Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Allahverdi ilə getdik Əsgərana, Vitali Balasanyanla görüşdük. |
O vaxtlar yeni başlamışdılar əsirlərin dəyişdirilməsi prosesinə. |
Getdik, onlarla danışdıq, əsirin birini verdim onlara, Xocalıdan olan xeyli əsir aldım. |
Tofiqin meyitini almaq elə də asan olmadı. |
Bizi postda girov saxladılar - Allahverdini, məni, bir də Hümbətin oğlu Şahini. |
Bir qrup, Şahinin qardaşları Tahir və Vladim getdilər Əsgərana cəsədi götürməyə. |
Digər qrup da - qaynım Məhər, qardaşım Bakirin kiçik qaynı Yusif, erməni də qoşdular bunlara, cəbhəçilərdən də qoşdular -“buxanka” dediyimiz hərbi UAZ-ların biri ilə göndərildi Ağdərə rayonunun Qazançı kəndinə. |
Ondan bir neçə gün əvvəl isə bizim Ağdam özünümüdafiə qüvvələri Qazançıda əməliyyat keçirmişdilər, uğurlu əməliyyat idi.Qəlpə dəyib təsadüfi ölənlərdən biri Əsgəranın keçmiş milis rəisi var idi - Volodya Avagimyan, onun anası idi.Demişdilər ki, onun cəsədi gəlməsə, Tofiqin cəsədini verməyəcəyik. |
Bunun anasının meyiti gətiriləndən sonra Vitali ratsiya ilə dedi ki, siz də meyiti təşkil edin və verin. |
- 1992-ci il mart ayının haradasa 19-u olardı. |
Gətirdim...top yeşiyinin içində. |
Qardaşımın meyiti idi də, gözlər olsun, görməsin. |
İndi təsəvvür edin ki, Allahverdi qolumdan yapışıb yavaşca qulağıma deyir ki, “Akif, möhkəm ol, bilməsinlər ki, sənin qardaşındır. |
İndi siqaret çəkə-çəkə gözləyirik ki, o erməninin meyitini də gətirsinlər. |
Nə isə, gətirdilər, bunları dəyişdik və qardaşımın meyitini aldım. |
Meyiti götürdük, gəldik Hindarx kəndinə. |
Gördük, məzarı da qazıblar, dəfn üçün hər şey hazırdır. |
Qardaşımın bir döyüşçüsü vardı, Familə Salmanlı, həm jurnalist idi, həm də müəllimə işləyirdi. |
Xocalıya o vaxtı könüllü gedənlərdəndi. |
O mənə dedi ki, “Akif, biz Tofiqlə bir dəfə Bakıya getmişdik, Müdafiə Nazirliyinə, sənədlər üçün. |
Oradan çıxanda getdik Şəhidlər xiyabanını ziyarət etməyə. |
Tofiq dedi ki, Familə, burada yatanlar dünyanın ən xoşbəxt adamlarıdır. |
Məni burada dəfn etsələr, elə bilərəm, dünyanın ən xoşbəxtiyəm. |
Bilirsiniz, 20 Yanvar hadisələrindən sonra Tofiqdə çox dəyişiklik olmuşdu. |
Familə bunu deyən kimi Hindarxda Şahinə dedim ki, bəs mollaya de, o qəbrin lazım olan dualarını versin, bağlayın. |
Belə oldu, götürdüm gəldim Bakıya və dəfn elədim...Belə...Xocalıda qalan doğmalarımdan bircə dənə məzar qardaşımın məzarı oldu. |
Qalanların nə bir nişanəsi var, nə də harada olduqları bilinir...""- Faciə baş verəndən sonra Xocalıya gedənlər oldumu? |
Xocalı faciəsi baş verənə qədər axırıncı Xocalıya gedən olub Elman Məmmədov - Milli Məclisin deputatı. |
Həmin vaxt Elman Məmmədov Xocalı İcra Hakimiyyətinin başçısı idi.1992-ci il fevral ayının 12-də Elman mənə xəbər göndərdi ki, səhər tezdən Gəncədə hərbi aeroportda olun. |
Danışmışam, vertolyot təşkil edəcəklər, sursatı aparacaq Xocalıya. |
Oradan da həmin vertolyotlar qocaları, xəstələri, uşaqları çıxaracaq. |
Mən o vaxt birinci dəfə idi yaxından görürdüm - “Mi-26” ağır yük nəqliyyat vertolyotları var idi, zirehli texnika, tank daşımaq üçün. |
Təsəvvür edin ki, üç dənə tankı o vertolyotda aparıb harasa ata bilirlər paraşütlə. |
