Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ondan sonra ta ki Xocalı azad olunana qədər, bax bu 2023-cü ilin sentyabr ayına qədər, Xocalıya heç kim getməyib. |
- Bəs Seyidağa Mövsümlünün kadrları, Çingizin çəkiliş etdiyi yer ki vardı, deyirdi, “üzünü qaldır, üzünü...”"- Ora Xocalı deyil. |
Ora Qaraqayadır, harada ki, Xocalıdan qaçan əhalini ermənilər qırmışdılar. |
Qaraqaya da Şelli kəndinin təxminən dörd, ya beş kilometrliyində yerləşir, Xocalıdan 15 kilometr aralıda. |
Faciə baş verəndən sonra gedənlərimiz də Qaraqayaya gediblər, Xocalıya yox. |
Amma əfsus ki, mətbuat yazıb ki, Xocalıya gediblər. |
Mətbuat yazdı ki, bəs Xocalı faciəsini eşidən kimi Seyidağa Mövsümlü kamerasını götürüb Xocalıya yollandı. |
Mən bir dəfə iradımı bildirdim, onda hələ Xocalı alınmamışdı. |
Siz belə yazdınız, sabah tarix kimi yazdıqlarınızı götürəcəklər. |
Biz öldük getdik, bəs sabah gələn nəsil tarixi qaldırıb oxuyanda, biri də mənim nəvələrim, deməyəcəklər ki, mənim babam nə fərsiz adammış? |
Əlində avtomat Xocalıya gedib atasını-anasını xilas eləmirmiş, kimsə amma kameranı götürüb gedib orada çəkiliş edirmiş”. |
Mən çox istəyirdim ki, bu yerlər işğaldan azad ola, göstərəm ki, ay bala, Qaraqaya başqa yerdir, bura Xocalı deyil. |
- Akif müəllim, necə düşünürsünüz, Xocalı soyqırımında ən çox əli qana batan 366-cı motoatıcı alay olub, yoxsa ermənilər? |
- Mənim fikrimcə, erməniyə qalsaydı əgər, erməni heç vaxt Xocalıya girə bilməzdi. |
Əgər 366-cı alayın texnikası və onların hərbçilərinin köməyi olmadan Xocalını almağı bacarsaydılar, çoxdan alardılar. |
Fakt odur ki, Xocalıya girəndə qabaqda 366-cı alay və onun texnikası olub. |
Erməninin rolu nə dərəcədə olub, bilmirəm, amma düşünürəm ki, alıb veriblər erməniyə. |
- İşğaldan sonra nə vaxtsa Xocalıya qayıdacağınızı təsəvvür edirdiniz? |
- Bilirsiniz, deyirlər, ən sonda ölən ümiddir. |
Amma belə alınmasına inanmazdım. |
Yəni bu bizim ən böyük Qələbəmizdir. |
Arzu edirəm ki, o gedən erməni qatillərin ayaqları təkrar bir də torpaqlarımıza dəyməsin. |
- 32 ildən sonra, artıq azad olunmuş Xocalının kandarında olsaydınız, ilk gedəcəyiniz yer hara olardı? |
Atamı, anamı qoyub getdiyim və bir də heç vaxt görmədiyim evimiz. |
İlk onu görəcəyəm ki, məni həmişə gülərüzlə qarşılayıb bağrına basan ailəm yoxdur orada...""Orada bizim Xocalı uşaqları işləyirlər, hər yanı çəkirlər, atırlar. |
Getməsəm də, bu gün Xocalını azı on beş dəfə gəzən adam kimi orada nə var, nə yox - hamısından məlumatım var. |
Çalışıram ki, nə qədər ki canımda can var, qoy Xocalı ilə bağlı bildiklərimi köçürtsünlər kameraların yaddaşına. |
- Bütün işğaldan azad olunan ərazilərimiz kimi, Xocalı da tikilir, qurulur...""- Orada gedən tikinti-abadlıq işlərini anlayışla qarşılayıram. |
Biz ermənilərin xaraba qoyduqları tikililərimizi ömürlük orada eləcə saxlamalı deyilik ki. |
Məni narahat edən odur ki, biz bunu sənədləşdirməliyik, çəkməliyik, arxivlərə vurmalıyıq. |
Bu gün bütün bunları sənədləşdirmədən oraları buldozerin ağzına vermək olmaz. |
Baxın, bura həmin o yerdir ki, bayaq sizə dedim, mənim ailə üzvlərimi ermənilər güllələyiblər. |
Bu gün buranı sökmək nə dərəcədə doğrudur? |
Qoy hər şey sənədləşsin, çəkilsin, paylaşılsın, ondan sonra, əlbəttə ki, söküləcək də, tikiləcək də. |
Bəlkə, bu ərazilərdə açıq muzey olması bizə gələcək üçün daha önəmli olacaq? |
Dünyaya haqq səsimizi çatdırmaq üçün bu faktlardan maksimum yararlanmalıyıq - demək istədiyim budur. |
Sonra üstündən nə qədər keçir-keçsin, lazım olanda, gələcək nəsil arxivdən götürüb həmin materiallardan istifadə edə bilsin. |
Baxın, bu gün sual verən olsa ki “köhnə Xocalı haradadır?”, cavab verə bilən varmı? |
O Xocalı ki 1905-ci ildə yandırılıb, xocalılar baş götürüb Malıbəyliyə qaçıblar. |
Aparsınlar məni, göstərim hər şeyi, baxsınlar, görsünlər, sənədləşdirsinlər. |
Nə qədər ki, sağıq, gördüklərimizdən, bildiklərimizdən istifadə etsinlər. |
Sözümün canı odur ki, əvvəl edilən səhvləri bir də etməyək. |
Vaxtında hər birimizin bu hadisələrlə bağlı xəbərimiz olsaydı, Əzizə xanım, mən inanmıram ki, 1992-ci ildə bu cür qanlı cinayətlə biz qarşılaşa bilərdik. |
Heç olmasa, əvvəlcədən xain düşmənimizin qonşumuz olduğunu bilsəydik, hazırlıqlı olardıq. |
Daha çox foto burada:PhotoStock.Az"Əzizə İsmayılova |
“Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır”. |
Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. |
O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir. |
“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika müşahidə olunur”, - deyə Ruzbeh Məmməd qeyd edib. |
Bu ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kiloqramdan çox narkotik vasitə və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min manat kimi qiymətləndirilir. |
Bu barədə Oxu.Az-a Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat verib. |
Bildirilib ki, keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanıb. |
Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub. |
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kq 021,607 qr narkotik vasitələrin və psixotrop maddələrin 86 kq 213,9 qramını heroin, 681 kq 712,79 qramını marixuana, 16 kq 104,876 qramını tiryək, 22 kq 833,55 qramını həşiş, 23 kq 078,491 qramını psixotrop maddələr, 1 kq 078,255 qramını d... |
Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. |
Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən 29 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kq 862,838 qram və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarı... |
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kq 290,6 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. |
109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 133 kq 013,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib. |
Təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultiva... |
Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı iki fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kq 261,318 qram artıb. |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6847 nəfər istiqamətləndirilib. |
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfərin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. |
Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmun çatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. |
Ötən bir ay ərzində İİV-ə 108 nəfər yoluxub. |
Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, iki nəfəri isə əcnəbilər olub. |
“Bu il yanvarın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 71,5 milyon manat ödənilib”. |
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. |
“Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il davam etdirilib. |
31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib. |
Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib”, - deyə o qeyd edib. |
Pandemiyadan zərər çəkmiş #biznes subyektlərinə mövcud kreditlər üzrə faiz #subsidiya-larının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il ərzində davam etdirilib. |
31 dekabr 2023-cü il tarixinə #kredit-in qalıq məbləği 893,4… pic.twitter.com/0XtAkIVDpa |
“Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa İttifaqı və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparılır. |
Məqsəd Qərbin ermənilərin himayədarı olduğunu göstərməkdir. |
Bu, həm də Paşinyana köməkdir ki, Ermənistanı Rusiyadan qopararaq onu Qərbə müttəfiq kimi gətirmək asan olsun”. |
Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. |
Politoloq Qərbdəki himayədarların Ermənistana dəstəyini isə belə şərh edib:""“Digər mühüm vəzifə münaqişə məkanı yaratmaq və bu bəhanədən istifadə edib Cənubi Qafqaz ərazisinə “neytral” vasitəçi kimi daxil olmaqdır. |
Fransa və Avropa İttifaqı Cənubi Qafqazda mövcud olmaq ambisiyalarından və istəklərindən əl çəkmir”. |
Sergey Markov əmindir ki, hazırda Paris və Brüsselin neytral siyasi potensialı yoxdur. |
“Onlar dialoq və etibarlı münasibətlərdən daha çox post-imperiya hökmranlığına can atırlar. |
Məhz buna görə də süni münaqişə məkanı yaradılır, Ermənistan təxribat və atəşlə məşğul olur, Fransa və Avropa İttifaqının gəlişinə şərait yaradır. |
Ardınca Qərb guya münaqişənin həllinin “ağır yükünü” öz üzərilərinə götürmək iddiası ilə çıxış etməyi düşünür. |
İrəvanda isə anlayırlar ki, erməni tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanı yerinə yetirməyib, Azərbaycan ordusu isə Ermənistan ordusundan dəfələrlə güclüdür”, - deyə Sergey Markov fikrini tamamlayıb. |
Yəmən sahillərində daha bir gəmiyə hücum olub. |
Hadisə nəticəsində gəmi zədələnib. |
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib. |
Bildirilib ki, insident Moxa limanı yaxınlığında baş verib. |
“UKMTO-ya Yəmənin Moxa şəhərindən 35 dəniz mili cənubunda baş vermiş insidentlə bağlı məlumat verilib. |
Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində ziyan dəydiyini bildirib. |
Kapitan ekipajın təhlükəsizlikdə olduğunu vurğulayıb. |
Hərbi hökumət hadisənin başvermə şəraitini araşdırır. |
Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - deyə sənəddə vurğulanıb. |
Söhbətin hansı gəmidən getdiyi məlum deyil. |
Qeyd edək ki, İrana bağlı olan husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. |
“Komanda yoldaşımız və yaxın dostumuz Saşa Yunisoğlunun toyu ərəfəsi idi. |
Biz də neçə vaxtdır buna hazırlaşırdıq”. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov başına gələn maraqlı əhvalatlar barədə danışarkən deyib. |
Veteran müdafiəçi yığmanın keçmiş qapıçısı Kamran Ağayevlə birgə getməli olduqları toyun tarixini səhv saldıqlarını bildirib:""“Mən məclisin növbəti gün olacağını dedim. |
Kamran isə etiraz etdi və xeyir işin bu gün baş tutacağını söylədi. |
Məşqdən çıxıb Saşanın toyu olan şadlıq sarayına yollandıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.