification SAS” şirkətinin Böyük Britaniya filialı BSC-nin əsas məhsullarının istehsalı və satışı üzrə idarəetmə standartlarının tələblərinə tam uyğun olduğunu təsdiq edərək, şirkətə müvafiq ISO 45001:2018 sertifikatı verib. |
Qeyd edək ki, ISO 45001:2018 standartı əməyin sağlamlığı və təhlükəsizliyi (ƏST) idarəetmə sisteminin tələblərini müəyyənləşdirir, təşkilatları istehsalatda baş verən zədələr və peşə xəstəliklərinin qarşısını almaqla təhlükəsiz və sağlam iş yerləri yaratmağa təlimatlandırır. |
Eyni zamanda, peşə sağlamlığı və təhlükəsizliyi (PST) fəaliyyətlərinin genişləndirilməsinə şərait yaratmaq məqsədilə standartın istifadəsi üzrə təlimatlanmanı təmin edir. |
BSC-də ƏST və PST idarəetməsi sahəsində yeni standartların qəbul edilməsində əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istifadə olunan resursların optimallaşdırılması, səmərəliliyin və istehlakçıların məmnuniyyətinin artırılmasıdır. |
Dumanlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. |
Oxu.Az xəbər verir ki, qəzanın videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb. |
Belə ki, Şamaxı-Muğanlı yolunda dumanlı hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib. |
Həmin görüntüləri təqdim edirik: |
Şəkidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. |
Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb. |
İlkin məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı altı avtomobil toqquşub. |
Ölən və yaralananlar barədə məlumat yoxdur. |
Nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. |
Həmin görüntüləri təqdim edirik:"" |
Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq. |
Baku.ws-in əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb. |
Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində çoxmərtəbəli binaların inşa olunacaq. |
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıblar. |
Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. |
Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə sahəyə sahib olacaqlar. |
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. |
Evlərinin kvadratmetrindən asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar. |
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. |
Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnib. |
Buna görə, pilot layihənin icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir. |
Azərbaycanlı alpinistlər Kilimancaro zirvəsini fəth ediblər. |
Oxu.Az-ın Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən məlumatına görə, yeddi nəfərdən ibarət heyət Afrika qitəsinin ən yüksək zirvəsinə qalxıb. |
Qərib Tağızadənin rəhbərliyi altında təşkil edilən ekspedisiya fevralın 9-da başlayıb və 12-də başa çatıb. |
Qərib Tağızadə, Elbəy Mustafabəyli, Fariz Rəhimov, Türkan Fərzəliyeva, Elşən Yusubov, Əşrəf Hüseynov və İlkin Qəhrəmanlıdan ibarət kollektiv 5895 metrlik Kilimancaro zirvəsini fəth edərək, orada Azərbaycan və AAF bayraqlarını dalğalandırıblar. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. |
President.az xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. |
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. |
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb. |
11:38"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. |
Bununla bağlı AZƏRTAC məlumat yayıb. |
Belqraddan Düsseldorfa uçan “Air Serbia” şirkətinə məxsus təyyarə Serbiyanın paytaxtında uçuş-enmə zolağının işıqlarına çırpılıb. |
Təyyarə füzelyaj və qanadına ciddi ziyan vursa da, havaya qalxıb. |
60 dəqiqədən sonra üzlüyü yanan təyyarə artıq altı yanğınsöndürən maşınla Nikola Tesla hava limanında qarşılanıb. |
Təyyarənin göyərtəsində 132 sərnişin olub. |
Enişdən sonra onlar təcili təxliyə ediliblər. |
Ekspertlər hadisənin başvermə şəraitini araşdırırlar. |
Onlar ehtimal edirlər ki, pilotlar uçuş-enmə zolağını tam qət etmədən havaya qalxdıqları üçün işıqlandırma avadanlığına çırpılıb. |
Bu, yanlış marşrut hesablamalarının nəticəsi ola bilər. |
Mənbə:“Shot” “Telegram” kanalı |
Böyük Britaniyada BAFTA mükafatlarının təqdimetmə mərasimi keçirilib. |
Londondakı Kral Festival Sarayında keçirilən tədbir üçün bütün Hollivud dünyası toplaşıb. |
Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) bu il ilk mükafat şousu olmadığı üçün onun nəticələri heç kimi təəccübləndirməyib. |
Bu il üçün mütləq qalib Kristofer Nolanın “Oppenheymer”i olub. |
Film “ən yaxşı rejissor” daxil olmaqla ümumilikdə yeddi mükafat alıb. |
“Ən yaxşı aktrisa” nominasiyasında mükafat yenə Yorgos Lantimosun “Poor Things” filmindəki roluna görə Emma Stouna verilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.