Gəncə diviziyasının komandiri vardı - Şerbak. |
Deyəsən, elə Şerbakla danışıb razılaşmışdılar ki, həmin vertolyot bir gündə üç dəfə Xocalıya uçub camaatı çıxaracaq. |
Nazim Abışovun idarə etdiyi avtobus vardı, modelini bilmirəm, o vaxt ona “pinqvin” deyirdilər - bağlı, yük daşımaq üçün avtobus idi.Avtobusun arxasını verdik, açdıq. |
Ermənilər hərbi sursatı görən kimi dedilər, olmaz, biz danışmışıq ki, ərzaq aparılacaq, oradan da bəri adamlar gətiriləcək, hərbi təyinatlı yük ola bilməz. |
Oturduq Elman müəllimin maşınına, gəldik Gəncə Polis İdarəsinə. |
O vaxt polis idarəsinin rəisi Eldar Həsənov idi.Elman müəllim qalxdı rəisin yanına, nə danışdılar, nə müzakirə etdilərsə, yenidən onun müavini ilə düşdü, gəldik Gəncənin un dəyirmanına. |
Söhbət gedir 1992-ci il fevral ayının 13-ü, günün birinci yarısından. |
Dəyirmanda yeşikləri sındırdıq. |
Orada qalan patron, qumbara, nə vardısa hamısını sellofan kisələrə doldurandan sonra qoyduq 70 kq-lıq un kisələrinin içinə. |
Unu vurdular üstünə, ağzı tikildi, üstünə də yarlıq vuruldu ki, 70 kq-lıq undur. |
O formada maşınlara yığdıq, gətirdik. |
Ruslar baxdılar, gördülər ki, undur. |
Elman müəllim də dedi ki, mən gedim, bunları boşaldıb gələcəyəm ikinci dəfə vertolyotu göndərəm. |
Vertolyot getdi, çox gec qayıtdı. |
Biz də günorta çörək yeməmişdik deyə axşama doğru elə Elman müəllimin maşını ilə getdik Gəncəyə. |
Vertolyotun səsi gələndə, böyük idi deyə səsi çox güclü yayılırdı, tələsik döndük. |
Elə oldu ki, biz gəlib çatana qədər vertolyot düşmüşdü uçuş xəttinin o biri tərəfinə. |
Həmin gün də “İL-76” yük təyyarələri Rusiyaya dalbadal uçuşlar edirdilər. |
Bilmirəm, orada olan hərbi sursatı daşıyırdılar, ya nə idi, dəqiq bilmirəm. |
Mən elə uçuş xəttinə çatanda “İL-76” eniş etdi - ora hərbi aeroport idi.O tərəfə keçəndə gördüm ki, camaat bir-birini axtarır. |
Uşaqlı, qadınlı, kişili, təxminən dörd yüz nəfərə yaxın adam olardı. |
Elman müəllimi soruşdum, dedilər, onu qoymadılar vertolyota minməyə. |
Çəkdilər, saldılar yerə ki, hara gedirsən?.. |
Xocalının polis rəisi vardı - Sabir Məmmədov. |
Mayor idi.Sabir dedi ki, Malıbəylidə yandırılan meyitlərin iyi Xocalıya çatandan camaat təşvişdədir, vahimədədir, amma çıxmağa imkan yoxdur. |
Buradan da bəzi rəsmilər xocalıları aldadırdılar ki, “narahat olmayın, səhər çayımızı Xocalıda içirik. |
Əməliyyat keçirib Əsgəranı götürəcəyik”. |
Əsgəranı isə götürən yox idi.""Əməliyyat başlamamışdan dörd-beş gün qabaq mağaza qabağında, bazarda camaat söhbət edirdi ki, üç gündən, ya beş gündən sonra Əsgərana bizimkilər hücum edəcəklər. |
Guya məxfi əməliyyat hazırlanır. |
Hücumu, adətən, səhərə yaxın edərlər, düşmənin yarıyuxulu olan vaxtı. |
Çünki döyüşdə əsas məsələ birinci müdafiə xəttinin yarılmasıdır. |
Neytral xətdir, sonra gəlir minalanmış sahə, sonra da birinci xətt. |
Bütün qüvvəni də birinci xəttə cəmləyirlər. |
Birinci xətti alandan sonra sərbəst irəliləmək olur. |
Bunu da etmək üçün gərək döyüşü vaxtında başlayasan ki, gün ərzində bunları tamamlaya biləsən. |
Bizimkilər isə iki dəfə uğursuz cəhd etdilər, hər birində də itkilərimiz oldu, üçüncü və axırıncı əməliyyat 31 yanvarda keçirildi. |
Mən Naxçıvanlı kəndi istiqamətindən Əsgərana tərəf gedəndə Qarqar çayının sol tərəfində Qaraqaya tərəfdən bir batalyon hücuma keçmişdi, sağ tərəfdə Qarağacı qəbiristanlığının yanında kənd vardı, oradan da başqa qüvvələr hücuma keçmişdilər. |
Bizim polis qüvvələrini də Qarağacı qəbiristanlığında cəmləmişdilər ki, Əsgərandan əks-hücum ola bilər - qabağını saxlamaq üçün. |
19-cu post dediyim yerdə ratsiya vardı. |
Gəldim ratsiya ilə qardaşımın çağırış kodunu çağırdım, səhv etmirəmsə, “Turan” idi onun çağırış kodu. |
Üstüörtülü dedi ki, bəs inşallah, yaxşı olacaq, bu gün görüşəcəyik. |
Hamımız eyni tezlikdə idik deyə ermənilər də danışıqları eşidirdilər. |
Tofiq dedi:“Ratsiyanın səsini artır, orada olanların hamısı eşitsin. |
Onlara çatdır ki, Əsgəran boşdur. |
Səhər-səhər hücum başlayanda Əsgəranda olan ermənilər mal-qaralarını da götürüb Boz dağının üstündən Xankəndiyə tərəf getdilər. |
Dedi, əgər orada olanlar inanmırlarsa Əsgəranın boş olmasına, mən üç-dörd nəfər əsgərlərimdən göndərərəm, qala divarlarının yanında olan ot tayalarına və evlərin bir neçəsinə od vursunlar. |
Tüstü qalxanda bilin ki, həqiqətən, Əsgəran boşdur. |
Dayandırmayın döyüşü, gəlin!”"Təxminən yarım saat, ya 40 dəqiqə sonra baxdıq ki, qala divarları yanından boz tüstü qalxır. |
Bizə də Pirlər kəndinin üstündən, Fərrux dağından, iriçaplı pulemyotlarla atırlar. |
Səhər-səhər döyüş gedən vaxt binoklla ətrafa baxanda gördüm ki, Xanabad kəndi ilə Pirlər kəndinin arasındakı torpaq yolda ermənilər UAZ-la gəlib nəsə iş görürlər. |
Binoklla görünsələr də, bizdən çox uzaq idilər. |
Bizim qüvvələrimiz Pirlərdən çıxıb Xanabad kəndinə yol alanda ağlıma gəldi ki, bəlkə, o UAZ-la gələn ermənilər yolda mina basdırıblar? |
Oradan da 19-cu posta xeyli yoldur axı. |
Elə bil, Qarayazı qəbiristanlığı qurtarır, arada üzümlük sahəsidir, böyük minalanmış sahədir. |
Qəbiristanlığın arası ilə gəldim çıxdım posta ki, ratsiya ilə xəbər verim, ehtiyatlı olsunlar. |
Məlum oldu ki, oradan keçməli olan texnikaların heç birində rabitə əlaqəsi yoxdur. |
Aradan bir az keçdi, qabaqda gedən texnikalardan biri minaya düşdü. |
Əvvəlcə qara tüstü qalxdı, haradasa iki, ya üç saniyə sonra partlayış səsi gəldi. |
O texnikanın içində nə qədər əsgərimiz şəhid oldu. |
Biraz keçəndən sonra komanda verdilər ki, “Döyüş dayandırıldı! |
Geri dönün!”"Düşdük, gəldik 19-cu posta, dedilər ki, bəs Müdafiə Nazirliyindən kimsə gəlib buradakıları hərbi tribunalla hədələyib ki, niyə əmr olmadan hücuma başlamısınız? |
Deyib ki, biz plan hazırlamışdıq ki, Araz çayından başlayıb düz Murova qədər ərazidən qəflətən hücum edib, ərazini azad edəcəyik. |
- Akif müəllim, Xocalıda soyqırım baş verəndən sonra o ərazidə çəkiliş aparılıb. |
İlk olaraq Şamil Sabiroğlu fotoçəkiliş edib, sonra Seyidağa Mövsümlü və Çingiz Mustafayev videoçəkiliş aparıblar. |
Həmin ərazidə çəkiliş aparılmasından xəbəriniz var idimi? |
- Baxın, mənim söhbətimin əsas məğzi də budur - həqiqətdən kənar olan çox məlumatlar ötürülüb, hamı da elə yazıb. |
Mən bayaq sizə dedim ki, Xocalıya axırıncı gedən şəxs Xocalı İcra Hakimiyyətinin ovaxtkı başçısı Elman Məmmədov olub - 1992-ci il fevral ayının 13-də. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.